Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-398/2021 03.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin sədri X1 iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qəbələ rayon Mıxlıqovaq kəndində ona məxsus 0.12 ha həyətyanı və 0.21 ha pay torpaq sahələrinə gələn hissəsində cavadeh Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin sahədə yerləşən çəpərin cavabdeh tərəfindən sökülərək torpağın əvvəlki vəziyyətinin bərpa olunması, həmin torpaq sahəsində hərəkətə maneənin aradan qaldırılması, yeni maneə yaradılmasının cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18.03.2021-ci il tarixdə İddiaçı iddia tələbinin artırılması ilə bağlı ərizə təqdim edərək cavabdehin qanunsuz hərəkəti ilə bağlı iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə dövlət rüsumu, işə aid təsdiqedici arayışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 9 saylı Qəbələ rayon filialına ödənilmiş 31 (otuz bir) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilməsi, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03.08.2021-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin artırılması ilə bağlı ərizə təqdim edərək mülki iş üzrə təyin edilmiş ekspertiza xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşayır. Onun 0.12 hektar həyətyanı və 0.21 hektar pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat komissiyası tərəfindən verilən 22 noyabr 1997-ci il tarixli 25 saylı qərarında öz əksini tapmışdır. Bu hal Azərbaycan Respublikası (AR) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə (JN-247A. KOD ********) və Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN-0163 Kod ********) ilə təsdiq edilir. Ona məxsus torpaq sahələrinə gələn ərazi hissəsində nəqliyyat növləri və piyadalar üçün ümumi istifadədə olan yolu son 2 (iki) il ərzində qonşu Cavabdeh (bundan sonra-cavabdeh) qanunsuz zəbt etmişdir və çəpərlə bağlamışdır. Bunun nəticəsində onun və ailə üzvlərinin həmin ərazidən istifadə (hərəkət) məhdudlaşdırılmışdır və ona məxsus torpaq sahəsinə gediş-gəliş mümkünsüz olmuşdur. Belə ki, torpaq sahəsinə giriş üçün giriş-çıxış qapısı həmin yoldandır. Mübahisə predmeti həmin ərazi nəqliyyat və piyadalar üçün ümumi istifadədə olan torpaq sahəsində mövcud olan yoldur. Cavabdeh həmin yolu qanunsuz bağlamaqla, hərəkətə maneə yaratmış və maraqlarına toxunmuşdur. Cavabdehin bu hərəkəti ilə bağlı, qardaşları Soltanov Müsəllim və Nümayəndə dəfələrlə onunla müzakirə edilməsi nəticəsiz olmuşdur. 21.12.2020-ci il tarixində bu məsələ ilə bağlı Mıxlıqovaq kənd Bələdiyyəsinə ərizə ilə müraciət olunmuşdur. Müraciətə 23.12.2020-ci il tarixli 61 saylı cavab məktubu göndərilmişdir. Cavabda ünvan üzrə əraziyə baxış keçirildiyini və mübahisəli məsələnin onların səlahiyyəti xaricində olduğu bildirilmiş və aidiyyatı üzrə ünvan Kadastr İdarəsinə, yaxud, məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur (cavabın surəti ərizəyə əlavə edilmişdir). Qəbələ rayon Kadastr İdarəsinə şifahi müraciətə cavab olaraq bildirdilər ki, “məhkəməyə müraciət etməlisiniz və məhkəmənin göstərişi əsasında biz bu məsələni həll edə bilərik”. Eyni zamanda, 21.12.2020-ci il tarixində Mıxlıqovaq kənd inzibati ərazi üzrə nümayəndəliyinə ərizə ilə müraciət olunmuşdur. Müraciətə 23.12.2020-ci il tarixli cavab məktubu göndərilmişdir. Cavabda göstərilir ki, “Mübahisəli əmlak məsələləri bizim səlahiyyətimiz xaricində olduğu üçün məhkəməyə müraciət etməlisiniz” (cavabın surəti ərizəyə əlavə edilmişdir). Göstərilən səbəbdən məhkəməyə müraciət zəruriyyəti, yaranmışdır. Hesab edir ki, iddia ərizəsinə mahiyyəti üzrə baxılması zamanı, sözügedən qurumların nümayəndəsinin maraqlı şəxs qismində məhkəmədə iştirakı zəruridir. Cavabdehin bu qanunsuz hərəkəti və özbaşınalığı qonşu torpaq sahəsinin mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə təcavüz etməsi, eyni zamanda mübahisə predmeti olan ərazidə yol hərəkəti iştirakçılarının hərəkətinə süni maneə yaradılması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin sədri X4 izahatında bildirdi ki, mübahisəli əraziyə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. 1996-cı ildə islahatlar keçirilən zaman həmin sahədə yol yeri nəzərdə tutulmayıb, torpaq sahəsinin xəritəsində də bu mövcud deyil. Əraziyə baxış keçirilən zaman Cavabdeh həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən Dövlət aktıının olduğunu iddia etsə də, o sənədi təqdim etmədi. Cavabdehin mülkiyyət hüuqunu təsdiq edən sənəd mövcud deyildir. Təqdim edilmiş ekspertiza rəyi ilə razıdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, ekspertiza rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-0163 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı tam mülkiyyətinə 0.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-163 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı tam mülkiyyətinə 0.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-247A saylı, kod 40614018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı tam mülkiyyətinə 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı? - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? “X3” MMC-nin 03.06.2021-ci il tarixli 227 saylı ekspert rəyindən görünür ki, hüquqmüəyyənedici sənədlər əsasında mübahisələndirilən yol sahəsi üzrə naturada, eləcə də ərazinin ümumi xəritəsi üzərində (X2) aparılan ekspertiza tədqiqatı zamanı iddiaçının orta uzuluğu 26 m, eni 7 m ölşüdə olan yol yeri kimi istifadə etmək istədiyi torpaq sahəsi Kompleks Yerquruluşu Layihəsində ümumi istifadədə olan yol yeri kimi təsvir olunmuşdur. Həmin yol sahəsi naturada hər iki tərəfdən cavabdeh tərəfindən ağac çəpərlə bağlanmışdır. Mübahisəli ərazi üzrə ərazinin ümumi xəritəsi üzərində nəzərdə tutulan və təsvir olunan yol sahəsi bələdiyyə mülkiyyəti olmaqla ümumi istifadə üçün nəzərdə tutulan torpaqlardır. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,12 ha torpaq sahəsi JN-247A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, həmçinin Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən 0,21 ha torpaq sahəsi JN-163 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçının mülkiyyətindədir. İddiaçının yol kimi istifadə etdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və iddiaçıya həmin torpaq sahəsindən öz mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlməsinə maneə yaradır. Hazırda iddiaçı Qəbələ rayon Mıxlıqovaq kəndində ona məxsus 0.12 ha həyətyanı və 0.21 ha pay torpaq sahələrinə gələn hissəsində cavadeh Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması, həmin sahədə yerləşən çəpərin cavabdeh tərəfindən sökülərək torpağın əvvəlki vəziyyətinin bərpa olunması, həmin torpaq sahəsində hərəkətə maneənin aradan qaldırılması, yeni maneə yaradılmasının cavabdehə qadağan olunmasını, cavabdehin qanunsuz hərəkəti ilə bağlı iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə dövlət rüsumu, işə aid təsdiqedici arayışın alınması üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 9 saylı Qəbələ rayon filialına ödənilmiş 31 (otuz bir) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilməsi, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq, ona verilməsini, həmçinin Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutulmasını tələb edir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının, həmçinin maraqlı şəxs olan Bələdiyyənin mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Həmin Məcəllənin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Həmçinin İddiaçı işə aid təsdiqedici arayışın verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 9 saylı Qəbələ rayon filialı tərəfindən ödənilmiş 31 (otuz bir) manat məbləğdə haqq tutulmuş, məhkəmə hesab edir ki, həmin pul vəsaiti iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq, iddiaçı ona verilməsini tələb etsələr də bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və JN-247A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə və JN-163 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,21 ha torpaq sahəsinə gedən iddiaçının yol yeri kimi mübahisələndirdiyi torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılmalı, Qeyd edilən iddiaçının yol yeri kimi mübahisələndirdiyi torpaq sahəsində olan ağac çəpərləri Cavabdeh tərəfindən sökülürək torpağın əvvəlki vəziyyəti bərpa olunmalı, iddianın qalan hissəsi təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “X3” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. JN-247A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,12 ha torpaq sahəsinə və JN-163 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,21 ha torpaq sahəsinə gedən iddiaçının yol yeri kimi mübahisələndirdiyi torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılsın (Azərbaycan Respublikası “X3” MMC tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq). Qeyd edilən iddiaçının yol yeri kimi mübahisələndirdiyi torpaq sahəsində olan ağac çəpərləri Cavabdeh tərəfindən sökülürək torpağın əvvəlki vəziyyəti bərpa olunsun. İddianın qalan hissəsi təmin edilməsin Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “X3” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-398/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-398/2021
03.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver