Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-4/2024 17.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər, X1 və qeyrilərinə qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və qanunsuz tikililərin sökülməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E TD İ : İddiaçı cavabdehlər, X1 və qeyrilərinə qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və qanunsuz tikililərin sökülməsi tələbi barədə iddia qaldıraraq ona məxsus olan A 282456 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 105,0 kv/m torpaq sahəsindən Cavabdeh1, Cavabdeh2 Vəliqulu qızı və Cavabdeh3 çıxarılması və ərazidə inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Qəbələ rayon Zarağan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 14 saylı qərarı ilə İddiaçı ticarət obyekti tikintisi məqsədilə Qəbələ rayonu Zarağan kəndində yerləşən 105,0 kv/m torpaq sahəsi ayrılmış və qabaqcadan haqqı ödənilərək alqı-satqı aktı əsasında satılmışdır. Həmin torpaq sahəsi xx.xx.2010-cu il tarixdə A 282456 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar və sərhədlər üzrə İddiaçı adına X5 qeydiyyata alınmışdır. Lakin Qəbələ rayon İcra Hakimiyyəti ərazidə ticarət obyektinin tikintisinə icazə vermədiyindən torpaq sahəsi bir müddət boş qalmış və sonradan Cavabdeh1, Cavabdeh2 Vəliqulu qızı və Cavabdeh3 tərəfindən zəbt edilərək daş hasara alınıb üzərinə təsərrüfat tikililəri inşa edilmişdir. Ona görə də, A 282456 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 105,0 kv/m torpaq sahəsindən Cavabdeh1, Cavabdeh2 Vəliqulu qızı və Cavabdeh3 çıxarılması və ərazidə inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə iddia qaldırılmışdır. İşdə olan A 282456 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 105,0 kv/m torpaq sahəsi Qəbələ rayon Zarağan bələdiyyəsinin xx.xx.2006cı il tarixli 14 saylı qərarı ilə İddiaçı verilmişdir. İşdə olan 25.12.200-cı il tarixli «Torpaqların alqı-satqısına dair» Aktın surətinə və əlavə edilmiş xx.xx.2006-cı il tarixli 000502 nömrəli qəbzə əsasən müəyyən edilir ki, Qəbələ rayon Zarağan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 293 saylı qərarına əsasən bələdiyyə ərazisindən 105,0 kv/m torpaq sahəsi (AR DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq olunmuş planda yeri göstərilmişdir.) Qəbələ rayonu Zarağan bələdiyyəsi tərəfindən İddiaçı satılmış və İddiaçı bələdiyyəsinin hesabına 216,0 manat ödəmişdir. İşdə olan A 282456 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Qəbələ rayonu Zarağan kəndində yerləşən 105,0 kv/m torpaq sahəsi Qəbələ rayon Zarağan bələdiyyəsinin xx.xx.2006cı il tarixli 14 saylı qərarı ilə İddiaçı verilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3 271 nömrəli ekspert rəyində göstərilmişdir ki, A 282456 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 105,0 kv/m torpaq sahəsinin......, 38,7 kv/m hissəsi (ortofotaplanda göstərilmiş ərazi) Cavabdeh1 tərəfindən hasara alınaraq faktiki surətdə istifadə olunur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 109/69 saylı məlumata əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan Qəbələ rayon MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatda göstərilmişdir ki, mərhum Cavabdeh1 Ağdam rayonundan Məcburi köçkün olub və Qəbələ rayon Məcburi Köçkün qəsəbəsi bina 2, mənzil 76-da müvəqqəti qeydiyyatda olub və ailə üzvləri (Cavabdeh2 Vəliqulu qızı və Cavabdeh3) ilə birlikdə yaşayıb. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları; qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi; elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; başqa şəxsə zərər vurulması; əsassız varlanma; fiziki və hüquqi şəxslərin digər hərəkətləri; qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını təşkil edir. AR Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 5-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı A 282456 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 105,0 kv/m torpaq sahəsini mülkiyyətçi ilə (Qəbələ rayonu Zarağan bələdiyyəsi ilə) bağladığı alqı-satqı yolu ilə əldə edərək üzərində faktiki surətdə sahiblik və istifadə hüququ əldə etmişdir. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən.....torpaq sahəsinin faktiki sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. AR Torpaq Məcəlləsinin 111-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan A 282456 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 105,0 kv/m torpaq sahəsinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 271 saylı ekspert Rəyində qeyd olunmuş ortofotaplanda işarələnmiş 38,7 kv/m ərazisində yerləşən tikililər (hasar və digər tikililər) cavabdehlər, X2 və Cavabdeh3 hesabına sökülməli və həmin torpaq sahəsi onların (qanunsuz sahibliyindən geri alınıb İddiaçı təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 277, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus olan A 282456 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində sərhədləri göstərilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən 105,0 kv/m torpaq sahəsinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 271 saylı ekspert Rəyində qeyd olunmuş ortofotaplanda işarələnmiş 38,7 kv/m ərazisində yerləşən tikililər (hasar və digər tikililər) cavabdehlər, X2 və Cavabdeh3 hesabına sökülsün və həmin torpaq sahəsi onların (X2 və Cavabdeh3) qanunsuz sahibliyindən geri alınıb İddiaçı təhvil verilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №2(025)-4/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-4/2024
17.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver