Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-352/2021 01.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə və Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X3 Mərkəzinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X3 Mərkəzinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciəte dərək, Qəbələ şəhər 2 saylı tam orta məktəbinin xx xxxx 2017-ci il tarixli, 57 saylı əmrin ləğv edilməsi, həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə işə bərpa edilməyi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2008-ci il tarixdə təyinatla Dızaxlı kənd tam orta məktəbinə dil-ədəbiyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. xx xxxxxxxx 2015-ci il tarixdə öz ərizəsinə əsasən Qəbələ şəhəri 2 saylı tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə köçürülmüşdür. Bundan sonra xx xxxx 2017-ci il tarixdə heç bir əsas olmadan işdən azad olunmuşdur. Elə həmin gün xx xxxx 2017-ci il 57 saylı əmrlə onun bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ancaq onunla bağlanmış olan əmək müqaviləsinə olan dəyişikliklər və müdaxilələr onun xəbəri olmadan aparılmışdır. Əmək müqaviləsinə xitam verilməsi birtərəfli qaydada aparılmışdır. Ancaq o, bildiyi qədər ilə əgər əmək müqaviləsinə xitam verilirsə, hər iki tərəfində məlumatlı olması gərəkir. Əgər hər hansı bir əsaslı səbəb, məhkəmə tərəfindən qəbul edilmiş bir qərar və bu kimi, başqa əsaslı hallar olarsa onun işinə birtərəfli xitam verilməsi qanuna uyğun olardı. Ən əsasıda odur ki, onun müəllimə işlədiyi dövrdə heç bir qayda pozuntusu olmamışdır ki, bu səbəbdən əmək müqaviləsinə xitam verilib. Ancaq bu sadaladığı halların heç biri olmadığı üçün o, işinə xitam verilməsini qanunsuz hesab edir. Çünki, onun işinə xitam verilərkən, məktəb tərəfindən ona heç bir bildiriş və ya bu işlə bağlı yəni, onun işdən azad edilməyi ilə əlaqədar ona heç bir qanuni sənəd verilməyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin hər hansısa maddəsinə istinad etməmiş və əmək müqaviləsinə niyə, hansı səbəbdən birtərəfli xitam verilməsini şərh edən əsaslar ona təqdim edilməmişdir. Bütün bu səbəblərə görə o işdən çıxarılmağını qanunsuz və qanunlara zidd sayır. Özü ali təhsilli müəllimədir. 9 il çalışmış və üzərinə düşən müəllimlik öhdəliklərini layiqincə və şərəflə yerinə yetirmişdir. İşdən azad edilməyi ilə bağlı dəfələrlə məktəbin direktoru ilə danışığı olub. Ancaq işi ilə maraqlanmayıb. Ona heç bir əsaslı səbəb göstərməyib. Bütün sadalananlara əsasən hesab edir ki, o işdən qanunsuz çıxarılmışdır. Əmək hüququnun pozulduğunu bilən kimi də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı iddiası tamamilə əsassızdır. İddiaçı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.2015-ci ildə işə qəbul edilərək müddətli əmək müqaviləsi imzalanmışdır. Bununla da o, Qəbələ RTŞ-nın 2246 №-li məktubuna əsasən iddiaçını məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq köçürmüşdür. Müqavilə xx xxxx 2017-ci il tarixədək bağlanmışdır. xx.xx.2017-ci il tarixdə iddiaçının öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Son haqq-hesab 2017-ci ildə verilmişdir. Məhkəmədən iddia əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X4 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı ilə 2015-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, bu elektron bazada qeydiyyatdan keçirilmişdir. 2017-ci ildə iddiaçının öz ərizəsi ilə işdən azad edilmişdir. İşdən çıxarılmasına dair əmr veriləndən 1 ay müddətinə şikayət edə bilərdi. Lakin, iddiaçı 3 il sonra məhkəməyə şikayət etmişdir. Məhkəmədən iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X3 Mərkəzinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2008-ci il tarixdə doldurulmuş ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı Zalova X1 rayon Dızaxlı kənd tam orta məktəbinin direktoru M.Mirzəliyevin xx.xx.2008-ci il tarixli 07 saylı əmri ilə həmin məktəbə dil-ədəbiyyat müəllimi təyin edilmiş, xx.xx.2015-ci il tarixli 8 saylı əmri ilə İddiaçı öz ərizəsi əsasında işdən azad edilmişdir. Həmçinin Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə xx.xx.2015-ci il tarixli 226 saylı əmri ilə iddiaçı Qəbələ şəhər 2 saylı tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə köçürülmüşdür, xx.xx.2017-ci il tarixli 57 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv olunmuş və sonuncu haqq-hesabı ödənilmişdir. İşdə olan Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə xx.xx.2015-ci il tarixli 226 saylı Əmri ilə Zalova X1 şəhər 2 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə köçürülmüşdür. xx.xx.2015-ci il tarixdə tərəflər (məktəb direktoru və iddiaçı) arasında bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçı Zalova X1 şəhər 2 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə xx xxxxxxxx 2014-cü tarixdən xx xxxx 2017-ci il tarixədək bağlanmışdır. İşdə olan Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru Nümayəndə xx.xx.2017-ci il tarixli 57 saylı Əmri ilə Əmək Məcəlləsinin 68-ci bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Qəbələ rayon Dızaxlı kənd tam orta məktəbinin direktoru M.Mirzəliyevin xx.xx.2008-ci il tarixli 07 saylı əmri ilə həmin məktəbə dilədəbiyyat müəllimi təyin edilmiş, xx.xx.2015-ci il tarixli 8 saylı əmri ilə İddiaçı öz ərizəsi əsasında işdən azad edilmişdir. xx.xx.2015-ci il tarixli 226 saylı Əmri ilə Zalova X1 şəhər 2 saylı tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmiş, həmin tarixdə məktəb direktoru və iddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Məktəb direktorunun xx.xx.2017-ci il tarixli 57 saylı Əmri ilə Əmək Məcəlləsinin 68.d bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axırıncı hesabı verilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz. Bundan başqa iddiaçı xx.xx.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, iddia müddətini ötürərək, yalnız xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, həmçinin iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Qəbələ şəhər 2 saylı tam orta məktəbinə, Cavabdeh2nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X3 Mərkəzinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-352/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-352/2021
01.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver