Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-5/2021 21.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşı “torpaq sahəsinin qeyri-qanuni sahibliyindən geri alınaraq qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi üzrə, Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-0777 Kod 40614018 saylı Dövlət Aktı ilə onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0,79 ha torpaq sahəsinin Cavabdeh Eyyub oğlunun qeyri-qanuni sahibliyindən geri alınaraq, onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən qarşılıqlı iddia tələbinə əsasən 5500 manat torpaq alqı-satqısına görə verilmiş, 26310 manat müxtəlif tikililərə xərclənmiş cəmi 31 810 manat vəsaitin və 50 000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı və ailə üzvləri - həyat yoldaşı X2, övladları X9, X10, X11 və X16 Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.79 ha torpaq sahəsinə JN-0777 Kod 40614018 olan Torpağa mülkiyyət hüququqna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışlar. 2011-ci ilin iyun ayında həmin torpaq sahəsini Cavabdeh Eyyub oğluna müvəqqəti istifadəyə vermişdir. Həmin vaxt Dövlət Aktının əslini də ona verdi. Bir müddətdən sonra Cavabdeh Eyyub oğlundan ona və ailə üzvlərinə məxsus Dövlət Aktına əsasən verilmiş torpaq sahəsini tələb etdikdə, onlara məxsus torpaq sahəsini qaytarmaqdan imtina etdi. Cavabdeh onun torpağını zəbt etməklə, torpağı özünki hesab edir və həmin əraziyə onu buraxmır. Həmçinin, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə mübahisəni həll etmələrini xahiş etmişdir. Oradan ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdehə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18.01.2011-ci il tarixdə Mıxlıqovaq kəndi ərazisində kənd İƏN-nin binasında kənd bələdiyyəsinin sədri V.Həbibovun, Mıxlıqovaq kənd lƏN-si Z.Cəfərovun, bələdiyyənin baş mühasibi M.Cavadovun, cavabdehin, onun həyat yoldaşı Seyidova Nəzakətin iştirakı ilə torpaq sahəsinin satılrnaslna dair Akt tərtib etməklə, 4000 pulu 0,54 ha torpaq sahəsinin dəyəri olaraq cavabdehə verməklə və aktı imzalamaqla JN-777 saylı Dövlət aktında göstərilən, “Söyüd tala” adlanan sahədə yerləşən 0,54 ha torpaq sahəsini, bundan əlavə həmin tarixdə həmin vəzifəli şəxslərin, onun, cavabdehin, JN-776 saylı Dövlət aktı ilə mülkiyyətçi olan X4 iştirakı ilə torpaq sahəsinin satılmasına dair Akt tərtib edərək JN-776 saylı Dövlət aktında göstərilən “Söyüd tala” adlanan sahədə yerləşən 0,18 ha torpaq sahəsini almağı barədə aktı imzalamaqla Seyidova Safuraya 1500 manat pulu vermişdir. Cavabdeh isə ona torpaq sahəsinin sənədlərinin əsillərini aktda göstərilən vəzifəli şəxslərin iştirakı ilə vermişdir. Həmin tarixdə 0,54 ha torpağa görə cavabdehə verdiyi 4000 manatın və 0,18 ha torpağın satışına görə Seyidova Safuraya 1500 manat verməyinə görə alış akt tərtib olunmuş və imzalar edilmişdir. Torpq alqı-satqısı notarial qaydada aparılmasa da, yuxarıda qeyd olunan vəzifəli şəxslərin torpaq alqı-satqısında iştirak etmələri, alıcı və satıcı olaraq aralarında heç bir narazıçılığın olmaması və torpağın dəyərinin cavabdehə o dövr üçün artıqlaması ilə ödədiyini nəzərə alaraq apardığı torpaq alqı-satqısının mötəbərliyinə inanmış və keçən 9 il ərzində həmin ərazidə fərdi yaşayış evi tikmişdir. Bundan əlavə 17x8 m ölçüdə tövlə tikərək tikintiyə 10,500 manat vəsait xərcləmişdir. Həmin torpaq sahəsində həyətin iki tərəfinə kubik qala çəkmişdir. Qalanın tikintisinə 3050 kubik işlənib, 3050x70=2100 manat xərclənib, ancaq kubik daşı üçün. Bundan əlavə həmin qala tikintisinə 2,5 ton sement işlənib ki, bunun da dəyəri 280 manat təşkil edir. Qalanı tikən ustalara 700+1300=2000 manat usta xərci verijib. Həmin tikinti bir ay davam etməklə hər gün 25 manat yeməyə pul xərcfəmiş. Yəni bir aya 750 manat yeməyə pul xərclənib. Yuxarıda qeyd etdiyi kimi cavabdehlə bağladığı müqavilənin, yəni torpaq alqı-satqısının mötəbərliyinə əmin olduğuna görə əraziyə 50 ədəd fındıq kolu əkmiş, yəni fındıq bağı salmışdır. Torpaq sahəsinin kənarını daş hasardan sona şabalıd basdırması alıb basdırmış, basdırmaların ümumi sayı 80 ədəd olmaqla birini 5 manata almışam.80x5=400 manat. Bundan əlavə 03 top dəmir tor (setka) almış, hər topun dəyəri 60 manata, yəni 60x3=180 manat. Bundan əlavə 04 top kollu məftil almış, hər topun dəyəri 45 manata, yəni 4x45=180 manat. Ərazidə bir mərtəbəli bir otaqlı (yardımçı tikilərlə birlikdə) fərdi yaşayış evi tikmişdir. Evin dəyəri 10 000 manat dəyərində olmaqla hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Bundan əlavə həyətə daxil olmaq üçün 620 manat dəyərində dəmir darvaza qoymuşdur. Cavabdeh həmin hərəkətləri ilə onun və ailə üzvlərinin 10 illik zəhməti və əziyyəti hesabına yaratdığı təsərrüfatı məhv etməklə ailəyə mənəvi ziyan vurmuşdur. Mənəvi ziyanı 50 000 manat məbləğində qiymətləndirir. Cavabdehlə bağladığı alqı-satqı müqaviləsinin mötəbərliyinə inanıb ərazidə təxminən 26310 manat dəyərində tikinti işləri aparmışdır. Cavabdeh isə hazırda ondan satdığı torpaq sahəsini geri almağa çalışır. Onun bu hərəkətləri haqsızlıq və ədalətsizlikdir. Əgər cavabdeh iddia tələbini davam etdirərsə qarşılıqlı iddia ərizəsində qoyduğu pul tələbini - 31810 manat xərclənmiş məbləğin və 50 000 manat mənəvi ziyan tələb edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələblərini müdafiə etdiyini və qarşlıqlı iddianı qəbul etmədiyini bildirərək ilkin iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X17 ilkin iddiannı qəbul etmədiyini və qarşlıqlı iddianı müdafiə etdiyini bildirərək, qarşılıqlı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddianı təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə icalsında ifadə vermiş şahid X18 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, o, Mıxlıqovaq bələdiyyəsinin sədri vəzifəsində işləyir. İddiaçı və Osmanov X3 müraciət etmişlər. Onların arasında torpağın alqı-satqısı ilə bağlı akt tərtib edildi və torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh satılmışdır. Hər ikisi onun yanında akta qol çəkmişlər. 18 sot və 54 sot torpaq sahələri Cavabdeh satılmışdır. Bu mübahisə yarandıqdan sonra Ramizdən bunun səbəbini soruşmuş, Ramiz isə cavabında Xanoğlanın mərkəzdə onu söydüyünü və bu səbəbdən acığa düşüb onu məhkəməyə verdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-777 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 18 yanvar 2011-ci il tarixli “Torpaq sahəsinin satılmasına dair” Aktın surətindən görünür ki, İddiaçı özünə və ailə üzvlərinə məxsus olan 0.54 ha torpaq sahəsini 4000 manat qarşılığında Cavabdeh satmışdır. Alqı-satqı mülkiyyətçinin bütün ailə üzvlərinin razılığı və iştirakı ilə aparılmışdır. İş materiallarına əlavə edilmiş 18 yanvar 2011-ci il tarixli “Torpaq sahəsinin satılmasına dair” Aktın surətindən görünür ki, X12 özünə və ailə üzvlərinə məxsus olan 0.18 ha torpaq sahəsini 1500 manat qarşılığında Cavabdeh satmışdır. Alqı-satqı mülkiyyətçinin bütün ailə üzvlərinin razılığı və iştirakı ilə aparılmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 20.08.2020-ci il tarixli 2(025)-133/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.
1. JN-777 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı, X1, X6, X7, X8 və X13 ümumi birgə mülkiyyətlərinə verilmiş 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Zəbt edilmişdirsə, həmin zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? “xxxx” MMC-nin 30.09.2020-ci il tarixli, 355 saylı ekspert rəyi ilə müəyyən edilir ki, Hüquqmüəyyənedici sənədlərə əsasən kameral şəraitdə tədqiqat işləri aparıldı. Belə ki, ekspertizaya təqdim edilmiş sənədlərdə iddiaçılara Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-777 saylı Dövlət Aktı mövcuddur. Lakin bu dövlət aktının planı hissəsində torpaq sahəsinin qeyd olunan koordinatları köhnə koordinat sistemi olan “Pulkovo-42” sistemində tərtib edilmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Kadastr və Reyestr məlumat bazasında Beynəlxalq koordinat sistemi olan “WGS-84” koordinat sistemindən (Grid, UTM-39N) istifadə olunduğundan köhnə koordinat sistemindən yeni koordinat sisteminə keçiddə torpaq sahəsinin coğrafi yerləşmə mövqeyində koordinat uyğunsuzluğu yaranmışdır. Bu səbəbdən cavabdeh X20 məxsus JN-777 saylı dövlət Aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini naturada təyin etmək mümkün olmamışdır. Naturada JN-777 saylı Dövlət Aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini təyin etmək mümkün olmadığına görə cavabdehin iddiaçıya məxsus JN-777 saylı dövlət aktında qeyd olunan torpaq sahəsini zəbt edib-etməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmənin 28.10.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə təkrar tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla JN-777 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı, X1, X6, X7, X8 və X13 ümumi birgə mülkiyyətlərinə verilmiş 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edilməklə, Cavabdeh tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə həmin torpaq sahəsində ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? “xxxx” MMC-nin 16.12.2020-ci il tarixli, 586 saylı ekspert rəyi ilə müəyyən edilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən işlənən Dövlət Aktlarının pianşet hissəsi köhnə koordinat sistemi olan “Pulkovo-42” koordinat sistemində tərtib olunmuşdur. Sonradan bu köhnə məlumatların Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən elektron məlumat bazasına inteqrə edilməsi zamanı Dövlət Aktlarının pianşet hissəsində daşınmaz obyektlərin məkan göstəriciləri ilə naturadakı (yer səthi üzərində) həqiqi yerinin məkan göstəriciləri arasında uyğunsuzluq ciddi məsafədə koordinat sürüşmələri və konfiqurasiya fərqləri yaranmışdır. Məhz sözügedən Qəbələ rayonu, Mıxlıqovaq kəndi ərazisində iddia predmeti olan JN-777 saylı Dövlət Aktının plan hissəsində göstərilən daşınmaz obyektin məkan göstəricilərinin natura üzrə uyğun gəlməməsi səbəbindən mülki işə əlavə edilmiş sualları cavablandırmaq mümkün olmamışdır. Bu səbəbdən cavabdeh İddiaçı məxsus JN-777 saylı Dövlət Aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini naturada təyin etmək mümkün olmamışdır. Naturada JN-777 saylı Dövlət Aktında qeyd olunan torpaq sahəsinin sərhədlərini təyin etmək mümkün olmadığına görə cavabdehin iddiaçıya məxsus JN-777 saylı dövlət aktında qeyd olunan torpaq sahəsini zəbt edib-etməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qəbələ Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli 2(025)-5/2021 saylı qərardadı ilə kömpleks məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla JN-777 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində İddiaçı, X1, X6, X7, X8 və X13 ümumi birgə mülkiyyətlərinə verilmiş 0,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları müəyyən edilməklə, Cavabdeh tərəfindən zəbt olunmuşdurmu?
2. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
3. Zəbt edilmişdirsə, həmin zəbt edilmiş torpaq sahəsində ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi?
4. Zəbt müəyyən olunarsa, həmin zəbt edilmiş torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı bir tikilinin inşa edilməsi aşkar olunduğu təqdirdə həmin tikilinin (tikililərin) tikintitəmir işləri üçün xərclənmiş vəsaitin miqdarı nə qədərdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2021-ci il tarixli, 10/565 saylı ekspert rəyi ilə müəyyən edilir ki, 1-ci və 2-ci suallar üzrə Mərkəzdə torpaq sahələrinə dair baza və arxiv məlumatlarının olmaması səbəblərindən, eləcədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin rəyi bu günədək mərkəzə təqdim olunmadığından mübahisəli torpaq sahəsi üzrə tədqiqat aparması mümkün olmamışdır. 3-cü və 4-cü suallar üzrə Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən mübahisəli torpaq sahəsində inşa edilmiş tövlə tikilisi üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 5746.8 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin 15.04.2020-ci il tarixli 2(025)-133/2020-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən təqdim edilmiş13 avqust 2020-ci il tarixli, **********11 saylı mütəxəssis rəyindən görünür ki, JN-777 saylı (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsi tamamilə Cavabdeh tərəfindən istifadə olunur. Sözügedən torpaq sahəsində cavabdeh tərəfindən qeyri yaşayış tikilisi (tövlə) inşa edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, ilkin iddia ərizəsində adı qeyd olunan JN-077 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş torpaq sahəsi ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ailə üzvilərinin birgə mülkiyyətindədir. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qeyd olunan 0.79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsini 18 yanvar 2011-ci il tarixli Torpaq sahəsinin satılmasına dair akta əsasən 4000 manat qarşılığında almışdır. Hazırda İddiaçı 0.79 ha torpaq sahəsini Cavabdeh yalnız müvəqqəti istifadəyə verdiyini iddia edərək həmin torpaq sahəsini geri tələb edir. Osmanov X14 Ramiz Zakir oğluna həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaradır, torpaq sahəsi qaytarılacağı təqdirdə isə JN-077 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə mövcud olan torpaq sahəsinin 0.54 ha hissəsinin, həmçinin JN-076 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə mövcud olan torpaq sahəsinin 0.18 ha hissəsinin alqı-satqısına görə verilmiş 5500 manat pul vəsaitinin və 26310 manat müxtəlif tikililərə xərclənmiş pul vəsaitinin İddiaçı tutularaq ona verilməsini tələb edir. İlkin iddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən təqdim edilmiş13 avqust 2020-ci il tarixli, **********11 saylı mütəxəssis rəyindən aydın olur ki, İddiaçı tərəfindən mübahisələndirilən 0.79 ha torpaq sahəsinin 0.54 ha hissəsi tamamilə Cavabdeh tərəfindən istifadə olunur. Sözügedən torpaq sahəsində cavabdeh tərəfindən qeyri yaşayış tikilisi (tövlə) inşa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı özünə və ailə üzvülərinə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, iş materiallarına, təqdim edilmiş mütəxəssis rəyinə əsasən məhkəmə hesab edir ki, JN-0777 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə ümumi birgə mülkiyyətinə verilmiş 0.79 ha torpaq sahəsinin 0.54 ha hissəsi (Azərbaycan Respublikası İqtisatiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq) Cavabdeh sahibliyindən geri alınsın və İddiaçı qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-cı il tarixli 25 saylı qərarı ilə JN-077 nömrəli kod: 40614018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən onların mülkiyyətinə verilmiş 0.79 hektar torpaq sahəsinin bütövlükdə qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh oglu tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən maneə törədildiyini iddia etsədə də bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin bir hissəsinin - 0.54 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Qarşılıqlı iddia ərizəsinə gəldikdə isə, məhkəmə hesab edir ki, Cavabdeh istifadəsində yalnız 0.54 ha torpaq sahəsinin olduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin alqı-satqısı üçün ödənilmiş 4000 manat pul məbləği və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2021-ci il tarixli, 10/565 saylı ekspert rəyi ilə müəyyən olunduğu kimi, həmin torpaq sahəsində aparılmış tikinti işləri üçün çəkilmiş xərclər üzrə 5746.8 manat məbləğində pul vəsaiti İddiaçı tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə həmçinin hesab edir ki, qarşlıqlı iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı torpaq sahəsinin alqı-satqısına verilmiş 5500 manatı, həmin torpaq sahələri üzərində müxtəlif tikililər inşa edilməsi üçün xərclənmiş 26310 manat vəsaiti və 50000 manat mənəvi ziyanı tələb etsədə də bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı yalnız 0.54 ha torpaq alqı-satqısına görə 4000 (dörd min) manat pul, həmin torpaq sahəsi üzərində olan qeyri yaşayış tikilisinin-tövlənin tikilməsi üçün 5746,80 (beş min yeddi yüz qırx altı manat səksən qəpik) manat pul vəsaitinin Cavabdeh tərəfindən xərcləndiyi müəyyən olunmuşdur. Cavabdeh qarşlıqlı iddia tələbinin qalan hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-0777 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə ümumi birgə mülkiyyətinə verilmiş 0.79 ha torpaq sahəsinin 0.54 ha hissəsi (Azərbaycan Respublikası İqtisatiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq) Cavabdeh sahibliyindən geri alınsın və İddiaçı qaytarılmalı, ilkin iddianın qalan hissəsi təmin edilməməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, İddiaçı torpaq alqı-satqısına görə 4000 (dörd min) manat pul, qeyri yaşayış tikilisinin-tövlənin tikilməsinə xərclənmiş 5746,80 (beş min yeddi yüz qırx altı manat səksən qəpik) manat pul, cəmi 9746,80 (doquz min yeddi yüz qırx altı manat səksən qəpik) manat pul tutularaq Cavabdeh ödənilməli, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməməli, pulun ödənilməsi ilə Cavabdeh torpaq sahəsinin qaytarılması eyni vaxtda icra olunmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçıdan, digər 25 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ekspertiza tədqiqatının dəyəri olan 600 manatın 300 manatı İddiaçı, digər 300 manatı isə Cavabdeh tutularaq “X15” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 75 manatı İddiaçıdan, digər 75 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası İqtisatiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət e t d i:
İlkin iddia ərizəsi qismən təmin edilsin. JN-0777 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı və ailə üzvlərinə ümumi birgə mülkiyyətinə verilmiş 0.79 ha torpaq sahəsinin 0.54 ha hissəsi (Azərbaycan Respublikası İqtisatiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi tərəfindən təqdim olunmuş rəy və sxemə uyğun olaraq) Cavabdeh sahibliyindən geri alınsın və İddiaçı qaytarılsın. İlkin iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı torpaq alqı-satqısına görə 4000 (dörd min) manat pul, qeyri yaşayış tikilisinintövlənin tikilməsinə xərclənmiş 5746,80 (beş min yeddi yüz qırx altı manat səksən qəpik) manat pul, cəmi 9746,80 (doquz min yeddi yüz qırx altı manat səksən qəpik) manat pul tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Pulun ödənilməsi ilə Cavabdeh torpaq sahəsinin qaytarılması eyni vaxtda icra olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçıdan, digər 25 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 600 manatın 300 manatı İddiaçı, digər 300 manatı isə Cavabdeh tutularaq “X15” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 75 manatı İddiaçıdan, digər 75 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası İqtisatiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Elman İsayev