Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-430/2022 22.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Rayon Nic Bələdiyyəsinə qarşı "torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və gediş-gəliş yolunun açılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq münasibətləri üzrə sair mübahislər) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh və maraqlı şəxs Qəbələ Rayon Nic Bələdiyyəsinin sədri X4 iştirakları ilə, İddiaçı Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Rayon Nic Bələdiyyəsinə qarşı "torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və gediş-gəliş yolunun açılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Rayon Nic Bələdiyyəsinə qarşı "torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və gediş-gəliş yolunun açılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və qızının xüsusi mülkiyyətində olan JN-169 kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin Nic qəsəbəsi ərazisindəki 0.40 ha hissəsinin bir hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdeh tərəfindən qanunsuz olaraq bağladığı gediş-gəliş yolunda və torpaq sahəsinin ətrafında olan dəmir dirəkdən və tordan ibarət hasarın cavabdehin hesabına sökülərək açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ona İddiaçı və digər ailə üzvləri həyat yoldaşı X2, qızı Qəribova Şahənə qızına və oğlu X7 Qəbələ rayonu ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-ci il tarixli, 04 saylı qərarı ilə kənd təsərrüfatı məhsullan istehsalı məqsədilə 1.14 ha torpaq sahəsinə görə onlara JN-169 kod 40600068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpaq sahəsinin (0.40 ha + 0.1491 ha + 0.1871 ha) hissəsi yaşadığı Nic qəsəbəsi ərazisindən, 0.4049 ha hissəsi isə rayonun “QAŞ” adlanan ərazisindən verilmişdir və həmin vaxt DTXK Qəbələ rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə torpaq sahəsi ona tanıdılmışdır. Həmin vaxtdan da qeyd olunan torpaq sahələri üzərində istifadə və sahiblik etməyə başlamışdır. Lakin son 2-3 il ərzində xəstəliyi ilə əlaqədar ona və ailə üzvlərinə məxsus torpaq sahələrinə baxa bilməmişdir. Bundan istifadə edən ərazidəki qonşu Cavabdeh tərəfindən torpaq sənədindəki 4-cü səhifədə olan 169L kimi qeydə alınan 4000.00 kv.m ona və ailə üzlərinə məxsus Dövlət Aktına əsasən verilmiş Nic qəsəbəsi ərazisindəki meyvə ağacları (findıq) olan torpaq sahəsinin bir hissəsini özbaşına zəbt edərək dəmir dirəkdən və tordan ibarət hasar çəkmiş və dəmir barmaqlıqlı qapı qoymuşdur. Həmçinin, onun torpaq sahəsi ilə ona və ailə üzvlərinə məxsus torpaq sahəsi aralığında olan gediş-gəliş yolunu da dəmir dirəkdən və tordan ibarət hasar ilə bağlamışdır. Cavabdeh ona və ailə üzlərinə məxsus torpaq sahəsini və gediş- gəliş yolunu zəbt etməyinə baxmayaraq öz torpağı hesab edir və həmin əraziyə onu buraxmır. Həmçinin, o, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının İƏD üzrə nümayəndəsinə və kənd Bələdiyyəsinə müraciət etsə də onlar tərəfindən mübahisənin həlli mümkün olmamışdır. Daha sonra 4-5 ay bundan əvvəl Qəbələ RPŞ-nə şikayət ərizəsi yazaraq mübahisəni həll etmələrini xahiş etsə də məhkəməyə müraciət olunması təklif olunmuşdur. Cavabdehə də dəfələrlə torpaq sahəsindən çıxmasını və gediş-gəliş yolunu açmasını bildirib, xəbərdarlıq etməyimə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunanlar tamamilə əsassızdır. Belə ki, iddiaçının zəbt olunduğunu iddia etdiyi torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsini keçən il – 24 iyun 2021-ci ildə satmışdır. Torpaq sahəsini satan zaman bütün qanuni prosedurlara riyaət edilmiş və alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmişdir. Torpaq sahəsinin ətrafında olan tordan və dəmir dirəkdən olan hasarı alqı-satqı müqviləsindən sonra torpağın yeni sahibi çəkmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsi barədə müvafiq qətnamə qəbul eilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Qəbələ Rayon Nic Bələdiyyəsinin sədri X10 iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsi əvvəllər Cavabdeh mülkiyyətində olmuş və uzun müddətdir ki satılıb. Bu barədə kənd əhalisi, həmçinin iddiaçı da məlumatlıdır. Torpaq sahəsinin kimə satılması barədə isə onun məlumatı yoxdur. İddiaçı gediş-gəliş yolu kimi istifadə etmək istədiyi ərazi isə xəritə məlumatlarına əsasən Qəbələ rayonu, Nic Bələdiyyəsinin mülkiyyətindədir. Bu günə kimi həmin yol yerinin zəbti ilə bağlı hər hansı mübahisə mövcud olmamış və hazırda da Qəbələ rayonu, Nic Bələdiyyəsinin Cavabdeh qarşı yol yerinin açılması ilə bağlı heç bir tələbi yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçınının “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılmasına və gediş-gəliş yolunun açılmasına” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, İş materiallarına əlavə edilmiş JN-169 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarına əsasən Qəbələ rayonu, Nic qəsəbəsində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.14 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 24 iyun 2021-ci il tarixli, A-İ № ******* saylı, 4Ə-414 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu S.H.Osmanlı tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, X1, X6 və Cavabdeh Qəbələ rayonu Nic qəsəbəsində yerləşən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********71; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2020 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın əsasında verilmiş 1.48 hektar torpaq sahəsini alıcı X3 30000 (otuz min) manata satmışdır. Qəbələ Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli qərardadı ilə mülki işə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunaraq, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-169 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş 1.14 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin.
2. Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-169 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş 1.14 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt və istifadə olunmuşdurmu? Olunmuşdursa hansı həcmdə? (kordinatları müəyyən edilsin)
3. Əgər iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmuşdursa zəbt olunmuş sahədə hər hansı tikili var mı?
4. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçınn yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı?
5. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçınn yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13in xx.xx.2022-ci il tarixli, **********87 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki, işin araşdırılması məqsədi ilə DƏDKR X13 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisi 25 aprel 2022-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparılmışdır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki:
1. Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-169 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş 1,14 ha torpaq sahəsinin 169 cizgisində göstərilmiş 0,15 hektar və 169C cizgisində göstərilmiş 0.49 ha hissələri mübahisə predmenti olmadığı üçün ölçülməmişdir. JN-169 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmş 1,14 hektar torpaq sahəsinin 169L cizgisində göstərilən 0,4066 hektar hissəsinin hüdudları müəyyən edilmişdir (yerquruluşu planı 1).
2. Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-169 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş 1,14 ha torpaq sahəsinin 169L cizgisində göstərilmiş 0,4066 hektar hissəsi cavabdeh tərəfindən zəbt olunmamışdır. Əraziyə nəzərdə tutulmuş gediş-gəliş yolu Cavabdeh istifadəsindədir (yerquruluşu planı 5).
3. İddiaçıya məxsus torpaq sahəsi zəbt olunmamışdır.
4. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur.
5. Qəbələ rayon Nic qəsəbəsi keçmiş Dostluq təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Qəbələ rayon Nic bələdiyyəsinin mülkiyyətinə aiddir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1999-cu il tarixli, 04 saylı qərarı ilə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən mübahisəli 1.14 ha torpaq sahəsi JN-169 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Hazırda onun və qızının xüsusi mülkiyyətində olan JN-169 kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin Nic qəsəbəsi ərazisindəki 0.40 ha hissəsinin bir hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdeh tərəfindən qanunsuz olaraq bağladığı gediş-gəliş yolunda və torpaq sahəsinin ətrafında olan dəmir dirəkdən və tordan ibarət hasarın cavabdehin hesabına sökülərək açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələb edir. Cavabdeh isə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahəsinin əvvəllər onun mülkiyyətində olduğunu göstərib, 2021-ci ildə başqa şəxsə satdığını, iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı onun və qızının xüsusi mülkiyyətində olan JN-169 kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin Nic qəsəbəsi ərazisindəki 0.40 ha hissəsinin bir hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdeh tərəfindən qanunsuz olaraq bağladığı gediş-gəliş yolunda və torpaq sahəsinin ətrafında olan dəmir dirəkdən və tordan ibarət hasarın cavabdehin hesabına sökülərək açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı Qəbələ rayon AİK-in 25 fevral 1999-cu il tarixli, 04 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-169 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş 1,14 ha torpaq sahəsinin 169L cizgisində göstərilmiş 0,4066 hektar hissəsi cavabdeh tərəfindən zəbt olunmadığı müəyyən edilmişdir. Beləliklə, İddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü təqdim etməmişdir. Həmçinin, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılması zamanı xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulduğu və Qəbələ rayon Nic qəsəbəsi keçmiş Dostluq təsərrüfatının ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazinin Qəbələ rayon Nic bələdiyyəsinin mülkiyyətinə aid olması müəyyən edilsə də, həmin yol yerinin Cavabdeh tərəfindən zəbt olunması iş materialları lə sübuta yetirilmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən mübahisəli ərazi Cavabdeh və ailə üzvləri tərəfindən 24 iyun 2021-ci il tarixdə X8 adlı şəxsə satılmış və Cavabdeh həmin torpaq sahəsindən və mübahisələndirilən yol yerindən istifadə etmir. İddiaçı hazırki iddia tələbi ilə X3 qarşı məhkəməyə müraciət etməli olduğu halda, cavabdeh olaraq Cavabdeh göstərmişdir. Həmçinin işin faktiki hallarından təsdiq olundu ki, iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Qəbələ Rayon Nic Bələdiyyəsinin mülkiyyətindədir. Bununla əlaqədar məhkəmə hesab edir ki, bu hissədə iddiaçı onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və deməli, iddia tələbinin “gediş-gəliş yolunun açılması” hissəsində onun maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. Şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi mülkiyyətçinin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir (Mülki Məcəllənin 158.1.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Rayon Nic Bələdiyyəsinə qarşı "torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və gediş-gəliş yolunun açılması" tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ Rayon Nic Bələdiyyəsinə qarşı "torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və gediş-gəliş yolunun açılması" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev