Məhkəmə qərarları › İş №2(025)-5/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-5/2020

19.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-5/2020 19.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı sədri X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması, bağlanmış yolun açılması və tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Qəbələ rayon Vəndam Bələdiyyəsi məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən Qəbələ rayonu Vəndam qəsəbəsinin “Girvə” massivində bələdiyyənin mülkiyyətində olan 0,06 ha zəbt olunmuş torpaq sahəsinin məcburi buraxılması, bağlanmış ictimai yolun açılması və həmin torpaq sahəsində inşa olunmuş 3 kv.m həcmdə sanitar qovşağının məcburi qaydada sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı Qəbələ rayon Vəndam Bələdiyyəsi iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən Qəbələ rayonu Vəndam qəsəbəsinin “Girvə” massivində bələdiyyənin mülkiyyətində olan 0,06 ha zəbt olunmuş torpaq sahəsinə məcburi buraxılması, bağlanmış ictimai yolun açılması və həmin torpaq sahəsində sanitar qovşağının cavabdehin hesabına sökülməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Qəbələ rayonu Vəndam qəsəbəsi sakini Cavabdeh Vəndam qəsəbəsində “Girvə” massivində Vəndam Bələdiyyəsinin mülkiyyətində olan 0,06 ha torpaq sahəsini və həmin torpaq sahəsindən keçən su çəninə gedən yolu və örüş yolunu zəbt edərək ətrafını tikanlı kol və məftillərlə çəpərləmiş və ərazidə 3 m2 ölçüsündə sanitar qovşağı inşa etmişdir. Cavabdeh bu hərəkətləri ilə həmin ərazidə yaşayan insanların su çəninə və örüş sahəsinə gedən yolunu bağlamaqla onların hərəkətini mümkünsüz etmişdir. Dəfələrlə cavabdehə zəbt etdiyi bələdiyyə balansında olan 0,06 ha torpaq sahəsinin boşaldılması, bağladığı ictimai istifadədə olan yolun açılması təklif edilmiş, ancaq cavabdeh müxtəlif bəhanələrlə torpağın boşaldılmasından, yolun açılmasından və 3 m2 sanitar qovşağının sökülməsindən boyun qaçırmışdır. Bələdiyyə tərəfindən cavabdehin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət olunmuş və həmin müraciət araşdırılmış, cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş, torpaq sahəsinin zəbtdən azad edilməsi üşün zəruri tədbirlərin görülməsi və bələdiyyə mülkiyyətinə məxsus torpaqların üzərində nəzarətin gücləndirilməsi barədə təqdimat göndərilmişdir. Vəndam Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli iclasında təqdimat müzakirə olunaraq Vəndam qəsəbə sakini Cavabdeh tərəfindən qanunsuz zəbt edilərək çəpərə alınmış 0,06 ha bələdiyyə torpağının məcburi qaydada zəbtdən azad edilməsi və həmin sahədə inşa edilmiş 3 m2 həcmində sanitar qovşağın sökülərək götürülməsi üçün Qəbələ Rayon Məhkəməsinə müraciət edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıQəbələ rayon Vəndam Bələdiyyəsinin sədri X7iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, əlavəolaraqbildirdiki, 2015-ciildənbələdiyyəsədriişləyir. 2015-2016cıillərdəcavabdehəxəbərdarlıqetmişlərki, qeydolunantikiliqanunsuzdur. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, istifadəsində olan torpaq sahəsi onun qanuni sahibliyindədir, buna dair ona Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış da verilmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan İddiaçı yerquruluşu layihəsinin çıxarışdan görünür ki, zəbt edilmiş torpaq sahəsi 0.06 ha təşkil edir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan (reyestr nömrəsi – **********07; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2014-cü il) görünür ki, Qəbələ rayonu Vəndam qəsəbəsi ünvanında yerləşən 0,3842 ha olan torpaq sahəsi Cavabdeh və onun ailə üzvləri X2, X9, X8 və X6 məxsusdur. İşdə olan JN-1857C (Kod: 40600048) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxxx 1998-ci il tarixli 19 nömrəli qərarına əsasən, X5və ailə üzvlərininümumi birgə mülkiyyətinə 0,38 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan İddiaçı xx.xx.2018-ci il tarixli 05 saylı iclas protokolundan görünür ki, iclasda digər məsələlərlə yanaşı Vəndam bələdiyyəsi tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması məsələsinə baxılmış və müvafiq qərar qəbul olunmuşdur. İşdə olan yazışmalardan görünür ki, İddiaçı vətəndaş Cavabdeh məlumat vermiş, müvafiq tədbirlərin görülməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə vətəndaşa xəbərdarlıq etmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(025)-5/2020 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X10 və Hüquq Şirkəti” MMC-nin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur

1. Cavabdeh tərəfindən İddiaçınə məxsus torpaq sahəsi zəbt olunmuşdurmu?

2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?

3. Cavabdeh tərəfindən inşa edilmiş sanitar qovşağı zəbt olunmuş bələdiyyə torpağında yerləşirmi? İşdə olan Müstəqil Məhkəmə Ekspertizası” MMC-nin xx.xx.2020-ci il tarixli 148 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan Kompleks yerquruluşu sənədlərinə, Vəndam bələdiyyəsinin xəritə materialına, torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto xəritə materiallarına əsasən, İddiaçı mübahisələndirdiyi torpaq sahəsi cavabdeh tərəfindən ağac və kollarla çəpərə alınaraq istifadə edilir. Bu mübahisələndirilən ərazinin sahəsi 0.0916 ha təşkil edir və cavabdeh tərəfindən tikilən 3 kv.m-lik sanitar qovşaq bu ərazi daxilindədir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. “Girvə” massivində Vəndam Bələdiyyəsinin mülkiyyətində olan 0.0916 ha torpaq sahəsi və həmin torpaq sahəsindən keçən su çəninə gedən yol və örüş yolunu Cavabdeh qanunsuz olaraq zəbt etmiş, ətrafını tikanlı kol və məftillərlə çəpərləmiş və ərazidə 3 kv.metr ölçüsündə sanitar qovşağı inşa etmişdir. Qeyd olunan torpaq sahəsi və yol yeri cavabdehin mülkiyyətində deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bələdiyyənin mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cumaddələr) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqları pozulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən boşaldılmalı, həmin torpaq sahəsindən gedən ictimai yol açılmalı və mübahisələndirilən ərazidə Cavabdeh tərəfindən tikilən 3 kv.m-lik sanitar qovşaq onun öz hesabına sökülməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “Müstəqil Məhkəmə Ekspertizası” X1 təqdim etdiyi hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən boşaldılsın və həmin torpaq sahəsindən gedən ictimai yol açılsın. Mübahisələndirilən ərazidə Cavabdeh tərəfindən tikilən 3 kv.m-lik sanitar qovşaq onun öz hesabına sökülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “Müstəqil Məhkəmə Ekspertizası” X1 təqdim etdiyi hesaba köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar