Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-355/2023 26.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh Vaqı̇ f oğluna qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılmasına” dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh Vaqı̇ f oğluna qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının nümayəndəsi Nümayəndə ərizə təqdim edərək iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh Vaqı̇ f oğlu məhkəməyə gəlmədiyinə görə onun işin mahiyyəti üzrə həll olunmasını tələb edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh Vaqı̇ f oğluna qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.7, 260, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh Vaqı̇ f oğluna qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılmasına” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın və ərizə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verlilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-355/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-355/2023
26.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver