Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-410/2022 18.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair məhkəmədə iddia qaldıraraq, hazırki iş üzrə Cavabdeh onun tam mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılmasına və törədilən manelərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonu, Bum qəsəbəsində yaşayır və onun mülkiyyətində 3030.4 kv.m torpaq sahəsi var və hazırda həmin torpaq sahəsini Cavabdeh zəbt etmişdir. 04 avqust 2021-ci il tarixdə Cavabdeh ona demədən həmin sözügedən torpaq sahəsinin kənarlarını hasarlayarkən polis şöbəsinə müraciət etdi və iş dayandırıldı. Hazırda həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Çıxarış almaq üçün müraciət etdikdə, həmin torpaq sahəsində mübahisə olduğu üçün o, çıxarış ala bilmir və bu barədə ona DƏDRX-i rəsmi olaraq da cavab vermişdir. Bütün bunları nəzərə alaraq o, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli oldu. Dəfələrlə cavabdehə həmin torpaq sahəsində çıxması barədə xəbərdarlıq etmişdir, lakin cavabdeh birmənalı şəkildə torpaq sahəsindən çıxmayacağını ona bildirmişdir. Hazırda o, həmin torpaq sahəsində müəyyən abadlıq işləri aparmaq istəyir, lakin cavabdeh buna mane olur və onun tam mülkiyyətində olan torpaq sahəsindən mülkiyyətçi olduğu halda istifadə, yaşaya və ya digər hərəkətlər etməyə qərəzli olaraq icazə vermir. O, axırda məcbur oldu ki, bu məsələni qanunla müəyyən olunmuş qaydada həll etdin və məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli oldu. 28 mart 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Qəbələ Rayon Bum Bələdiyyəsi mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdurlar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçının şözü gedən iddiasını o, qəbul etmir: İddiaçı onun torpaq sahəsini zəbt etməyi barədə Qəbələ rayon PŞ-nə müraciət etmiş və bu barədə orada təhqiqat aparılmışdır. Qəbələ rayon polis şöbəsinin “09” sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, aparılan araşdırma zamanı Qəbələ rayon Bum qəsəbəsində yerləşən torpaq sahəsinin hansı kateqoriyaya aid olmasını, eləcədə İddiaçı tərəfindən təqdim edilmiş ******* nömrəli “çıxarış”ın sözü gedən torpaq sahəsinə aid olub-olmamasının yoxlanılması məqsədilə ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə məktub ünvanlanmış, əraziyə baxış keçirilmiş, aparılmış araşdırmalar nəticəsində Cavabdeh tərəfindən zəbt olunan torpaq sahəsinin Qəbələ rayon Bum Bələdiyyəsinin mülkiyyətinə aid olub təyinatının yaşayış məntəqələri torpaqları (örüş torpaqları) olduğu müəyyən edilmişdir. Araşdırma zamanı izahatı almımış X2 hal-hazırda Qəbələ rayon Bum Bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, Qəbələ rayon Bum qəsəbəsində - Cavabdeh yaşadığı həyətin yaxınlığında bələdiyyə mülkiyyətində olan torpaq sahələri olduğunu, həmin torpaq sahələrindən bir qisminin, yəni 31 sotunun 1980-ci illərin əvvəllərində Cavabdeh tərəfindən zəbt edildiyini və bu günədək onun istifadəsində olduğunu, İddiaçı ilə Cavabdeh arasında təxminən 10 ilə yaxındır ki, sözü gedən torpaq sahəsi ilə bağlı mübahisə olduğunu, beləki, sözü gedən 31 sot torpaq sahəsi Cavabdeh istifadəsində olsa da İddiaçı həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etdiyini, dəfələrlə tərəflərə mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olmasını izah etdiyini bildirmişdir. Həmçinin o - Cavabdeh mübahisə predmeti olan torpaq sahəsində çoxillik meyvə ağacları əkmiş və həmin meyvə ağacları hazırda bar verir. İddiaçının iddiası tam əsassızdır. Onun məhkəməyə təqdim etdiyi torpaq sahəsinə dair torpaq sahəsinin plan və ölçüsü saxtadır, həmin saxta sənədi hansı yollarla aldığını deyə bilməz, lakin, həmin plan və ölçü sənədi X5 kitabında 30 yanvar 2013-cü il tarixdə A № 425046 serivası, 75 nömrə ilə uçota alınıb. Həmin sənəddə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdüri Əlisoltanov H. Z. və İcraçı Bayramova S. M. Adlarının qarşısındakı imzalar onların imzaları deyil, həmin imzalar saxtadır və başqası tərəfindən imza edilmişdir. Həmin sənəddə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdüri yazıldığı halda məhkəməyə təqdim edəcəyi və başqa vətəndaşlara məxsus olan həqiqi plan və ölçü sənədlərində “Qəbələ rayon (şəhər) şöbəsi" yazılmışdır. Həmin həqiqi sənədlərdə olan imzalarla iddiaçının təqdim etdiyi imzalar tutuşdurulduqda bu fərq açıq-aşkar görünür, əgər bununla əlaqədar xətşünaslıq ekspertizası keçirilərsə iddiaçının təqdim etdiyi plan və ölçü sənədinin saxta olduğu ortaya çıxar. Ümumiyyətlə götürdükdə iddiaçının mübahisəli torpaq sahəsi barədə qaldırdığı iddiaya dair onun heç bir subyektiv hüququ yoxdur. Çünki, Qəbələ rayon polis şöbəsində araşdırma aparılarkən müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətina aiddir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddia tələbini qəbul etməmiş və qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qəbələ Rayon Bum Bələdiyyəsinin sədri X1 izahatında göstərmişdir ki, Qəbələ rayon Bum qəsəbəsində - Cavabdeh yaşadığı həyətin yaxınlığında bələdiyyə mülkiyyətində olan torpaq sahələri mövcuddur. Həmin torpaq sahələrindən bir qismi, yəni 31 sot torpaq sahəsini 1980-ci illərin əvvəllərində Cavabdeh zəbt etmişdir və bu günədək həmin torpaq sahələri onun istifadəsindədir. İddiaçı ilə Cavabdeh arasında təxminən 10 ilə yaxındır ki, sözü gedən torpaq sahəsi ilə bağlı mübahisə vardır. Belə ki, sözü gedən 31 sot torpaq sahəsi Cavabdeh istifadəsində olsa da, İddiaçı həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Dəfələrlə tərəflər qeyd olunan mübahisəni həll etmək çalışsalar da, heç bir nəticə gələ bilməmişdirlər. hasil olmamışdır. Əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində deyil, həmin torpaq sahəsi Qəbələ Rayon Bum Bələdiyyəsinin tam mülkiyyətindədir. Sonda isə iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Maraqlı şəxs Qəbələ rayon Bum Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçınının “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılmasına və gediş-gəliş yolunun açılmasına” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənəddən görünür ki, Qəbələ Rayon Aqrar İslahat komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı əsasında Qəbələ rayon Bum qəsəbəsi ərazisində yerləşən, 3030.4 kv.m olan, həyətyanı təyinatlı torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmin “Torpaq sahəsinin planı və ölçüsü” İddiaçı adına rəsmiləşdirilməklə, X5 kitabında xx.xx.2013-cü il tarixdə, A № 425046 saylı, 75 nömrə ilə uçota alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunaraq, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla mübahisəli torpaq sahəsinin (Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı əsasında Qəbələ rayon Bum qəsəbəsində yerləşən, 3030.4 kv.m olan) hüdudları müəyyən edilsin. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdirmi?
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla mübahisəli torpaq sahəsi (Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı əsasında Qəbələ rayon Bum qəsəbəsində yerləşən, 3030.4 kv.m olan) kimin mülkiyyətindədir? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 9 saylı Qəbələ ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********71 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, işin araşdırılması məqsədi ilə DƏDKR X6 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi 14 iyul 2022-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki:
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla Qəbələ rayon Bum qəsəbəsində yerləşən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 425046 saylı “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənəddə qeyd edilmiş 3030.4 kv.m torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Həmin torpaq sahəsi 1981-ci ildən Cavabdeh istifadəsindədir. (yerquruluşu planı 1,2).
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla Qəbələ rayon Bum qəsəbəsində yerləşən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 425046 saylı “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənəddə qeyd edilmiş 3030.4 kv.m torpaq sahəsi Qəbələ rayon Bum bələdiyyəsinin mülkiyyətinə aiddir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ Rayon Aqrar İslahat komissiyasının 25 iyun 1998-ci il tarixli 11 saylı qərarı əsasında Qəbələ rayon Bum qəsəbəsi ərazisində yerləşən, 3030.4 kv.m olan, həyətyanı təyinatlı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə, A № 425046 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı adına verilmişdir. Hazırda Cavabdeh onun tam mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılmasına və törədilən manelərə son qoyulmasını tələb edir. Cavabdeh isə Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahəsinin 1981-ci ildən onun istifadəsində olduğunu göstərib, iddiaçıya məxsus olmadığını və heç kimin torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh onun tam mülkiyyətində olan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılması və törədilən manelərə son qoyulması tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı mübahisəli torpaq sahəsinin Qəbələ Rayon Bum Bələdiyyəsinin mülkiyyətində olduğu aşkar edilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və deməli, “torpaq sahəsindən çıxarılma”ya iddia tələbində iddiaçının maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. Şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi mülkiyyətçinin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir (Mülki Məcəllənin 158.1.2ci maddəsi). Beləliklə, İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 95 (doxsan beş) manat mütəxəssis tədqiqatının dəyəri və 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat mütəxəssis tədqiqatının dəyəri və 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Elman İsayev