Məhkəmə qərarları › İş №2(025)-405/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-405/2021

12.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-405/2021 12.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və cavabdehin mirasa olan hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və cavabdehin mirasa olan hüququnun itirilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, miras qoyanlar - X5 xx.xx.2019-cu il tarixdə, X4 xx.xx.2005-ci il tarixdə, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı hal-hazırda mərhum atası X4, anası X7 və X3 məxsus olan Qəbələ rayonu Mirzəlibəyli kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsinin və həmin kənddə onlara məxsus 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras paylarının üzərində qanun üzrə vərəsə kimi onun hüququnun tanınması və cavabdehin həmin miras paylara olan hüququnun mirası qəbul etmək üçün müddəti ötürdüyü üçün mirasa olan hüququnun itirilməsini xahiş etsə də, iddia ərizəsinə həmin torpaq sahələrində mərhum X1, X6, X2 paylarının mövcud olmasına dair hər hansı sübut əlavə etməmişdir. Belə ki, ilk öncə sözügedən torpaq sahəsindən ümumi birgə mülkiyyətçilərin (miras qoyanların) hər birinin payı müəyyən edilməli və daha sonra İddiaçı həmin torpaq sahələrindən X4, X7 və X2 payları üzərində qanun üzrə vərəsə kimi onun hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət edə bilər. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı Qəbələ rayonu Mirzəlibəyli kəndində yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə ümumi birgə mülkiyyətçilərin paylarının müəyyən edilməsini sübut edən sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin, iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair müəyyən sənədlər (mübahisəli torpaq sahələri ilə bağlı sənədlərin əsli və ya qanunla müəyyən edilmiş qaydada təsdiq olunmuş kserosurətləri) əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Qeyd olunan Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və cavabdehin mirasa olan hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar