Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-42/2022 05.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi nümayəndəsi (sədri) Nümayəndə1 və üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əmbər oğluna, Cavabdeh4, Abdurahmanov İsrayıl oğluna, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması, torpaqdan istifadəyə maneələrə son qoyulması, cavabdehlərin torpaq sahəsindən çıxarılması və süni balıq gölünün sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əmbər oğluna, Cavabdeh4, Abdurahmanov İsrayıl oğluna, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması, torpaqdan istifadəyə maneələrə son qoyulması, cavabdehlərin torpaq sahəsindən çıxarılması və süni balıq gölünün sökülməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon Nic qəsəbəsində Nic Bələdiyyəsinə məxsus 3,0 ha torpaq sahəsindən cavabdehlər tərəfindən istifadəyə maneələrə son qoyulması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması və cavabdehlər tərəfindən salınmış süni gölün cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpaqlarımız, hava, su, ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə olunmalıdır”. Bu fikir XX əsrin sonu 30 ili və XXİ əsrin başlanğıcında Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət və siyasi xadim Heydər Əliyevə məxsusdur. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın iqtisadiyyatı hər zaman möhkəmlənmiş, şöhrəti, nüfuzu yüksəklərə qalxmış, milli mənafeyi, milli mantaliteti, mədəniyyət və mənəviyyatı qorunmuş və inkişaf etmişdir. Ölkədə aparılan torpaq islahatları tarixə “Heydər Əliyev torpaq islahatları” modeli kimi düşmüşdür. Aqrar-torpaq islahatı ulu öndərin şah əsəridir. Çünki məhz müstəqillik qazandıqdan sonra torpaq öz sahibinə verilmiş və bununla da Azərbaycanda vətəndaşlar torpaq mülkiyyətçisinə çevrildilər. Sovetler birliyi dönəmində torpaq birbaşa vətəndaşın öz mülkiyyətində olmayıbdır. Bununla yanaşı, vətəndaşın torpağın istifadəsi ilə bağlı qərar vermək hüququ da yox idi. Yalnız ölkəmizdə aparılan torpaq islahatları nəticəsində bütün bu hallar aradan qalxmışdır. Bu gün ulu öndərin ölkəmizə bəxş etdiyi aqrar torpaq islahatları həm vətəndaşların, həm də respublikamızın iqtisadi, siyasi həyatında təkzib olunmaz nailiyyətlərə yol açmış ki, məhz bu səbəbdən ölkəmizin siyasi iqtisadi tarixində “Heydər Əliyevin torpaq islatları” modeli qızıl hərflərlə öz əksini tapmışdır. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə 2000-ci illərdə Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması torpaqlarının yaradılması kateqoriyalara bölünməsinin və gələcək inkişafının təməli qoyulmuşdur. Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8,7 mln hektar torpaq sahəsindən 56,9 faizi dövlət mülkiyyətində saxlanıldı, 23,5 faizi bələdiyyə mülkiyyətinə verildi, 19,6 faizi isə xüsusi mülkiyyətə ayrıldı. Həmin dövrdə respublikada artıq sağlam rəqabət mühiti formalaşmağa başlamışdı. Nəticədə torpaq sahələrinin alqı-satqısı, girov qoyulması, bağışlanması və s. məsələlərlə bağlı yeni qanunun qəbul edilməsinə ehtiyac duyulurdu. X3 uzaqgörən siyasəti nəticəsində 1999-cu ildə “Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunu”nun qəbul edilməsi ilə nəticələndi. Həmçinin dahi rəhbərin hakimiyyəti dövründə müvafiq fərmanlarla qüvvəyə minmiş “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı torpaqların monitorinq və yerquruluşu haqqında”, “Torpaqların münbitliyi haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və bir sıra digər qanunları qəbul edilmişdir. Bu geniş miqyaslı fəaliyyət həmin dövrlərdə torpaq islahatı sahəsində normativ hüquqi bazanın formalaşmasını təmin etdi. Eyni zamanda 2001-ci ildən bələdiyyələrin mülkiyyətinə verilən torpaq sahələrinin sərhədləri müəyyənləşdirilmişdir. Bununla da yeni bir mülkiyyət növünün – bələdiyyə mülkiyyətinin əsası qoyuldu. Ümumilli liderimizin rəhbərliyi ilə həyata keçirilən əsaslı islahatların gedişində özəlləşdirmə ilə yanaşı, dövlət əmlakının idarə edilməsinin yeni sistemi qurulmuşdur. Bu sahədə müvafiq dövlət qurumları yaradılmış, zəruri qanunvericilik bazası formalaşdırılmışdır. X1 uyğun olaraq dövlət əmlakının registrinin yaradılması və aparılmasının, icarəyə və istifadəyə verilməsinin, habelə dövlət əmlakından səmərəli istifadəyə edilməsinə nəzarətin çevik mexanizmləri müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı və əbədilik qazandırdığı gənc müstəqil Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafı sürətləndikcə mülkiyyətçilərin mülkiyyət hüquqları daha yüksək səviyyədə qorunur. Çünki əsası ümumilli liderimiz tərəfindən qoyulmuş və X2 tərəfindən uğurla davam etdirilən siyasi kursun təməl prinsiplərindən biri məhz mülkiyyət hüququn qorunmasıdır. Lakin təəssüf ki, hazırki dövrdə vətəndaşların qanunsuz olaraq torpaqları zəbt etməsi və həmin torpaq sahələrinin təyinatını bilmədən qanunsuz olaraq tikinti tikməsi və digər hallarının qarşısını almaq olmur. Tətbiq olunan qanunvericiliyə əsasən torpaqlar kateqoriyalara bölünməklə təyinatına uyğun istifadə olunmalıdır. Həmçinin xüsusi və bələdiyyə mülkiyyəti dövlət tərəfindən qorunmalıdır. Hazırda Qəbələ rayon Nic qəsəbəsində vətəndaşlar tərəfindən torpaqların qanunsuz olaraq zəbt edilməklə qanunsuz süni göllərin salınması halları aşkar edilmişdir. Belə ki, cavabdehlər tərəfindən Nic qəsəbə Bələdiyyədinin ehtiyat fonduna aid örüş torpaqlarında süni göl salınmış və qanunsuz olaraq həmin sahələrdən istifadə edilməklə bələdiyyə və kənd sakinlərinə ziyan vurulmaqdadır. Kənd sakinlərinin şikayətlərinə baxmayaraq cavabdehlər tərəfindən qanunsuz zəbt edilməsi halları aradan qaldırılmamış və süni göllər əvvəlki ləğv edilərək əvvəlki vəziyyətinə qaytarılmamışdır. Dəfələrlə kənd sakinləri tərəfindən müvafiq təşkilatlarla müraciət edilməsinə baxmayaraq cavabdehlər torpaq sahəsini zəbt etməkdə davam etmiş və ümumiyyətlə Bələdiyyə icarə müqaviləsi bağlanmamış və icarə haqqı ödəməkdən yayınmışlar. DƏDRX-in Qəbələ Ərazi İdarəsindən verilən **********80 nömrəli 27.08.2021-ci il tarixli məktubundan da göründüyü kimi cavabdehlər tərəfindən Nic Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Bələdiyyənin mülkiyyəti olan kənd təsərrüfatı təyinatlı örüş torpağını zəbt etməklə yanaşı həmin yerdə qanunsuz olaraq mişardaşı ilə tikililər tikmişdir. Bu fakt aşkar edildikdən sonra dəfələrlə gölün sökülməsi barədə və zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə müraciət olunsa da, heç bir nəticəsi olmamışdır. Cavabdehin onlara məxsus olan torpaq sahəsini hüquqi əsas olmadan zəbt etməsi onun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasında dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində onlar mülkiyyətçi kimi öz əmlakları üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşlar, buna görə də həmin torpaq sahəsinin ortasında tikilmiş dəmir hasar cavabdehin vəsaiti hesabına sökülməli, onlar torpaq sahəsindən istifadə etmələri üçün mövcud olan maneələr aradan qaldırılmalı və torpaq sahəsi onlara təhvil verilməlidir. Məhkəmənin 15.10.2021-ci il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunmuş və rəy alınadək iş üzrə icraat dayandırılmışdır. 30.03.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 18.03.2022-ci il tarixli, **********39 saylı rəyi məhkəməyə daxil olmuş və məhkəmənin 30.03.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (sədri) Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əmbər oğluna, Cavabdeh4, Abdurahmanov İsrayıl oğluna, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxsin nümayəndəsi iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əmbər oğlunun, Cavabdeh4, Abdurahmanov İsrayıl oğlunun, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əmbər oğluna, Cavabdeh4, Abdurahmanov İsrayıl oğluna, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması, torpaqdan istifadəyə maneələrə son qoyulması, cavabdehlərin torpaq sahəsindən çıxarılması və süni balıq gölünün sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın.. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-42/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-42/2022
05.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver