Məhkəmə qərarları › İş №2(025)-485/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-485/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-485/2021 29.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi X7 iştirakı ilə Ərizəçi X7 maraqlı şəxs Qəbələ Regional Maraqlı şəxs Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X17 maraqlı şəxs Qəbələ Regional Maraqlı şəxs Notariat Ofisinə qarşı «mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair məhkəməyə ərizə ilə müraciət edərək, X3 15.01.2001-ci ildə ölümü ilə ondan qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1997-ci il tarixli 26 saylı qərarları ilə Qəbələ rayonu Zarağan kəndində X13 mülkiyyətinə JN-625F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,14 ha həyətyanı və JN-273 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə açılmış mirasın onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X17 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1957-ci ildə Qəbələ rayonu Zarağan kəndinə anadan olmuşdur. X6, anası X57 olmuşlar. Atası və anası 26.03.1955-ci ildə birgə nikaha daxil olmuşlar. Atası və anasının birgə nikahlarından 5 uşaqları doğulmuşdur. Onlar Hidayətova Hicran Hüseyncan qızı, X29, X22, X30 və odur. X4 və atası X30 vəfat etmişlər. X9 04 avqust 2009-cu il tarixdə vəfat etmişdir. X19 isə 07 avqust 1994-cü ildə vəfat etmişdir. X25 isə onun əmisidir. X49 15 yanvar 2001-ci il tarixdə vəfat etmiş və Qəbələ rayon Zarağan kənd qəbirstanlığında dəfn edilmişdir. X13 onun əmisi olması Qəbələ rayon İHB-nin Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, 19 nörməli arayışla da təsdiq olunur. X3 2 uğursuz nikahı olmuş və həmin nikahlarından övladları olmamışdır. Hər iki nikahlarında əks tərəflər nikaha bir tərəfli qaydada xitam verərək başqaları ilə nikaha daxil olmuşlar. Bu halda Qəbələ rayon İHB-nin Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, 18 nörməli arayışla da təsdiq olunur. X3 uğursuz nikahlarından övladları olmamışdır. Beləliklə, mərhum X13 birinci növbədə vərəsəsi yoxdur. X40 atasından əlavə iki bacısı olmuş, bacılarının hər ikisi də ailəli olmuş, hələ sağlıqlarında başqa təsərrüfata ayrılmışlar və hazırda hər ikisi vəfat etmişlər. (Qəbələ rayon İHB-nin Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, 141 nörməli arayışla da təsdiq olunur). Mərhum X3 bacıları, yəni bibiləri başqa ünvanda yaşamaqla, mərhum əmisinin yaşadığı və miras kütləsini təşkil edən əmisindən qalmış torpaq sahəsindən istifadə etməmişlər və müvafiq olaraq, əmisinin ölümündən sonra həmin mirası nə rəsmi, nə də faktiki qəbul etməmişlər. Beləliklə, mərhum X40 ölümündən sonra sonuncudan qalmış torpaq payından ibarət mirası təkcə o qəbul edərək həmin paya yiyələnmişdir. X3 mülkiyyətinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1997-ci il tarixli 26 saylı qərarı ilə Qəbələ rayonu Zarağan kəndində 0,14 ha torpaq sahəsi verilmişdir. Bundan əlavə əmisinin mülkiyyətinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1997-ci il tarixli 26 saylı qərarı ilə Qəbələ rayonu Zarağan kəndində 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri X3 öldüyü 15.01.2001-ci ildən hal-hazıradək onun tərəfindən idarə edilməkdə, sahiblik edilməkdə və istifadə edilməkdədir. Həmin torpaq sahələrinin vergilərini vaxtında ödəmişdir. Bu hallarda Qəbələ rayon İHB-nin Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, 23 nörməli və 01 mart 2021-ci il tarixli, 141 nömrəli arayışlarla təsdiq olunur. Mərhumun yas mərasimini və ölümündən sonra da mirasın idarəçiliyini o aparmış və hazırda da miras əmlakı o idarə edir. Həmin əmlaklara iddialı olan başqa şəxslər yoxdur. Lakin, səhlənkarlıqdan irəli gələrək, əmisinə aid paya açılan mirasın qəbul edilməsi üçün notariat kontoruna qanunla nəzərdə tutulmuş müddətdə ərizə ilə müraciət etməmişdir. Ona görə də hazırda həmin mirasın qəbul edilməsi faktının məhkəmə qaydada müəyyən edilməsi zərurəti yaranmışdır. Həmçinin bununla bağlı X72-Xidmət mərkəzinə müraciət etmiş və Asan-Xidmət mərkəzi tərəfindən ona verilmiş 17 fevral 2021-ci il tarixli, 232 nömrəli məktub ilə vərəsəlik şəhadətnaməsi verilməkdən imtina olunmuşdur. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, X3 15.01.2001-ci ildə ölümü ilə ondan qalmış Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1997-ci il tarixli 26 saylı qərarları ilə JN-625F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə və JN-273 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən Qəbələ rayonu Zarağan kəndində X13 mülkiyyətinə verilmiş 0,14 ha həyətyanı torpaq sahəsi və 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə açılan mirası o qəbul edib, onlara yiyələnmişdir. Məhkəmə iclasında ərizəçi X17 qeyd olunanlara uyğun izahat verib, ərizəni müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisi iştirak etməmiş, məhkəməyə 22.04.2021-ci il tarixli, 6/6 №-li məktub ünvanlayaraq işə Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Maraqlı şəxsndə Notariat Ofisi tərəfindən məhkəməyə göndərilmiş mülahizədə göstərilmişdir ki, 15.01.2001-ci il tarixdə vəfat etmiş, 15.05.1933-cü il təvəllüdlü X10 hər hansı əmlakına dair Qəbələ regional Maraqlı şəxsndə notariat ofisində vərəsəlik işi açılmamış, o cümlədən “Elektron notariat” İnformasiya sistemində vərəsəlik işi açılması və onun tərəfindən vəsiyyətnamə qoyulması barədə məlumat aşkar edilməmişdir. X23 15.01.2001-ci il tarixdə vəfat etmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli, 26 saylı qərarı ilə X10 xüsusi mülkiyyətinə verilmiş Qəbələ rayonu, Zarağan kəndində 0,14 ha yerləşən yaşayış məntəqələrinin torpaq sahəsindən və həmin ünvanda 0,15 ha, o cümlədən 0,11 ha olmaqla kənd təsərrüfatlı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakı qalmışdır. X17 15.02.2021-ci il tarixdə Qəbələ regional Maraqlı şəxsndə notariat ofisinə müraciət edərək əmisi Hidayətov Hüseyinqulu Seyfəl oğlundan miras qalmış əmlaklara vərəsəlik hüququnun rəsmiləşdirilməsini xahiş etmişdir. Ərizəçi miras qoyanla qohumluq münasibətini təsdiq edən sənədləri notariat ofisinə təqdim edə bilməmiş, o cümlədən mirasın qəbulu üçün nəzərdə tutulan müddəti itirməsi səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Vətəndaşın müraciəti 232 saylı 17.02.2021-ci il tarixli məktubla cavablandırılmışdır. Hazırkı iş üzrə iddianın təmin edilməsi məhkəmənin mülahizəsinə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hidayətova Hicran Hüseyncan qızı göstərdi ki, X26 onun əmisi olmuşdur. Əmisinin uşaqları olmamış, 1 qardaşı, iki bacısı olmuşdur. Qardaşı atası olmuşdur, bibiləri və atası vəfat etmişdirlər. Onlar 5 uşaq olmuşlar. Bir qardaşı, bir bacısı rəhmətə gedibdir. Hal-hazırda bir qardaş, iki bacı qalırlar. O, Zarağan kəndində yaşayır. X14 torpaq sahələrini faktiki olaraq qardaşı İntiqam idarə edir və istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 göstərdi ki, mərhum X3 torpaqlarına qardaşı nəzarət edir. Əmisinin iki ailəsi olmuş və hər ikisindən ayrılmışdır. İkinci ailəsindən 1978-ci ildə ayrılmışdır və heç bir ailəsindən övladları olmamışdır. Həmin torpaq sahələrinə qardaşı X17 nəzarət edir və istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X64 göstərdi ki, ərizəçi İntiqam Hidayətzadənin qonşusudur. X47 da qonşuları olmuşdur. Hüseynqulu o vaxt ailə qurmuş və ayrılmışdır. Ondan sonra heç vaxt ailə qurmamışdır. Ona sağlığında İntiqam baxmışdır. Rəhmətə gedəndən sonra da dəfn xərcini İntiqam Hidayətzadə öz üzərinə götürmüş və torpağın ətrafına hasar çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X58 göstərdi ki, o, Qəbələ rayonu Zarağan kənd sakinidir. Hidayətzadə İntiqamla həmkəndlidir. O, İntiqamın və onun mərhum əmisi X11 qalan torpaq sahəsini İntiqamın razılığı ilə əkib-becərir. Hər sot torpaq üçün 4 kq buğda verir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 göstərdi ki, İntiqam Hidayətzadə ilə həmkəndlidirlər və qonşudurlar, onunla heç bir qohumluq əlaqələri yoxdur. Hidayətzadə İntiqamın əmisi X26 qış aylarında vəfat etmişdir və dəfnində iştirak etmişdir. Hüseynqulu Hidayətovun torpağına İntiqam nəzarət edir və Qaşdakı torpaqları da əkib-becərirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X43 göstərdi ki, İntiqam Hidayətzadənin qardaşı oğludur. Atası 12.12.2008-ci ildə, babası 2009-cu ildə rəhmətə getmişdir. Babasının qardaşı X26 isə 2001-ci ildə rəhmətə getmişdir. Atasının əmisindən, yəni Hüseynqulu Hidayətovdan qalan torpaqlara əmisi İntiqam nəzarət edir. Onların ayrıca torpaqları vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X37 göstərdi ki, İntiqam Hidayətzadənin bacısı oğludur. Anası vəfat etmişdir. X26 anasının əmisi olmuşdur. Onu uşaq vaxtı görmüş və tanımışdır. Anasının X14 torpaqlara dayısı İntiqam Hidayətzadə nəzarət edir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş JN – 625F nömrəli (kod:********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, X15 mülkiyyətinə mülkiyyətinə Qəbələ rayonu, Zarağan kəndində 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş JN – 0273 nömrəli (kod:********) nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-in 26 aprel 2002-ci il tarixli 03 nömrəli qərarına əsasən, X15 mülkiyyətinə mülkiyyətinə 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, 23 nömrəli arayışda göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair 29.11.1997-ci il tarixli, JN-625F, kod:40608018 olan şəhadətnaməyə əsasən X15 adına verilmiş Qəbələ rayon Zarağan kəndində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsini sonuncu öldüyü 15.01.2001-ci ildən hal-hazıradək X17 idarə etmiş, sahiblik etmiş, istifadə etmiş və torpaq vergisini vaxtında ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, 141 nömrəli arayışda göstərilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair 29.11.1997-ci il tarixli, JN-625F, kod:40608018 nömrəli sahəsi 0,14 ha olan şəhadətnamə və 26.04.2002-ci il tarixli JN 273 kod 40608018 nömrəli sahəsi 0,27 ha olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X15 adına verilmiş Qəbələ rayon Zarağan kəndində yerləşən torpaq sahəsini sonuncu öldüyü 15.01.2001-ci ildən hal-hazıradək X17 idarə etmiş, sahiblik etmiş, istifadə etmiş və torpaq vergisini vaxtında ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli, 140 nömrəli arayışda göstərilmişdir ki, X15 bacıları Hidayətova (Əliyeva) X16 ərə gedərək ayrı təsərrüfatda yaşayaraq və Hidayətova (Əliyeva) X21 ərə gedərək başqa təsərrüfatda yaşayaraq dünyalarını dəyişmişdirlər. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, 21 nömrəli arayışda göstərilmişdir ki, X7 mərhum əmisi X25 01.06.1933-cü ildə Qəbələ rayonunun Zarağan kəndində anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, 22 nömrəli arayışda göstərilmişdir ki, X2 rayonu Zarağan kəndində qeydiyyatdadır və yaşayır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, 18 nömrəli arayışda göstərilmişdir ki, X7 əmisi X25 vəfat etdiyi 15 yanvar 2021-ci il tarixədək nikaha daxil olmamışdır və heç bir övladı yoxdur. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, 19 nömrəli arayışda göstərilmişdir ki, X17 həqiqətən mərhum X15 mərhum qardaşı X18 övladıdır. İşdə olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Zarağan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli, 20 nömrəli arayışda göstərilmişdir ki, X7 əmisi X25 15 yanvar 2001-ci il tarixdə Qəbələ rayonunun Zarağan kəndində vəfat etmiş, Zarağan kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 avqust 2020-ci il tarixli, 255 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X23 15 may 1933cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1952-ci ilin iyun ayında 706 №li akt qeydi tərtib olunmuşdur. X20, anası X38r. İşdə olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş 21 yanvar 1992-ci il tarixli, XVİ-JQ seriyalı, 340638 nömrəli “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.1957-ci il tarixdə anadan olmuş, bu barədə Qəbələ rayonu Zarağan kənd sovetliyi tərəfindən 12.07.1971-ci il tarixdə 91 saylı qeydiyyat aparılmışdır. Onun X9, X19dır. İşdə olan 06.05.2020-ci il tarixli, AZ-ll seriyalı, 065650 №-li “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X28 04.08.2009-cu il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmişdir və bu barədə 17 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan 28.06.2012-ci il tarixli, AZ-l seriyalı, 557478 №-li “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X42 07.08.1994-cu il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmişdir və bu barədə 33 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan 01.01.2009-cu il tarixli, AZ-l seriyalı, 341355 №-li “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X30 12.12.2008-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmişdir və bu barədə 01 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan 22.12.2020-ci il tarixli, AZ-lİ seriyalı, 137952 №-li “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X22 14.12.2020-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmişdir və bu barədə 525 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan 16.01.2021-ci il tarixli, AZ-lİ seriyalı, 138006 №-li “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X59 13.01.1994-cu il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmişdir və bu barədə 03 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan 28.03.2005-ci il tarixli, AZ-l seriyalı, 128493 №-li “Ölüm haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X65 25.03.2005-ci il tarixdə Qəbələ rayonu Həmzəlli kəndində vəfat etmişdir və bu barədə 05 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Qəbələ Regional Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli 08/69 nömrəli arayışdan görünür ki, X25 ilə X27 30 mart 1977-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 04 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hidayətov, arvada Hidayətova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional Maraqlı şəxsndə Notariat Ofisi tərəfindən X12 ünvanlanmış 17 fevral 2021-ci il tarixli, 232 nömrəli məktubdan görünür ki, qanunvercilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxıldığından, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilmədiyindən İntiqam Hidayətzadəyə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, ərizəçinin əmisi X23 15.01.2001-ci il tarixdə vəfat etmişdir. Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, X15 mülkiyyətinə Qəbələ rayonu, Zarağan kəndində 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qəbələ rayon AİK-in 26 aprel 2002-ci il tarixli 03 nömrəli qərarına əsasən, X15 mülkiyyətinə 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X26 vəfat etdiyi tarixdə rəsmi nikahda olmamışdır. Onun əvvəlki nikahlarından heç bir övladı olmamışdır. Hüseynqulu Hidayətovun bir qardaşı, iki bacısı olmuşdur. Bacıları Hidayətova (Əliyeva) X16 ərə gedərək ayrı təsərrüfatda yaşayaraq və Hidayətova (Əliyeva) X21 ərə gedərək başqa təsərrüfatda yaşayaraq dünyalarını dəyişmişdirlər. X13 bacıları başqa ünvanda yaşamaqla Hüseynqulu Hidayətovun yaşadığı və miras kütləsini təşkil edən torpaq sahəsindən istifadə etməmişlər və müvafiq olaraq, onun ölümündən sonra həmin mirası nə rəsmi, nə də faktiki qəbul etməmişlər. Hüseyinqulu Hidayətovun qardaşı X28 isə 04.08.2009-cu il tarixdə Qəbələ rayonu Zarağan kəndində vəfat etmişdir. 15.01.2001-ci ildə X26 vəfat etdikdən sonra da ərizəçi X17 ona məxsus torpaq sahəsini idarə etmiş, sahiblik etmiş, istifadə etmiş və torpaq vergisini vaxtında ödəmişdir. Həmçinin məhkəmədə müəyyən olundu ki, X26 öləndən sonra ondan qalmış miras əmlakı (torpaq sahələrini) X5 başqa heç kim idarə və sahiblik etməmiş, istifadə etməmişdir. Beləliklə, Hüseynqulu Hidayətovdan qalmış miras kütləsini təşkil edən torpaq sahəsindən X5 başqa heç kim istifadə etməmiş və müvafiq olaraq, sonuncunun ölümündən sonra həmin mirası nə rəsmi, nə də faktiki qəbul etməmişlər. X1 birinci dərəcəli vərəsələri yoxdur. Beləliklə müəyyən olunur ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən, X15 mülkiyyətinə verilmiş Qəbələ rayonu, Zarağan kəndində 0,14 ha həyətyanı torpaq sahəsi və Qəbələ rayon AİK-in 26 aprel 2002-ci il tarixli 03 nömrəli qərarına əsasən, X15 mülkiyyətinə mülkiyyətinə verilmiş 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum X13 2001-ci ildə vəfatından sonra qardaşı oğlu – ərizəçi X7 idarəçiliyinə keçmişdir. Hazırda miras torpaq sahəsi ərizəçinin faktiki istifadəsində və sahibliyindədir, həmin sahəyə iddialı olan başqa şəxslər yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbəli vərəsə sayılırlar. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə hesab edir ki, mərhum X11 miras qalmış Qəbələ rayonu, Zarağan kəndində 0,14 ha həyətyanı torpaq sahəsi və 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ərizəçi X17 tərəfindən faktiki idarəçiliyə qəbul edilmişdir və hazırda da torpaq sahələri onun istifadəsindədir. Bu faktı təkzib edən heç bir hal, eləcə də miras əmlaka iddialı, o cümlədən məcburi pay hüququna malik olan başqa şəxslər (vərəsələr) müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı sayılmalı, mirasın ərizəçi tərəfindən faktiki qəbul edilməsi hüquqi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X7 mərhum X3 15.01.2001-ci ildə ölümü ilə ondan qalmış, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 saylı qərarı ilə Qəbələ rayonu Zarağan kəndində X13 mülkiyyətinə JN-625F nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 0,14 ha həyətyanı və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli 03 saylı qərarı ilə Qəbələ rayonu Zarağan kəndində X13 mülkiyyətinə JN-273 nömrəli (kod:********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 0,27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə açılmış mirasın X17 tərəfindən qanun üzrə vərəsəlik qaydasında faktiki qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar