Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-292/2023 25.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 61/41 nömrəli 2 (iki) otaqlı yaşayış binasında mənzili zəbt edərək qanunsuz olaraq yaşayan Cavabdeh həmin mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq İddiaçına təhvil verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, cavabdehə qarşı 2016-cı ildə qətnamə qəbul olunmasını nəzərə alaraq, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Cavabdeh isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, İddiaçıda sahə rəisi vəzifəsində işləyir. Cavabdeh qarşı 2016-cı ildə də məhkəmədə iddia qaldırılmış, cavabdehin həmin mənzili tərk etməsi qət edilsə də, qətnamə bu günə qədər icra olunmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-292/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-292/2023
25.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver