Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-34/2020 03.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 nümayəndəsi X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, üçüncü şəxs Qəbələ rayon Hacallı bələdiyyəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Hacallı kəndində yerləşən, HDQHDƏDR-nin ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa və AA-001213 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nə əsasən mülkiyyətində olan 0.6357 ha. torpaq sahəsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X2 çıxarılması və torpaq sahəsinin boşaldılaraq cavabdehlərin hesabına ilkin vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, X5, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh3 nümayəndəsi X10 və üçüncü şəxs Qəbələ rayon Hacallı bələdiyyəsinin nümayəndəsi X4 işin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçı tutularaq “Müstəqil Məhkəmə Ekspertizası” X1 təqdim etdiyi hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.7, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və üçüncü şəxs Qəbələ rayon Hacallı Bələdiyyəsinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın və ərizə baxılmamış saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat İddiaçı tutularaq “Müstəqil Məhkəmə Ekspertizası” X1 təqdim etdiyi hesaba köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verlilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-34/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-34/2020
03.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver