Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-34/2023 26.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçınun, iddiaçının vəkili Vəkil1, Cavabdeh1 və cavabdehin vəkili Vəkil2 İsgəndər oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun xüsusi mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, olan Çıxarış əsasında Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisindəki 0.49 ha torpaq sahəsinin bir hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehərin qanunsuz olaraq zəbt etdikləri torpaq sahəsinin ətrafında tikilmiş daş hasarın, çəkilmiş dəmir tor barmaqlıqların və dəmir qapının onların hesablarına sökülərək götürülməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum babası X3 və mərhum nənəsi X1 Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu, Vəndam qəsəbəsində xüsusi mülkiyyətlərinə 0,49 ha fərdi yaşayış evi, həyətyanı sahə, fədi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsinə görə adlarına JN-163A, kod 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Baba və nənədən qalmış Qəbələ rayonu, Vəndam qəsəbəsindəki 0,49 ha torpaq sahəsindəki miras əmlaka adına Qanuni vərəsəlik haqqında Şəhadətnamə aldıqdan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67 olan Çıxarış əldə etmişdir. Lakin 0,49 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarım tanınmasına baxmayaraq cavabdeh şəxslər tərəfindən mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə edə bilmir, belə ki, cavabdeh şəxslər torpaq sahəsinin təxminən 0,10 ha bir hissəsində daş hasar hörməklə, dəmirdən ibarət qapı qoymuşlar, təxminən 0,25 ha bir hissəsində isə dəmir tor barmaqlıqlardan ibarət hasar çəkməklə ümumi torpaq sahəsindən ayırmışlar. Hətta o, 2018-ci il tarixində Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyinə müraciət edərək nənə və babasından miras qalmış və hal-hazırda yaşadıqları həyətdə əmisi oğlu X2 qanunsuz hasar tikdiyi haqqında məlumat vermiş və Vəndam qəsəbə İƏD-i üzrə nümayəndəliyin əməkdaşları həmin əraziyə baxış keçirərək tikintinin dayandırılması haqqında məlumat verməklərinə baxmayan qanunsuz tikili davam etdirilib və dayandırılmamışdır. Cavabdeh şəxslər Cavabdeh1, Rəvan və Bayram baba və nənəsindən qalmış miras əmlakdan qanuni vərəsəlik üzrə pay almaq istəyərək, dəfələrlə Qəbələ Rayon Məhkəməsinə müraciət etmələrinə baxmayaraq iddia tələbləri əsassız olduğundan təmin olunmamışdır. Cavabdehlər xüsusi mülkiyyət əsasında ona məxsus torpaq sahəsinin bir hissəsini öz torpağı hesab edərək, istifadə edirlər və həmin əraziyə onu buraxmırlar. O da barədə qəsəbə Bələdiyyəsinə, icra nümayəndəsinə müraciət etsə də mübahisənin həlli mümkün olmamışdır. Cavabdehlərə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyimə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbindən görünür ki, iddiaçı onun tərəfindən hasarlanmış torpaq sahəsini miras kütləsinə aid olmaqla, ona DƏDKR tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışda göstərilmiş 0.49 ha torpaq sahəsinin bir hissəsi olmasını iddia edir. Lakin məhkəməyə torpaq sahəsinin planı və ölçüsünü təqdim etməmişdir. Ona görə də iddia predmeti ilə onun istifadəsində olan torpaq sahəsinin eynilik təşkil etməsi mübahisə doğurur. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 İsgəndər oğlu iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********67; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2022 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.49 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 1dekabr 2022-ci il tarixli, **********68 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədi ilə DƏDKR X7 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 01 Dekabr 2022-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, 1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi - **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) Çıxarışın verilməsinə əsas olmuş JN-163 A Kod 40600048 saylı şəhadətnamə üzrə 0,4888 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. 2. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi - **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) Çıxarışın verilməsinə əsas olmuş JN-163 A Kod 40600048 saylı şəhadətnamə üzrə 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0,08 ha hissəsi, şərq tərəfdən isə 0,1418 ha hissəsi cavabdehin istifadəsindədir. 3. İddiaçıya məxsus torpaq sahəsinin şərq tərəfdə cavabdehin istifadəsində olan 071418 ha hissəsinin kənarları metal torla, qərb tərəfdə cavabdehin istifadəsində olan 0,08 ha hissəsinin kənarları cavabdeh tərəfindən mişar daşı ilə, hasarlanmışdır və dəmir qapı qurulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/741 saylı ekspertiza rəyindən görünür ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: 1. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi - **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) Çıxarışın verilməsinə əsas olmuş JN-163 A Kod 40600048 saylı şəhadətnamə üzrə 0,4888 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. 2. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi - **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) Çıxarışın verilməsinə əsas olmuş JN-163 A Kod 40600048 saylı şəhadətnamə üzrə 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0,08 ha hissəsi, şərq tərəfdən isə 0,1418 ha hissəsi cavabdehin istifadəsindədir. 3. İddiaçıya məxsus torpaq sahəsinin şərq tərəfdə cavabdehin istifadəsində olan 071418 ha hissəsinin kənarları metal torla, qərb tərəfdə cavabdehin istifadəsində olan 0,08 ha hissəsinin kənarları cavabdeh tərəfindən mişar daşı ilə, hasarlanmışdır və dəmir qapı qurulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK-nın RPHŞ-si tərəfindən verilmiş **********67 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** № ilə qeydiyyata alınmışdır. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun xüsusi mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi **********, olan Çıxarış əsasında Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisindəki 0.49 ha torpaq sahəsinin bir hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehərin qanunsuz olaraq zəbt etdikləri torpaq sahəsinin ətrafında tikilmiş daş hasarın, çəkilmiş dəmir tor barmaqlıqların və dəmir qapının onların hesablarına sökülərək götürülməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh1 isə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələrinin onun istifadəsində olan torpaq sahəsinin eynilik təşkil etməsi mübahisə doğurduğunu göstərib, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı onun xüsusi mülkiyyətində olan Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK-nın RPHŞ tərəfindən verilmiş **********67 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0.49 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə “torpaq sahəsinin qaytarılması, torpaq sahəsi üzərində tikilmiş daş hasarın, dəmir tor barmaqlıqların və dəmir qapının sökülməsi” tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması zamanı, eyni zamanda alınmış müvafiq rəylər əsasında məlum olmuşdir ki, Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK-nın RPHŞ-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi - **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) Çıxarışın verilməsinə əsas olmuş JN-163A Kod 40600048 saylı şəhadətnamə üzrə 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0,08 ha hissəsi, şərq tərəfdən isə 0,1418 ha hissəsi cavabdehin istifadəsindədir. Həmçinin iddiaçıya məxsus torpaq sahəsinin şərq tərəfdə cavabdehin istifadəsində olan 0,1418 ha hissəsinin kənarları metal torla, qərb tərəfdə cavabdehin istifadəsində olan 0,08 ha hissəsinin kənarları cavabdeh tərəfindən mişar daşı ilə, hasarlanmışdır və dəmir qapı qurulması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK-nın RPHŞ-nın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi - **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) Çıxarış üzrə 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0.08 ha hissəsi və şərq tərəfdən 0.1418 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 geri alınaraq İddiaçı qaytarılmalı, iddiaçıya məxsus həmin torpaq sahəsinin şərq tərəfdən 0.1418 ha hissəsində metal tor və qərb tərəfdən 0.08 ha hissəsində mişar daş hasarı və dəmir qapı cavabdehlərin hesabına sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikasının ƏMDX yanında DƏDRK-nın RPHŞnın Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi - **********67; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi xx.xx.2022) Çıxarış üzrə 0,4888 ha torpaq sahəsinin qərb tərəfdən 0.08 ha hissəsi və şərq tərəfdən 0.1418 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 geri alınaraq İddiaçı qaytarılsın. İddiaçıya məxsus həmin torpaq sahəsinin şərq tərəfdən 0.1418 ha hissəsində metal tor və qərb tərəfdən 0.08 ha hissəsində mişar daş hasarı və dəmir qapı cavabdehlərin hesabına sökülsün. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-34/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-34/2023
26.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver