Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-416/2023 27.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum anası X6 15 may 1935-ci il tarixdə Qutqaşen (indiki Qəbələ) rayonu, Böyük Əmilli kəndində doğulması, atasının X17, anasının X12 olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Məmmədova (Mehdiyeva) Ruhiyyə İzafəddin qızı xx xxxxx 1977-ci il tarixdə Qəbələ rayonu, Böyük Əmilli kəndində anadan olmuşdur. X1, anası X13 olmuşdur. Hər iki valideyni vəfat etmişdir. Atası ilə anasının evliliyindən dördü qız, üçü oğlan olmaqla, yeddi övladları doğulmuşdur. Övladlarının hamısı yaşayır. Anası Mehdiyeva (Dursunova) Xanım Həsən qızı xx.xx.1935-ci il tarixdə Qutqaşen rayonu (indiki Qəbələ rayonu) Böyük Əmilli kəndində anadan olmuşdur. Mərhum anası doğulandan vəfat edənə qədər Qəbələ rayonu Böyük Əmilli kəndində yaşamışdır. Anası 1962ci il tarixdə mərhum X1 ilə ailə həyatı qurmuşdur. Anası ailə qurduqdan sonra atasının soyadını, Mehdiyeva soyadını qəbul etmişdir. Anası 08 avqust 2009-cu il tarixdə “Qaraciyərin blastiması” diaqnozundan Qəbələ rayonu, Böyük Əmilli kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Vərəsəlik işi açdırmaq üçün müraciət etdikdə onlardan şifahi qaydada anasının doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Həmin sənədi əldə etmək üçün Maraqlı şəxsnə isə müraciət etdikdə isə Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q- 320/15 saylı məktubu ilə “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X14”nın doğum haqqında akt qeydi aşkar edilmədiyindən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, ərizəçi onun bacısı, X14 isə anası olmuşdur. Anasının təvəllüdünün 1935-ci il olmasını hər kəs bilmişdir. Həmçinin mərhum anası Xanım Dursunovanın hər il 15 may tarixində ad gününü qeyd etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 göstərdi ki, ərizəçinin mərhum anası Xanım onun qonşusu olmuşdur. Qonşusu kimi yaxşı münasibətləri olmuş və bu səbəbdən Xanım Dursunovanın təvəllüdlünün xx.xx.1935-ci il olduğunu bilmişdir. X20 2009-cu ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, ərizəçinin anası Dursunova Xanım onun qohumu olmuşdur. Xanım Dursunova ilə münasibətləri yaxşı olmuş və sonuncu hər il mayın 15-də ad gününü qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 272945 №-li «Ölüm haqqında şəhadətnamə»nin təkrarından görünür ki, X15 xx.xx.2009-cu il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 11 № ilə qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli, 05/Q-320/15 nömrəli məktubdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X6 doğum akt qeydi aşkar olunmadağı üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Eyni zamanda həmin məktubda qeyd olaraq X6 ata adı “X17”, ana adı “X12” kimi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Böyük Əmilli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli, 32 nömrəli arayışda göstərilmişdir ki, X14 xx.xx.1935-ci ildə Böyük Əmilli kəndində anadan olmuş, 1962-ci ildə X10 ilə ailə həyatı qurmuş, Mehdiyeva familyasını qəbul etmiş, Böyük Əmilli kəndində yaşamış, 08 avqust 2009-cu ildə vəfat etmiş, həmin kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan X8 məxsus qəbir daşlarının foto-şəkildən görünür ki, X7 doğum tarixi xx.xx.1935-ci il kimi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Zalam kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli, 17 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Topbağ kəndində yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyəti təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə ərizəçinin və şahidlərin ifadəsindən müəyyən olundu ki, Ərizəçi mərhum anası X14 15 may 1935-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Böyük Əmilli kəndində doğulmuşdur. X3, anası X9r. Lakin mərhum X6 ev şəraitində doğulması barədə müvafiq qeyd aparılmamış və doğum haqqında şəhadətnamə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək, təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası X6 15 may 1935-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonu Böyük Əmilli kəndində doğulması, atasının X17, anasının X12 olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-416/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-416/2023
27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver