Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-296/2023 25.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 75/22 nömrəli 3 (üç) otaqlı yaşayış binasında mənzili zəbt edərək qanunsuz olaraq yaşayan Cavabdeh həmin mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, o, hal-hazırda həmin evdə yaşamır. Mübahisəli evdə oğlu, gəlini və nəvəsi yaşayır. Mülki işin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatınında sahə rəisi vəzifəsində işləyir. Onlarda olan rəsmi məlumatlara əsasən Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 75/22 nömrəli 3 (üç) otaqlı mənzildə sözügedən Cavabdeh qeydiyyatdadır. Lakin faktiki olaraq həmin mənzildə cavabdehin oğlu ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-296/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-296/2023
25.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver