Məhkəmə qərarları › İş №2(025)-34/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-34/2022

13.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-34/2022 13.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin geri qaytarılması və s." tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin geri qaytarılması və s." tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin geri qaytarılması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-474 Kod 40614018 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.02 ha torpaq sahəsinin 0.5399.79 ha hissəsinin cavabdehlər X5 və Cavabdeh2 qeyri-qanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qorunma zolağı kimi kənd təsərrüfatı texnikasının hərəkət etməsi üçün nəzərdə tutulan yolda olan dəmir barmaqlıqlardan ibarət qapının və dəmir dirəklərə bağlanılmış tikanlı məftillərin sökülərək-açılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 31.03.2022-ci il tarixdə İddiaçı iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək X12 vəfat etdiyindən onun cavabdehlər siyahısından çıxarılmasını və iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-474 Kod 40614018 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Mıxliqovaq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş: 1.02 ha torpaq sahəsinin 0.5399,79 ha hissəsinin Cavabdeh2 Təhsini qızının qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qorunma zolağı kimi kənd təsərrüfatı texnikasının hərəkət etməsi üçün nəzərdə tutulan yolda oları dəmir barmaqlıqlardan ibarət qapının və dəmir dirəklərə bağlanılmış tikanlı məftillərin sökülərək-açıl ması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona yerilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ona və ailə üzvləri həyat yoldaşı Rəsulova Lələndər qızına, övladları X8, X9 və X10ma Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı Qərarı ilə 2006-cı il tarixində kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.02 ha torpaq sahəsinə görə bizə JN-474 Kod 40614018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpaq sahəsinin 0.4847.66 ha hissəsi yaşadığı həyətyanı torpaq sahəsinə bitişik ərazidən, 0.5399.79 ha hissəsi isə kəndin aşağı hissəsində yerləşən kolxoz bağı adlanan fındıq bağından verilmişdir. 28 iyun 2007-ci il tarixdə DTXK Qəbələ rayon şöbəsinin nümayəndəsinin iştirakı ilə komisiyya tərəfindən akt tərtib olunaraq 0,54 ha fındıq bağı mənə tanıdılmışdır. Lakin buna baxmayaraq cavabdeh X12 həmin torpağın istifadə olunmasında bizə açıq-aşkar maneçilik törətdiyindən dəfələrlə cavabdehə bildirməklə törədilən maneələrə son qoyulmasını ondan tələb etsə də, Oktay həmin tələblərə məhəl qoymamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Qəbələ Rayon Məhkəməsinin 26.02.2008ci il tarixli, 2-02/22/2008 nömrəli qətnaməyə əsasən JN- 0774, KOD 40614018 saylı Dövlət Aktının B planşetində göstərilən və İddiaçı yəni-onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 5399,79 kv.m torpaq sahəsindən istifadə olunmasında cavabdeh Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayan X12 tərəfindən mane olan hallar aradan qaldırılması qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 05.03.2008-ci il tarixli, 2-02/22/2008 nömrəli yanlışlıqların düzəldilməsi haqqında qərardada görə qətnamənin 3-cü səhifəsində nəticə(qət etdi) hissəsinə kompüter səhvi olaraq daxil edilmiş “JN-0774” rəqəmi “JN-0474” rəqəmi kimi oxunması qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin qətnaməsi Qəbələ İcra Qrupu tərəfindən 02.06.2010-cu il tarixində icra olunmuş, torpaq sahəsinin istifadəsində yaranmış maneələr aradan qaldırılmış və borclu(cavabdeh) X3, həyat yoldaşı Cavabdeh2 iltizamlar(torpaq sahəsinin istifadəsində yaradılan maneələrə son qoyulması barədə) alınmışdır. Lakin bir neçə il mən sərbəst olaraq ona və ailə üzvlərimə verilmiş torpaq sahəsini meneəsiz istifadə etsəm də, şəxsi problemlərim ilə əlaqədar torpaq sahəsinə baxa bilmədiyimdən, nəzarətsiz qaldığından yenidən cavabdehlər tərəfindən bu dəfə qanunsuz zəbt olunmaqla və ətrafını bağlamaqla məni və ailə üzvlərimi torpaq sahəmizə buraxmamışlar. O, dəfələrlə X6 və həyat yoldaşı Cavabdeh2 qızma torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyimə baxmayaraq heç bir nəticə əldə edə bilməmiş. Həmçinin, o, bu barədə Qəbələ rayon İcra və Probasiya şöbəsinə və Daşınmaz əmlakın dövlət reyestr xidmətinə məlumat verməyimə baxmayaraq zəbt olunan torpaq sahəsi hasara alındığından imtina olunmuş və mübahisəni həll etmək üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək göstərdi ki, eyni iddia tələbinə 2008-ci ildə Qəbələ rayon Məhkəməsində baxılmış və mübahisələndirilən ərazi tamamilə başqa bir ərazidə yerləşir. İndi də iddiaçı JN-474, kod- 40614018 "Torpağa Mülkiyyət hüququna dair" Dövlət Aktı əsasmda iddia qaldırır ki, həmin akt üzrə verilmiş 1.02 ha pay torpaq sahəsinin 0.54 ha-nı guya onlar cavabdehlər zəbt edib istifadə edirlər. Onların 5 nəfərlik ailəsinə də verilmiş JN-0125, kod- 40614018 "Torpağa Mülkiyyət hüququna dair" Dövlət Aktı əsasında verilmiş 1.02 ha pay torpaq sahəsi 125 A və 125 B cizgisində göstərilməklə verilmişdir. Hazırda mübahisələndirilən 125 B cizcisində yerləşən 0.68 ha torpaq sahəsinin kənarında olan qonşu sərhədləri 488 A olmaqla X13 və 284 T olmaqla X2 ilə sərhədləri 51551- 51570 arası döngə nöqtələrilə müəyyən edilmişdir. Təqdim edilən Dövlət Aktında onların iddiaçı ilə hər hansı qonşuluğu sübut edən hər hansı fakt yoxdur. Lakin 2010-cu ildə iddiaçının yenidən Qəbələ rayon Məhkəməsinə müraciətindən sonra Məhkəmənin Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin 15 iyul 2010-cu il, 19/382 saylı, rəis T.Mehdiyevin imzaladığı cavab məktubunda rəsmən bildirilir: "Sizin 12 iyul 2010cu il tarixli, 2(025)-223 saylı məktubunuza cavab olaraq bildirik ki, DT və XT tərəfindən təqdim olunmuş kadstr məlumatına əsasən İddiaçı adına Qəbələ rayonu Mıxlıqovaq kəndində ailə üzvləri ilə birlikdə JN-0474 olan Torpağın mülkiyyət hüququna dair dövlət aktında 0.10 ha pay torpağı vardır. Bax bu rəsmi sənəd bir daha sübut edir ki, iddiaçının tələbi əsassızdır və uydurma mülahizələrdən ibarətdir. Bu sənədə uyğun olaraq eyni tərəflər və eyni idia üzrə Qəbələ rayon Məhkəməsinin 2010-cu il tarixli, 2(025)-223/2010 saylı qətnaməsi üzrə mübahisəli məsələ ədalətli həllini tapmışdır. Buna baxmayaraq iddiaçı 11 ildən sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına bxmayaraq onları yenə də həmin mübahisləndirlmiş torpaq sahəsinə görə yenidən yəni 18.08.2021-ci ildə əsassız olaraq cavabdeh qismində cəlb etdirmişdir. Hesab edirik ki, hətta ümumi ddia müddəti olan 10 il keçdiyinə görə hazırkı məhkəmə də iddianı rədd etməli idi. Bu barədə vəsatət təqdim ediləcəkdir. Digər tərəfdən həmin ərazi onlarən ailə tərəfindən Aqrar islahat keçirilməmişdən öncə də istifadələrində olmuşdur. 1997-ci ildə Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsinin yerli nümayəndələrinin iştirakı əsasında bizim ailənin fındıq bağı kimi istifadəsində olmuş ərazi bizə Rəsmi AKT əsasında tanıdılmışdır. Və bunun əsasında digər kənd subyektlərinə tətbiq olunmuş, yəni vaxtilə zəbt edib uzun müddət istifadə etdikləri ərazilərin hamısı X22 Komissiyasının razılığı əsasında həmin ailə üzvlərinə pay torpaq kimi verilmiş və Dövlət Aktlarında nəzərə alınmışdır. Yəni, 2006-cı ildə iddiaçıya həmin ərazinin pay torpaq kimi verilməsi tam əsassızdır. Çünki bu ailə həmin fındıq bağından 2006-cı ilədək istifadə etməmiş və ərazini tanımamışlar. Nümayəndə da ona aqrar islahatdan əvvəl verilmiş 0.15 ha həyətyanı torpaq sahəsinin onun pay torpağına əlavə edilməklə, cəmi 0.36 ha torpaq sahəsinin ( 0.21 ha + 0.15 ha = 0.36 ha) Nümayəndə naturada ayrılaraq zəbtlərindəki torpaq sahəsində tanıdılması və adlarına rəsmiləşdirilməsi tələbinə dair mülki iş 10 noyabr 2009-cu ildə Qəbələ rayon Məhkəməsində hakim T.Məmmədovun sədrliyi ilə baxılmış və iddia təmin edilmişdir. Bu məhkəmə prosesində iştirak etmiş İddiaçı hər hansı etirazı olmamışdır. Məhkəmə qətnaməsi əsasında hər iki həyətyanı torpaq sahəsinə əvvəlcə JN- 821 A seriyalı (kod ********) və JN-656 A (kod ********) Məhkəmə qətnaməsi üzrə icra aktı 16 may 2011-ci il tarixli Akt tərtib edilməklə N.O.X7 əvvəl verilmiş 0.15 ha həyətyanı torpaq sahəsi də onun pay torpağına əlavə edilməklə cəmi 0.36 ha torpaq sahəsi ölçülərək Nümayəndə tanıdılmışdır. Məhkəmə qətnaməsinin icra olunmasına dair Akt tərtib edilərkən heç bir vəsatət və şikayət daxil olmamışdır. Həmin yerlərə Nümayəndə adına RX seriyalı, ******* N-li və RX seriyalı ******* N-li çıxarışar verilmişdir. Hal hazırda hər iki torpaq sahələrində 2-ci Qarabağ Müharibəsində iştirak etmiş qardaşı, digər hissədə isə hazırda Kəlbəcər istiqamətində hərbi xidməti vəzifəsini yerinə yetirən digər qardaşı ev tikib ailəsi yaşayır. Hazırkı məhkəmə iddiaya uyğun olaraq JN-474, ( kod- ********) "Torpağa Mülkiyyət hüquqna dair" Dövlət Aktında qeyd edilən 0.54 ha ərazinin cavabdeh tərəfindən zəbt olunması, zəbt olunan sahənin ölçüsü, və burada hər hansı tikililərin inşa edilməsinə dair ekspertiza qarşısında qaldırılmış suallara mütəxəss rəyi kimi sifariş əsasında tamailə səhv cavablar verilmişdir. Mütəxəssis rəyində qeyd edilir ki, guya onlar mübahisələndirilən torpaq sahəsindən istifadə edirlər və bu sahə 0.54 hadır. 3-cü suala isə cavab olaraq bildilir ki, "göstərilən 0.54 ha hissədə cavabdehlər tərəfindən hər hansı bir tikili, hasar və s. inşa edilməmişdir. "Mütəxəsis rəyindəki 3-cü sualın cavabı tam əsassızdır. Çünki onlar fakt üzrə yerə baxış keçirməmiş, qiyabi olaraq sifariş əsasında uydurma cavab yazmışlar. Halbuki, həmin 0.54 ha ərazinin 0.36 ha-da (çıxarışı olan) iki nəfər cavabdeh tərəfin hərbçi oğullarının ailələrinə məxsus 2 ev tikilib və uzun müddətdir ki, istifadədədir. Ərazinin kənarı tamamilə daş hasarla tikilmişdir. Bir sözlə, mütəxəssis rəyi əsassızdır və yazılı vəsatətlə Təkrar ekspertizanın keçirilməsi zəruriyyəti yaranmışdır. İddia ərizəsində yazılanlar iddiaçının əsassız mülahizələrindən ibarətdir və uydurmadır. Odur ki, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Qəbələ Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. 1. JN-474 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.02 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuşdurmu?

2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?

3. Zəbt edilmişdirsə həmin torpaq sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər hansı bir tikili, dəmir qapı, hasar və s. inşa edilmişdirmi? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 23.02.2022-ci il tarixli, **********03 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, İşin araşdırılması üçün Şəki Layihə Tədqiqat İdarəsinin mütəxəssisləri 14 dekabr 2021 -ci i! tarixdə Qəbələ rayonu Mıxiıqovaq kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar, Kameral qaydada Mərkəzin elektron bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,

1. JN-474 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı ilə Qəbələ rayonu, Mıxiıqovaq kəndi ərazisində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,02 hektar torpaq sahəsinin 474B cizgisində göstərilmiş 0,54 hektar hissəsi cavabdehler Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur (yerquruluşu planı),

2. JN-474 nömrəli (kod ********) 'Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,02 hektar torpaq sahəsinin 474B cizgisində göstərilmiş 0,54 hektar hissəsi tam həcmdə cavabdehter Abdu!layey Oqtay Osman oğlu və X1 istifadəsindədir (yerquruluşu planı 2).

3. JN-474 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,02 hektar torpaq sahəsinin 474B cizgisində göstərilmiş 0,54 hektar hissəsində cavabdehler Cavabdeh1 və X4 tərəfindən hər hansı bir tikili, hasar və s, inşa edilməmişdir. Torpaq sahəsinin yerləşdiyi əraziyə gediş-gəliş yolunun giriş hissəsi cavabdehlər tərəfindən dəmir qapı vasitəsi İlə bağlanmışdır. Həmçinin qeyd olunur ki, JN-474 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində İddiaçı və ailə üzvlərinin Ümumi birgə mülkiyyətinə verilmiş 1,02 hektar torpaq sahəsinin 474B cizgisində göstərilmiş 0,54 hektar torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX-1056485 seriyalı **********46 reyestr nömrəli çıxarış ilə Nümayəndə Oqtay oğlunun mülkiyyətinə verilmiş 0,21 hektar torpaq sahəsinin 0,18 hektar hissəsi ilə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX-1056486 seriyalı **********50 reyestr nömrəli çıxarış ilə Nümayəndə Oqtay oğlunun mülkiyyətinə verilmiş 0,16 hektar torpaq sahəsi ilə üst-üstə düşür. JN- 474 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının 474B cizgisi ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,54 hektar torpağ sahəsinin RX-1050485 seriyalı **********45 reyestr nömrəli çıxarış ilə Nümayəndə Oqtay oğlunun mülkiyyətinə verilmiş 0,21 hektar torpaq sahəsinin 0,18 hektar hissəsi ilə və RX~ ******* seriyalı **********50 reyestr nömrəli çıxarış ilə Nümayəndə Oqtay oğlunun mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahəsi ilə üst-üstə düşən hissələri tərtib edilmiş yerquruluşu planı 3 və 4 də göstərilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş JN-474 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.02 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0125 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində Cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.02 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 105648 nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********45; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 10.05.2017-ci il) görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsi üzərində X14 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 72 nömrəli vərəqinə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 105686 nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********50; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 10.05.2017-ci il) görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi üzərində X14 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 69 nömrəli vərəqinə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhər Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 14 yanvar 2022-ci il tarixdə verilmiş AZ-İİ 227393 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 02 yanvar 2022-ci il tarixdə Bakı şəhər Nərimanov rayonunda vəfat etmişdir. 07 aprel 2022-ci il tarixdə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşir. qapıdan həyətə girərkən həyətin yuxarı hissəsində tikintisi başa çatmamış fərdi yaşayış evi mövcuddur. Mübahisəli 0.54 ha torpaq sahəsinin kənarları setka və çəpərlə çevrilib. Məhkəmə Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə bağlı iddia müddəti ötürülməmiş, ərizə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə iddiaçının “torpaq sahəsinin geri qaytarılması və s.” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarı ilə Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən mübahisəli 1.02 ha torpaq sahəsi JN-474 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-474 Kod 40614018 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.02 ha torpaq sahəsinin 0.5399.79 ha hissəsinin cavabdehlər X5 və Cavabdeh2 qeyri-qanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qorunma zolağı kimi kənd təsərrüfatı texnikasının hərəkət etməsi üçün nəzərdə tutulan yolda olan dəmir barmaqlıqlardan ibarət qapının və dəmir dirəklərə bağlanılmış tikanlı məftillərin sökülərək açılmasını tələb edir. Cavabdeh isə Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının olduğunu göstərib, İddiaçı məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-474 Kod 40614018 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.02 ha torpaq sahəsinin 0.5399.79 ha hissəsinin cavabdehlər X5 və Cavabdeh2 qeyri-qanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qorunma zolağı kimi kənd təsərrüfatı texnikasının hərəkət etməsi üçün nəzərdə tutulan yolda olan dəmir barmaqlıqlardan ibarət qapının və dəmir dirəklərə bağlanılmış tikanlı məftillərin sökülərək açılması tələbi ilə məhkəməyə müraciət etsələr də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı JN-474 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktı ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində İddiaçı və ailə üzvlərinin Ümumi birgə mülkiyyətinə verilmiş 1,02 hektar torpaq sahəsinin 474B cizgisində göstərilmiş 0,54 hektar torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX-1056485 seriyalı **********46 reyestr nömrəli çıxarış ilə Nümayəndə Oqtay oğlunun mülkiyyətinə verilmiş 0,21 hektar torpaq sahəsinin 0,18 hektar hissəsi ilə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX-1056486 seriyalı **********50 reyestr nömrəli çıxarış ilə Nümayəndə Oqtay oğlunun mülkiyyətinə verilmiş 0,16 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Torpaq sahələri üzrə mövcud hal mülkiyyətçi - İddiaçı tərəfindən aradan qaldırılmamışdır. Bu səbəbdən də qeyd olunan torpaq sahələri üzrə mütəxəssislər və ekspertlər tərəfindən araşdırma aparılması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmiş, ümumiyyətlə iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında tərəflərin Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Beləliklə, iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin geri qaytarılması və s." tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsinin geri qaytarılması və s." tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar