Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-356/2023 13.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dairmülki iş üzrə (Açar sözlər: mənzildən məcburi qaydada çıxarılma) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı Cavabdeh qarşı “cavabdehin qanunsuz olaraq zəbt etdiyi mənzildən məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 72/4 nömrəli 1 (bir) otaqlı və 72/5 nömrəli, 2 (iki) otaqlı yaşayış binasında mənzilləri zəbt edərək qanunsuz olaraq yaşayan Cavabdeh həmin mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bilindiyi kimi Qəbələ rayonu ərazisində uzun illər ərzində Rusiya Federasiyasının N saylı hərbi hissəsi (X4, Daryal) fəaliyyət göstərmişdir. Həmin hərbi hissədə xidmət edən hərbiçilərin ailələri və digər işçilərin ailələrinin yaşaması üçün hərbi şəhərcik mövcud olmuşdur. Sonradan Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hərbi hissənin fəaliyyəti ilə bağlı müxtəlif vaxtlarda icarə vaxtının uzadılması məqsədilə işçi qruplarının görüşləri olmuş və 04 dekabr 2012-ci il tarixdən həmin hərbi hissənin fəaliyyəti dayandırılaraq Azərbaycan ərazisini tərk etmişlər. Bu zaman ərazidə yerləşən və Azərbaycan Respublikasının mülkiyyətində olan xidməti yaşayış evləri Gəncə şəhərində yerləşən Mənzil istismar İdarəsinin balansında olduğu üçün həmin təşkilata təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2012-ci il tarixli, 305s nömrəli sərəncamı ilə X1 (RLS Daryal) daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan-Rusiya birgə Komissiyasının tərkibi təsdiq edilmiş və 1 ay müddətində inventarlaşdırmanın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli, 328s nömrəli sərəncamı ilə X1 fəaliyyətinin dayandırılması ilə bağlı tədbirlərin keçirilməsi üzrə komissiya yaradılmış və inventarlaşdırılmış əmlakın təhvil verilməsi həyata keçirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013-cü il tarixli, 112 s nömrəli sərəncamı ilə X1 (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Qeyd olunan müvafiq sərəncamdan sonra Qəbələ Rayon İcra Hakimiyyəti başçısının 04 iyul 2013-cü il tarixli n, 51 nömrəli sərəncamı ilə yaşayış şəhərciyi rayon icra hakimiyyətinin balansına qəbul edilmişdir. Sonradan qeyd olunan şəhərcikdə yerləşən yaşayış binaları Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Gəncə Mənzil İstismar İdarəsinin balansında olan və rayon icra hakimiyyətinin balansına verilənədək müddətdə xidməti mənzillər olmasına baxmayaraq və orada yaşamağa heç bir hüququ olmayan şəxslər özbaşına olaraq müxtəllif yollarla həmin mənzillərə soxularaq zəbt etmişlər. Keçən dövr ərzində Qəbələ Rayon İcra Hakimiyyəti və Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən dəfələrlə şəhərcikdə yerləşən binalarda qanunsuz olaraq yaşayan vətəndaşların mənzilləri boşaldaraq tərk etmələri tələb olunmuşdur. Lakin qeyd olunan mənzillərin bəzilərində yaşayan vətəndaşlar haqsız olaraq onların müqaviləsinin olduğunu əsas gətirərək mənzilləri boşaltmaqdan imtina etmişlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının nümayəndəsi Nümayəndəqeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, Cavabdeh 2016-cı ildə 72-ci binanın 5-ci mənzilini zəbt etmişdur. Mənzil 2 otadan ibarətdir. Daha sonra 2020-ci ildə həmin binanın 4-cü mənzilini zəbt etmişdir. Həmin mənzil isə 1 otaqdan ibarətdir. Mənzillər yanaşı yerləşir. İki otaqlı mənzildə özü məskunlaşıb. 1 otaqlı mənzilə isə bacısını gətirib. Qıfılı qıraraq mənzilə daxil olmuşdur. Hazırda mənzilləri təhvil vermir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 2015-ci ildə 72/5 nömrəli mənzilə daxil olmuşdur. Özü Qəbələ rayonu, Bayramkoxa kəndindəndir. Ərə gedənə qədər ata evində yaşamışdır. Sonra Şirvan şəhərinə ərə getmiş, boşanandan sonra Qəbələ rayonuna qayıtmışdır. O Qəbələ RİH müraciət etmişdir. Ona cavab vermişlər ki, həmin mənzillərin statusu təyin olunmadığına görə ona mənzil verə bilməzlər. Sonra onu gəlib çıxartmışlar. O, Prezident Aparatında qəbulda olmuşdur. Ordan zəng vurmuşlar, bundan sonra ona yaşamaq hüququ vermişlər. Kommunal xərcləri ödəyərək yaşamağa başlamışdır. Digər mənzilin mənə aidiyyatı yoxdur. Bacısı yaşayır, o da deyir ki, evi boşaldacaqdır. Göstərilənləri nəzərə alıb iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatınında sahə rəisi vəzifəsində işləyir. Cavabdeh 2016-cı ildə mənzilin qapısını qırıb girmişdir. Xəbərdarlıq olunmuş, lakin evdən çıxmamışdır. Sonradan 2020-ci ildə icra hakimiyyətində qəbuldan gəlib ona bildirmiş ki, xəbər verərsən ki, indi ikinci mənzilin qapısını qırıb girir. Barəsində xəbərdarlıq vermişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, cavabdehin və şahidin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013-cü il tarixli 112 s nömrəli sərəncamının surətindən görünür ki, Qəbələ radiolakasiya stansiyasının bağlanması ilə əlaqədar olaraq, Azərbaycan tərəfinə təhvil verilmiş əmlakın səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə X1 yaşayış şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, yardımçı bina və qurğular Qəbələ rayon İcra Hakimiyyətinin balansına verilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısının 04iyul 2013-cü il tarixli 51 nömrəli sərancamından görünür ki, X1 yaşayış şəhərciyində yerləşən və aşağıda adları qeyd olunan, ümumi dəyəri ******* (bir milyon üç yüz altmış doqquz min doqquz yüz qırx beş) manat olan bina və qurğuların əvəzsiz olaraq Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti başçısının 25yanvar 2016-cı il tarixli 10 nömrəli sərancamından görünür ki, Qəbələ Rayon İcra Hakimiyyətinin balansında olan keçmiş X1 yaşayış şəhərciyində ümumi dəyəri ******* (bir milyon bir yüz altmış min səkkiz yüz yetmiş doqquz) manat olan yaşayış binaları əvəzsiz olaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilməsi qərara alınmışdır. İş materiallarında olan Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən X2 ünvanlanmış 04 aprel 2022-ci il tarixli, 32 nömrəli bildirişdən görünür ki, sonuncuya keçmiş hərbi şəhərcik ərazisində yerləşən Kombinatın balansında olan 72 №-li yaşayış binasının 5 №-li mənzilini qeyri-qanuni olaraq zəbt etdiyini, üç gün müddətinə mənzili boşaltmağı, əks təqdirdə X3 müraciət olunacağı bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. AzərbaycanRespublikasıMülkiMəcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 7.1.Mənzil münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından mənzil münasibətlərində öz səlahiyyətləri daxilində dövlət orqanları iştirak edirlər. Bələdiyyələr mənzil münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər. Maddə 8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları və s. təşkil edir. Maddə 17. Mənzil fondu Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur və mülkiyyət formasına görə mənzil fondu özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fonduna bölünür. Öz növbəsində istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu sosial və xüsusi təyinatlı mənzil fondlarına bölünür. Sosial təyinatlı mənzil fondu dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrini, xüsusi təyinatlı mənzil fondu isə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrini ehtiva edir. Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri, manevr fondu yaşayış sahələri, əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri, qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri və ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Maddə 98. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Maddə 103. Xidməti yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir və dövlət mənzil fonduna münasibətdə həmin vətəndaşların kateqoriyaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi Mənzil Məcəlləsinin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 72 saylı binanın 5 saylı 2 (iki) otaqlı mənzilindən və 72 saylı binanın 4 saylı 1 (bir) otaqlı mənzilindən Cavabdeh çıxarılması və mənzilin boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilməsiüçün əsasların mövcud olubolmaması təşkil edir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 may 2013-cü il tarixli, 112 s nömrəli sərəncamı ilə X1 (RLS Daryal) şəhərciyində yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, eləcə də ərazidə yerləşən bütün yardımçı binalar və qurğular Qəbələ Rayon İcra Hakimiyyətinin balansına verilmişdir.Qəbələ RİH başçısının 25 yanvar 2016-cı il tarixli 10 nömrəli sərəncamı ilə kommunal xidmətlərin göstərilməsi məqsədilə şəhərciyində yerləşən yaşayış binalarıQəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansına verilmişdir. Lakin Cavabdeh heç bir hüquqi əsas olmadan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 72 saylı binanın 5 saylı 2 (iki) otaqlı mənzilində qanunsuz olaraq zəbt edərək yaşamaqdadır. Bununla bağlı Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatı tərəfindən Cavabdeh mənzili tərk etməsi bildirilmiş, lakin cavabdeh tərəfindən mənzil boşaldılmamışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən, dövlət mənzil fondunun xidməti yaşayış sahələri yalnız dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə, habelə hərbi qulluqçulara onların işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmadıqda, özü də qulluqkeçmə müddəti üçün verilir. Mübahisəli mənzilin yerləşdiyi keçmiş hərbi şəhərcik 2012-ci il dekabrın 10-dək Rusiya Federasiyasının icarəsində olmuş «Daryal» RLS-də xidmət keçən hərbi qulluqçuların müvəqqəti yaşaması üçün nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından həmin yaşayış sahələri xidməti yaşayış sahəsi kimi «Daryal» RLS-də xidmət keçən hərbi qulluqçulara və həmin stansiyada əmək münasibətlərində olmuş, lakin müvafiq yaşayış məntəqəsində (Qəbələ rayonunda) yaşayış sahəsi olmayan işçilərə verilməsi üçün nəzərdə tutulmuşdur. Cavabdeh isə 2016-ci ildən heç bir əsas olmadan özbaşına olaraq həmin Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 72 saylı binanın 5 saylı mənzilini zəbt etmişdir. Bunu o, məhkəmə araşdırması zamanı verdiyi ifadəsində də etiraf etmişdir. Nəhayət, nəzərə almaq lazımdır ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi fəaliyyətini dayandırıb Azərbaycan Respublikasını tərk etdikdən sonra həmin hərbi hissənin xidməti istifadəsində olmuş Qəbələ-2 ünvanında yerləşən keçmiş hərbi şəhərcikdə yerləşən yaşayış binaları, uşaq bağçası, mədəni-məişət, ticarət, ictimai-iaşə, inzibati, tibbi təyinatlı, yardımçı bina və qurğular Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına verilməsinə baxmayaraq, yaşayış sahələrinin son təyinatı müəyyənləşməmişdir və gələcəkdə bu yaşayış məntəqəsindəki yaşayış sahələrinin məqsədli təyinatını müəyyən etmək Azərbaycan Dövlətinin müstəsna səlahiyyətindədir. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Cavabdeh heç bir qanuni əsas olmadan Azərbaycan Respublikasının mülkiyyətində olub, Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatınınbalansına verilmiş Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 72 saylı binanın 5 saylı mənzilini özbaşına zəbt etmişdir və hazırda həmin mənzildə qanunsuz olaraq yaşayır. Bu səbəbdən həmin 72 saylı binanın 5 saylı mənzilindən çıxması hissəsində iddia tələbi təmin edilməlidir. Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 72 saylı binanın 4 saylı mənzildən Cavabdeh çıxarılması hissəsində iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının nümayəndəsinin, həmçinin Cavabdeh izahatından müəyyən olunur ki, həmin mənzildə Cavabdeh deyil, onun bacısı yaşamaqdadır. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Eyni zamanda iddiaçıya Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 72 saylı binanın 4 saylı mənzildə yaşayan şəxsin həqiqətəndə qanunsuz olaraq mənzili zəbt etməsinin mövcudluğu olarsa, həmin şəxsin müəyyən edilərək məhkəməyə müraciət edilməsi izah edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Akimova Azərbaycana qarşı» işdədə Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin 1-cihissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Göründüyü kimi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adıçəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə iddianı qismən əsaslı sayıb, onun qismən təmin olunması qənaətin əgəlir. Məhkəmə hesab edir ki, Cavabdeh Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 72 saylı binanın 5 saylı 2 (iki) otaqlı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvilverilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatının balansında olan Qəbələ şəhəri, M.Abduyev küçəsində yerləşən 72 saylı binanın 5 saylı 2 (iki) otaqlı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələri Kombinatına təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-356/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-356/2023
13.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver