Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-462/2022 26.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Qəbələ regional Maraqlı şəxs2ndə Qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsinə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Qəbələ regional Maraqlı şəxs2ndə Qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Qəbələ regional Maraqlı şəxs2ndə Qeydiyyat şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Hacıyeva (Mahmudova) Simuzər Xıdır qızının 23.03.1943-cü il tarixdə Qəbələ rayonun Zalam kəndində doğulmağı hüquq faktının müəyyən edilməsi, 2. Doğum haqqında şəhadətnamənin validenylərə dair qeyd olunması, aparılmalı olan qrafasında atasının X10, anasının X2 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Hacıyeva (Mahmudova) Simuzər Xıdır qızı 23.03,1943cu ildə Qəbələ rayonu Zalam kəndində anadan olmuşdur. X3, anam X1r. 15 may 1970-ci il tarixdə X7 ilə ailə qurmuşdur. Aralarında nikah qeydə alınan zaman ərinin soyadını qəbul etmişdir. Hazırda Qəbələ rayonun Zalam kəndində yaşayır. Mülkiyyət sənədlərinin düzəldilməsi üçün müraciət edəndə ondan doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Lakin həmin sənəd onda olmadığı üçün tələb olunan yerə təqdim edə bilməmişdir. Bundan sonra doğum haqqinda şəhadətnamə almaq məqsədilə Qəbələ regional "Asan xidmət Mərkəzində Qeydiyyat şöbəsinə 01.12.2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. "Asan xidınət" Mərkəzində Qeydiyyat şöbəsinin ona təqdim etdiyi 05 dekabr 2021-ci il tarixli 05/Q-1013/15 nömrali məktubunda qeyd edilmişdir ki, doğum haqqinda akt qeydinin istənilməsi ilə bağlı Maraqlı şəxs1nə Asan xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Maraqlı şəxs1 04.12.2021-ci il tarixli 05/Q-1833/11 nömrəli məktubla bildirmişdir ki, arxiv məlumatlarında Qəbələ rayon Zalam kand İƏN 1940 1946-cı illər üzrə axtarış aparılmış və X4 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Araşdırma aparılarkən həmçinin müəyyən edilmişdir ki, şəxsiyyət vəsiqəmdə doğum tarixi xx.xx.1943-cü il yazıldılğı halda, X7 ilə bağladığı nikah haqqında akt qeydində doğum tarixi 23.03.1943-cü il olaraq göstərilmişdir. Doğum haqqında akt qeydi aşkar edilmədiyindən doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina olunmuş və doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Buna görə də üzləşdiyi problemin həlli ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs1 nümayəndəsi məhkəməyə 05/Q-490/13 saylı məktub ünvanlayaraq Ərizəçi “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs Qəbələ regional Maraqlı şəxs2ndə Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə 05/Q-165/13 saylı məktub ünvanlayaraq Ərizəçi “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi məhkəmə baxışının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. Anası 1943-cü ildə anadan olmuşdur, onun ad gününü həmişə 23 mart tarixində qeyd ediblər. Mərhum nənəsinin adı X2, mərhum babasının adı X10 olmuşdur. Anası Ərizəçi qızlıq soyadı isə Mahmudova olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Onun təvəllüdlü 23.03.1943-cü ildir. O, Zalam kəndində anadan olub. Ərizəçinin mərhum anasının adı X2, mərhum atasının adı X10 olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi İş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon Qəbələ regional Maraqlı şəxs2 Qeydiyyat şöbəsinin 05/Q-1013/15 saylı 05.12.2021-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, arxiv məlumatlarında Qəbələ rayonun Zalam kənd İƏN 1940-1946-cı illər üzrə axtarış aparımış və X4 doğumu haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qutqaşen rayon Zalam kənd soveti tərəfindən 15 may 1970ci il tarixdə verilmiş AZ № 081818 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 arasında 15 may 1970-ci ildə nikah bağlanmış, nikahdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. Həmin şəhadətnamədə doğum qrafasında ərizəçinin doğum tarixi “1943-cü il” olaraq, doğulduğu yer qrafasında “Qəbələ rayonu, Zalam kəndi” olaraq qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ 14.01.2006-cı il tarixdə verilmiş AZE № 0******* saylı Azərbaycan Respublikası Vətandaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, burada ərizəçinin doğum tarixi “XX.XX.1943” olaraq, doğulduğu yer “Qəbələ rayonu, Zalam kəndi” olaraq qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Hacıyeva (Mahmudova) Simuzər Xıdır qızı 23 mart 1943-cü il tarixdə Qəbələ rayon, Zalam kəndində doğulmuşdur. Məhkəmə hesab edir ki, Hacıyeva (Mahmudova) Simuzər Xıdır qızının 23 mart 1943-cü il tarixdə Qəbələ rayon, Zalam kəndində doğulması, atasının X10, anasının X2 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Hacıyeva (Mahmudova) Simuzər Xıdır qızının 23 mart 1943-cü il tarixdə Qəbələ rayon, Zalam kəndində doğulması, atasının X10, anasının X2 olması hüquqi faktı müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-462/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-462/2022
26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver