Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-34/2021 16.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması və vurulmuş maddi və mənəvi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması və vurulmuş maddi və mənəvi zərər” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********52; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2014) çıxarışa əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,107 ha kənd təsərrüfatı təyinanatlı torpaq sahəsinin Cavabdeh3 tərəfindən, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********53; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2014) çıxarışa əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,4591 ha kənd təsərrüfatı təyinanatlı torpaq sahəsinin Cavabdeh2 tərəfindən boşaldılması və ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi idarəsi tərəfindən ona dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildə onların ailə üzvlərinə aid kənd təsərrüfatı təyinatlı 0,107 ha və 0,4591 ha torpaqlara dair sənəd verilmişdir. Torpaq şöbəsi tərəfindən yerin ölçüləri ona göstərilmişdir. Hal-hazırda 0,107 ha torpaq sahəsi Cavabdeh3 tərəfindən hasara alınmış və zəbt olunmuşdur. Cavabdeh3 öz narazılığını bildirmiş və cavabında o, ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi idarəsinin ona həmin torpağı verməsini və şikayəti varsa həmin idarəyə müraciət etməsini bildirmişdir. İki fərqli zamanda ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi idarəsinə müraciət etmişdir. Sözügedən idarə onun torpağını Cavabdeh3, ona isə mühafizə torpaqlarını göstərmişlər. ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi idarəsinə narazılığını bildirmiş, əvəzində məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Torpaq paylanmamışdan əvvəl orada olan 110 kVt işıq xətti onun 0,10 ha sahəsi ilə sərhəddir. 110 kVt-lıq elektrik xəttinin dirəyə qədər olan mühafizə torpağını torpaq ölçüləri ilə uyğun gəlmədiyindən dirəyi aşaraq 6 metr də artırmışlar. Deməli ona 36 m enində, 28 m uzunluğunda işığın mühafizə torpağı verilmişdir. X9 Təchizatı və Satışı idarəsindən verilən məhkəmə üçün arayışda da mühafizə torpağı olması təsdiqini tapır. 0,4591 ha torpaq sahəsinin 0,4 ha hissəsi Cavabdeh2 tərəfindən həyətyanı sahədə mənimsənilmişdir. ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi idarəsinin əməkdaşı müraciəti əsasında 0,4591 ha sahəsinin ölçüləri ilə ona göstərərək demişlər ki, bu yerdə bir az problem var. Onun 0,4 ha torpağı bu həyətdədir və Cavabdeh2 həmin torpağa aid sənədi vardır. Onun da bir az artıq torpaq sahəsi vardır. Lakin əgər onun artıq torpaq sahəsi varsa, o da su kanalının mühafizə torpağıdır. Ona aid 0,4591 ha torpaq sahəsi ilə su kanalı arasında 5 m enində kənd təsərrüfatı texnikaları üçün yol yeri var. Deməli 6-7 metr enində sahə boyu su kanalının mühafizə torpağı mövcuddur. Qəbələ X10ndən məhkəmə üçün verilən arayışda da mühafizə torpağı olması öz təsdiqini tapmışdır. ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi idarəsinin əməkdaşları 0,107 ha torpaq sahəsində su kanalının suyu qalxmış 10 sm-ni ona aid hissə kimi göstərmişlər. Narazılığını bildirdikdə demişlər ki, “su kanalı layihədə görünür, sonra itir. Onun torpağının sərhədi qutarandan sonra layihədə göstərilir. Diametri 57 mm olan orta təzyiqli qaz xətti ilə yanaşı 0,4 kVt işıq xətti qanuni layihəyə uyğun çəkilmişdir. Qaz, İşıq idarələrindən məhkəmə üçün verilmiş arayışlarda da bu öz əksini tapmışdır. Həqiqətən bu xətlər sahə boyu heç bir problem yaratmır. Həmçinin Cavabdeh3 qonşusunun torpağının bir hissəsini almış və qeyriqanuni onun tərəfə avtomobil yolu verilmişdir. O, həmin yola görə narazıdır. Belə ki, əvvəl yol yeri haradan idisə, indi də oradan olmasını istəyir. Onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,107 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh3 zəbt etmişdir və ona deyir ki, həmin torpaq sahəsini ona ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi idarəsi vermişdir. Dəfələrlə deməsinə baxmayaraq həmin ərazini boşaltmaq istəmir. Onun qanuni sənədli torpaq sahəsinin Cavabdeh3 tərəfindən boşaldılmasını istəyir. Eyni zamanda onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,4591 ha kənd təsərrüfatı təyinanatlı torpaq sahəsinin bir hissəsi Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Dəfələrlə deməsinə baxmayaraq, cavabdeh Mübariz Əhmadov onun torpaq sahəsinin düz olduğunu və sənətinin də olduğunu göstərmişdir. Cavabdeh2 tərəfindən zəbt olunmuş ona məxsus torpağın boşaldılmasını istəyir. Eyni zamanda ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi idarəsi tərəfindən ona məxsus qanuni sənədli torpaq sahəsinin Cavabdeh3 və Cavabdeh2 verdiyi və göstərdiyi üçün keçirdiyi sarsıntılara, ödədiyi rüsumlara görə 100 manat dəyərində qiymətləndirib ödənilməsini istəyir. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçının iddia etdiyi torpaq sahəsi 90-ci illərdən onlar məxsusdur. Mərhum atası 1992-ci ildə orada ev tikmişdir. 2011-ci ildə isə çıxarış almışdır. O, iddiaçının torpaq sahəsinə girməmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 429 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən məlum olur ki, o, iddiaçının iddia etdiyi kimi torpaq sahəsini zəbt etməmişdir. İddiaçı əsassız olaraq onun torpaq sahəsini zəbt etdiyini bildirir və bununla bağlı məhkəməyə sübut təqdim edə bilmir. Ekspert rəyinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək göstərdi ki,iddiaçının iddia etdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən onun adına verilmiş çıxarış vardır. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən çıxarışa uyğun olaraq torpaq sahəsi tanıdılaraq ona verilmişdir. İddiaçının göstərdiyi kimi heç bir torpaq sahəsini zəbt etməmişdir. Bu səbəbdən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, vətəndaşın təqdim etdiyi sənədlər və mövud elektron baza vasitəsi ilə vətəndaşa çıxarışlar və həmin çıxarışlara uyğun olaraq torpaq sahələrinin planı və ölçüsü verilmişdir. İddiaçının müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X16 tərəfindən ona məxsus torpaq sahəsinin naturada sərhədləri müəyyən edilərək ona tanıdılmışdır. İddiaçının narazılığına səbəb onun razılığı olmadan yüksək gərginlikli elektrik xətti və orta təzyiqli qaz xətti çəkilməsi, həmçinin həmin torpaq sahəsinin “Nohur Gölü”ndən ayrılan suvarma kanalının mühafizə zolağına düşməsidir. Torpaq sahəsinin yerləşmə, döngə nöqtələrindən narazı qaldığı təqdirdə onların qərarından inzibati məhkəməyə şikayət etmək hüququ iddiaçıya izah edilmişdir. Həmçinin cavabdehlərə məxsus torpaq sahələrinə dair Çıxarışlar və torpaq sahələrinin planı və ölçüsü verilmiş, həmin sənədlərə əsasən də onların torpaq sahələri tanıdılaraq verilmişdir. Ədalətli və qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********52 olan), RX seriyalı ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı adına Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,107 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi İddiaçı, X5, X4 və Səlimzadə Könül Məzahir qızının ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə 0,107 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA 004886 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. «Torpaq sahəsinin planı və ölçüsü»ndə torpaq sahəsinin əsas göstəriciləri, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, 1:500 miqyasında torpaq sahəsinin plansı (cisgisi) göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********53 olan,) RX seriyalı ******* nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı adına Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,4591 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 86 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi İddiaçı, X5, X4 və Səlimzadə Könül Məzahir qızının ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə 0,4591 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA 004888 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. «Torpaq sahəsinin planı və ölçüsü»ndə torpaq sahəsinin əsas göstəriciləri, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, 1:1000 miqyasında torpaq sahəsinin plansı (cisgisi) göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********33 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, Cavabdeh3 adına Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,3169 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 182 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə 0,3169 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair AA 481917 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********36-10301 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Cavabdeh2 adına Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,4 ha həyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X16 tərəfindən xx.xx.2011-ci il tarixdə 406-78/249 nömrəli «Fərdi yaşayış evi»nin texniki pasportu tərtib edilmişdir.Texniki parsportun torpaq sahəsinin 1:1000 miqyasında planında torpağın situasiya planı, şərti işəralərlə yerləşən tikililər və torpaq sahəsinə dair məlumat əks olunmuşdur. Həmin plandan görünür ki, həyətdə torpaq sahəsi sənəd üzrə 0,3169 ha təşkil etməklə, tərəflər arasında mübahisələndirilən ev Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində yerləşir. Pasportun mərtəbələr üzrə otaqların təsnifatından məlum olur ki, «LiterA» talvar, zal, mətbəx və yaşayış otaqlarından ibarətdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 429 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən müəyyən olunur ki, naturada ərazinin tədqiqatı zamanı iddiaçı tərəfindən ekspertdə göstərilən torpaq sahəsinin koordinatları faktiki olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsi tərəfindən RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlarla İddiaçı və onun ailə üzvlərinin ümumi birgə xüsusi mülkiyyətlərinə verilən müvafiq olaraq 0,107 ha və 0,4591 ha k/t təyinatlı torpaq sahələrinin AA seriyalı 004886 nömrəli (0,107 ha) və AA seriyalı 004888 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunan koordinatlar arasında coğrafi uyğunsuzluq mövcuddur. Belə ki, sənəddə koordinatlarda göstərilən torpaq sahələri faktiki naturada göstərilən torpaq sahələrindən 86,7 metr cənub-şərq istiqamətində yerləşir. Bu səbəbdən mübahisəli torpaq sahələrinin zəbt edilib edilməməsini araşdırmaq mümkün olmamışdır. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 429 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, GPS ölçü aləti vasitəsilə tədqiq olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını naturada müəyyən etmək üçün iddiaçının iştirakı ilə çöl geodeziya ölçmə işləri aparılmış, ekspertiza baxışının keçirilməsi barədə tərəflərin iştirakı ilə yerində baxış aktı tərtib edilmişdir. Çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə hüquqmüəyyənedici sənədlərə, X7sinə, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına və Google Earth xəritə məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində İddiaçı naturada ekspertizaya göstərdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları götürülmüşdür. Ərazidə qeyd olunan koordinatlar kameral şəraitdə hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində, X7 məlumatlarında yoxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X16 tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli, **********63 nömərli məktubda göstərilmişdir ki, cari ilin altı ayı ərzində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,107 ha torpaq sahəsinin naturada sərhədlərinin müəyyən edilərək ona tanıdılması ilə bağlı iki dəfə Ərazi İdarəsinə müraciət olunmuş və onun müraciəti əsasında həmin torpaq sahəsinin sərhədləri mütəxəssislər tərəfindən onun iştirakı ilə naturada müəyyən edilərək tanıdılmışdır. X17 ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində qeyd olunmuşdur ki, həmin torpaq sahəsinin ərazisindən onun razılığı olmadan yüksək gərginlikli elektrik xətti və orta təziqli qaz xətti çəkilmiş və həmçinin həmin torpaq sahəsi “Nohur Gölü”ndən ayrılan suvarma kanalının mühafizə zolağına düşmüşdür. Ərazi İdarəsinə ünvanladığı ərizədə qeyd olunan məsələlərin həlli Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığı və bu məsələ ilə bağlı aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməkləri tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2020-ci il tarixli, **********90 nömərli məktubda göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X13 müraciətləri əsasında qeyd edilən torpaq sahəsinin naturada sərhədləri müəyyən edilərək ona tanıdılmışdır. Torpaq sahəsindən istifadə ilə bağlı yaranmış problemin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan “Azərişıq” Səhmdar Cəmiyyəti X9 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı Muxbir oğlunun Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,107 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 110 kV-luq İ Qəbələ hava xəttinin və 110/35/10 kV-luq Qəbələ Y/st-dan çıxan 10 kV-luq Vəndam hava xəttindən qidalanan ******* inventar kodlu KTM-in 0.4 kV-luq hava xəttinin mühafizə zonasındadır. İş materiallarında olan Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyəti Qəbələ X10 tərəfindən İddiaçı Muxbir oğluna ünvanlanmış xx xxxx 2019-cu il tarixli, 72 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı məktubunda qeyd olunan ərazidən keçən kanal Nohurqışlaq kanalıdır. Həmin kanalın su buraxma qabiliyyəti 3 m3 –san. qədər olduğu üçün sağ və sol tərəfdən 4-6 m kanalın qorunma zolağıdır. Həmin hissədə kanalın xəritədə göstərilməməsinə qaldıqda isə bunun üçün Dövlət Reyestr Xidmətinə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan “Azəriqaz” İB Zaqatala RQİİ-nin Qəbələ xidmət sahəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,107 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi D57mm-lik orta təyziqli yerüstü qaz xəttinin mühafizə zonasındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar X14 Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********52; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2014) çıxarışa əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,107 ha kənd təsərrüfatı təyinanatlı torpaq sahəsinin Cavabdeh3 tərəfindən, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********53; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2014) çıxarışa əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,4591 ha kənd təsərrüfatı təyinanatlı torpaq sahəsinin Cavabdeh2 tərəfindən boşaldılması və ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi idarəsi tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb edir. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiklərini bildirmişlər. Belə ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərində olan torpaq sahələrinə görə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarının olduğunu, həmin çıxarışlara uyğun torpaq sahəsinin planı və ölçüsü, o cümlədən fərdi yaşayış evinin texniki pasportu verildiyini, çıxarışla onların mülkiyyətinə verilmiş torpaq sahələrinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən tanıdılaraq onlara verildiyini bildirmişlər. Eyni zamanda cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 iddiaçının müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X16 tərəfindən ona məxsus torpaq sahəsinin naturada sərhədləri müəyyən edilərək ona tanıdıldığını, torpaq sahəsinin yerləşmə, döngə nöqtələrindən narazı qaldığı təqdirdə onların qərarından inzibati məhkəməyə şikayət etmək hüququ iddiaçıya izah edildiyini bildirmişdir. Bundan əlavə “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 429 saylı məhkəmə mühəndistexniki ekspertizasının rəyindən də görünür ki, naturada ərazinin tədqiqatı zamanı iddiaçı tərəfindən ekspertdə göstərilən torpaq sahəsinin koordinatları faktiki olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsi tərəfindən RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlarla İddiaçı və onun ailə üzvlərinin ümumi birgə xüsusi mülkiyyətlərinə verilən müvafiq olaraq 0,107 ha və 0,4591 ha k/t təyinatlı torpaq sahələrinin AA seriyalı 004886 nömrəli (0,107 ha) və AA seriyalı 004888 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunan koordinatlar arasında coğrafi uyğunsuzluq mövcuddur. Belə ki, sənəddə koordinatlarda göstərilən torpaq sahələri faktiki naturada göstərilən torpaq sahələrindən 86,7 metr cənub-şərq istiqamətində yerləşir. Bu səbəbdən mübahisəli torpaq sahələrinin zəbt edilib edilməməsini araşdırmaq mümkün olmamışdır. Həmçinin məhkəmə zamanı müəyyən olunmuşdur ki, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mülkiyyətlərinə verilmiş torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»lar verilmişdir. Həmçinin həmin çıxarışlara uyğun olaraq torpaq sahələrinin planı və ölçüsü, Cavabdeh2 isə fərdi yaşayış evininin texniki pasortu verilmişdir. Buna əsasən iddiaçı və cavabdehlərin mülkiyyətlərinə verilmiş torpaq sahələri ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi idarəsi tərəfindən onlara tanıdılaraq verilmişdir. İddiaçının da torpaq sahəsi DƏDRX-nin 9 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ona tanıdılmışdır. Bu hal iddiaçının özünün izahatı və iş materiallarında olan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X16 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvanlanmış məktublarla da sübuta yetirilir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı onun mülkiyyətinə verilmiş torpaq sahələrinin tanıdılma yeri ilə bağlı, yəni torpaq sahələrinin yerləşmə, döngə nöqtələrindən narazıdır və bu hal hazırkı məhkəmə mübahisəsinin predmeti deyildir. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahələrinin cavabdehlərin zəbtində olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Mübahisəli torpaq sahələrinin cavabdehlərin zəbtində olub-olmasının müəyyənləşdirilməsi üçün də ekspertiza keçirilmiş, lakin ekspert rəyi ilə də zəbtin olması müəyyən olunmamışdır. Rəydə göstərilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə xüsusi mülkiyyətlərinə verilən müvafiq olaraq 0,107 ha və 0,4591 ha k/t təyinatlı torpaq sahələrinin AA seriyalı 004886 nömrəli (0,107 ha) və AA seriyalı 004888 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədlərində qeyd olunan koordinatlar arasında coğrafi uyğunsuzluq mövcuddur. Belə ki, sənəddə koordinatlarda göstərilən torpaq sahələri faktiki naturada göstərilən torpaq sahələrindən 86,7 metr cənub-şərq istiqamətində yerləşir. Beləliklə, iddiaçıya məxsus torpaq sahələrinin hər hansı bir zəbti məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X14 Məhkəməsi “X3” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X14 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir.Belə ki, məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, İddiaçı məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onun hansı hüququnu pozmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı eyni zamanda ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi idarəsi tərəfindən ona məxsus qanuni sənədli torpaq sahəsinin Cavabdeh3 və Cavabdeh2 verdiyi və göstərdiyi üçün keçirdiyi sarsıntıların, maddi və mənəvi zərərin 100 manat dəyərində qiymətləndirib ödənilməsini istəmişdir. Cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi idarəsinin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirməsinə və buna görədə cavabdehin ona vurduğu maddi və mənəvi zərəri 100 (bir yüz) manat məbləğində qiymətləndirdiyini iddia edən İddiaçı iddia tələbinin əsaslandığı hallara - cavabdehin hansı hərəkətləri (və ya hərəkətsizliyi) və təqsiri ucbatından ona maddi və mənəvi zərərin dəyməsinə, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nə də ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə dair heç bir mötəbər sütubu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdehlər tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, X8” MMC-nin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması və vurulmuş maddi və mənəvi zərər” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması və vurulmuş maddi və mənəvi zərər” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, "X8” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-34/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-34/2021
16.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver