Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-505/2022 02.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızının cavabdeh Alməmmədov Nazı̇ m Süleyman oğluna qarşı "torpaq sahəsinə gedən yolun açılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq münasibətləri üzrə sair mübahislər) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızının iştirakları ilə, İddiaçı Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızının cavabdeh Alməmmədov Nazı̇ m Süleyman oğluna qarşı "torpaq sahəsinə gedən yolun açılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları İddiaçı Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızı cavabdeh Alməmmədov Nazı̇ m Süleyman oğluna qarşı "torpaq sahəsinə gedən yolun açılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Alməmmədov (Əliməmmədov) Nazim Süleyman oğlu tərəfindən tutulmuş mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə gedən yolun məcburi qaydada açılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə onların mülkiyyətinə 0,06 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 4 nəfər ailə üzvünə verilmişdir. Həmin 4 nəfər ailə başçısı X10, İddiaçı yəni mən, X11 və X4 ibarətdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-2474F saylı şəhadətnamə də onlara təqdim edilmişdir. Mülkiyyətçilərdən ailə başçısı olan X12 2006-cı il may ayının 1-də vəfat etmişdir. Ehtiyac olduğuna görə paylı mülkiyyətdə olan torpağın 0.03 ha hissəsini digər mülkiyyətçilərin razılığı ilə 19 mart 2013-cü ildə Sumqayıt şəhər sakini X3. Hazırda onların paylı mülkiyyətində 0,03 ha torpaq sahəsi qalmışdır ki, həmin torpaq sahəsinə dair Seriya RX № ******* saylı “Çıxarış” almışlar. Lakin təəssüf hissi ilə qeyd edir ki, onların ailəsinə verilmiş torpaq sahəsindən cavabdehin təqsiri üzündən istifadə edə bilmirlər. Belə ki, cavabdeh onların mülkiyyətində olan torpaq sahəsinə gedən yolu kəsmişdir. Başqa yerdən isə həmin torpaq sahəsinə yol yoxdur. Bu barədə cavabdehlə dəfələrlə söhbət etmiş və hər dəfə də ondan rədd cavabı almışlar. Hətta bu barədə şifahi olaraq aidiyyəti qurumlara da müraciət etmişdir. Lakin nəticəsi olmayıb. Onların ailəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin xəritəsində həmin torpaq sahəsindən baş yola çıxış göstərilmişdir. Hazırda mülkiyyətlərində olan torpaq sahəsinə gediş-gəliş yoxdur. Bir sözlə mülkiyyətlərində olan torpaq sahəsindən istifadə hüququ faktiki olaraq məhdudlaşdırılmışdır. Bu səbəbdən əlacsız qalıb Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinin tələbinə uyğun olaraq məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızı iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Alməmmədov Nazı̇ m Süleyman oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızının istifadəsində olan torpaq sahəsinə əvvəllər dövlət tərəfindən nəzərdə tutulmuş yol yeri mövcud olmuşdur. Lakin iddiaçı torpaq sahəsinin bir hissəsini satanda həmin yol yerini də alıcıya satmış, bununla da öz istifadəsində olan torpaq sahəsinə yol yeri qoymamışdır. Xoşbəxt Abdurəhı̇ movanın hazırda tələb etdiyi yol yeri isə onun evinin arxasından keçir və mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin ərazi yol yeri olaraq nəzərdə tutulmamışdır. Odur ki, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Alməmmədov Nazı̇ m Süleyman oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçınının “torpaq sahəsinə gedən yolun açılmasına” dair tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı 12.09.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızının, X6 və X5 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 53 nömrəli reyestr kitabında 20 nömrəli vərəqədində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 20 sentyabr 2012-ci il tarixli 4Ə-832 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızı, X11 və X9 , ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsindən 0.03 ha torpaq sahəsini alıcı X8 3000 manat qarşılığında satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı 12.10.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızının tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabında 13 nömrəli vərəqədində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş 19 mart 2013-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızı ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsini alıcı X7 6000 manat qarşılığında satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin **********96 saylı, 02 fevral 2022-ci il tarixli məktubundan görünür ki, JN2474F kod 40601004 olan şəhadətnamə əsasında Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızına məxsus olmuş 0.06 ha həyətyanı torpaq sahəsi 12.09.2012-ci il tarixində Daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır və Qəbələ rayon Notariat kontorunun 20.09.2012-ci il tarixli 4Ə-832 saylı alqı-satqı müqaviləsinə əsasən 0.03 ha hissəsi özgəninkiləşdirilmişdir və Qalan 0.03 ha hissəsi 12.10.2012-ci il tarixində Daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyata alınmışdır və Qəbələ rayon Notariat kontorunun 19.03.2013-cü il tarixli 4Ə-409 saylı alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Beləliklə, işin faktiki hallarından təsdiq olundu ki, iddiaçı iddia tələbində torpaq sahəsinə gedən yol yerinin məcburi qaydada açılmasını tələb etsə də, lakin həmin torpaq sahəsinin iddiaçı Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızının mülkiyyətində olması barədə heç bir hüquq müəyyənedici sənəd yoxdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı 12.09.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********00 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ına əsasən ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızının, X6 və X5 ümumi birgə mülkiyyətində olmuşdur. Bundan sonra, Qəbələ rayon Notariat kontorunda bağlanmış 20.09.2012-ci il tarixli 4Ə-832 saylı alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsninin 0.03 ha hissəsi X1. Daha sonra, qalan 0.03 ha torpaq sahəsi üzərində Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızının tam mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX № ******* saylı, ********** qeydiyyat nömrəli, **********13 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ına əsasən 12.10.2012-ci il tarixdə qeydiyyata alınmış və 19.03.2013-cü il tarixdə həmin torpaq sahəsi bütövlükdə Qəbələ rayon Notariat kontorunda bağlanmış 4Ə-409 saylı alqı-satqı müqaviləsinə əsasən X2. Hazırkı mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmiş və deməli, onun maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. Şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi cavabdehin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir (Mülki Məcəllənin 158.1.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, iddiaçı Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızı iddia tələbində mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə gedən yol yerinin cavabdeh Alməmmədov (Əliməmmədov) Nazim Süleyman oğlu tərəfindən məcburi qaydada açılmasını tələb etsə də, irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və ümumiyyətlə, onun hazırki iş üzrə bu cür iddia tələbi ilə müraciət etmək hüququna malik şəxs olmasını təsdiq edən əsaslı sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızının cavabdeh Alməmmədov Nazı̇ m Süleyman oğluna qarşı "torpaq sahəsinə gedən yolun açılması" tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Abdurəhı̇ mova Xoşbəxt Əlı̇ f qızının cavabdeh Alməmmədov Nazı̇ m Süleyman oğluna qarşı "torpaq sahəsinə gedən yolun açılması" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-505/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-505/2022
02.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver