Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-406/2022 19.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qəbələ rayonu Məmmədağalı kənd tam orta məktəbinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X8bə, üçüncü şəxs Qəbələ rayonu Təhsil şöbəsinə qarşı “müddətsiz əmək müqaviləsnin bərba edilməsi və qismən ödənişli məzuniyyətə görə müavinətlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək mübahisələri, əmək münasibətləri üzrə sair mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh Qəbələ rayonu Məmmədağalı kənd tam orta məktəbinin direktoru X1, maraqlı şəxs Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi Nümayəndə1 və maraqlı şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidməti 19 X17 X10 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Qəbələ rayonu Məmmədağalı kənd tam orta məktəbinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X8bə, üçüncü şəxs Qəbələ rayonu Təhsil şöbəsinə qarşı “müddətsiz əmək müqaviləsnin bərba edilməsi və qismən ödənişli məzuniyyətə görə müavinətlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İşin halları İddiaçı cavabdehlər Qəbələ rayonu Məmmədağalı kənd tam orta məktəbinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X8bə, üçüncü şəxs Qəbələ rayonu Təhsil şöbəsinə qarşı “müddətsiz əmək müqaviləsnin bərba edilməsi və qismən ödənişli məzuniyyətə görə müavinətlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi tərəfindən bir tərəfli olaraq bağlanmış müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi və müddətsiz əmək müqaviləsinin bərpa edilməsi, 2. Cavabdehlər tərəfindən 19.02.2019-cu ildə anadan olmuş övladına görə onun qismən ödənişli məzuniyyətimə görə müavinətlərinin ödənilməsi bbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.04.2022-ci il tarixdə İddiaçı iddianın həcminin artırılması ilə bağlı məhkəməyə ərizə təqdim edərək, Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi tərəfindən birtərəfli olaraq bağlanmış müddətli əmək müqaviləsinin ləğv edilməsinə və 15.09.2013-cü il tarixli müddətsiz əmək müqaviləsinin bərpa olunmasına; - 19.02.2019-cu ildə anadan olmuş övladına görə onun qismən ödənişli məzuniyyətə görə müavinətin ödənilməsinə; -Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi üzrə 12.03.2022-ci- il tarixli, 190 saylı əmrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbinin 15.09.2013-cü il tarixli, 49 saylı əmri ilə həmin məktəbin ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul edilmişdir. Həmin vaxt onunla müddətsiz əmək müqaviləsi bağlanaraq “Elektron hökümət portalına” daxil edilmişdir. Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbinin 08.02.2016-cı il tarixli əmri ilə 13.06.2016-cı ilədək hamiləliyə və doğuşa görə analıq məzuniyyətinə, 01,07.2016-cı il 173 saylı əmri ilə 56 təqvim günü müddətində əmək məzuniyyətinə, 15.09.2016-cı il tarixli 156 saylı əmr ilə 15.09.2017-ci il tarixədək və 16.09.2017-ci tarixli 115 saylı əmr ilə 06.04.2019-cu il tarixədək olan müddətdə haqqı qismən ödənilən məzuniyyətə buraxılmışdır. Daha sonra isə ərizəsi əsasında məktəb üzrə 01.07.2019-cu il tarixli 42 saylı əmrlə 19.02.2019-cu il tarixdə doğulmuş ikinci uşağıma qulluq etmək üçün 01.07.2019- cu il tarixdən 19.02.2022-ci il tarixədək haqqı qismən ödənilən məzuniyyət verilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, heç bir əsas olmadan cavabdeh tərəfindən 04.03.2017-ci il tarixdə əmək müqaviləsinə dəyişiklik edilərək müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilmişdir. Qeyd olunan faktı təsdiq edən əmək müqaviləsi bildirişi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətini 19 X17 X10 18.03.2021-ci il tarixli **********5 nömrəli məktubu iş materiallarına əlavə edilir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə nəzər yetirdikdə aydın olur ki, onunla əvvəl bağlanmış əmək müqaviləsi müddətsiz olmuşdur. Əmək müqaviləsinə dəyişiklik edilməsini öyrəndikdən sonra ünvan 1 ünvanlayaraq yeni bağlanmış müddətli əmək müqaviləsini və əmrin surətini ona təqdim edilməsini xahiş etmişdi (iş materiallarına əlavə edilir). Lakin bu günədək qeyd olunan sənədlər təqdim edilməmişdir. Qanunvericilik müddətsiz əmək müqaviləsinin bir tərəfli olaraq müddətli əmək müqaviləsi ilə əvəz edilməsini qadağan etmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən qanunvericiliyin normaları kobud şəkildə pozularaq işçinin ərizəsi olmadan müqaviləyə dəyişiklik edilmişdir. Digər tərəfdən 19.02.2019-cu ildə anadan olmuş övladı üçün qismən ödənişli məzuniyyətə görə müavinət ödənilmədiyindən adiyyəti üzrə Qəbələ rayon Məmmədağalı kənd orta məktəbinə, 4 saylı Ərazi Maliyyə-Hesablama Mərkəzininə müraciət etmişdir. Lakin bu günədək müraciətləri nəticəsiz qalmışdır. 01.07.2019-cu il tarixindən 19.02.2022-ci il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmiş olmasına baxmayaraq (01.07.2019-cu il tarixli əmrdən çıxarış iş materiallarına əlavə edilir) həmin müavinət ona ödənilməmişdir. Müavinətin verilməməsinin digər bir səbəbi ondan ibarət olmuşdur ki, onun adının məktəb rəhbərliyi tərəfindən hər tədris ili üçün tərtib edilmiş tarifləşmə cədvəlinə salınmaması olmuşdur. (əsas: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətini 19 X17 X10 18.03.2021-ci il tarixli **********5 nömrəli məktubu). Bundan əlavə həmin müavinətin ödənilməməsinin digər bir səbəbi təqdim etdiyi sənədlərin məktəb rəhbərliyi tərəfindən 4 saylı Ərazi Maliyyə-Hesablama Mərkəzininə təqdim edilməməsi olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verib, iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Qəbələ rayonu Məmmədağalı kənd tam orta məktəbinin direktoru X4 məhkəmə iclasında iddianı qismən qəbul edərək verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı Məmmədova (Ələsgərova) Aytən Zahir qızı 15 sentyabr 2013-cü il tarixində 49 saylı əmrlə Qəbələ Rayon Təhsil şöbəsinin razılığı ilə daimi müqavilə əsasında məktəbə ibtidai sinif müəllimi təyin olunmuşdur. 08 fevral 2016-cı ildə 567000 saylı xəstəlik vərəqəsinə görə 12 iyun 2016-cı il tarixinə kimi analıq məzuniyyətinə buraxılıb. 14 iyun 2016-cı il tarixindən ərizəsinə əsasən əkiz övladları - Məmmədli Gülnur və X3 baxmaq üçün 14 iyun 2019-cu il tarixinə kimi qismən ödənişli analıq məzuniyyətinə buraxılıb. 2017-ci ildə İddiaçı analıq məzuniyyətində olduğu halda (30 aprel 2019-cu il tarixinə qədər ona məzuniyyət ödənişi aparılırdı) Oğuz 4 saylı ƏMHM tərəfindən daimi əmək müqaviləsi müddətliyə çevrilib və çalışanlar siyahısından çıxarılıb. Məzuniyyətdə olduğu müddətdə 19 fevral 2019-cu ildə 3cü övladı X6 dünyaya gəlib. Körpə özəl klinikada anadan olduğu üçün xəstəlik vərəqəsi ala bilməyiblər. Xəstəlik vərəqi təqdim olunmadığı üçün məzuniyyət pulu ödənilməmişdir. Bundan sonra 14 iyul 2019-cu il tarixdən 20 fevral 2022-ci il tarixə kimi İddiaçı ərizə ilə müraciətinə əsasən 42 saylı əmrlə 3-cü uşağa görə qismən ödənişli məzuniyyətə buraxılıb. Sənədiləri dəfələrlə 4 saylı ƏMHM-nə təqdim olunsa da qismən ödənişli məzuniyyətin pulu ödənilməmişdir. İddiaçı dəfələrlə əmək müfəttişliyinə və həmkarlar təşkilatına, prokurorluğa və digər instansiyalara müavinətin ödənilməsinin təmin olunması ilə əlaqədar müraciət etmişdir. Müraciət etdiyi instansiyalar ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Ötən müddət ərzində İddiaçı məzuniyyətinin ödənilməsi və çalışanlar siyahısına daxil olunması ilə əlaqədar dələlərlə 4 saylı ƏMHM-nə rəsmi məktubla müraciət etməyinə baxmayaraq məktublarına cavab verilməmiş, məsələ ilə əlaqədar heç bir tədbir görülməmişdir. 21 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45- ci maddəsinin c) bəndini əsas tutaraq İddiaçı 183 saylı məktəbdaxili əmrlə işə bərpa olunmuşdur. 2017-ci ildən müəllimlərin dərs bölgüsü MİQ və DQ topladığı ballarla aparıldığı və İddiaçı MİQ və DQ keçməsi haqqında məktəbdə heç bir rəsmi sənəd olmadığı üçün qaydalara uyğun olaraq ona 4(dörd) saat dərs ayrılmışdır. 21 fevral 2022-ci il tarixində İddiaçı məktəbə gəlmiş, ayrılan dərs saatlarının az olmasım əsas gətirərək dərsləri keçməkdən imtina etmişdir. Həmin vaxt onun müraciət ərizəsinə rəsmi olaraq cavab məktubu ilə onun növbəti dərs bölgüsünə qədər MİQ-dən keçərək müvafiq sənəd təqdim etdikdən sonra qaydalara uyğun olaraq digər müəllimlərlə bərabər hüquqlarla dərs bölgüsündə iştirakı təmin olunacaq. 21 fevral 2022-ci il tarixində İddiaçı etiraz etdiyi məsələlərdən biri həkimdən keçmək və sağlamlıq kağızı təqdim etmək olmuşdur. Onlarda olan sənədlərə əsasən İddiaçı sonuncu dəfə 2013-cü ildə tibbi komissiyadan keçmişdir. Müvafiq qaydalara uyğun olaraq və hal-hazırda pandemiya şəraitinin olmasını nəzərə alaraq onun həkim komissiyasından keçərək məktəbə müvafiq arayışı təqdim etməsi tələb olunmuşdur.21 fevral 2022-ci il tarixində İddiaçı etiraz etdiyi məsələlərdən biri onun rəsmi əmrlə digər müəllimə təhkim olunması olmuşdur. İddiaçı 08 fevral 2016-cı il tarixdən analıq məzuniyyətində olduğu üçün tədrisdən kənarda qalmışdır. Müvafıq təlimatlara əsasən pedaqoji işçi 5 ildən artıq hər hansı səbəbdən tədrisdən kənar qaldıqda onun təkrar pedaqoji fəaliyyətə başlaması üçün ya yenidən hazırlanma kursuna göndərilir ya da buna müvafiq şərait olmadıqda ona köməklik göstərilməsi üçün məktəb daxilində təcrübəli müəllimlərə təhkim olunur. 22 fevral 2022-ci il tarixdən 12 mart 2022-ci il tarixə qədər İddiaçı məktəbə gəlməmişdir. 07 mart 2022-ci il tarixdə ona xəbərdarlıq məktubu göndərilmişdir. Bu məktubdan sonra da İddiaçı məktəbə gəlməmiş və ona ayrılan dərsləri keçməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndini əsasən uzun müddət işə gəlmədiyi üçün Məmmədağalı kənd tam orta məktəbi üzrə 190 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 mart 2022ci il tarixdə xitam verilmişdir. İddiaçı xəbərdarlıq məktubu göndərilmişdir. Sonda isə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qismən qəbul edərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 01 Oktyabr 2013-cü ildə Məmmədağalı kənd tam orta məktəbinə ixtisasi üzrə əvəzçi müəllim təyin olunmuşdur. İddiaçı 08.02.2016-ci ildə 147 saylı əmrlə 567000 saylı bületenə əsasən 08.02.2016-ci il tarixdən 13.06.2016-cü il tarixə kimi analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı 01.07.2016-cı ildə 173 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılmışdır. 15.09.2016-ci il tarixdə 156 saylı əmirlə 15.09.2016-ci il tarixdən 15.09.2017-ci il tarixə qədər güzəştli analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı güzəştli analıq məzuniyyəti 16.09.2017-ci il tarixdə 115 saylı əmirlə uşağın üç yaşı tamam olana qədər yəni 06.04.2019-cu il tarixə qədər uzadılmışdır. İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməmiş, MİQ-dən kənar işə qəbul olunduğu üçün Tarifləşmə Komisiyasi tərəfindən məktəbin tarifləşmə cədvəlində adı qeyd olunmamışdır. Məktəb rəhbərliyi tərəfindən mərkəzi mühasibatlığa təqdim olunmuş əmirlərə uyğun olaraq İddiaçı 06.04.2019-cu il tarixə qədər bütün müavinatları ödənilmiş və kart hesabina köçürülmüşdür. 19.02.2019-cu il tarixdə anadan olmuş uşağına analıq məzuniyyəti pulu, eləcə də 3 yaşı tamam olanadək qulluq edilməsinə görə qismən ödənişli sosial məzuniyyətə görə müavinətin ödənilməsi üçün lazımı sənədlər mərkəzi mühasibatlığa təqdim olunmamışdır. Həmçinin 22 fevral 2022-ci il tarixdən 12 mart 2022-ci il tarixə qədər İddiaçı məktəbə gəlməmişdir. 07 mart 2022-ci il tarixdə ona xəbərdarlıq məktubu göndərilmişdir. Bu məktubdan sonra da İddiaçı məktəbə gəlməmiş və ona ayrılan dərsləri keçməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndini əsasən uzun müddət işə gəlmədiyi üçün Məmmədağalı kənd tam orta məktəbi üzrə 190 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 mart 2022ci il tarixdə xitam verilmişdir. Sonda isə iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidməti 19 X17 X13 iş üzrə maraqlı şəxs qismində cəlb olunmuşdur. Maraqlı şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X13 Xidməti 19 X17 X10 nümayəndəsi Nümayəndə3 izahatında bildirdi ki, Qəbələ rayon Təhsil Şöbəsinin Məmmədağalı kənd tam orta məktəbindən daxil olan sənədlərə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 15.09.2013-cü il tarixli 49 saylı əmrlə Qəbələ rayonunun Məmmədağalı kənd tam orta məktəbinə ibtidai sinif müəllimi işinə qəbul edilmiş və onunla müddətsiz əmək müqaviləsinin bağlanması ilə bağiı məlumatlar mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sistemində onunla bağlanmış müddətsiz əmək müqaviləsinə 04.03.2017-ci il tarixdə dəyişiklik edilərək müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilmişdir. Lakin onunla bağlanmış yazılı əmək müqavilələri araşdırmaya təqdim edilməmişdir. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı verilmiş 08.02.2016-cı il tarixli 147 saylı əmrlə 08.02.2016-cı il tarixdən 13.06.2016-ci il tarixədək hamiləliyə və doğuma görə analıq məzuniyyətinə, 01,07.2016-cı il tarixli 173 saylı əmrlə 56 təqvim günü müddətinə əmək məzuniyyətinə, 15.09.2016-cı il tarixli 156 saylı əmrlə 15.09.2016-cı il tarixdən 15.09.2017-ci il tarixədək və 16.09.2017-ci il tarixli 115 saylı əmrlə 16.09.2017-ci il tarixdən 06.04.2019-cu il tarixədək olan müddətə haqqı qismən ödənilən məzuniyyətə buraxılmışdır. Həmçinin iddiaçının ərizəsinə əsasən 01,07.2019-cu il tarixli 42 saylı əmrlə 19.02.2019-cu il tarixdə anadan olmuş uşağa qulluq etməkdən ötrü 01,07.2019-cu il tarixdən 19.02.2022-ci il tarixədək haqqı qismən ödənilən məzuniyyətə buraxılmışdır. Ona 19.02.2019-cu il tarixdə anadan olmuş uşağa 3 yaşı tamam olanadək qulluq edilməsinə görə qismən ödənişli sosial məzuniyyətə görə müavinətin ödənilməməsi ilə əlaqədar araşdırma zamanı Qəbələ rayonunun Məmmədağalı kənd tam orta məktəbinin 26.01.2021-ci ii tarixii 6 saylı arayışına əsasən məlum olmuşdur ki, iddiaçının 01,07.2019-cu il tarixdən 19.02.2022-ci il tarixədək qismən ödənilən sosial məzuniyyətə buraxılmağı haqqında müvafiq sənədlər məktəb direktoru tərəfindən 4 saylı Ərazi X5 mühasibatlığına təqdim edilmişdir. Lakin 4 saylı Ərazi X5 mühasibatlığı tərəfindən onun 19.02.2019cu il tarixdə anadan olmuş uşağınıza görə analıq məzuniyyəti dövründə hamiləliyə və doğuşa görə xəstəlik vərəqəsinin olmaması əsas gətirilərək haqqı qismən ödənilən məzuniyyətə görə müavinətin ödənilməsindən imtina edilmişdir. Həmin məsələni dəqiqləşdirmək məqsədi ilə 4 saylı Ərazi Maiiyyə Hesablaşma Mərkəzininə 28 yanvar 2021-ci il tarixli **********0 saylı məktub göndərilərək iddiaçıya haqqı qismən ödənilən məzuniyyətə görə müavinətin ödənilməməsinin səbəbləri barədə X13 Xidmətinin Şəki regiona! ərazi şöbəsinə rəsmi məlumat verilməsi xahiş edilmişdir. 4 saylı Ərazi Maiiyyə Hesablaşma Mərkəzindən daxil olmuş 03.02.2021-ci il tarixli 96 saylı məktuba və məktuba əlavə edilmiş 4 saylı Ərazi‘X5 Qəbələ rayonu üzrə aparıçı məsləhətçisi X7 məlumatına əsasən müəyyən edilmişdir ki, məktəb rəhbərliyi tərəfindən mərkəzi mühasibatlığa təqdim edilmiş sənədlərə əsasən 06.04.2019-cu il tarixədək olan dövrdə haqqı qismən ödənilən məzuniyyətə görə müavinətlər hesablanaraq iddiaçının hesabına ödənilmişdir. Həmçinin, həmin məktubda 06.04.2019-cu il tarixdən sonrakı dövrlərdə iddiaçınn adının məktəbin hər tədris ili üçün tərtib edilmiş tarifıəşmə cədvəlinə salınmadığı və məktəbdə işləməyinə dair heç bir sənəd olmadığı üçün müavinətin ödənilməməsinin səbəbləri barədə məlumat verə bilmədikləri qeyd edilmişdir. Ona görə də, 4 saylı Ərazi X2vericiliyin tələblərinə uyğun olaraq 19.02.2019-cu il tarixdə anadan olmuş uşağa 3 yaşı tamam olanadək qulluq edilməsinə görə qismən ödənişli sosial məzuniyyətə görə müavinətin hesablanaraq ödənilməsini təmin edərək nəticəsi barədə X13 Xidmətinin Şəki Regional Ərazi Şöbəsinə məlumat verilməsi üçün 17 mart 2021-ci ii tarixli **********5 saylı rəsmi göstəriş məktubu göndərilmişdir. Məmmədağalı kənd tam orta məktəbinindən daxil olmuş 26.01.2021-ci il tarixli 6 saylı arayışa əsasən və mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsi ilə aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı bağlamış əmək müqaviləsinə araşdırma aparılan tarixədək xitam verilməmiş və iddiaçı işdən azad edilməmişdir. Həmçinin aparılan əlavə araşdırma zamanı 17 mart 2021-ci il tarixli **********5 sayl məktuba cavab olaraq 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən X13 Xidmətinin Şəki regional ərazi şöbəsinə ünvanlanmış 20 oktyabr 2021-ci il tarixli 497 saylı məktubda Məmmədağalı kənd tam orta məktəbinin rəhbərliyi tərəfindən iddiaçının 19.02.2019-cu il tarixdə anadan olmuş uşağa görə müvafiq sənədlərin X8 təqdim edilmədiyinə görə müavinətin ödənilmədiyi bildirilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X5 nümayəndəsi X12 məhkəməyə yazılı məlumat ünvanlayaraq bildirmişdir ki, İddiaçı 01 Oktyabr 2013-cü ildə Məmmədağalı kənd tam orta məktəbinə ixtisasi üzrə əvəzçi müəllim təyin olunmuşdur. (əsas 2013cü ilin əmək haqqı cədvəli). İddiaçı 08.02.2016-ci ildə 147 saylı əmrlə 567000 saylı bületenə əsasən 08.02.2016-ci il tarixdən 13.06.2016-cü il tarixə kimi analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı 01.07.2016-cı ildə 173 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılmışdır. 15.09.2016-ci il tarixdə 156 saylı əmirlə 15.09.2016-ci il tarixdən 15.09.2017-ci il tarixə qədər güzəştli analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı güzəştli analıq məzuniyyəti 16.09.2017-ci il tarixdə 115 saylı əmirlə uşağın üç yaşı tamam olana qədər yəni 06.04.2019-cu il tarixə qədər uzadılmışdır. İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməmiş, MİQ-dən kənar işə qəbul olunduğu üçün Tarifləşmə Komisiyasi tərəfindən məktəbin tarifləşmə cədvəlində adı qeyd olunmamışdır. Məktəb rəhbərliyi tərəfindən mərkəzi mühasibatlığa təqdim olunmuş əmirlərə uyğun olaraq İddiaçı 06.04.2019-cu il tarixə qədər bütün müavinatları ödənilmiş və kart hesabina köçürülmüşdür. 19.02.2019-cu il tarixdə anadan olmuş uşağına analıq məzuniyyəti (bülleten) pulu, eləcə də 3 yaşı tamam olanadək qulluq edilməsinə görə qismən ödənişli sosial məzuniyyətə görə müavinətin ödənilməsi üçün lazımı sənədlər (məktəb tərəfindən verilmiş əmr, nigahın sürəti, körpə uşaqların şəxsiyyət vəsiqələrinin (metirkanın) surəti, icra nümayəndəliyindən yaşayış və ailə tərkibi haqqında arayış) mərkəzi mühasibatlığa təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5.-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; işçi məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir, əmək müqaviləsinə xitam verilən işçiyə qanunda nəzərdə tutulduğu qaydada son haqq-hesab ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsinə əsasən İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 127-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Həmin Məcəllənin 139-cu maddəsinin tələblərinə əsasən Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ rayonu Məmmədağalı kənd tam orta məktəbinin direktorunun 15 sentyabr 2013-cü il tarixli 49 saylı əmrindən çıxarışdan görünür ki, Ələsgərova (Məmmədova) Aytən Zahir qızı ixtisasına görə ərizəsinə əsasən məktəbdə ibtidai sinif müəlliməsi təyin edilmişdir. İş materiallarında olan 04.03.2017-ci il tarixdə sistemə daxil edilmiş Əmək müqaviləsi bildirişindən görünür ki, Qəbələ rayonu Məmmədağalı kənd tam orta məktəbi və Ələsgərova (Məmmədova) Aytən Zahir qızı arasında bağlanmış müddətsiz əmək müqaviləsi 15.09.2014-cü il tarixdə müddətli əmək müqaviləsi ilə əvəz edilmiş və müqavilənin bitmə tarixi 15.06.2017-ci il olaraq göstərilmişdir. İş materiallarında olan Qəbələ rayonu Məmmədağalı kənd tam orta məktəbinin direktorunun 08 fevral 2016-cı il tarixli 125 saylı əmrindən çıxarışdan görünür ki, Ələsgərova (Məmmədova) Aytən Zahir qızı 08.02.2016-cı il tarixdən 12.06.2016-cı il tarixə kimi analıq məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Qəbələ rayonu Məmmədağalı kənd tam orta məktəbinin direktorunun 14 iyun 2016-cı il tarixli 129 saylı əmrindən çıxarışdan görünür ki, Ələsgərova (Məmmədova) Aytən Zahir qızı 14.06.2016-cı il tarixdən 14.06.2019-cu il tarixə kimi qismən ödənişli analıq məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Qəbələ rayonu Məmmədağalı kənd tam orta məktəbinin direktorunun 01 iyul 2019-cu il tarixli 42 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı analıq məzuniyyəti 01.07.2019-cu il tarixdən 19.02.2022-ci il tarixə kimi uzadılmışdır. İşdə olan, işəgötürən Qəbələ rayonu Məmmədağalı kənd tam orta məktəbin direktoru Q.C.Eyyubovun 12 mart 2022-ci il tarixli 190 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı – məktəbin İbtidai müəllimi 22 fevral 2022-ci il tarixdən 12 mart 2022-ci il tarixə kimi üzrsüz səbəbdən işə gəlmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin a bəndini əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Təhsil İşçiləri X15 Respublika Komitəsinin 25 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Qəbələ rayon Məmınədağalı kənd tam orta məktəbinin direktoru Qəhrəman Eyyubov Azərbaycan Təhsil İşçiləri X15 Respublika Komitəsinə rəsmi məlumat verərək bildirmişdir ki, Siz 01 iyul 2022-ci il tarixə kimi qismən ödənişli sosial məzuniyyətdəsiniz və onun tərəfindən əmək müqavilənizə xitam verilməmişdir.” Əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı 01 oktyabr 2013-cü ildə Məmmədağalı kənd tam orta məktəbinə ixtisasi üzrə əvəzçi müəllim təyin olunmuşdur. (əsas 2013- cü ilin əmək haqqı cədvəli). İddiaçı 08.02.2016-ci ildə 147 saylı əmrlə 567000 saylı bülletenə əsasən 08.02.2016-ci il tarixdən 13.06.2016-cü il tarixə kimi analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı 01.07.2016-cı ildə 173 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılmışdır. 15.09.2016-ci il tarixdə 156 saylı əmrlə 15.09.2016-ci il tarixdən 15.09.2017-ci il tarixə qədər güzəştli analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı güzəştli analıq məzuniyyəti 16.09.2017-ci il tarixdə 115 saylı əmrlə uşağın üç yaşı tamam olana qədər yəni 06.04.2019-cu il tarixə qədər uzadılmışdır. İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməmiş, MİQ-dən kənar işə qəbul olunduğu üçün Tarifləşmə Komissiyasi tərəfindən məktəbin tarifləşmə cədvəlində adı qeyd olunmamışdır. Məktəb rəhbərliyi tərəfindən mərkəzi mühasibatlığa təqdim olunmuş əmrlərə uyğun olaraq İddiaçı 06.04.2019-cu il tarixə qədər bütün müavinatları ödənilmiş və kart hesabına köçürülmüşdür. 19.02.2019-cu il tarixdə anadan olmuş uşağına analıq məzuniyyəti (bülleten) pulu, eləcə də 3 yaşı tamam olanadək qulluq edilməsinə görə qismən ödənişli sosial məzuniyyətə görə müavinət İddiaçı ödənilməməmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndini əsasən uzun müddət işə gəlmədiyi üçün Məmmədağalı kənd tam orta məktəbi üzrə 190 saylı əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 mart 2022-ci il tarixdə xitam verilmişdir. Hazırda iddiaçı Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi tərəfindən birtərəfli olaraq bağlanmış müddətli əmək müqaviləsinin ləğv edilməsini və 15.09.2013-cü il tarixli müddətsiz əmək müqavilənin bərpa olunmasını, 19.02.2019-cu ildə anadan olmuş övladına görə onun qismən ödənişli məzuniyyətə görə müavinətin ödənilməsini və Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi üzrə 12.03.2022-ci il tarixli, 190 saylı əmrin ləğv edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi və İddiaçı arasında 01 oktyabr 2013-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq işəgötürən iddiaçının analıq məzuniyyətində (14.06.2016-cı il tarixdən 14.06.2019-cu il tarixə kimi) olduğu dövrdə 15.09.2014-cü il tarixdə birtərəfli qaydada həmin müqaviləni müddətli əmək müqaviləsi ilə əvəz etmişdir. Yuxarıda qeyd olunan xüsusatlara qiymət verən məhkəmə hesab edir ki, iddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsi dəyişiklik edilərkən Əmək Məcəlləsinin 45-ci və 46-cı maddəsinin tələbləri pozulduğundan, Qəbələ rayon Məmmədağalı kənd tam orta məktəbi və İddiaçı arasında 15.09.2014-cü il tarixdə bağlanmış, 04.03.2017-ci il tarixdə sistemə daxil edilmiş, müddətli əmək müqaviləsi ləğv edilməli və əvvəlki müddətsiz əmək müqaviləsi bərpa olunmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin 19.02.2019-cu ildə anadan olmuş övladına görə onun qismən ödənişli məzuniyyətə görə müavinətin ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, 19.02.2019-cu il tarixdə anadan olmuş uşağına analıq məzuniyyəti pulu, eləcə də 3 yaşı tamam olanadək qulluq edilməsinə görə qismən ödənişli sosial məzuniyyətə görə müavinət iddiaçıya ödənilməməmişdir. İddiaçı müavinətlə bağlı sənədləri dəfələrlə 4 saylı ƏMHM-nə təqdim etsə də, qismən ödənişli məzuniyyətin pulu ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etsə də, iddiaçıya müvafiq qaydada müavinət ödənilməmişdir. Odur ki, Əmək Məcəlləsinin qismən ödənişli sosial məzuniyyət hüququ ilə bağlı normaları pozulduğundan, iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı 19.02.2019-cu il tarixdə anadan olmuş uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətə görə müavinət verilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbi və İddiaçı arasında 01 oktyabr 2013-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq, 15.09.2014-cü il tarixdə işçinin xəbəri olmadan, birtərəfli qaydada həmin müqavilə müddətli əmək müqaviləsi ilə əvəz edilmişdir. Bundan başqa, hər iki müqavilə yazılı sürətdə tərtib olunmamış, tərəflərin imzası (möhürü) ilə təsdiq edilməmişdir. Bütün bu nöqsanlar mövcud olduğu halda, həmin nöqsanlar aradan qaldırılmadan, İddiaçı əmək qanunvericiliyində təsbit edilmiş hüquqları pozularaq, o, Qəbələ rayonu Məmmədağalı kənd orta məktəbin direktorun əmri ilə işdən azad olunmuşdur. Yuxarıda qeyd olunan xüsusatlara qiymət verən məhkəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin tələbləri pozulduğundan, iddia tələbi həmin hissədə təmin olunmalı, Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ rayon Məmmədağalı kənd tam orta məktəbinin İddiaçı işdən azad olunması barədə 12 mart 2022-ci il tarixli, 190 nömrəli əmri ləğv edilməli və o, əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Qəbələ rayon Məmmədağalı kənd tam orta məktəbi və İddiaçı arasında 15.09.2014-cü il tarixdə bağlanmış, 04.03.2017-ci il tarixdə sistemə daxil edilmiş, müddətli əmək müqaviləsi ləğv edilsin və əvvəlki müddətsiz əmək müqaviləsi bərpa olunmalı, İddiaçı 19.02.2019-cu il tarixdə anadan olmuş uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətə görə müavinət verilməli, Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ rayon Məmmədağalı kənd tam orta məktəbinin İddiaçı işdən azad olunması barədə 12 mart 2022-ci il tarixli, 190 nömrəli əmri ləğv edilsin və o, əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Qəbələ rayon Məmmədağalı kənd tam orta məktəbi və İddiaçı arasında 15.09.2014-cü il tarixdə bağlanmış, 04.03.2017-ci il tarixdə sistemə daxil edilmiş, müddətli əmək müqaviləsi ləğv edilsin və əvvəlki müddətsiz əmək müqaviləsi bərpa olunsun. İddiaçı 19.02.2019-cu il tarixdə anadan olmuş uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətə görə müavinət verilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ rayon Məmmədağalı kənd tam orta məktəbinin İddiaçı işdən azad olunması barədə 12 mart 2022-ci il tarixli, 190 nömrəli əmri ləğv edilsin və o, əvvəlki vəzifəsinə bərpa olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-406/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-406/2022
19.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver