Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-30/2021 16.07.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3 Dünyamin oğlunun, Cavabdeh4 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh3 Dünyamin oğlu, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması və yolun açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 Dünyamin oğlu, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması və yolun açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, torpağa mülkiyyət hüququna dair JN-0777 Kod 40614018 saylı dövlət aktı ilə onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1,23 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsi Cavabdeh1, 0,025 ha torpaq sahəsi Cavabdeh2 və 0,10 ha torpaq sahəsi X9 qeyriqanuni sahibliyindən geri alınaraq ona qaytarılması və qanunsuz olaraq kol-kosdan ibarət çəpər ilə bağlanılmış torpaq sahəsinə getmək üçün olan gediş-gəliş yolunun cavabdehlər Cavabdeh4 və Cavabdeh1 öz hesabına sökülərək açılması və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə - həyat yoldaşı X2, övladları X21, X22, X23 və X26 Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.23 ha torpaq sahəsinə JN-0777 Kod 40614018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışdır. Lakin o, onlara verilmiş torpaq sahəsinin 0,265 ha hissəsindən istifadə edə bilmir. Bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-31/2020 saylı, 24.02.2020-ci il tarixli qətnaməsi ilə X13 və Cavabdeh4 JN-0777 Kod 40614018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı, X1, X14, X15, X16 və X24 ümumi birgə mülkiyyətlərinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,04 ha hissəsindən çıxarılması qət edilmişdir. Hazırda onlara məxsus 0,10 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən, 0,025 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən və 0,10 ha torpaq sahəsi Cavabdeh3 Dünyamin oğlu tərəfindən zəbt olunmuşdur. Cavabdehlər onun torpağını zəbt edərək, öz torpağı hesab edirlər və həmin əraziyə onu buraxmırlar, eyni zamanda torpaq sahəsinə 60 metr uzunluğunda, 4 metr enində gediş-gəliş yolu Cavabdeh4 və Cavabdeh1 tərəfindən kol-kosdan çəpər çəkdiyindən əraziyə sərbəst gediş-gəlişi yoxdur. Həmçinin o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin əməkdaşlarını əraziyə dəvət edərək, mübahisəni həll etmələrini xahiş etmiş, onlar əraziyə baxış keçirərək onun və cavabdehlərin ərazisinin koordinatlarını göstərmişlər. Bütün bunlara baxmayaraq Cavabdeh1, Cavabdeh2 və X27 qanunsuz zəbt etdiyi torpaq sahəsini ona qaytarmır. Cavabdehlərə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı qeyd edilənlərə uyğun izahat verib göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17.07.2021-ci il tarixli, 10/2524 saylı rəyi ilə tanış olmuşdur. Rəydə onun mülkiyyətinə verilmiş 1.23 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin həmin həcmdə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 Dünyamin oğlu və Cavabdeh2 məhkəmədən ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh4 iddia tələbini qəbul etməyərək iddianın əsassız olduğunu və ona münasibətdə təmin olunmamasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını Cavabdeh1 iştirakı olmadan keçirməyi məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlər Cavabdeh3 Dünyamin oğlunun, Cavabdeh4 və Cavabdeh2 izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan JN-0777 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən İddiaçı, X10, X30, X31, X32 və X24 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0801 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən X28, X11, X17, X12, X18 və X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-0662 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarına əsasən Cavabdeh2, X5, X33 və X19 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,82 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli 2(025)-31/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh4 və X6 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə məhkəmə-tikinti ekspertizası keçirilmişdir. Həmin işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2020-ci il tarixli, 25269 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx"nin Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində yerləşən İddiaçı, X1, X14, X15, X16 və X24 ümumi birgə mülkiyyətlərinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,04 ha hissəsi cavabdeh X4 və Cavabdeh4 istifadəsindədir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 25 avqust 2016-cı il tarixli, 2(205)-31/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X7, X25 və Cavabdeh1 qarşı “JN-0777 saylı, Kodu 40614018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətinə torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası üzrə məhkəmə-tikinti ekspertizası keçirilmişdir. Həmin işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2016-cı il tarixli, 11157 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və Yerqurluşlu Layihə Tədqiqat Mərkəzinin 9 saylı Qəbələ Layihə Tədqiqat idarəsinin mühəndisi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətinə verilmiş 777B nömrəli konturda yerləşən torpaq sahəsində cavabdeh X7 aid yarımçıq fərdi yaşayış evinin mövcud olduğu və İddiaçı mülkiyyətinə verilmiş 777 C nömrəli konturda yerləşən torpaq sahəsinin isə cavabdeh X20 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. İşdə olan 10.07.2007-ci il tarixli icarə müqaviləsindən görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində 0,50 ha torpaq sahəsi X34 tərəfindən Cavabdeh4 50 il müddətə icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 aprel 2021-ci il tarixli, **********74 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0777 (KOD: ********) nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777E cizgisində göstərilmiş 0,14 hektar torpaq sahəsinin 0,072 hektar hissəsi Cavabdeh4 Sədyar oğlunun (Sxem 1), 0,068 hektar hissəsi isə Cavabdeh1 istifadəsindədir (Sxem 2). JN-0777 (KOD: ********) nömrəi Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777 D cizgisində qeyd olunmuş 0,09 hektar torpaq sahəsi Cavabdeh3 Dünyamin oğlunun istifadəsindədir. (Sxem 3) Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0777 (KOD: ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,23 hektar torpaq sahəsinin 777T cizgisində göstərilmiş 0,02 hektar hissəsi, 777D cizgisində göstərilmiş 0,09 hektar hissəsi İddiaçı öz mülkiyyətinə verildiyi üçün sözügedən torpaq sahələrinə ayrılıqda yol yeri nəzərdə tutulmamışdır və belə yol mövcud deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17.07.2021-ci il tarixli, 10/2524 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0777 (KOD: ********) nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777E cizgisində göstərilmiş 0,14 hektar torpaq sahəsinin 0,072 hektar hissəsi Cavabdeh4 Sədyar oğlunun (Sxem 1), 0,068 hektar hissəsi isə Cavabdeh1 istifadəsindədir (Sxem 2). JN-0777 (KOD: ********) nömrəi Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777 D cizgisində qeyd olunmuş 0,09 hektar torpaq sahəsi Cavabdeh3 Dünyamin oğlunun istifadəsindədir. (Sxem 3) Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0777 (KOD: ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,23 hektar torpaq sahəsinin 777T cizgisində göstərilmiş 0,02 hektar hissəsi, 777D cizgisində göstərilmiş 0,09 hektar hissəsi İddiaçı öz mülkiyyətinə verildiyi üçün sözügedən torpaq sahələrinə ayrılıqda yol yeri nəzərdə tutulmamışdır və belə yol mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0777 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən İddiaçı, X1, X14, X15, X16 və X24 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Mıxlıqovaq kəndində 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin iddiaçı və onun ailə üzvləri mülkiyyətlərinə verilmiş torpaq sahələrinin bir hissəsinin cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17.07.2021-ci il tarixli, 10/2524 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0777 (KOD: ********) nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777E cizgisində göstərilmiş 0,14 hektar torpaq sahəsinin 0,072 hektar hissəsinin Cavabdeh4 Sədyar oğlunun (Sxem 1), 0,068 hektar hissəsinin isə Cavabdeh1 istifadəsində (Sxem 2) olması, JN-0777 (KOD: ********) nömrəi Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777 D cizgisində qeyd olunmuş 0,09 hektar torpaq sahəsinin Cavabdeh3 Dünyamin oğlunun istifadəsində olması göstərilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçının cavabdehlərin torpaq sahələrini boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçının təqdim etdiyi JN-0777 (Kod: ********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı, mütəxəssis rəyi və ekspert rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsi 1,23 hektar təşkil edir. Qəbələ rayon AİK-in 22 noyabr 1997ci il tarixli 25 nömrəli qərarı ilə İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0777 (KOD: ********) nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777E cizgisində göstərilmiş 0,14 hektar torpaq sahəsinin 0,072 hektar hissəsinin Cavabdeh4 Sədyar oğlunun (Sxem 1), 0,068 hektar hissəsinin isə Cavabdeh1 istifadəsində (Sxem 2), JN-0777 (KOD: ********) nömrəi Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777 D cizgisində qeyd olunmuş 0,09 hektar torpaq sahəsinin Cavabdeh3 Dünyamin oğlunun istifadəsində olduğundan və həmin hissələr cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlu tərəfindən tutulduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr qismən mövcud olduğundan iddia tələbi qismən əsaslıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, bir hissəsi cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlu tərəfindən zəbt olunmaqla onlar tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, İddiaçı mülkiyyətə verilmiş 1,23 ha torpaq sahəsinin 0,10 ha hissəsinin Cavabdeh1, 0,025 hissəsinin Cavabdeh2, 0,10 hissəsinin Cavabdeh3 Dünyamin oğlu tərəfindən zəbt olunduğunu göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən ekspertiza keçirilmiş və mütəxəssis və ekspert rəyində də göstərilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan JN-0777 (KOD: ********) nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777E cizgisində göstərilmiş 0,14 hektar torpaq sahəsinin 0,072 hektar hissəsi Cavabdeh4 Sədyar oğlunun (Sxem 1), 0,068 hektar hissəsi isə Cavabdeh1 (Sxem 2), JN-0777 (KOD: ********) nömrəi Torpağın mülkiyyət hüququna dair dövlət aktının JN-777 D cizgisində qeyd olunmuş 0,09 hektar torpaq sahəsi Cavabdeh3 Dünyamin oğlununfaktiki istifadəsindədir və cavabdehlər tərəfindən zəbt olunmuşdur. Bu səbəbdən məhkəmə iddia tələbinin ekspert rəyində göstərilən hissədə təmin edilməsini, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində qanunsuz olaraq kol-kosdan ibarət çəpər ilə bağlanılmış torpaq sahəsinə getmək üçün olan gediş-gəliş yolunun cavabdehlər Cavabdeh4 və Cavabdeh1 öz hesabına sökülərək açılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənın 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Qanunun mənasından göründüyü kimi, öz sahəsindən ictimai yola keçidi olmayan torpaq sahəsinin mülkiyyətçisi qonşulardan tam əvəzi ödənilməklə ona zəruri keçid ayırmasını tələb edə bilər və tələb ilk növbədə keçidin daha yolverilən və daha az zərər vurduğu qonşuya yönəlməli, qarşılıqlı mənafelər nəzərə alınmalıdır. İddia tələbindən də göründüyü kimi iddiaçı cavabdehlərə onlara tam əvəzi ödənilməklə mülkiyyətlərindən yol verilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17.07.2021-ci il tarixli, 10/2524 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə JN-0777 (KOD: ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və 5 nəfərdən ibarət ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,23 hektar torpaq sahəsinin 777T cizgisində göstərilmiş 0,02 hektar hissəsi, 777D cizgisində göstərilmiş 0,09 hektar hissəsi İddiaçı öz mülkiyyətinə verildiyi üçün sözügedən torpaq sahələrinə ayrılıqda yol yeri nəzərdə tutulmamışdır və belə yol mövcud deyildir. Rəydə konkret olaraq həmin torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolunun olmadığı və mərkəzin elektron baza məlumatlarında gediş-gəlişin mövcud olmadığı göstərilmişdir. İşin bu halı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 aprel 2021-ci il tarixli, **********74 nömrəli məktubla məhkəməyə göndərdiyi və mülki işin materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı tərəflər arasında mübahisələndirilən yerdən onun mülkiyyətindəki torpaq sahəsinə gediş-gəliş yolunun olmasına və həmin yolun cavabdehlər tərəfindən bağlanmasına dair məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. Mübahisəli yerdən gediş-gəliş yolunun olması barədə iddiaçının tələbi isə ekspert və mütəxəssis rəyləri ilə təkzib olunmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda şərh olunan müddəalarını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəylərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qarşı “mülkiyyətində olan torpaq sahəsin gedən yolun açılması» tələbinə dair iddiası əsassızdır və buna görə də, iddia tələbi həmin hissədə təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iclasında tədqiq olunmuş mütəxəssis və ekspert rəylərindən, habelə tərəflərin izahatlarından aydın olur ki, iddiaçı ona məxsus torpaq sahəsinin Cavabdeh2 tərəfindən qanunsuz zəbt olunduğunu iddia etsə də, iddiaçıya məxsus torpaq sahəsindən cavabdehlərdən Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlu əsassız olaraq istifadə edir. Şərh olunanlar kontekstində məhkəmə, iddiaçının Cavabdeh2 münasibətdə irəli sürdüyü tələbi, yəni mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt etmiş olması barədə iddiaçının sürdüyü halları sübuta yetirilməmiş hesab edir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, iddiaçının tələbləri bilavəsitə sübutetmə yükü ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsaslı hesab edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlundan müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidi. Aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 596,0 (beş yüz doxsan altı) manat məbləğində pul cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlundan müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis və ekspert rəylərinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-0777 (Kod: ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı, X1, X14, X15, X16 və X24 birgə mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-777E cizgisində göstərilmiş 0,14 ha torpaq sahəsinin 0,072 ha hissəsindən Cavabdeh4 Sədyar oğlu, JN-777E cizgisində göstərilmiş 0,14 ha torpaq sahəsinin 0,068 ha hissəsindən Cavabdeh1 və JN-777D cizgisində qeyd olunmuş 0,09 ha torpaq sahəsindən Cavabdeh3 Dünyamin oğlu çıxarılmalı və həmin torpaq sahələri cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlunun qeyriqanuni sahibliyindən alınaraq İddiaçı geri qaytarılmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. JN-0777 (Kod: ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı, X1, X14, X15, X16 və X24 birgə mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-777E cizgisində göstərilmiş 0,14 ha torpaq sahəsinin 0,072 ha hissəsindən Cavabdeh4 Sədyar oğlu, JN-777E cizgisində göstərilmiş 0,14 ha torpaq sahəsinin 0,068 ha hissəsindən Cavabdeh1 və JN-777D cizgisində qeyd olunmuş 0,09 ha torpaq sahəsindən Cavabdeh3 Dünyamin oğlu çıxarılsın və həmin torpaq sahələri cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlunun qeyri-qanuni sahibliyindən alınaraq İddiaçı geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlundan müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış mütəxəssis tədqiqatlarının dəyəri – 596,0 (beş yüz doxsan altı) manat məbləğində pul cavabdehlər Cavabdeh4 Sədyar oğlu, Cavabdeh1 və Cavabdeh3 Dünyamin oğlundan müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-30/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-30/2021
16.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver