Məhkəmə qərarları › İş №2(025)-500/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-500/2021

30.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-500/2021 30.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərə düzəliş edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) Ərizəçi barəsində məxsus doğum akt qeydinin düzgün olmaması, adının Pərişan, ata adının Mirzə kimi yazılmalı olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək göstərdi ki, o - Novruzova (Muradxanova) Pərişan Mirzə qızı xx.xx.1951- Qəbələ rayonunun Nic qəsəbəsində doğulmuşdur. Doğum haqqında qeydiyyatı xx.xx.1951-ci il tarixdə Nic qəsəbə İƏN-də 68 nömrə ilə qeydə alınmış və ona l-İE №570467 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Onun doğum haqqında şəhadətnaməsində adı Pərişan əvəzinə “Pərişən”, ata adı isə Mirzə əvəzinə “Mirza” kimi qeyd edilmiş, bundan əlavə doğum ilində qaralamalar edilmişdir. Həmin uyğunsuzluğun aradan qaldırması ilə bağlı Maraqlı şəxsnə doğum akt qeydində düzəliş edilməsi barədə müraciət etmişdir. Maraqlı şəxs 06.11.2020-ci il tarixli 05/Q-310/13 saylı cavab məktubunda göstərilmişdir ki, adına verilmiş l-HE №570467 saylı 28.09.1957-ci il tarixli şəhadətnamədə “Pərişən” yazıldığı və doğum tarixində qaralama olduğu səbəbindən doğum haqqında akt qeydinin bərpa edilməsi mümkün deyil. 68 №-li doğum haqqında akt qeydində yazılmış “Pərişən” adı düzgün qeyd edilməyib, onun düzgün adı Pərişandır, atasının adı “Mirza” yox Mirzədir, doğum tarixi isə xx.xx.1951-ci ildir. Doğum haqqında şəhadətnamədə qaralamaların kim tərəfindən edilıməsi barədə məlumatı yoxdur. AZE №0149784 saylı şəxsiyyət vəsiqəsində adı, ata adı və doğum tarixi düzgün olaraq Novruzova (Muradxanova) Pərişan Mirzə qızı kimi, doğum tarixi isə xx.xx.1951-ci il kimi qeyd edilmişdir. X1 adına verilmiş İV-JQ №406569 saylı doğum haqqında şəhadətnamədə ana qrafasında adı düzgün olaraq Ərizəçi kimi göstərilmişdir. Digər qızı X3 adına verilmiş Vİ-JQ N2490819 saylı doğum Haqqında şəhadətnamədə ana qrafasında adı düzgün olaraq X2 göstərilmişdir. X4 adına verilmiş Vİİ-JQ №439814 saylı doğum haqqında şəhadətnamədə ana qrafasında adı düzgün olaraq X2 göstərilmişdir. Adına verilmiş A3 №543650 saylı orta təhsil haqqında Attestatda adı düzgün olaraq Pərişan kimi qeyd edilmişdir. Odur ki, Ərizəçi məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işdə olan, Novruzova (Muradxanova) Pərişan Mirzə qızına məxsus 28 sentyabr 1957-ci il tarixdə verilmiş İ-İE № 570467 saylı doğum haqqında şəhadətnamədə ərizəçinin adı “Pərişən", ata adı “Mirza” olaraq göstərilmişdir İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən verilmiş AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ad, soyad və ata adı “Ərizəçi” olaraq göstərilmişdir. İşdə olan, X10 məxsus Qutqaşen rayon Nic kənd soveti tərəfindən 25 oktyabr 1976-cı il tarixdə verilmiş İV-JQ № 406569 saylı doğum haqqında şəhadətnamədə ana qrafasında ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” olaraq göstərilmişdir. İşdə olan, X5 məxsus Qutqaşen rayon Nic kənd soveti tərəfindən 11 avqust 1980-ci il tarixdə verilmiş İV-JQ № 490819 saylı doğum haqqında şəhadətnamədə ana qrafasında ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” olaraq göstərilmişdir. İşdə olan, X6 məxsus Qutqaşen rayon Nic kənd soveti tərəfindən 18 dekabr 1981-ci il tarixdə verilmiş Vİİ-JQ № 439814 saylı doğum haqqında şəhadətnamədə ana qrafasında ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” olaraq göstərilmişdir. İşdə olan, 01 iyul 1972-ci il tarixdə verilmiş AZ № 543650 saylı Orta təhsil haqqında Attestatın surətindən görünür ki, bu sənəddə ərizəçinin ad, soyad və ata adı “X7” olaraq göstərilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 06.11.2020-ci il tarixli, 05/Q-310/13 nömrəli məktubla doğum haqqında akt qeydində “X7” kimi yazılması ilə əlaqədar düzəliş edilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 339.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 341-ci maddəsinin tələbinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxır. Həmin Məcəllənin 305.1.7-ci maddəsinə əsasən, məhkəmə vətəndaşlıq vəziyyəti aktdarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hüqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, ərizəçi Novruzova (Muradxanova) Pərişan Mirzə qızının adı “Pərişan” olduğu halda doğum akt qeydi kitabında səhvən “Pərişən”, ata adı “Mirzə” olduğu halda, doğum akt qeydiyyatı kitabında səhvən “Mirza” yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) ərizəçi Novruzova (Muradxanova) Pərişan Mirzə qızının doğumu haqqında qeydində adın “Pərişən” kimi, ata adının “Mirza” kimi yazılmasının düzgün olmaması və adın “Pərişan” kimi, ata adının “Mirzə” kimi yazılmalı olması müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (doğum akt qeydiyyatı kitabında) ərizəçi Novruzova (Muradxanova) Pərişan Mirzə qızının doğumu haqqında qeydində adın “Pərişən” kimi, ata adının “Mirza” kimi yazılmasının düzgün olmaması və adın “Pərişan” kimi, ata adının “Mirzə” kimi yazılmalı olması müəyyən edilsin. Qətnamə doğum akt qeydlərinin düzəldilməsi üçün əsasdır. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar