Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-468/2021 03.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı Qəbələ Regional X6 nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Qəbələ Regional X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Qəbələ Regional X15 cavabdehlər X5 qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən Vəndam meşəbəyiliyinin 07 saylı dolayının 99-cu kvartalının 16-cı bölməsində zəbt etdiyi 1.05 ha meşə fondu torpağının boşaldılması və ərazinin Qəbələ Regional X15nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 may 2021-ci il tarixdə iddiaçı Qəbələ Regional X15 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək iş üzrə cavabdeh X4 qardaşı Cavabdeh2 ikinci cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı X20 cavabdehlər Rəhimov Ramil Vəli oğlu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti və Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə qarşı iddia qaldıraraq, onunla cavabdeh Qəbələ rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi arasında bağlanmış 0.80 ha torpaq sahəsinə dair 16.08.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərək həmin əraziyə qardaşı Rəhimov Ramil Vəli oğlunun adma yeni icarə müqaviləsinin bağlanması, habelə gələcəkdə həminəraziyə və ərazidə olan onun tərəfindən aparılmış mövcud tikililərə heç bir iddiasının olmayacağı barədə adından yazılaraq Bakı şəhəri 51 nömrəli notariat kontorunda təsdiqlənmiş 21.11.2013-cü il tarixli ərizə, habelə həmin ərizə əsasında onunla bağlanmış 16.08.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və cavabdeh Rəhimov Ramil Vəli oğlu ilə yeni icarə müqaviləsinin bağlanması barədə Meşələrin İnkişafı Departamentinin 16.12.2013-cü il tarixli 453/ü nömrəli əmri və həmin əmrə əsasən cavabdeh Rəhimov Ramil Vəli oğlu arasında bağlanmış 23.12.2013-cü il tarixli 03 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi, ona məxsus obyekt və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin cavabdeh Rəhimov Ramil Vəli oğlunun qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən iddiaçı X20, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbinin "ona məxsus obyekt və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin cavabdeh Rəhimov Ramil Vəli oğlunun qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsinə dair" hissəsindən imtina etdiyi üçün məhkəmənin həmin tarixli qərardadı ilə iddiaya həmin hissədə xitam verilmişdir. Həmin ərizə ilə o eyni zamanda üçüncü şəxs X7 iddiasını da etiraf etmişdir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs RəhimovTelman Vəli oğlu məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən ona məxsus obyektin ("Su tayı" istirahət mərkəzinin) və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin cavabdeh Rəhimov Ramil Vəli oğlunun qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 51 saylı Notariat Kontoru iddiaçının razılığı ilə məhkəmə tərəfindən iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(025)-792/2018 nömrəli qətnaməsi ilə hər iki iddia tələbi təmin olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli 2(107)-2411/2018 nömrəli qətnaməsi ilə Rəhimov Ramil Vəli oğlunun və vəkili X12 apellyasiya şikayəti təmin təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(102)- 1341/2019 saylı qərarı ilə cavabdeh Rəhimov Ramil Vəli oğlu və vəkili Bağırov Amid Vahab oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli 2(107)-2411/2018 nömrəli qətnaməsi qismən - üçüncü şəxs X7 Rəhimov Ramil Vəli oğlu və X16 qarşı "obyektin qeyri-qanuni sahiblikdən geri tələb edilməsi" iddiasının təmin edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2(107)-1772/2019 nömrəli qətnaməsi ilə X7 iddia tələbi təmin edilməmişdir. Ali Məhkəmənin 06 dekabr 2019-cu il tarixli 2(107)-7479/19 nömrəli qərarı ilə Rəhimov Ramil Vəli oğlunun və Rəhimov Telçnan Vəli oğlunun kassasiya şikayətləri təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2(107)- 1772/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hələ 2018-ci ilin sonunda cavabdehlər Rəhimov Ramil Vəli oğlu, X20 və X8 qarşı "zəbt olunmuş torpağın boşaldılması, ərazinin əvvəlki vəziyyətə qaytarılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişik. Cavabdehlər arasında həmin ərazi barədə məhkəmə mübahisəsi olduğuna görə Qəbələ Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(025)- 441/2019 saylı qərardadı ilə iddia ərizəmiz baxılmamış saxlanılmışdır. Qeyd edilən mübahisə üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra yenidən cavabdeh Rəhimov Ramil Vəli oğluna qarşı "zəbt olunmuş torpağın boşaldılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişik. Qəbələ Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(025)-375/2020 saylı qərardadı ilə iddia ərizəmiz baxılmamış saxlanılmışdır. Bundan sonra yenidən cavabdeh Rəhimov Ramil Vəli oğluna qarşı "zəbt olunmuş torpağın boşaldılması və təhvil verilməsi" tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişik. 01 iyul 2020ci il tarixdə cavabdeh Rəhimov Ramil Vəli oğlu qardaşı X17 qətlə yetirmiş və həbs olunmuşdur. Bu səbəbdən Qəbələ Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(025)- 596/2020 saylı qərardadı ilə iddia ərizəmiz baxılmamış saxlanılmışdır. Bundan əvvəl Rəhimov Ramil Vəli oğlu iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh X23 X3 meşəbəyiliyinin 07 saylı dolayının 99-cu kvartalının 16-cı bölməsində yerləşən "Su tayı" obyektinin yerləşdiyi torpaq sahəsi barədə icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 01 iyul 2020-ci il tarixli 2-1(116)-1158/2020 nömrəli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır. Şəki İnzibati Məhkəməsinin 01 iyul 2020-ci il tarixli 2-1(116)-1158/2020 nömrəli qərardadından Rəhimov Ramil Vəli oğlu apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.10.2020-ci il tarixli 2-1(107)-370/2020 nömrəli qərardadı ilə həmin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 01 iyul 2020-ci il tarixli 2-1(116)-1158/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hal hazırda mübahisəli 1.05 ha meşə fondu torpağı Rəhimov Ramil Vəli oğlunun oğlu Cavabdeh1 qanunsuz zəbtində və istifadəsindədir. Hazırda* qış fəsli olduğundan həmin ərazidə istirahət rekreasiya fəaliyyəti göstərilmir, yalnız obyektin mühafizəsi həyata keçirilir. Cavabdeh1 məktub göndərilmiş və ərazinin boşaldılaraq təhvil verilməsi üçün vaxt verilmişdir. Əks halda məhkəməyə müraciət olunacağı ona bildirilmişdir. Lakin cavabdeh həmin tələbə əməl etmir, ona görə də onlar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında iddiaçı Qəbələ Regional X6 nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə edib iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X9 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Vəndam meşəbəyiliyinin 07 saylı dolayının 99-cu kvartalının 16-cı bölməsində yerləşən 1.05 ha torpaq sahəsindən o istifadə etmir, həmçinin heç bir zəbt də mövcud deyil. Qeyd olunan torpaq sahəsi atası Ramil Rəhimovun idtifadəsində olmuşdur. O, özü Qəbələ rayon Zalam kənd orta məktəbində 15 oktyabr 2019-cu ildən müəllim işləyir və heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Odur ki iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, tələbədir və Vəndam meşəbəyiliyinin 07 saylı dolayının 99-cu kvartalının 16-cı bölməsində yerləşən 1.05 ha torpaq sahəsindən istifadə etmir, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Həmin torpaq sahəsi icarə müqaviləsi ilə atası Ramil Rəhimovun istifadəsində olmuşdur. Halhazırda atası həbsdə olduğundan və həmin obyektdə hadisə baş verdiyindən ümumiyyətlə nə mübahisəli torpaq sahəsindən, nə də ki, orada yerləşən obyektdən istifadə olunmur. Onun həmin torpaq sahəsi ilə heç bir bağlılığı mövcud deyil. Odur ki iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin cavabdehlərlə heç bir əlaqəsi yoxdur. Qeyd olunan qətnamələr Ramil Rəhimovun ərizələri ilə bağlı olub. Mübahisəli torpaq sahəsi cavabdehlərin atasına məxsusdur və onun istifadəsində qanuni əsaslarla, yəni Qəbələ Regional X15 ilə bağladığı icarə müqavilə əsasında olmuşdur. Həmin torpaq sahəsində Ramil Rəhimov “Su tayı” istirahət mərkəzini işlətmiş, orada tərəfindən müəyyən tikililər tikilmiş, həmin şəxs isə hal-hazırda hamıya məlum olan hadisələr nəticəsində həbsdədir. X2 Hacıyev adına Qəbələ rayon Zalam kənd orta məktəbində Kimya müəllimi vəzifəsində işləyir. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Cavabdeh2 isə tələbədir və onun mübahisəli torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Hazırki cavabdehlərin iddia predmentinə heç bir aidiyyatı yoxdur. Həmçinin torpaq sahəsi üzrə heç bir zəbtdən söhbət gedə bilməz. İddiaçı və cavabdehlərin atası arasında icarə müqaviləsi mövcuddur. Mübahisə həmin icarə müqaviləsinin uzadılması ilə bağlı qaldırılmalı, qaldırılmış olsa da belə, hazırkı cavabdehlərə qarşı yox, cavabdehlərin atalarına qarşı qaldırılmalıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası 2 saylı yerli İqtisad Məhkəməsinin 24 aprel 2007-ci il tarixli 157/2-8 3 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X19 və bərpası müəssisəsinin tikililərin-cavabdehin öz vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə gətirilərək boşaldılmasına dair ilk iddia tələbi rədd edilməsi, X13 qarşılıqlı iddia tələbi isə ödənilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin 22 sentyabr 2006-cı il tarixli 421/ü saylı əmri ləğv edilsin və sahibkar X20 ilə X19 və bərpası müəssisə arasında bağlanmış icarə müqaviləsi 10 (on) il müddətinə uzadılması qət edilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli 2(025)-792/2018 nömrəli qətnaməsi ilə (hakim Vahid Sadıqov) iddiaçı X13 iddiası təmin edilərək, iddiaçı X20 ilə cavabdeh Qəbələ rayon MM və BM arasında bağlanmış 0,80 ha torpaq sahəsinə dair 16.08.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilərək həmin əraziyə qardaşı X10 adına yeni icarə müqaviləsinin bağlanması, habelə gələcəkdə həmin əraziyə və ərazidə olan onun tərəfindən aparılmış mövcud tikililərə heç bir iddiasının olmayacağı barədə adından yazılaraq Bakı şəhəri 51 nömrəli Notariat kontorunda təsdiqlənmiş 21.11.2013-cü il tarixli ərizə, habelə həmin ərizə əsasında onunla bağlanmış 16.08.2007-ci il tarixli 233 nömrəli icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və cavabdeh Rəhimov Ramil Vəli oğlu ilə yeni icarə müqaviləsinin bağlanması barədə Meşələrin İnkişafı Departamentinin 16.12.2013-cü il tarixli 453/ü nömrəli əmri və həmin əmrə əsasən cavabdeh Qəbələ rayon MM və BM ilə X18 arasında bağlanmış 23.12.2013-cü il tarixli 03 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 iddiasının təmin edilməsi, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən X8 məxsus obyekt (“Su tayı” İstirahət Mətkəzi) və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin cavabdeh Rəhimov Ramil Vəli oğlunun qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli 2-(107)-2411/2018 saylı qətnaməsi ilə cavabdeh Rəhimov Ramil Vəli oğlu və vəkili X21 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(025)-792/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli 2-(102)-1341/2019 saylı qərarı ilə cavabdeh Rəhimov Ramil Vəli oğlu və vəkili Bağırov Amid Vahab oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli, 2(107)-2411/2018 saylı qətnaməsi qismən üçüncü şəxs X7 Rəhimov Ramil Vəli oğlu ve X16 qarşı “obyektin qeyri-qanuni sahiblikdən geri tələb edilməsi” iddiasının təmin edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2- (107)-1772/2019 saylı qətnaməsi ilə cavabdeh Rəhimov Ramil Vəli oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 13 iyul 2018-ci il "tarixli, 2(025)-792/2018 saylı qətnaməsi - qismən yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddiasının təmin edilərək Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən obyekt (“Su Tayı" istirahət mərkəzi) və obyektin yerləşdiyi 0.80 ha torpaq sahəsinin cavabdeh Rəhimov Ramil Vəli oğlunun qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2019cu il tarixli 2-(102)-7479/2019 saylı qərardadı ilə Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 və cavabdeh Rəhimov Ramil Vəli oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli 2-(107)-1772/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 oktyabr 2020-ci il tarixli 2-1(107)-370/2020 saylı qərardadı ilə iddiaçı Rəhimov Ramil Vəli oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 iyul 2020-ci il tarixli 2- 1(116)-1158/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan Qəbələ rayon Təhsil şöbəsi Sənan Hacıyev adına Zalam kənd tam orta məktəbi tərəfindən 03 may 2021-ci il tarixdə verilmiş 04 saylı arayışdan görünür ki, X1 rayon Sənan Hacıyev adına Zalam kənd tam orta məktəbində 15.09.2019-cu il tarixdən (kimya) müəllim işləyir və hal-hazırda iş fəaliyyətinə davam edir. Məhkəmə iddiaçının “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə hesab edir ki, iddiaçılar əsl cavabdehlərə qarşı deyil, onlar üçün heç bir hüquqi nəticə yaratmayan şəxslər - X5 və Cavabdeh2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər və deməli, iddiaçının maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, eyni predment üzrə müxtəlif mülki mübahisələrə dəfələrlə baxılmış, müvafiq məhkəmə aktları qəbul edilmişdir. Göründüyü kimi, uzun illərdir ki, torpaq və “Su Tayı” İstirahət Mərkəzi üzərində mübahisə Azər, Telman və Ramil Rəhimovlar qardaşları arasında, həmçinin həmin şəxslərlə müvafiq orqanlar arasında mövcud olmuşdur. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə cavabdehlərin mübahisəli torpaq sahəsinə heç bir aidiyyəti və bağlılığı mövcud deyildir. Bir sözlə hazırkı cavabdehlər iddia üzrə cavab verməli olan şəxslər məhkəmə araşdırması müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə cavabdehlərdən torpaq sahəsinin boşaldılmasını və təhvil verilməsini iddia etsə də, tələbini əsaslandıra bilməmiş, iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmiş, mübahisəli torpaq sahəsini cavabdehlər tərəfindən zəbt edildiyini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, cavabdehlər iddia üzrə cavab verməli şəxslər olmadığından, eyni zamanda iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Qəbələ Regional X6 cavabdehlər X5 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-468/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-468/2021
03.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver