Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-522/2020 18.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçılar İddiaçı1 Əzənməd oğlu və X3, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 Samid oğlu və Cavabdeh4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Bum Bələdiyyəsinin sədri X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 Əzənməd oğlu və X3 cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 Samid oğlu, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadstrı və Ünvan Reyestri Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “torpaq sahəsinə gedən yolun açılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 Əzənməd oğlu və X7 cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 Samid oğlu, Cavabdeh4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadstrı və Ünvan Reyestri Xidmətinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X1, X11 və Cavabdeh4 tərəfindən bağlanmış, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinə gedən yolun məcburi açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə verilmiş HDQHDƏDR-n MH seriyalı ,0011803 nömrəli Çıxarışdan görünür ki (torpaq sahəsinin plan-ölçüsü kadastrının nömrəsi - AA 002841) İddiaçı2 mülkiyyətində 0,8327 ha. və 23052013-cü il tarixdə verilmiş HDQHDƏDR-n RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, İddiaçı1 mülkiyyətində Bum kəndi ərazisində 0,76 hektar əkin təyinatlı torpaq sahəsi vardır. Bu torpaq sahələri böyük ərazinin tərkibində yerləşir ki, həmin ərazi də, öz növbəsində cərgə ilə bir çox mülkiyyətçilər arasında bölünmüşdür. Onların torpaq sahələrindən əvvəldə cavabdehlərə aid torpaq sahələri yerləşir. Öz torpaq sahələrinin onların torpaq sahələrindən əvvəldə yerləşməsindən istifadə edən cavabdehlər, ərazilərinin yanından keçərək onların sahəsinə gedən yolu bağlayaraq özlərinin torpaq sahələrinə qatmışlar. Halbu ki, açılmasını istədiyikləri yol cavabdehlərin torpaq sahələrinə çatanadək 4 metr 50 cm. enliyində hal-hazırda da açıqdır və torpaq mülkiyyətçiləri tərəfindən istifadə edilir. Həmin yol ərazi xəritəsində nəzərdə tutulmuşdur. Yolun cavabdehlər tərəfindən zəbt edilməsi səbəbindən onlar torpaq sahəsindən sərbəst istifadə edə bilmirik. Bütün cəhtlərə baxmayaraq sahəyə gedən keçid yoiun boşaldılması barədə cavabdehlərə razılığa gələ bilmirlər. Yolun cavabdehlərin sırasından kimin tərəfindən hansı ölçüdə tutulmasının müəyyən edilməsi barədə 3-cü şəxsə müraciət etmişlər. Axırıncı isə rəsmi istəyi yerinə yetirmədən məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Mübahisənin hallarından görünür ki, cavabdehlərin heçbir subyektiv hüququ yoxdur ki, ərazi xəritəsində nıəzərdə tutulmuş və ümumi istifadədə olan keçid yolunu bağlasınlar. Bu keçid yolunun bağlanması, torpaq sahəsinin yararsız vəziyyətə salınmasına və onlara birbaşa zərər vurulmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 Əzənməd oğlu iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 iddianı qəbul edərək göstərdi ki, torpaq islahatları keçirilən zaman bəhs olunan torpaq sahələri onların arasında paylanılıb. İddiaçıların qeyd etdiyi ərazi həmin vaxt açıq olub, yol yeri kimi nəzərdə tutulub. Çox təəssüf ki, sonradan bağlanılıb, biri ev, biri tövlə tikib. Onun istifadəsində olan əraziyə gəldikdə isə həmin torpaq sahəsi 20 ildən çoxdur ki, istifadəsindədir. Reyestr idarəsindən mütəxəssis gələrək həmin ərazini ölçmüşdür və müvafiq ərazinin yol yeri olaraq açılmalı olduğunu bildirmişdir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Samid oğlu iddianı qəbul edərək göstərdi ki, bəhs olunan ərazidən birlikdə istifadə edirlər. Ona həmin torpaq sahəsinə mülkiyyət hüququna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sənəd də verilmişdir. İddiaçının qeyd etdiyi ərazi əvvəllər yol yeri kimi nəzərdə tutulsa da, sonra bir neçə qonşu tərəfindən tutulmuş, o da həmin ərazidə ağaclar əkmişdir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddianı qəbul edərək göstərdi ki, qeyd olunan ərazi xəritədə yol yeri olaraq nəzərdə tutulmuşdur. Sonradan o və digər qonşular tərəfindən bağlanılmışdır. Həmin sahənin yol yeri üçün açılmasına razıdır. Göstərilənlərə əsasən iddia tələblərinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək göstərdi ki, torpaq islahatları keçirilən zaman bəhs olunan torpaq sahələri onların arasında paylanmış və qeyd olunan ərazi həmin vaxt açıq olub, yol yeri kimi nəzərdə tutulub. Odur ki, həmin sahənin yol yeri üçün açılmasına razıdır. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Bum Bələdiyyəsinin sədri X8 izahatında bildirdi ki, cavabdehlər Qəbələ rayon Bum Bələdiyyəsinin mülkiyyətində olan torpağı zəbt etmişdir. Onlara dəfələrlə ərazinin açılmsı barədə xəbərdarlıq edilmişdir. Cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 Samid oğlu, Cavabdeh4 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Sonda isə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sübutları tədqiq edib, ekspertiza rəyini və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********54, qeydiyyat tarixi – xx.xx.2008-ci il) surətindən görünür ki, X3 Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.8327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 97 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********37, qeydiyyat tarixi – xx.xx.2013-cü il) surətindən görünür ki, İddiaçı1 Əzənmədoğlunun Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.76 ha yaşayış təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdehlər tərəfindən bağlanmışdırmı? - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 268 saylı ekspert rəyindən görünür ki, xəritə məlumatları (X6) və hüquqmüəyyənedici sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazi ərazinin ümumi islahat xəritəsində eni 6 metr olan yol yeri nəzərdə tutulmuşdur və həmin yol cavabdehlər tərəfindən bir neçə yerdən meşə ağacı materialı ilə bağlanmışdır. Mübahisəli yolda heç bir tikili tikilməmişdir. X6ndə mübahisəli yol ərazisi təsərrüfatlar arası ümumi yol kimi göstərilmişdir və həmin ərazi bələdiyyə mülkiyyəti hesab edilir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.8327 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı X3 və 0.76 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi İddiaçı1 Əzənmədoğlunun mülkiyyətindədir. İddiaçıların yol kimi istifadə etdiyi torpaq sahəsi cavabdehlərin mülkiyyətində deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Cavabdehlər qeyd olunan ərazini bir neçə yerdən meşə ağacı materialı ilə bağlanmışdır və iddiaçılara həmin torpaq sahəsindən öz mülkiyyətinlərində olan torpaq sahəsinə gedib-gəlməsinə maneə yaradırlar. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılarının, həmçinin maraqlı şəxs olan Bələdiyyənin mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçılar özlərinə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsələr də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdehlər tərəfindən maneələr yaradılmış, bununla da iddiaçılarının mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 Əzənməd oğlu və X3 mülkiyyətində olan torpaq sahələrinə gedən yol (ekspert rəyinə uyğun olaraq) cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 Samid oğlu və Cavabdeh4 tərəfindən məcburi açılmalı, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 Samid oğlu və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 təqdim etdiyi hesaba köçürülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 Əzənməd oğlu və X3 mülkiyyətində olan torpaq sahələrinə gedən yol (ekspert rəyinə uyğun olaraq) cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 Samid oğlu və Cavabdeh4 tərəfindən məcburi açılsın. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 Samid oğlu və Cavabdeh4 müştərək qaydada tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-522/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-522/2020
18.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver