Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-53/2021 09.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 və üçüncü şəxs Qəbələ rayon Vəndam Bələdiyyəsinin nümayəndəsi X6 iştirakları ilə İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və yolun açılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “tikilinin boşaldılması, cavabdehin tikilidən çıxarılması, hasar və tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin sahibliyinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və yolun açılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Vəndam kəndində yaşayan Cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsinin boşaldılması, həmin əraziyə qoyduğu darvazanının götürələrək yolun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, onun Qəbələ rayonunun Vəndam kəndində 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evi var. Onunla qonşuluqda yaşayan Cavabdeh öz yaşadığı həyətyanı torpaq sahəsindən başqa kənd yoluna qədər ərazini zəbt edərək darvaza qoyaraq yolu bağlamışdır. Onun yaşayış evinin həyətdən giriş qapısı onun qanunsuz zəbt etdiyi əraziyə düşür. Dəfələrlə ona xəbərdarlıq etməklərinə baxmayaraq, o, zəbt etdiyi torpaq sahəsini boşaltmır və həmin əraziyə qoyduğu darvazanı çıxarıb öz həyətinin qarşısından qoymaqdan imtina edir. Onun mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxx 2014-cü il tarixli, seriya RX ******* nömrəli mülkiyyət sənədi olan çıxarışı var. Cavabdeh zəbt edərək darvaza qoyduğu ərazi qonşuların ümumi istifadə olan torpaq sahəsidir. Bu səbəbdən Cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsinin boşaldılması, yolun açılması üçün həmin əraziyə qoyduğu qanunsuz darvazının götürülməsi barədə məhkəməyə ərizə ilə müraciət edilməsi qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 məhkəməyə İddiaçı qarşı “tikilinin boşaldılması, cavabdehin tikilidən çıxarılması, hasar və tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin sahibliyinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, Qəbələ rayon Vəndam kəndində yerləşən **********58-10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin tərkibində olan 86.49 kv metr sahədən ibarət Ç tikilisinin boşaldılması, İddiaçı əmlakları ilə birlikdə həmin Ç tikilisindən çıxarılması, mülkiyyətində olan torpaq sahəsində cavabdehin inşa etdirdiyi hasar və tikililərin cavabdeh İddiaçı vəsaiti hesabına sökülməsi, həmin zəbt olunmuş hissədə torpaq sahəsinin sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni tarixli məhkəmə baxış iclasında qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia qaldırmışdır. X1 onların hər ikisinin doğma atası olmuşdur. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxx 1998-ci tarixli qərarı ilə 0.10 ha torpaq sahəsi X4 verilmiş, bununda əsasında da onun adına JN-277A KOD 40600048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin həyətyanı sahənin qaiməsində ümumi sahənin 1000.4 kv. metr, tikinti altında 160.4 kv. metr yaşayış evi olması qeydə alınmışdır. Həmin sənəd əsasında Süleyman Lətifovun mülkiyyət hüquqları xx xxxxxxx 2012-ci ildə qeydə alınmış, fərdi yaşayış evinin texniki pasportu işlənmişdir.Həmin texniki paporta əsasən Süleyman Lətifovun istifadəsində faktiki 0.16 torpaq sahəsinin olması, Ç tikilisinin icazəsi olaraq zəbt edilən sahədə inşa edilməsi qeyd edilmişdir. xx xxxxxx 2012-ci ildə atası X8 xx.xx.2012-ci il tarixli çıxarışa əsasən Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsini, 1930-cu ildə tikilmiş ümumi sahəsi 99.2 kv. metr - yaşayış sahəsi 46.2 kv. m, yardımçı sahə 53 kv. metr olan 3 otaqlı fərdi yaşayış evini və bütün tikililəri ona bağışlamışdır. Buna qədər isə bacısı İddiaçı həyətdə olan zəbt kimi qeydə alınmış 0.06 torpaq sahəsindən 0.04 ha torpaq sahəsinin adına qeydə alınmasına razılıq vermişdir. Həmin vaxt həmin torpaq sahəsinin atasının həyətinin aşağı hissəsi olduğunu bilirmişlər.Həmin İddiaçı satılan torpaq sahəsi Ç tikilisinin altını təşkil edə bilməzdi və bu səbəbdən də onun adına verilmiş torpaq sahəsinin ölçü və planında həmin tikili qeydə alınmamışdır. Ancaq onların evi olmadığından atası Süleyman Salmanov öz vəsaiti hesabına inşa etdirdiyi, həyətindən kənarda olan Ç tikilisində İddiaçı müvəqqəti olaraq yaşamasına icazə vermiş və sonuncu Bələdiyyədən öz adına sənədləşdirdiyi torpaq sahəsində ev tikdikdən sonra oranı boşaldacağını bildirmişdir. xx.xx.2013-cü il tarixdə İddiaçı adına 421407 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuş, xx xxxxxx 2014-cü ildə isə adına 0.04 ha torpaq sahəsinin mülkiyyət hüquqlarının qeydə alınmasına dair Çıxarış verilmişdir. Bundan sonra İddiaçı onun mülkiyyətində olan torpaq sahəsində əlavə tikililər tikmiş, uzun illər həyətə yol kimi nəzərdə tutulmuş yolundan son 1-2 aya qədər istifadə etsə də, hazırda onun yolunun üstündən özünə darvaza qoymuş və məqsədidə onun yolunu dəyişməyinə, həmin əraziləri mənimsəmək məqsədilə yola açmalı olduğu qapını onun yolunun üstündə açmış, sərhədini hasarlamışdır. Halbuki, həmin yolda atasının ona bağşladığı ev vardır və o, həmin evi öz adına sənədləşdirərkən torpağı da öz adına sənədləşdirəcəkmiş. Cavabdeh atasının ona bağışladığı Ç tikilisini də öz həyətinin sərhədlərinə daxil etməklə zəbt etmişdir. Cavabdehin götürülməsini iddia etdiyi darvazanı o deyil, atası uzun illər bundan əvvəl hasar tikərək darvaza qoymuşdur. Həmin hasar və darvaza atasının adına tərtib olunmuş texniki pasportda onun mülkiyyəti kimi qeydə alınmış və sonradan bu şəkildə ona bağışlanmışdır. Həmin Ç tikilisi üzərində hüquqları Çıxarışda qeydə alınmasa da, həmin tikili atası Süleyman Salmanovun vəsaiti hesabına tikildiyi və həmin tikilinin ona bağışlanması iş materialları ilə tam təsdiq olunur və işin mübahisəsiz halıdır. Bundan əlavə həmin tikili atasının vəsaiti hesabına inşa edildiyindən həmin tikiliyə əmlak hüquqları mövcuddur, mülkiyyət hüququnun qeydə alınmasına gözləntiyə malikdir. Tikilinin altında olan torpaq sahəsi ilə bağlı Bələdiyyə müraciət etsə də, hələ müəyyən səbəblərdən təxirə salındığından hazırki müddətə qədər Ç tikilisinə hüquqlarının qeydə alınması gecikmişdir. Hazırda cavabdeh Bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsindən artıq sahəni zəbt etməklə onun mülkiyyət hüquqlarını pozur. Ona məxsus torpaq sahəsində icazəsi olmadan tikililər tikmişdir. Bununla da o mülkiyyətində olan torpaq sahəsindən istifadə və sahibi hüquqları pozulmuşdur. Məhkəmə xx xxxxx 2021-ci il tarixdə keçirilən iclasda Qəbələ rayon Vəndam Bələdiyyəsini mülki iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb etmişdir. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ilkin iddia ərizəsinin təmin olunmasını, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, X2 rayon Vəndam qəsəbə bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 saylı qərarı ilə torpaq alqı-satqısı əsasında həmin qəsəbənin ərazisində bələdiyyə balansında olmaqla mərhum atasının istifadəsində olan torpaq sahəsinin bir hissəsini onun razılığı əsasında almış və xx.xx.2014-cü il tarixdə qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX № ******* olan Çıxarış almışdır. Torpaq sahəsinin ölçüsü 0,04 hektardır. Həmin torpaq sahəsində təyinatına uyğun olaraq fərdi yaşayış evi tikilmiş, kənarlarını mişar daşı ilə hasara alınmışdır.Həyətə giriş qapısını cavabdeh qanunsuz zəbt etmiş, ümumi istifadə üçün nəzərdə tutulan əraziyə öz həyətinin giriş qapısını qoymuşdur.Gediş-gəliş yolu qonşuların ümumi istifadəsində olan, cavabdeh tərəfindən qanunsuz zəbt edilən və əsas yola çıxan hissədə qoyulan darvaza ilə istifadələrinə maneə yaratmaqla bağlanmışdır.Cavabdehin məqsədi qarşılıqlı iddia ərizəsində göstərdiyi kimi həmin torpağı öz adına rəsmiləşdirmək və iddiaçının həyətə gediş-gəliş hərəkətini dəmir darvazanı tamamilə bağlamaqla tamamilə məhdudlaşdırmaq olmuşdur. Ona görə də bələdiyyəyə məxsus torpaq sahəsinin boşaldılmasını və həmin əraziyə qoyulmuş darvazanın sökülməklə yol verilməsini istəyirlər. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia tələbi tam olaraq əsasızdır. Birincisi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh məxsus torpaq sahəsində mövcud olan Ç tikintisini zəbt etməmiş və Ç tikintisi adlanan yaşayış evində yaşamamışdır. Qarşılıqlı iddia üzrə iddiaçının özünün hesab etdiyi Ç tikintisi əslində ilkin iddia üzrə İddiaçı Vəndam bələdiyyəsindən xx.xx.2007-ci il tarixdə aldığı 0,04 ha həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evidir. Bu fakt Qəbələ rayon məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertizanın xx.xx.2021-ci il tarixli rəyi ilə təsdiqlənir. Ekspert rəyində göstərilir ki, Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində texniki pasportda qeyd olunan tikililərdən başqa tikililər mövcud deyil.Həmin texniki pasportda qeyd olunan icazəsiz tikili kimi qeyd olunan “Ç” tikintisi hazırda İddiaçı xüsusi mülkiyyətinə verilən 0,04 ha torpaq sahəsinin daxilindədir. Ekspert rəyində oda qeyd edilmişdir ki, İddiaçı torpaq satılarkən bələdiyyə tərəfindən tərtib olunmuş torpaq sahəsinin yer quruluşu planının koordinatları DƏDRX-nin İddiaçı adına verilmiş torpaq sahəsinin planında qeyd olunmuş koordinatlarla üst-üstə qismən düşür. Reyestr xidmətinin verdiyi torpaq sahəsinin planında qeyd olunan koordinatları ərazinin cənub tərəfi, yəni yol yeri hüdudsuz düz xətt şəklində olduğu halda, bələdiyyə sxemində əyri şəkildə göstərilmişdir.Ancaq rəydə coğrafi cəhətdən istiqamət olaraq düz göstərildiyi qeyd olunmuşdur. Həmin rəydə həmçinin Cavabdeh məxsus texniki pasportda qeyd olunan 0,10 ha torpaq sahəsinin 0,42 m2 hissəsinin ərazinin Şimal-Qərb hissəsində İddiaçı istifadəsində olan 0,04 ha torpaq sahəsindən əlavə istifadə olunan 128 m2 sahənin daxilində olduğu qeyd edilmişdir.Hesab edirlər ki, 0,42 m2 torpaq sahəsini cavabdeh tərəfindən qanunsuz qoyulmuş və gediş-gəlişə maneə olan darvazanın 16 m geri çəkilməsi zamanı həlli mümkündür. Belə ki, darvazanı 0,42 m2 torpaq sahəsinin əvəzi olaraq 16 metr yox 7 metr geri çəkilməklə 0,42 m2 əvəzinə 0,65-0,70 m2 torpaq sahəsi ilə əvəzləşdirilməsi tam olaraq mübahisənin həmin hissədə ədalətli həllinə səbəb olur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsində göstərilənləri müdafiə edərək, ilkin iddia tələbini qəbul etməyərək göstərdi ki, “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, 36 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə tanış olmuşdur. İlkin iddiaçının mülkiyyətində 0,04 ha torpaq sahəsindən əlavə 0,02 ha zəbt olunmuş sahə vardır. Əslində həmin 0,02 ha torpaq sahəsi ilkin İddiaçı yol yeri kimi verilmişdir. İddiaçı iddia etdiyi 0,02 ha torpaq sahəsi isə Cavabdeh zəbtində olsa da, yol yeri kimi nəzərədə tutulmamışdır. İddiaçı iddia etdiyi 0,02 ha torpaq sahəsinə dair Cavabdeh mülkiyyət hüquqlarının tanınmasına dair Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Göstərilənlərin nəzərə alınmasını və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayon Vəndam Bələdiyyəsinin nümayəndəsi (sədri) X11 çıxışında göstərdi ki, bələdiyyə tərəfindən İddiaçı 0,04 ha torpaq sahəsi satılmasından məlumatlıdır. İddiaçı və Lətifov X3 şəhərində yaşayırlar və Vəndam qəsəbəsinə gələn kimi mübahisə edirlər. Yol yeri mübahisəsi ilə bağlı əvvəllər bələdiyyə müraciət etmişlər, bələdiyyənin nümayəndələri mübahisəli əraziyə baxış keçirilməsi üçün getmiş, lakin tərəflər olmadığından baxış keçirilməsi mümkün olmamışdır. Vəndam bələdiyyəsi tərəfindən bələdiyyənin mülkiyyətində olan, lakin Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin yol yeri kimi açılmasına etirazları yoxdur. Buna görə də məhkəmədən qanuni və ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və yolun açılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “tikilinin boşaldılması, cavabdehin tikilidən çıxarılması, hasar və tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin sahibliyinə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, ilkin və qarşılıqlı iddia ərizələri qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, İddiaçı adına tam mülkiyyət hüququ üzrə Qəbələ rayonu, Vəndam kəndində 0,04 ha həyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə İddiaçı həmin torpaq sahəsinə dair AA 005191 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən müəyyən olunur ki, Cavabdeh adına Qəbələ rayonu, Vəndam kəndində 0,10 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində 1 mərtəbəli, ümumi sahəsi 99,2 m2, yaşayış sahəsi 46,2 m2, yardımçı sahəsi 53 m2 olan fərdi yaşayış evi Daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə Cavabdeh 4xx-xx/2552 invertar nömrəli «Fərdi yaşayış evi»nin texniki pasportu tərtib edilmişdir.Texniki parsportun torpaq sahəsinin 1:1000 miqyasında planında torpağın situasiya planı, şərti işəralərlə yerləşən tikililər və torpaq sahəsinə dair məlumat əks olunmuşdur. Həmin plandan görünür ki, həyətdə torpaq sahəsi sənəd üzrə 0,10 ha təşkil edir və həmin torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Pasportun mərtəbələr üzrə otaqların təsnifatından məlum olur ki, «LiterA» açıq eyvanlar, dəhliz, anbar və sahəsi 16,4, 16,8 və 13 kv.m. olan yaşayış otaqlarından ibarətdir. Həmçinin Xüsusi qeyd olaraq göstərilmişdir ki, Liter Ç icazəsiz olaraq zəbt sahədə inşa edilmişdir. İş materiallarında olan xx xxxxxx 2012-ci il tarixli “Bağışlama müqaviləsi”nin surətindən görünür ki, X8 Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Qəbələ Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, 3214 saylı arayışına və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı, reyestr №-si **********8-10301, qeydiyyat №-si **********, qeydiyyat tarixi xx.xx.2012 olan çıxarışa əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsini, 1930-cu ildə tikilmiş ümumi sahəsi 99.2 kv.m, yaşayış sahəsi 46.2 kv.m, yardımçı sahə 53 kv.m olan 3 (üç) otaqlı fərdi yaşayış evini və bütün tikililəri oğlu Cavabdeh bağışlamışdır. İşdə olan Mingəçevir şəhər Mənzil istismar sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020ci il tarixli 553 nömrəli arayışdan görünür ki, Əliyeva X5 şəhəri, ev 3, mənzil 28 ünvanında yaşayır. İş materiallarında olan foto-şəkillərdən görünür ki, ilkin İddiaçı iddia etdiyi və “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, 36 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmiş (Cavabdeh tərəfindən zəbt olunmuş) bələdiyyəyə məxsus torpaq sahəsi Cavabdeh tərəfindən dəmir darvaza qoyulmaqla bağlanmışdır. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, 36 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsinə görə İddiaçı boşaldılmasını tələb etdiyi torpaq sahəsi ümumi yol kimi nəzərdə tutulmamışdır. Həmin iddia predmeti olan ərazi Cavabdeh xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə verilən RX seriyalı ******* nömrəli çıxarış və onun xx.xx.2014-cü il tarixli 4xx-xx/2552 inventar nömrəli Texniki Pasportun planında zəbt olunmuş sahə kimi göstərilmişdir. Cavabdeh mülkiyyətində olan Qəbələ rayonu, Vəndam kəndində yerləşən **********58-10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin həyətyanı sahəsində texniki pasportda qeyd olunan tikililərdən başqa tikililər mövcud deyil. Həmin texniki pasprotda icazəsiz tikili kimi qeyd olunan “Ç” tikilisi hazırda İddiaçı xüsusi mülkiyyətinə verilən 0,04 ha torpaq sahəsinin daxilindədir. Cavabdeh həmin tikilidən istifadəsinin mümkün olubolmamasının müəyyən edilməsi hüquqi məsələ olduğundan ekspertin səlahiyyətlərindən kənaradır. Qəbələ rayon Vəndam Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsi satılarkən tərtib olunmuş torpaq sahəsinin yerquluşu planının koordinatları hazırda DƏDRX-nin Qəbələ rayon şöbəsi tərəfindən onun adına verilmiş torpaq sahəsinin planında qeyd olunmuş koordinatlarla üst-üstə qismən düşür. Belə ki, qeyd olunan ərazinin cənub tərəfi, yəni yol tərəf hüdudu düz xətt şəklində olduğu halda bələdiyyə sxemində əyri şəkildə göstərilmişdir. Amma coğrafi cəhətdən istiqamət olaraq düz göstərilməmişdir. İddiaçı istifadəsində olan faktiki torpaq sahəsi 528 m2 təşkil edir. İddiaçı çıxarışla ona verilən 0,04 ha torpaq sahəsindən əlavə 128m2 təşkil edən sahə ərazinin şimal-şərq hissəsini əhatə edir. Əlavə istifadə olunan 128 m2torpaq sahəsinin 42 m2 hissəsi Cavabdeh məxsus texniki pasportda qeyd olunan 0,10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə ilkin iddia ərizəsi üzrə “yolun açılması” tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la İddiaçı Qəbələ rayonu, Vəndam kəndində 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin o, həmin torpaq sahəsinə gedən yolun Cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir. “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, 36 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, İddiaçı boşaldılmasını tələb etdiyi torpaq sahəsi ümumi yol kimi nəzərdə tutulmamışdır. Həmin iddia predmeti olan ərazi Cavabdeh xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə verilən RX seriyalı ******* nömrəli çıxarış və onun xx.xx.2014-cü il tarixli 4xx-xx/2552 inventar nömrəli Texniki Pasportun planında zəbt olunmuş sahə kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü madəsi təşkil edir. Həmin maddənin tələbinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə iddia qaldırmış şəxs ya mülkiyyətçi, ya da əmlakın qanuni sahibi olmalı və onun mülkiyyətinə və ya qanuni sahibliyində olan əmlaka qəsd və ya başqa maneə mövcud olmalıdır. Hazırkı iddia tələbi üzrə ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən tutulmuş yol yeri Cavabdeh xüsusi mülkiyyətində olan 0,10 ha torpaq sahəsinə verilən RX seriyalı ******* nömrəli çıxarış və onun xx.xx.2014-cü il tarixli 4xx-xx/2552 inventar nömrəli Texniki Pasportun planında zəbt olunmuş sahə kimi göstərilmişdir. Yəni, ekspert rəyindən müəyyən olunur ki, həmin torpaq sahəsi zəbt olunduğundan Cavabdeh deyil, Vəndam bələdiyyəsinin mülkiyyətindədir. Lakin cavabdeh bələdiyyənin mülkiyyətində olan yol yerini qanunsuz tutmaqla, İddiaçımülkiyyətində və qanuni sahibliyində olan torpaq sahəsindən istifadəsinə maneə yaradır. Mülki işin məhkəmə araşdırılması zamanı Qəbələ rayonu Vəndam bələdiyyəsinin nümayəndəsi Asif Həşimov verdiyi izahatında həmin ərazidən İddiaçı yol yerilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 74-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar, o cümlədən kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yollarının altındakı torpaqlar bələdiyyə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci, 2-ci və 3-cü bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməs i də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabı na həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddia etdiyi və mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi açılmasını tələb etdiyi yol yeri ümumi yol yeri kimi nəzərdə tutulmamışdır. Lakin həmin açılmasını tələb etdiyi yol yeri Cavabdeh zəbtindədir və Qəbələ rayon Vəndam bələdiyyəsinin mülkiyyətindədir. Qəbələ rayon Vəndam bələdiyyəsi həmin ərazidən yolun verilməsinə etiraz etmir. Bu yol cavabdeh tərəfindən darvaza qoyulmaqla bağlanmışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan ilkin iddia darvazanın sökülməklə yol yerinin açılması hissəsində əsaslıdır və bu səbəbdən həmin hissədə təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Lakin iş materialları ilə, keçirilmiş ekspertiza ilə Cavabdeh yol yerindən əlavə hər hansı torpaq sahəsini zəbt etməsi müəyyən olunmamış və ilkin iddiaçı tərəfindən məhkəməyə bu barədə hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə aşağıdakıları qeyd edir: Məhkəmə ilk növbədə onu qeyd edir ki, qarşılıqlı iddia Cavabdeh mülkiyyətində olan torpaq sahəsində cavabdeh İddiaçı inşa etdirdiyi hasar və tikililərin cavabdeh İddiaçı vəsaiti hesabına sökülməsi, həmin zəbt olunmuş hissədə torpaq sahəsinin sahibliyinə qaytarılması hissəsində əsaslı olduğu təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Cavabdeh adına Qəbələ rayonu, Vəndam kəndində 0,10 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Lakin Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahələrinin bir hissəsinin cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 36 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, İddiaçı istifadəsində olan faktiki torpaq sahəsi 528 m2 təşkil edir. İddiaçı çıxarışla ona verilən 0,04 ha torpaq sahəsindən əlavə 128 m2 təşkil edən sahə ərazinin şimal-şərq hissəsini əhatə edir. Əlavə istifadə olunan 128 m2 torpaq sahəsinin 42 m2 hissəsi Cavabdeh məxsus texniki pasportda qeyd olunan 0,10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Hazırkı qarşılıqlı iddia üzrə Cavabdeh mülkiyyətində olan torpaq sahəsində cavabdeh İddiaçı inşa etdirdiyi hasar və tikililərin cavabdeh İddiaçı vəsaiti hesabına sökülməsi, həmin zəbt olunmuş hissədə torpaq sahəsinin sahibliyinə qaytarılması hissəsində iddia tələbi barədə məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə və ekspert rəyi ilə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak qarşılıqlı iddiaçı Cavabdeh qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi qarşılıqlı iddiaçının cavabdehin torpaq sahəsini boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahəsinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı qarşılıqlı iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********58- 10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2014 olan Çıxarışla və ekspert rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddiaçı Cavabdeh iddia etdiyi və mülkiyyətində olan 0,10 ha torpaq sahəsinin 42 m2 hissəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin daxilinə düşdüyündən və həmin hissə İddiaçı tərəfindən tutulduğundan, qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən istifadəsi məhdudlaşdırıldığından, qarşılıqlı iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və qarşılıqlı iddiaçının iddia etdiyi maneələr mövcud olduğundan qarşılıqlı iddia tələbi həmin hissədə əsaslıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, qarşlılıqlı iddiaçı iddia tələbində Qəbələ rayon Vəndam kəndində yerləşən **********58-10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin tərkibində olan 86.49 kv metr sahədən ibarət Ç tikilisinin boşaldılması, İddiaçı əmlakları ilə birlikdə həmin Ç tikilisindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Lakin qarşılıqlı iddiaçı Cavabdeh “Ç” tikilisinin onun mülkiyyətində olan torpaq sahəsində olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, 36 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Cavabdeh mülkiyyətində olan Qəbələ rayonu, Vəndam kəndində yerləşən **********58-10301 reyestr nömrə ilə qeydə alınmış fərdi yaşayış evinin həyətyanı sahəsində texniki pasportda qeyd olunan tikililərdən başqa tikililər mövcud deyil. Həmin texniki pasprotda icazəsiz tikili kimi qeyd olunan “Ç” tikilisi hazırda İddiaçı xüsusi mülkiyyətinə verilən 0,04 ha torpaq sahəsinin daxilindədir. Göründüyü kimi qarşılıqlı iddiaçının iddia tələbi tələbində “Ç” tikilisinin onun mülkiyyətində olan torpaq sahəsində olduğunu göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, 36 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, “Ç” tikilisi İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bundan əlavə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə Cavabdeh verilmiş 4xx-xx/2552 invertar nömrəli «Fərdi yaşayış evi»nin texniki pasportunda Xüsusi qeyd olaraq göstərilmişdir ki, Liter Ç icazəsiz olaraq zəbt sahədə inşa edilmişdir.Qarşılıqlı iddiaçı həmçinin iddia ərizəsində göstərmişdir ki,“”Ç” tikilisi üzərində hüquqları Çıxarışda qeydə alınmasa da, həmin tikili atası Süleyman Salmanovun vəsaiti hesabına tikilmiş və həmin tikilinin ona bağışlanması iş materialları ilə tam təsdiq olunur və işin mübahisəsiz halıdır. Bundan əlavə həmin tikili atasının vəsaiti hesabına inşa edildiyindən həmin tikiliyə əmlak hüquqları mövcuddur, mülkiyyət hüququnun qeydə alınmasına gözləntiyə malikdir. Tikilinin altında olan torpaq sahəsi ilə bağlı Bələdiyyə müraciət etsə də, hələ müəyyən səbəblərdən təxirə salındığından hazırki müddətə qədər Ç tikilisinə hüquqlarının qeydə alınması gecikmişdir.” Lakin məhkəmə qeyd edir ki, Cavabdeh “Ç” tikilisinə mülkiyyət hüququnun olub-olmaması hazırkı mübahisənin predmeti deyildir və Cavabdeh “Ç” tikilisinin onun mülkiyyətində olmasına dair hüquqmüəyyənedici (mülkiyyətin məxsusluğuna və statusuna dair) sənəd təqdim etməmişdir. Hazırkı mübahisənin predmeti “Ç” tikilisinin kimin mülkiyyətində yerləşən torpaq sahəsində olması ilə bağlıdır ki, Cavabdeh “Ç” tikilisinin onun mülkiyyətində olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən qarşılıqlı iddiaçının iddia tələbi Ç tikilisinin boşaldılması, İddiaçı əmlakları ilə birlikdə Ç tikilisindən çıxarılması hissəsində təmin edilməməlidir. Hazırkı qarşılıqlı iddia üzrə Ç tikilisinin boşaldılması, İddiaçı əmlakları ilə birlikdə Ç tikilisindən çıxarılmasının sübutetmə yükü qarşılıqlı iddiaçının üzərinə düşsədə o, bununla bağlı sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert rəyində “Ç” tikilisinin İddiaçı mülkiyyətində olan torpaq sahəsində olması müəyyən edilmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi Ç tikilisinin boşaldılması, İddiaçı əmlakları ilə birlikdə Ç tikilisindən çıxarılması ilə bağlı mübahisədə iddianı sübuetmə yükü qarşılıqlı iddiaçının, yəni Cavabdeh üzərinə düşür. Qarşılıqlı iddiaçı Cavabdeh isə öz iddiasının həmin hissədə haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, darvazanı 0,42 m2 torpaq sahəsinin əvəzi olaraq 16 metr yox 7 metr geri çəkilməklə 0,42 m2 əvəzinə 0,65-0,70 m2 torpaq sahəsinin Cavabdeh ilə əvəzləşdirilməsi mümkündür. Lakin tərəflər bununla bağlı məhkəməyə hər hansı barışıq müqaviləsi və ya razılıq təqdim etməmişlər. Bu səbəbdən məhkəmə həmin məsələyə münasibət bildirməməyi məqsədəuyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxx” MMC-nin hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən reyestr nömrəsi – **********06; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2014 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinə Cavabdeh istifadəsində olan və zəbt etdiyi bələdiyyəyə məxsus torpaq sahəsi boşaldılmaqla və həmin əraziyə qoyulmuş darvaza sökülməklə yol verilməli, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********58- 10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2014 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin 42 m2 hissəsindən İddiaçı çıxarılmaqla maneələr (hasar) onun hesabına sökülsün və həmin torpaq sahəsi Cavabdeh sahibliyinə qaytarılmalı, ilkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia qismən təmin edilsin. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən reyestr nömrəsi – **********06; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2014 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0,04 hatorpaq sahəsinə Cavabdeh istifadəsində olan və zəbt etdiyi bələdiyyəyə məxsus torpaq sahəsi boşaldılmaqla vəhəmin əraziyə qoyulmuş darvaza sökülməklə yol verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********58-10301; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2014 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinin 42 m2 hissəsindən İddiaçı çıxarılmaqla maneələr (hasar) onun hesabına sökülsün və həmin torpaq sahəsiCavabdeh sahibliyinə qaytarılsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 300 (üç yüz) manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********1, hesab AZ53AİİB********************, SWİFT kod AİİBAZ2X, “xxxx” MMC-nin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-53/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-53/2021
09.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver