Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-351/2022 13.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun yəni-Qayıbxanova (Eyvazova) Cavahir Soltan qızının xx xxxxxx 1933-cü il tarixində Qəbələ rayonu, Qəmərvan kəndində X4 və anası X9 olmaqla doğulmağı faktım müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxxx 1933-cü ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuşdur. X4 və anası X9 olmuşdur. 04 may 1957-cı ildə X5 ilə nikaha daxil olduqdan sonra ərinin soyadı olan “Qayıbxanov” kimi qeyd etdirmişdir. Hazırda onun doğumundan 89 il ötmüşdür. X4 və anası X9 isə vəfat etmişlər. 1930-cu illərdə Azərbaycanda sovet hökuməti yenicə qurulmuşdu və demək olar ki, vətəndaşlıq vəziyyəti aktları, o cümlədən doğum aktları qeyd edilmirdi. Bu Səbəbdən və ya başqa səbəbdən valideynləri ona doğum şəhadətnaməsi almamışlar. Şəxsiyyətini təsdiq edən sənədə doğum tarixi tam olaraq yazılmamış, sadəcə doğum ili 1933 yazlmışdır. Doğum haqqında şəhadətnamə olmadığı üçün hər hansı bir Notariat əməliyyatı həyata keçirmək mümkün olmur. Onun adına doğum haqqında şəhadətnamənin mövcud olması və ya bərpası barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs 28 yanvar 2022-ci il tarixli 05/Q-23/13 saylı məktubundan görünür ki, doğum haqqında akt qeydi olmadığından doğum haqqında akt qeydini bərpa etmək mümkün deyildir. Həmçinin, Maraqlı şəxsndən ona məhkəməyə müraciət etməyi bildirmişlər. Hazırda doğum haqqında şəhadətnamə olmadığından, hər hansı bir Notariat əməliyyaları aparılması mümkün deyildir. Onun doğum faktı məhkəməyə təqdim olunmuş sənədlərdə öz əksini tapır. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Anası 1933-cü ildə anadan olmuşdur, onun ad gününü həmişə 01 yanvar tarixində qeyd ediblər. Mərhum nənəsinin adı X9, mərhum babasının adı X11 olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Anasının təvəllüdlü xx.xx.1933-cü ildir. O, Qəmərvan kəndində anadan olub. Mərhum nənəsinin adı X9, mərhum babasının adı X11 olmuşdur. anası Ərizəçi qızlıq soyadı isə Eyvazova olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-23/13 saylı 08.01.2022-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş X2 doğum haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qutqaşen rayon Qəmərvan kənd soveti tərəfindən 04 may 1957-ci il tarixdə verilmiş İ-İE № 001634 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 arasında 04 may 1957-ci ildə nikah bağlanmış, nikahdan sonra ərə Qayıbxanov, arvada Qayıbxanova soyadı verilmişdir. Həmin şəhadətnamədə doğum qrafasında ərizəçinin doğum tarixi “1933-cü il” olaraq, doğulduğu yer qrafasında “Qəbələ rayonu, Qəmərvan kəndi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qutqaşen rayon Qəmərvan kənd soveti tərəfindən 26 may 1968-ci il tarixdə verilmiş AZ № ******* saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 10 may 1968-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuşdur. Həmin şəhadətnamədə “anası” qrafasında ərizəçinin tam adı “Ərizəçi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs tərəfindən 25 yanvar 2022-ci il tarixdə verilmiş 05/29 saylı doğum haqqında arayışdan görünür ki, X12 24 may 1930-cu ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuşdur. Həmin şəhadətnamədə ərizəçinin mərhum anasının tam adı “X9”, mərhum atasının tam adı “X11” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ 30.01.2006-cı il tarixdə verilmiş Azərbaycan Respublikası Vətandaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, burada ərizəçinin doğum tarixi “XX.XX.1933” olaraq, doğulduğu yer “Qəbələ rayonu, Qəmərvan kəndi” olaraq qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Qayıbxanova (Eyvazova) Cavahir Soltan qızı xx xxxxxx 1933-cü il tarixdə Qəbələ rayon, Qəmərvan kəndində doğulmuşdur. Məhkəmə hesab edir ki, Qayıbxanova (Eyvazova) Cavahir Soltan qızının xx xxxxxx 1933-cü il tarixdə Qəbələ rayon, Qəmərvan kəndində doğulması, atasının X11, anasının X9 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Qayıbxanova (Eyvazova) Cavahir Soltan qızının xx xxxxxx 1933-cü il tarixdə Qəbələ rayon, Qəmərvan kəndində doğulması, atasının X11, anasının X9 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-351/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-351/2022
13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver