Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-53/2023 30.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Muxtar qızına və Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə qarşı “torpaq sahəsinin qeyri-qanuni zəbtdən azad edilməsi, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsində qeyri-qanuni aparılmış tikilinin sökülməsi, qanunsuz istifadə zamanı çəkilən xərcin əvəzi ödənilmədən aidiyyəti üzrə (mülkiyyətçi kimi ona) geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin qeyri-qanuni zəbtdən azad edilməsi, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsində qeyri-qanuni aparılmış tikilinin sökülməsi, qanunsuz istifadə zamanı çəkilən xərcin əvəzi ödənilmədən aidiyyəti üzrə (mülkiyyətçi kimi ona) geri qaytarılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi (rəhbəri) Nümayəndə1, Cavabdeh1 Muxtar qızının, onun vəkili Vəkil və üçüncü şəxs Qəbələ rayonu Hacıalılı bələdiyyəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Muxtar qızına və Cavabdeh2, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Hacıalılı Bələdiyyəsinə qarşı “torpaq sahəsinin qeyri-qanuni zəbtdən azad edilməsi, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsində qeyri-qanuni aparılmış tikilinin sökülməsi, qanunsuz istifadə zamanı çəkilən xərcin əvəzi ödənilmədən aidiyyəti üzrə (mülkiyyətçi kimi ona) geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Muxtar qızına qarşı “torpaq sahəsinin qeyri-qanuni zəbtdən azad edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli **********32 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında "xxxx" Tikinti, Turizm və Ticarət Ko. LTD şirkəti MMC-nin mülkiyyətində olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən 8,5428 ha torpaq sahəsinin, təxminən 0,60 ha hissəsinin Şamılı kənd sakini Cavabdeh1 Muxtar qızı tərəfindən özbaşına zəbt edilərək, qanunsuz əkinə istifadə etməsinə son qoyaraq, ərazinin boşaldılıb geri qaytarılması və uzun müddət qanunsuz istifadə zamanı çəkilən xərcin əvəzi ödənilmədən aidiyyəti üzrə (mülkiyyətçi kimi şirkətə) geri qaytarılması; Qəbələ rayonu, Şamılı kənd sakini Cavabdeh1 Muxtar qızının şirkətin mülkiyyətində olan 8.5428 ha torpaq sahəsinin təxminən 0,60 ha hissəsinin əsassız və qeyri-qanuni zəbt edib, uzun müddət qanunsuz istifadə etməsi əməlinə, qanunvericiliyin tələblərinə uyğun müvafiq qərar qəbulməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 21 noyabr 2022-ci il tarixdə keçirilən iclasda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ rayon Şamılı Bələdiyyəsi mülki iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi (rəhbəri) Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 Muxtar qızının həyat yoldaşı Cavabdeh2 iş üzrə cavabdeh qismində tanınmasını xahiş etmiş və məhkəmə tərəfindən sonuncu cavabdeh kimi tanınmışdır. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi (rəhbəri) Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hüquqların Dövlət qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli **********32 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında "İnterkontenintal Tikinti, Turizm və Ticarət Ko.LTD şirkəti MMC-nin şirkətinin mülkiyyətində olan, Qəbələ rayonu Şamılı kəndində yerləşən k/t təyinatlı 8.5428 ha torpaq sahəsinin 0.6593 ha hissəsinin, Şamılı kənd sakini Cavabdeh1 Muxtar qızı, Cavabdeh2 Sirac oğlu tərəfindən özbaşına zəbt edilərək, həmin ərazidə qanunsuz əkinə, tinqi əkilməsinə son qoyaraq, apardıqları qanunsuz yarımçıq tikintinin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılıb geri qaytarılması və uzun müddət qanunsuz istifadə zamanı çəkilən xərcin əvəzi ödənilmədən aidiyyəti üzrə (mülkiyyətçi kimi şirkətə) geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddianın nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, 1-ci Qarabağ Müharibəsi zamanı xidməti vəzifəni yerinə yetirərkən, Laçın uğrunda gedən döyüşlərin iştirakçısı kimi hər iki ayağından aldığı ağır qəlpə yaralarının, əməliyyat olunmasına və davamlı müalicə almasına baxmayaraq, fəsadlarının illərcə kəskinləşməsi nəticəsində, halhazırda 64 yaşında şikəst kimi əl ağacından istifadə edərək, çətinliklə hərəkət edir. İddiaçı kimi rəhbərlik etdiyi İddiaçı Tikinti, Turizm, Ticarət şirkəti MMC-nin Qəbələ rayonu, Şamılı kəndi ərazisində mülkiyyətində olan 12,42 ha (8.54227 ha+3.8772 ha) torpaq sahəsinin onun razılığı olmadan, özbaşına qeyri-qanuni bir hissəsini zəbt edib, əkib becərmə işlərinə istifadə edən Qəbələ rayonu Şamlı kənd sakini Cavabdeh1 Muxtar qızının, X13, X1, X14, X15 və X2 onun icarəsində olan 6,98 ha (4.97 ha + 2.01 ha) torpaq sahəsinin bir hissəsini Şamlı kənd sakinləri X21, X22, X23 və Hacallı Bələdiyyəsinin sədri X9, eləcə də Bələdiyyə sədri tərəfindən icarəsində olan 6.202 ha torpaq sahələrinin zəbt etdikləri, yuxarıda göstərilən torpaq sahələrinin dərhal tərk etmələri, mövcud Çıxarışlara əsasən verilmiş plan-ölçü sənədlərinə uyğun torpaq sahələrinin bərpa olunması və Bələdiyyə sədri barəsində xüsusi qərardad çıxarılması, eləcə də eyni kobud qanun pozuntularını törətmiş digər yuxarıda göstərilən 10 cavabdehlər barəsində, qanunvericiliyin tələblərinə uyğun ciddi tədbirlərin görülməsi barədə xx.xx.2020-ci il tarixli iddia ərizəsi və xx.xx.2020-ci il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin hakimi cənab Elman İsayevin 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən tərəfindən xx.xx.2021-ci il tarixli apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-67/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin 10/14cü səhifəsində “Apellyasiya İnstansiyası məhkəməsinin mövqeyi” hissəsinin 33-cü bəndində göstərilir ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-17/2021 nömrəli qətnaməsi qismən ləğv ediməli, ləğv edilmiş hissə üzrə digər əsaslarla iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, hazırki iddia tələbinin ifadə tərzindən və mahiyyətindən müəyyən edilir ki, iddiaçının tələbi torpaq sahəsinin boşaldılması olmaqla, 2 hissədən ibarətdir. 1. İddiaçı Nümayəndə1 şəxsi adına icarəsində olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən 6,981 ha (4,97 ha + 2,01 ha) torpaq sahəsinin onun razılığı olmadan özbaşına qeyri-qanuni zəbt edib əsassız olaraq, əkin işlərinə istifadə edən Qəbələ rayonu Şamılı kənd sakinləri X19, X21 və Məhərrəmov Musa oğlunun, 2. İddiaçı Tikinti, Turizm və Ticarət Ko. LTD şirkəti MMC-nin mülkiyyətində olan 12,42 ha (8.54227 ha + 3.8772 ha) torpaq sahəsinin onun razılığı olmadan özbaşına qeyri-qanuni zəbt edib, əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu, Şamılı kənd sakinləri Cavabdeh1 Muxtar qızının, X16, X10, X3, X8, X15 və Çarxana kənd sakini X4 qeyri-şərtsizzəbt etdikləri yuxarıda göstərilən torpaq ərazilərini tərk etmələrini, icarəsində və şirkətin mülkiyyətində olan torpaq sahələrinin mövcud çıxarışlara uyğun sərhədləri çərçivəsində bərpa olunması. İşin mübahisə olunmayan hallarından görünür ki, mübahisəli torpaq sahələrindən Qəbələ rayonu, Şamılı kəndində yerləşən mübahisəli 4.97 ha və 2.01 ha torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* aylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlarına əsasən iddiaçıya 50 il müddətinə icarəyə verilmişdir. Digər torpaq sahələri, yəni Qəbələ rayonu, Şamılı kəndində yerləşən mübahisəli 8.5428 ha və 3.8772 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № ******* saylı və RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlarına əsasən İddiaçı Tikinti, Turizm Ko. LTD şirkəti MMC-nin tam mülkiyyətini verilmişdir. Məhkəmə kollegiyası ilk olaraq, iddia tələbinin birinci hissəsi üzrə (iddiaçının özünün icarəsində olan) torpaq sahələri ilə bağlı hüquqi dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır. Belə ki, apellyasiya icraatı zamanı işin obyektiv həlli məqsədi ilə məhkəmə ekspertizası təyin edilmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/1077 ekspert rəyindən müəyyən edilir ki, icarə hüquqi ilə iddiaçının istifadəsinə verilmiş RX № ******* seriyalı, **********56 nömrəli Çıxarışda qeyd edilmiş 2,01 hektar, RX № ******* seriyalı, **********32 nömrəli çıxarışda qeyd edilmiş 8.5428 hektar və RX № ******* seriyalı, **********3 nömrəli çıxarışda qeyd edilmiş 3.8772 hektar torpaq sahələri, JN-0047 nömrəli Dövlət Aktı ilə X5, JN-0049 nömrəli dövlət Aktı ilə X11, JN-0050 nömrəli Dövlət Aktı ilə X6, JN-0046 nömrəli Dövlət Aktı ilə X15, RX 0432943- **********9 nömrəli Çıxarış ilə X4, JN-0051 nömrəli Dövlət Aktı ilə X16, JN-0016 nömrəli Dövlət Aktı ilə X23 mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşdüyü üçün torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edilməsini təyin etmək mümkün deyildir. Ona görə də məhkəmə kollegiyası iddia tələbini qeyd edilən hissəsinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd etməyi vacib bilir ki, ilk növbədə apellyator-iddiaçı Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə, xüsusən də İddiaçı Tikinti, Turizm və Ticarət Ko. LTD şirkəti MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə bağlı öz adından iddia ərizəsi verməyə subyektiv hüququnun olub-olmaması dəlilinə qiymət verilməlidir. Hazırda öyrənilən işdən bəlli olur ki, Şamılı kəndində yerləşən mübahisəli 8.5428 ha və 3.8772 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı № 0994384saylı və RX seriyalı № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlarına əsasən İddiaçı Tikinti, Turizm və Ticarət Ko. LTD şirkəti MMC-nin tam mülkiyyətinə verilmişdir. İş materiallarında olan iddia ərizələrindən görünür ki, iddiaçı Nümayəndə1 iddia ərizəsini özü imzalamış, hüquq münasibətlərində öz adından çıxış etmiş və öz mənafelərini müdafiə etmişdir. Göründüyü kimi, işin müəyyən edilmiş halları Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edilməsini istisna etmişdir. Bu baxımdan işin müəyyən edilmiş hallarına uyğun olaraq, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də apellyasiya şikayəti qismın təmin edilməli və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(025)-17/2021 nömrəli qətnaməsi qismən iddia tələbinin təmin edilməyən – iddiaçı Nümayəndə1 İddiaçı Tikinti, Turizm və Ticarət Ko. LTD şirkəti MMC-nin mülkiyyətində olan 12.42 ha ( 8.54227 ha + 3.8772 ha) torpaq sahəsinin onun razılığı olmadan özbaşına qeyri-qanuni zəbt edib, əsassız olaraq əkin işlərinə istifadə edən Qəbələ rayonu, Şamılı kənd sakinləri Cavabdeh1, X16, X6, X11, X17, X18 və Çarxana kənd sakini X4 qeyri-şərtsiz zəbt etdikləri torpaq sahələrini dərhal tərk etməyini, icarəsində və şirkətin mülkiyyətində olan torpaq sahələrinin mövcud çıxarışlara uyğun sərhədləri çərçivəsində bərpa olunması” hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia yenidən təmin edilməməlidir. Ona görə də məhkəmə kollegiyası iddia tələbini qeyd edilən hissəsində təmin edilməməsi barədə qərar qəbul etmişdir. Bildirir ki, Şəki Apellyasiya Məhkəməsinin hakimi cənab Ayaz Mahmudov qətnaməni elan edərkən, iddiaçı kimi onun, eləcə də şirkətin qətnamənin mahiyyəti ilə əlaqədar bildirdi ki, torpaq sahələrinin qətnamədə göstərilən üst-stə düşən 7 (yeddi) qonşu torpaq sahələrinin cavabdeh sahiblərindən başqa, yerdə qalan 4 (dörd) cavabdehlərə qarşı (onlardan biri Cavabdeh1) şirkətin mülkiyyətində olan, eləcə də adına icarəsində olan torpaq sahələrini qeyri-qanuni zəbt etmələri faktı ilə əlaqədar Qəbələ Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmək hüququna malikdir. Şəki Apleyyasiya Məhkəməsinin qətnaməsində istinad olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/1077 nömrəli ekspert rəyindən, eləcə də ekspert rəyində istinad edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********45 nömrəli mütəxəssis rəyindən göründüyü kimi, Cavabdeh1 Muxtar qızının şirkətin mülkiyyətində olan 8.5428 ha torpaq sahəsinin təxminən 0,60 ha hissəsini zəbt etməsi faktı heç rəsmi tədqiqat belə obyekti olmamışdır. Ona görə ki, Cavabdeh1 Muxtar qızı cavabdeh kimi məhkəməyə, zəbt etdiyi torpaq sahəsinə dair hər hansı bir hüquqi sənəd təqdim edə bilməmişdir. Çünki qeyri-qanuni zəbt edib uzun müddətdir ki, qanunsuz istifadə etdiyi torpaq sahəsinə dair əlində heç bir hüquqi sənədi yoxdur, yəni mövcud deyil. Həmin zəbt etdiyi ərazi, hüquqların Dövlət qeydiyyatı haqqında xx.xx.2017-ci il tarixli **********32 reyestr nömrəli Çıxarışa əsasən 8.5428 ha torpaq sahəsinin daxilində şirkətin tam mülkiyyətindədir. Lakin göstərilənlərə məhəl qoymayan Cavabdeh1 Muxtar qızı məhkəmə qərarına rəğmən, məhkəmədən sonra da yenə öz qanunsuz zəbt etmə əməlini bilərəkdən davam edərək, şirkətin mülkiyyətində olan 8,5428 ha torpaq sahəsinin təxminən 0,60 ha hissəsinə özbaşına yeni qapı qoyaraq həmin əraziyə kubik tökərək burada “mən ev tikəcəyəm” deyə, şirkətin həmin ərazidən istifadə etməsinin əsassız və qeyri-qanuni olaraq qarşısını almışdır. Belə ki, dediyinə görə bu zəbt etdiyi ərazidə əvvəllər əkin işləri apararkən qızının bıçaqla barmağının kəsildiyindən kimsə əraziyə yaxınlaşarsa, bıçaqla qanını yerə tökəcəyi ilə hədələyərək, özünü aqressiv aparmaqla, qadına yaraşmayan nalayiq söyüşlərin belə istifadəsindən çəkinmir. Yuxarıda göstərildiyi kimi, Cavabdeh1 Muxtar qızının özü, şirkətin mülkiyyətində olan 8,5428 ha torpaq sahəsinin bir hissəsinin, heç bir hüquqi əsası olmadan qeyri-qanuni zəbt edib bu günə kimi istifadə etməsi faktını sübut edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi (rəhbəri) Nümayəndə1 mütəxəssis və ekspertiza rəylərini nəzərə alıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Muxtar qızı iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, Qəbələ rayon Şamılı kəndində yaşayır. O, sovet dövründə kolxozda işləmiş və orada sağıcı olmuşdur. Sovet höküməti dağılandan sonra fermanın həyətindən 1993-cü ildə daşlıq yerdən 30 sot torpaq sahəsini özünə götürmüşdür. 2003-cü ildə isə o vaxt bələdiyyə sədri işləyən Abbasov Mehman ilə müqavilə bağlayıb 40 illik icarəyə götürmüşdür. Həmin ərazinin daşını təmizlədib, orada bir neçə il tütün, sonra kartof əkib ailəsinə baxmışdır. Orda təmizlik işləri aparanda qızının barmaqları kəsilmiş, əri isə əlildir. Son illərdə isə həmin torpaq sahəsində fındıq bağı salmışdır. İndi isə Nümayəndə1 gəlib, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Onun müqaviləsi var və əgər həmin torpaq sahəsi satılmalı idisə, ilk olaraq, ona təklif olunmalı idi. Həmin torpaq sahəsi ilə bağlı bələdiyyəyə vergi də ödəmişdir. Göstərilənləri nəzərə alıb, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayon Hacıalılı bələdiyyəsinin nümayəndəsi (sədri) Nümayəndə3 izahatında göstərdi ki, o, bələdiyyə sədri təyin ediləndən sonra tərəflərin tələbləri üzrə araşdırma aparmağa çalışmış, lakin arxiv məlumatlarında heç bir icarə müqaviləsi aşkar edilməmişdir. Müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 Sirac oğlunun və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçılarınınizahatlarınıdinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Şamılı kəndində yerləşən 8,5428 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixdə, A 108921 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 mart 2023-cü il tarixli, 3-21-3-42/2-1229/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı mülkiyyətinə verilmiş 8,5428 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı mülkiyyətinə verilmiş 8,5428 ha torpaq sahəsinin 0,6593 hektar hissəsi Cavabdeh1 Muxtar qızının və Cavabdeh2 Sirac oğlunun istifadəsindədir. Cavabdeh1 Muxtar qızının və Cavabdeh2 Sirac oğlunun istifadəsində olan 0,6593 hektar torpaq sahəsində cavabdehlər tərəfindən yarımçıq tikili inşa edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/3250 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı mülkiyyətinə verilmiş 8,5428 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı mülkiyyətinə verilmiş 8,5428 ha torpaq sahəsinin 0,6593 hektar hissəsi Cavabdeh1 Muxtar qızının və Cavabdeh2 Sirac oğlunun istifadəsindədir. Cavabdeh1 Muxtar qızının və Cavabdeh2 Sirac oğlunun istifadəsində olan 0,6593 hektar torpaq sahəsində cavabdehlər tərəfindən yarımçıq tikili inşa edilmişdir. İşdə olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 sentyabr 2003-cü il tarixli 11 nömrəli müqavilədən görünür ki, Qəbələ rayonu Şamlı Bələdiyyəsinin sədri X7 rayonu Şamlı kəndində yerləşən 30 sot torpaq sahəsini 40 il müddətinə Cavabdeh2 Sirac oğluna icarəyə vermişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 28 dekabr 2022-ci il tarixli, **********12 nömrəli məktubunda göstərilmişdir ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Cavabdeh2 Sirac oğlu ilə Qəbələ rayon Şamılı Bələdiyyəsi arasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” qeydiyyata alınmış müqavilə aşkar edilməmişdir. İşdə olan Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin məhkəməyə ünvanladığı 30 noyabr 2023-cü il tarixli 90 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı İnterkontinental Tikinti Turizm və Ticarət KoLTD şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 Muxtar qızı və Cavabdeh2 Sirac oğlu arasındakı mübahisəli torpaq məsələsi ilə bağlı Hacıalılı bələdiyyəsi arxivində heç bir sənəd tapılmamışdır. Onda olan məlumata (qeyri rəsmi) görə onun sədr olduğu dövrdən əvvəl Hacıalılı bələdiyyəsi özünə məxsus bələdiyyə binası olmadığı ücün o dövrün Hacıalılı kəndində kolxoz təsərüfatından qalmış binanin boş otaqlarından birində yerləşməklə fəaliyyət göstərilmişdir. Şəraitsizlik üzündən həmən otaqda fəailiyyət göstərmək çətin oduğundan bələdiyyə şəxsi mülkiyyətdə olan binaların birindən icarəyə bir otaq götürərək bələdiyyə fəaliyyətini həmin otaqda davam etdirmişdir. Yeni icarəyə götürülmüş otağın sahəsi kiçik olduğundan bələdiyyənin arxivə verilməmiş sənətlərinin çox hissəsi köhnə binanın otağında saxlanılmışdır.Köhnə binada kəndin uşaq bağçası, mədəniyyət şöbəsi, kəndin kitabxanası yerləşdiyi üçün müəyyən təmir işləri aparılmışdır. Bələdiyyəyə məlum olmayan şəraitdə köhnə bələdiyyə otağında olan sənədlərin bir hissəsi həmin kolxozdan qalma binada təmir işləri aparılan zaman fəhlələr tərəfindən köhnə kolxoz təsərrüfatna məxsus lazımsız sənədlər hesab edilərək yandırılaraq məhv edilmişdir. Arxivdə qalan sənədlərə bələdiyyə tərəfindən baxış keçirilmiş və sözü gedən mübahisəli torpaq məsələsinə aid heç bir sənəd tapılmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlarDaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu, Şamılı kəndində yerləşən 8,5428 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Lakin İddiaçımülkiyyətinə verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 mart 2023-cü il tarixli, 3-21-3- 42/2-1229/2023 nömrəliməktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyindəvə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-10/3250 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı mülkiyyətinə verilmiş 8,5428 ha torpaq sahəsinin 0,6593 hektar hissəsi Cavabdeh1 Muxtar qızının və Cavabdeh2 Sirac oğlunun istifadəsində olması, Cavabdeh1 Muxtar qızının və Cavabdeh2 Sirac oğlunun istifadəsində olan 0,6593 hektar torpaq sahəsində cavabdehlər tərəfindən yarımçıq tikili inşa edilməsi göstərilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçının cavabdehlərin torpaq sahəsini boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahəsinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış», mütəxəssis rəyi və ekspert rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı mülkiyyətinə verilmiş 8,5428 ha torpaq sahəsinin 0,6593 hektar hissəsi cavabdehlər Cavabdeh1 Muxtar qızının və Cavabdeh2 Sirac oğlununistifadəsindəolduğundan və həmin hissə cavabdehlər tərəfindən tutulduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,6593 ha hissəsindənistifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr mövcud olduğundan, iddia tələbi maneələrə son qoyulması hissəsindəəsaslıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehlərin apardıqları qanunsuz tikilinin onların hesabına sökülməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus, lakin Cavabdeh1 Muxtar qızının və Cavabdeh2 Sirac oğlunun istifadəsində olan 0,6593 hektar torpaq sahəsində cavabdehlər tərəfindən yarımçıq tikili inşa edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində apardıqları yarımçıq tikilinin cavabdehlərin hesabına sökülməsi hissəsində də əsaslıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehlərin istifadəsində olmuş torpaq sahəsinə cavabdehlər tərəfindən çəkilən xərcin dəyərinin ödənilmədən geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respulikası Mülki Məcəlləsinin: 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məzmunundan göründüyü kimi Mülki Məcəlləsinin 157.7-ci maddəsində vicdanlı sahibin ayrılması mümkün olmayan əmlakın dəyərindən artıq olmamaq şərti ilə yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərinin əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi hüququna malik olması müəyyən edilmişdir. Yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olması isə zəruri hal kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Deməli yaxşılaşdırmaya çəkilən məsrəflərin əvəzinin ödənilməsi üçün cavabdehin təqsirinin olmasına ehtiyac (zərurət) yoxdur. Göründüyü kimi iddia tələbi cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində apardıqları yarımçıq tikilinin cavabdehlərin hesabına sökülməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Əksinə olaraq məhkəmə cavabdehlərə izah edir ki, gələcəkdə iddiaçının mülkiyyətində, faktiki isə onların istifadəsində olmuş torpaq sahəsinə çəkilmiş xərclərlə bağlı və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə cavabdelərin Qəbələ rayonu Şamlı Bələdiyyəsinin sədri X29 ilə Cavabdeh2 Sirac oğlu arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 sentyabr 2003-cü il tarixli 11 nömrəli müqavilənin əsas gətirməklə iddia tələbinin rədd edilməsini tələb etmələri ilə bağlı qeyd edir ki, sözügedən icarə müqaviləsinin qüvvədə olub-olmaması ilə bağlı məhkəmə tərəfindən araşdırılma aparılmış, məhkəməsinin sorğularına cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 28 dekabr 2022-ci il tarixli, **********12 nömrəli məktubunda göstərilmişdir ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Cavabdeh2 Sirac oğlu ilə Qəbələ rayon Şamılı Bələdiyyəsi arasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi haqqında” qeydiyyata alınmış müqavilə aşkar edilməmişdir. Bundan əlavə Qəbələ rayon Hacıalılı Bələdiyyəsinin məhkəməyə ünvanladığı 30 noyabr 2023-cü il tarixli 90 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı İnterkontinental Tikinti Turizm və Ticarət KoLTD şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdehlər Cavabdeh1 Muxtar qızı və Cavabdeh2 Sirac oğlu arasındakı mübahisəli torpaq məsələsi ilə bağlı Hacıalılı bələdiyyəsi arxivində heç bir sənəd tapılmamışdır.Halbuki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Cavabdehlər tərəfindən isə Qəbələ rayonu Şamlı Bələdiyyəsinin sədri X29 ilə Cavabdeh2 Sirac oğlu arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 sentyabr 2003-cü il tarixli 11 nömrəli müqavilənin dövlət qeydiyyatına alınmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə cavabdehlərin iddiaçıya məxsus olan hüquq müəyyənedici sənədin (çıxarışın) əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını cavabdehlərin bunu sübut etməsi ilə əlaqələndirir. Məhz cavabdehlər reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. İşin faktiki hallarından göründüyü kimi iş üzrə cavabdehlərdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən şəxs (iddiaçı) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə də məhkəmə qeyd edir ki, nə qədər ki, mübahisəli torpaq sahəsinə dair İddiaçıadına çıxarış verilmişdir, həmin torpaq sahəsinin üzərində hər hansı yüklülük, qadağa və s. qeydə alınmamışdır, onda həmin vəziyyətdə qeyd olunan sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Eyni zamanda, İddiaçıadına tərtib edilmiş dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasına baxmayaraq, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt olunmaqla onun tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçınınqanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul Cavabdehlər Cavabdeh1 Muxtar qızı və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X12, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə və ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»aəsasən İddiaçı mülkiyyətinə verilmiş 8,5428 ha torpaq sahəsinin 0,6593 ha hissəsindən cavabdehlər Cavabdeh1 Muxtar qızı və Cavabdeh2 çıxarılmalı, cavabdehlər tərəfindən zəbt edilmiş 0,6593 ha torpaq sahəsində inşa edilmiş yarımçıq tikili cavabdehin hesabına sökülməli və cavabdehlər Cavabdeh1 Muxtar qızı və Cavabdeh2 tərəfindən tutulmuş ərazi boşaldılaraq İddiaçınə təhvil verilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»aəsasən İddiaçı mülkiyyətinə verilmiş 8,5428 ha torpaq sahəsinin 0,6593 ha hissəsindən cavabdehlərCavabdeh1 Muxtar qızı və Cavabdeh2çıxarılsın, cavabdehlər tərəfindən zəbt edilmiş 0,6593 ha torpaq sahəsində inşa edilmiş yarımçıq tikili cavabdehin hesabına sökülsün və cavabdehlər Cavabdeh1 Muxtar qızı və Cavabdeh2 tərəfindən tutulmuş ərazi boşaldılaraq İddiaçınə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 Muxtar qızı və Cavabdeh2 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X12, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-53/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-53/2023
30.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver