Məhkəmə qərarları › İş №2(025)-535/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-535/2021

08.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-535/2021 08.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdehn nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh X19rşı “işəgötürənin qeyri-qanuni əmrlərinin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh X19rşı “işəgötürənin qeyri-qanuni əmrlərinin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Əmək Məcəlləsinin 186.2, 189.3 və 190.3-cü maddələrini nəzərə alaraq son 6 ayda işəgötürən tərəfindən tətbiq edilən intizam tənbeh tədbirlərinin (töhmət, şiddətli töhmət) ləğv edilməsi, AR Əmək Məcəlləsinin 76, 71, 84, 81, 44, 57.3, 82, 46.6, 49 və 12.1-ci maddələrini nəzərə alaraq işəgötürənin 121-k nömrəli 19 ferval 2021 -ci il tarixli əmrinin ləğv edərək onu əvvəlki vəzifəyə bərpa edilməsi və kağız üzərində imzalanmamış əmək müqaviləsi əsasında hüquqi əsası olmadan elektron informasiya sisteminə işəgötürən tərəfindən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı daxil edilən əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədi işəgötürən üzərinə öhdəlik qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 ildən artıqdır ki, Qəbələ rayonu X2 Hemodializ şöbəsinin şöbə müdiri vəzifəsində çalışır. İşlədiyi bütün dövrlər ərzində işinə hər zaman diqqətli, məsuliyyətli və peşəkarlıqla yanaşmışdır. Buna baxmayaraq işəgötürən onu çağıraraq 60 yaşdan yuxarı işçilərin şöbə müdiri ızifəsindən çıxmalı olduğunu, buna görə də işdən çıxma barədə ərizə yazmağını istəmişdir. Bu tələbin qanunvericilikdə olmadığını və ən azı 65 yaşma qədər işləmək hüququnun olduğunu ona bildirmiş, əgər könüllü qaydada ərizə yazmasa direktor olaraq özünün onu işdən çıxaracağını bildirdi. O isə bunun qanunvericiliyə zidd olmasını ona xatırladaraq, ərizə yazmayacağını bildirdi. Bundan sonra başlayan və ona qarşı aparılan ədavət fevral ayında özünü açıq aşkar biruzə verdi. Fevral ayının sonunda şöbənin işçilərindən biri ödənişsiz əmək məzuniyyətinə çıxmaq üçün direktorun adına ərizə yazaraq üstünə “etiraz edirəm/etmirəm” qeydinin aparılması üçün ona təqdim etdi. O isə qanunvericilikdə ödənişsiz məzuniyyətə çıxmaq üçün əsas olan halların olub olmamasını dəqiqləşdirdi. İşçi heç bir əsas olmadığını ancaq həmin günlər gəlmək istəmədiyini bildirdi. O da həmin günlərdə iş yükünün və xəstə sayının çox olmasına görə məzuniyyətə çıxmasının uyğun olmadığını bildirdi. Bunu dedikdə işçi “icazə versən də verməsən də onsuzda gəlməyəcəm” deyərək otağı tərk etdi. O yenə də Baş həkimin vəziyyətdən xəbərdar olması və üçün işçinin ərizəsini ona göndərdi, o da işçinin məzuniyyətə çıxmasını uyğun hesab etmədi. Bundan sonra həmin işçinin ondan şikayət etdiyini bildirdilər. Direktor isə ona zəng edərək icazə vermədiyi üçün səhv hərəkət etdiyini və buna görə də onu şöbə müdiri vəzifəsindən çıxaracağını bildirdi. Elə həmin gündə direktor tibbi şuranın iclasını çağırdı və işçiyə ödənişsiz məzuniyyətə çıxmağına icazə vermədiyini əsaslandıraraq onun şöbə müdiri vəzifəsindən azad edilməyini və həkim-nefroloq vəzifəsinə keçirilməyi məsələsini şurada müzakirəyə çıxardı, arada ona söz verildikdə isə ilk növbədə işçidən soruşulduqda ödənişsiz məzuniyyətə çıxmaq üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı birininin olmadığını, sadəcə gəlmək istəmədiyini qeyd etdiyini bildirdi. Bundan əlavə həmin günlər xəstə sayı çox olduğunu, bu barədə ış həkimin də mövqeyi eyni olduğunu, ümumilikdə işçiyə məzuniyyət verib verməmə məsələsini qanunvericiliyə əsasən onun deyil direktorun səlahiyyətli olduğunu, bunun ona qarşı ədalətlətsizlik və bəhanə olduğunu şura üzvlərinin diqqətinə çatdırdı. Şuranın iclası keçirilməsinə baxmayaraq hər hansısa qərar qəbul edilmədi, protokol yazılmadı, hər hansısa protokolla iclasdakı şəxslər və o cümlədən də o tanış edilmədi. Daha sonra ona töhmət verilməsinə dair söz-söhbət dolaşmağa başladı. Ona elan edilmədiyi çün buna inanmadı. Ancaq hər ehtimal yaxınlaşaraq kadrlar şöbəsindən bunu maraqlandı, burada ona töhmət verildiyini təsdiqləsələrdə, nəyə əsasən verildiyini deməkdən imtina etdilər, töhmət əmri ilə tanış olmaq istəsə də ona verməkdən imtina etdilər. Əmrin sürətini istəsə də vermədilər. Daha sonra direktor haqqımda əmr çıxardığını, onu qarşılıqlı yerdəyişmə ilə həkim efroloq vəzifəsinə keçirdiyini bildirdi. Əmrin təsdiq olunmamış sürətini əldə etsə də onun əsaslandığı G.Tahirovanm ərizəsi və iclas protokolu ilə tanış olmağına icazə verilmədi. Kadrlar idarəsi isə ona həkim-nefroloq vəzifəsi üçün direktor tərəfindən imzalanmış və möhürlənmiş yeni 3 aylıq müqavilə təqdim etdi. O isə onu imzalamaqdan imtina elədi və ətraflı oxumağı üçün özü ilə götürdü. Bütün bunlara baxmayaraq əmək müqaviləsi işgötürən tərəfindən 19 fevral 2021-ci il tarixində birtərəfli qaydada dəyişdirilmiş, razılığı olmadan, yeni əmək müqaviləsi bağlanmadan və ya mövcud əmək müqaviləsinə əlavə imzalanmadan aşağı vəzifəyə keçirilmişdir. İşə götürən bununla yanaşı imzalanmamış yeni əmək müqaviləsini əmək müqaviləsi bildirişi olaraq elektron informasiya sisteminə daxil etmiş və əmək müqaviləsi olmadan onu həkim-nefroloq vəzifəsinə keçirmişdir. İşəgötürənin 19 fevral 2021-ci il tarixli 121-k nömrəli əmri əmək qanunvericiliyin tələblərini tamamilə pozulmaqla verildiyindən ləğv edilməlidir. Bu əmr əsassız olması ilə yanaşı işəgötürən tərəfindən qəbul edilərkən həm əmək müqaviləsinin xitamı ilə bağlı əmək qanunvericiliyinin tələblərini, həm də yeni əmək müqaviləsi bağlanması ilə bağlı qanunvericiliyin imperativ tələblərini pozmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib əlavə olaraq bildirdi ki, cavabdeh - Qəbələ Rayonu X5 X26 məhkəməyə təhrif edilmiş məlumatları özündə əks etdirən, əsassız və işlə heç bir əlaqəsi olmayan sübutlar təqdim etməklə qanunsuz hərəkətlərinə haqq qazandırmağa cəhd göstərməkdə davam etdiyini nəzəra alaraq bir sıra əlavə sübutları təqdim edir və nəzərə alınmağını xahiş edir. 20.04.2021-ci il tarixli ərizə ilə X3 işəgötürənə ərizəsinə münasibətdə qeyd etdiyi nüanslara əlavə olaraq bildirir ki, Aynurə Əhmədova barəsində Qəbələ rayon X5 X17 Hemodializ şöbəsində 13 yanvar 2021-ci il tarixində saat 16:00-da akt tərtib edilmişdir. Səbəb isə ondan ibarət olmuşdur ki, vəziyyəti pisləşən xəstəyə yardım edilməsi üçün tibb bacısı olan Aynurə Əhmədovnı çağırdıqda gəlməktən imtina etmiş, nizam intizam qaydalarını açıq aşkar pozmuş, heç kəsi, o cümlədən direktor C.Əhmədovu saymayacağını dilə gətirmiş, onun tələbi olsa belə istədiyi vaxt işə gəlib işdən gecəcəyi barədə açıq bəyan etmişdir. Onun işə davamiyyəti dəfələrlə pozması və şöbənin işini, nizam intizamım pozması açıq aşkar aktda qeyd edilmişdir. Bundan əlavə Aynurə Əhmədova 2021-ci ilin fevralın 14-dən etibarən Tabelə (gəlib getmə vaxtlarını əks etdirən jurnala) da qol çəkməkdən imtina edərək nizam intizam qaydalarını kobut şəkildə pozmuşdur. Nəzərə alsaq ki, Aynur Əhmədovanın da işəgötürənə ərizəsi növbəti günün tarixinə - 14 yanvar 2021-ə aiddir. Bu da onun ədavət aparmasından qaynaqlandığını bir daha göstərir. Bundan əlavə məhkəməyə təqdim etdiyi 20.04.2021-ci il tarixli ərizə ilə X9 işəgötürənə ərizəsinə münasibətdə qeyd etdiyi nüanslara əlavə olaraq nəzərə bildirir ki, 23.06.2020-ci il tarixində Ş.Kərimova xəstələrə zəruri olan dərman preparatını verməsi tərəfimdən tapşırılsa da verməyərək evə gedərkən tərəfindən geri çağırılmış və hirslə “verməmişəm verərəm da” deyərək qeyri-etik hərəkət etmiş, bu barədə akt tərtib olunmuş və direktora məlumat verilmişdir. Aktla tanış olmanız üçün təqdim edilir Bundan əlavə məhkəməyə təqdim etdiyim 22.04.2021-ci il tarixli ərizə ilə cavabdeh tərəfindən təqdim edilən 02 mart 2021-ci il tarixli akta münasibətdə qeyd etdiyi nüanslardan əlavə işəgötürənə təqdim etdiyi əmək qabiliyyətinin olmaması barədə vərəqənin nüsxəsini əlavə sübut kimi ərizəy əlavə edir. Cavabdehin sənədləri - verdiyi töhmətlə, şəxsi işindəki sənədlərlə, barəsində verdiyi əmlərlə tanış olmaq istəsə də buna imkan yaratmamışdır. Əksinə heç bir sənədi göstərməkdən imtina etmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməzdən əvvəl rəsmi qaydada poçt vasitəsi ilə də cavabdehə həmin sənədlərin təsdiq edilmiş sürətlərinin ona təqdim edilməsini xahiş etsə də o qeyd olunan sənədləri ona təqdim etməkdən imtina etmişdir. 13 mart 2021-ci il tarixli poçt qəbzi və sifarişli poçt göndərişinin sənədlərinin sürətləri əlavə edilir. Odur ki, iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehn nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək verdiyi izahatında qeyd etmişdir ki, Cavabdehn Hemodializ şöbəsinin keçmiş şöbə müdiri, hal-hazırda həmin şöbədə həkim-nefroloq vəzifəsində işləyən İddiaçı Qəbələ rayon Məhkəməsinə “işəgötürənin qeyri-qanuni əmrlərinin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa tələbi ilə iddia irəli sürmüşdür”. İddia tamamilə əsassız və iddia ərizəsində göstərilmiş faktlar təhrif edilərək iddiaçının öz xeyrinə olacaq şəkildə ifadə edilmişdir. İddiaçı öz ərizəsində şöbə müdiri vəzifəsindən aşağı vəzifəyə dəyişdirilməsini guya müəssisə rəhbərinin ona yaşının 60 olmasının və şöbə müdiri vəzifəsində işləyə bilməyəcəyini bildirmişdir. Halbuki həkim-nefroloq İddiaçı vəzifəsinin aşağıya salınması şöbə müdiri işlərkən həm əmək qanunvericiliyi tələblərinin pozması həmçinin bir sıra daxili nizam- intizam qaydalarına zidd, o cümlədən qanunsuz hərəkətləri törətməsi olmuşdur. Belə ki, Cavabdehn Direktoru C. Əhmədovun 22.01.2021-ci tarixli 11 saylı əmrinə əsasən Hemodializ Şöbəsinin otaqlarına baxış keçirilməsi üçün komisiya təşkil edilmişdir. Müvafiq baxış mütəmadi qaydada Cavabdehn tərkibində olan bütün şöbələrdə yerinə yetirilir, 22.01.2021-ci il tarixli baxış zamanı aşkar edilmişdir ki, Hemodializ şöbəsinin şöbə müdiri İddiaçı 3 adda ümumi sayı 40 ədəd olmaqla müxtəlif dərman preparat və digər vasitələri öz otağında saxlamışdır. Bununlada o, dərman və digər tibbi vasitələrin saxlanılma qaydasının pozulması, qanunsuz olaraq nəzərdə tutulmamış qaydada dərman vasitələrinin saxlanılması, pasientlər üçün istifadəsi nəzərdə tutulmuş dərman pereparatları və digər vasitələrin qanunsuz başqa məqsədlərlə istifadəsinə cəhd etmişdir. Həmçinin onuda qeyd edim ki, həkim-nefroloq İddiaçı bu hadisəyə qədər dəfələrlə istər əmək qanunvericiliyin tələblərini istərsədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29.12.2011 -ci il tarixli, 137 nömrəli əmrinə əsasən təyin edilmiş “Həkimlərin Etik davranış qaydaları”nı pozmuşdur. Misal olaraq Həkim-Nefroloq İddiaçı tərəfindən müəssisədə xadimə işləyən Niyaro Səmədova, Aynurə Əhmədova tərəfindən onlara qarşı şöbə müdiri tərəfindən kobud, təhqir xarakterli hərəkətlərin edilməsinə dair ərizələri göstərilə bilər. X20 Ağakişiyevlə dəfələrlə şifahi qaydada proflaktik söhbətlər aparılmış, ona şifahi xəbərdarlıqlar edilmişdir. O cümlədən 02.03.2021-ci i! tarixində tərtib edilmiş aktdan da göründüyü kimi həkim İddiaçı heç bir üzrlü səbəb göstərmədən, və aidiyvatı üzrə icazə almalı olduğu şəxlərə icazə üçün müraciət etmədən iş yerini uzun müddət tərk etmişdir. 20.02.2021-ci il tarixində xadimə vəzifəsində işləyən Aysel Əhmədova və Məmmədrəhimova Laləzər tərəfindən himodializ aparatı filtirlərinin tullandığı aşkar edilmişdir. Xadimələr öz izahatlarında onlara bu tapşırığın şöbə müdiri İddiaçı tərəfindən verildiyini bildirmişdirlər. 22.01.2021-ci il tarixində keçirilmiş baxış zamanı otağından müxtəlif dərman perepatları və tibbi vasitələrin aşkar edilməsi zamanı əməlində cinayət tərkibi hallarınında olması ehtimalını nəzərə alaraq hadisə Cavabdeh tərəfindən müvafiq qaydada aktlaşdırılmışdır, şöbə müdiri vəzifəsində işləyən Bəylər Ağakişiyeylə Cavabdehn Direktoru C.Əhmədov söhbət aparmışdır, o izahatında direktordan xahiş etmişdir ki, onun bu əməli ilə bağlı müvafiq aidiyyəti qurumlara şikayət edilməsin. Direktor C. Əhmədov bu məsələlərin tibbi şurada müzakirə olunacağını və ordan çıxan qərarlara əsasən müvafiq tədbirlər görüləcəyini bildirmişdir. 19.02.2021-ci il tarixində Tibbi Şuranın iclası keçirilmişdir. İclasda İddiaçı özü də iştirak etmişdir. İddiaçı ona qarşı irəli sürülmüş ittihamlara heç bir əsaslı etiraz bildirə bilməmiş, tibbi ləvazimat və pereparatlarm artıq olduğu üçün otağında saxladığım vurğulamış və bununla da yuxarıda sadalanan qanun pozuntularım törətdiyini etiraf etmişdir. Tibbi Şurada müzakirə zamanı həm ölkədə pandemiya dönəminin aktiv olması, o cümlədən “X12 Mərkəzi” X23 iş yükünün həddindən çox artması, həmçinin aşkar edilmiş dərman preparatlarının müəssisədən kənara çıxarılmadığı və çıxarılmasına hər hansı bir cəhdin edilmədiyi nəzərə alınaraq cəzəlandırıcı tədbir kimi Həkim İddiaçı Şöbə Müdiri vəzifəsindən azad edilməklə həmin şöbədə Həkım-Nefroloq vəzifəsinə keçirilməsinə qərar verilmişdir. Tibbi Şurada iştirak edən şəxslərdən heç kim (İddiaçı istisna olmaqla) verilmiş qərardan etiraz etməmişdir.Daha soma həkim-nefroloq İddiaçı müvafiq əmrin ona verilməsini tələb etmişdir. Əmr ona təqdim edilmişdir. Daha sonra keçmiş şöbə müdiri Bəylər Ağaki pyendən otağının təhvil verilməsi istənildikdə o öncə razılaşmış daha sonra heç kimə məlumat vermədən müəssisəni tərk etmişdir. Bir neçə gün otağın təhvil verilməsi prosesinin ləngitməyə çalışmışdır. Onun otağın açarlarının verməkdən imtina etdiyi üçün komisiya yaradılmış və video çəkiliş aparılmaqla otağa daxil olunmuşdur. Bu zamanda onun otağında orada saxlanılması qadağan edilmiş pereparat və vasitələr aşkar edilmişdir. İddiaçı şöbə müdiri işlədiyi vaxtlarda dəfələrlə intriqa xarakterli hərəkətlər etmiş, müəssisənin digər əməkdaşlarının narazılığına səbəb olacaq hərəkətlərə yol vermişdir. Buna misal olaraq Hemodializ şöbəsinin X28 Kərimova Şəfa tərəfindən 16 iyul 2020-ci il tarixində müəssisənin direktoru C. Əhmədovun adına yazılmış ərizədəki faktları göstərə bilər. Belə ki. İddiaçı hərəkətləri nəticəsində Böyük Tibb bacısı iş yerinin dəyişmək məcburiyyətində qalmışdır. Bu kimi kobud rəftarlarla bağlı dəfələrlə müəssisə direktoruna istər yazılı istərsədə şifahi qaydada müraciətlər olunmuşdur. Həkim-nefroloq İddiaçı Hemodializ şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılmasmdan sonra keçən vaxt ərzində həmin şöbədən heç bir şikayət və ya qanun pozuntusu faktı aşkar edilməmişdir. Həkim İddiaçı bir sıra dövlət orqanlarına yalan və böhtan xarakterli teleqram və ərizələr yazmaqla "Cavabdeh” X23 işgüzar imicinə ziyan vurur, pandemiya dövründə zatən iş yükünün yüksək səviyyədə olduğu bir tibb müəssisəsinə əsasız ittihamlarla əlavə problemlər yaratmaqda davam edir. Möhtərəm hakim, yuxarıda qeyd edilən əaslara və Azərbaycan respublikasının müvafiq qanunvericilik aktlarına əsasən hesab edir ki, İddiaçı tərəfindən qaldırılmış iddia tamamilə əsassızdır. Ona qarşı işlədiyi dövrlərdə görülmüş bütün tədbirlər, Azərbaycan Respublikası Əmək qanunvericiliyinə və Səhiyyə Nazirliyi tərəfindən verilmiş əmr və təlimatlara əsasən aparılmışdır. İddiaçı hal-hazırda “X12 Mərkəzi" X23 Hemodializ şöbəsində Həkim-nefroloq vəzifəsində işləyir. Sonda isə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X15 izahatında bildirmişdir ki, 2011-ci ildən Cavabdehndə işləyir. İddiaçı ona daima problemlər yaradıb. İşdən çıxanda dəfələrlə arxasınca gəlib. Bu barədə Ceyhun həkimə məlumat vermişdir. 8 aydır ki əməliyyat blokunda işləyir, heç bir problem yoxdur. İddiaçı bütün baş tibb bacıları ilə problemləri olub. Bu barədə ərizə ilə müraciət etmişdir. Yaşanan problemlərə görə Ceyhun doktor onun yerini dəyişmişdir. İşdə olan hadisələr yayılmasın deyə bu problemlər barədə hüquq-mühavizə orqanlarına məlumat verməmişdir. Məhkəmə iclasında şahid X6 izahatında bildirmişdir ki, axırıncı dəfə icazə məsələsi üçün İddiaçı ilə söz-söhbəti olmuşdur. Bütün işçilər yerində olduğu halda ona məzuniyyət üçün icazə verməmişdir.Ərizə ilə müraciət etmiş, lakin həmin ərizəyə İddiaçı qol çəkməmiş, onu təhqir etmişdir. Bəylər doktorun tək onunla deyil başqa işçilərlə də problemləri olmuşdur. Məhkəmə iclasında şahid X13 izahatında bildirmişdir ki, İddiaçı onun şöbə müdiri olmuşdur. Ona Şəkidən filter şlankı gətirilməsi tapşırılıb o da gətirib. 2 qutu filter və 2 filter şlankı gətirmişdir. Həmin ləvazimatları İddiaçı rəhbərlik etdiyi şöbəyə təhvil verib getmiş, daha sonra baş verənlərdən məlumatı olmamışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdehn baş həkiminin 26 oktyabr 2010-cu il tarixli 64-K saylı əmrindən görünür ki, İddiaçı 26 oktyabr 2010-cu il tarixində bağlanmış Əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq həmin tarixdən Hemodializ şöbəsinə müdir (14-cü dərəcə) vəzifəsinə təyin edilmişdir. İşdə olan, işəgötürən Cavabdehn direktoru X10 ilə İddiaçı arasında 04 yanvar 2020-ci il tarixdə bağlanmış 115 saylı yenidən tərtib edilmiş əmək müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı müddətsiz olaraq Cavabdehndə Hemodializ şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. İşdə olan, işəgötürən Cavabdehn direktoru X10 ilə İddiaçı arasında 19 fevral 2021-ci il tarixdə bağlanmış 303 saylı əmək müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı 3 ay müddətinə 19.05.2021-ci il tarixinə kimi Cavabdehndə Hemodializ şöbəsində həkim-nefroloq vəzifəsinə qəbul edilmişdir. Müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Cavabdehn direktorunun 17 fevral 2020-ci il tarixli 106-K saylı əmrindən görünür ki, İddiaçı -"Cavabdeh" pubiik hüquqi şəxsin hemodializ şöbəsinin şöbə müdirinə 17.02.2020-ci il tarixində saat 10:30-dan saat 11:30-dək üzürsüz səbəbə görə işdə olmadığına görə Azərbaycan Respublikasının Əmək Məccələsinin 186-cı maadəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan Cavabdehn direktorunun 22 yanvar 2021-ci il tarixli 53-K saylı əmrindən görünür ki, İddiaçı - Hemodializ şöbəsinin müdirinə, "Cavabdeh" publik hüquqi şəxsdə yaradılmış komissiya tərəfindən 22.01.2021-ci il tarixində şöbə müdiri otağına baxış keçirildiyi zaman, iki gün əvvəl şöbədə hemodializ xəstələri üçün filtr və şlanqların tam qurtardığı haqqında məlumat verdiyi halda otağında qanunsuz olaraq 24 ədəd AV-set, 17 nömrəli filter şlanqı, 17 ədəd AV-set filter Dializator Poliflyuks 17 nömrə və 40 ədəd 10 ml-lik yod gizlədildiyi aşkar olunmağı ilə vəzifə hüquqlarından sui-istifadə etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin ikinci hissəsinin "a" bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan Cavabdehn direktorunun 19 fevral 2021-ci il tarixli 121-K saylı əmrindən görünür ki, Cavabdehn Tibbi Şurasının 19.02.2021-ci il tarixli iclasının Qərarına əsasən qarşılıqlı yerdəyişmə ilə 19.02.2021-ci il tarixindən Cavabdehn Hemodializ şöbəsinin müdiri İddiaçı işində yol verdiyi nöqsanlara görə şöbə müdiri vəzifəsindən azad edilərək həmin şöbədə həkimnefroloq (13-cü dərəcə) vəzifəsinə keçirilmiş, həmin şöbənin həkim-nefroloqu X1 şöbəsinin müdiri (12-ci dərəcə) vəzifəsinə təyin edilmişdir. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətinə girən tərəflərinin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 46.1-ci maddəsində Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin məcəllənin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin məcəllənin 57.3-cü maddəsinə əsasən Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir Həmin Məcəllənin 82-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində bu əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsinin olmadığı qeyd olunsa da işəgötürən işçini 19 fevral 2021-ci il tarixdə şöbə müdiri vəzifəsindən azad edilərək həmin şöbədə həkim - nefroloq (13-cü dərəcə) vəzifəsinə keçirilməsi barədə əmr imzalamışdır. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir, əmək müqaviləsinə xitam verilən işçiyə qanunda nəzərdə tutulduğu qaydada son haqq-hesab ödənilir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı Cavabdehn direktorunun 04 yanvar 2020-ci il tarixli 115 nömrəli əmri ilə müddətsiz olaraq Cavabdehndə Hemodializ şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. Onunla işəgötürən arasında müddətsiz əmək müqaviləsi imzalanmışdır. Cavabdeh direktorunun 19 fevral 2021-ci il tarixli 121-K saylı əmri ilə Cavabdehn Tibbi Şurasının 19.02.2021-ci il tarixli iclasının Qərarına əsasən qarşılıqlı yerdəyişmə ilə 19.02.2021-ci il tarixindən Cavabdehn Hemodializ şöbəsinin müdiri İddiaçı işində yol verdiyi nöqsanlara görə şöbə müdiri vəzifəsindən azad edilərək həmin şöbədə həkim-nefroloq (13-cü dərəcə) vəzifəsinə keçirilmiş, həmin şöbənin həkimnefroloqu X1 şöbəsinin müdiri (12-ci dərəcə) vəzifəsinə təyin edilmişdir. X23 Əmək Məcəlləsinin tələblərini pozaraq tərtib etdiyi əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsinin əsaslarını qeyd etməmiş, ümumiyyətlə əmək müqaviləsinə edilən dəyişikliklər tərəflər arasında razılaşdırılmamış, Əmək Məcəlləsində qeyd olunan normalara və məzmuna riayət etmədən əmr hazırlamış, işçinin əmək qanunveriliciliyinin hansı maddəsinə, bəndinə istinadən aşağı vəzifəyə keçirilməsi göstərməmişdir. Qeyd olunan əmr əsasında Cavabdeh tərəfindən əmək müqaviləsi tərtib edilmiş, qeyd olunan əmək müqaviləsi İddiaçı tərəfindən imzalanmamışdır. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə işəgötürənin əmrin surəti işçiyə mütləq təqdim olunmalıdır. İşəgötürən əmək qanunvericiliyinin yuxarıda sadalanan hüquq normalarının tələblərini də pozaraq İddiaçı şöbə müdiri vəzifəsindən azad edilərək həmin şöbədə həkim-nefroloq (13-cü dərəcə) vəzifəsinə keçirilməsi barədə əmr qəbul etmişdir. Bu zaman iddiaçıya əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmrin surəti təqdim edilməmişdir. İddiaçı aşağı vəzifəyə keçirilməsi barədə məlumat aldıqdan sonra cavabdehə rəsmi müraciət etmiş və bundan sonra ona əmrin surəti təqdim olunmuşdur. Yuxarıda qeyd olunan xüsusatlara qiymət verən məhkəmə hesab edir ki, iddiaçının aşağı vəzifəyə keçirilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin tələbləri pozulduğundan, həmin əmrin verilməsinin əsası kimi istinad edilən sənədlərə düzgün hüquqi qiymət verilmədiyindən, eyni zamanda qeyd olunan əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində AR Əmək Məcəlləsinin 186.2, 189.3 və 190.3-cü maddələrini nəzərə alaraq son 6 ayda işəgötürən tərəfindən tətbiq edilən intizam tənbeh tədbirlərinin (töhmət, şiddətli töhmət) və kağız üzərində imzalanmamış əmək müqaviləsi əsasında hüquqi əsası olmadan elektron informasiya sisteminə işəgötürən tərəfindən əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı daxil edilən əmək müqaviləsi bildirişinin ləğv edilməsini tələb etsə də, irəli sürdüyü tələbləri əsaslandıra bilməmiş, iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehn İddiaçı şöbə müdiri vəzifəsindən azad edilərək həmin şöbədə həkim-nefroloq (13-cü dərəcə) vəzifəsinə keçirilməsi barədə 19 fevral 2021-ci il tarixli, 121-K nömrəli əmri ləğv edilməli və o, əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehn İddiaçı şöbə müdiri vəzifəsindən azad edilərək həmin şöbədə həkim-nefroloq (13-cü dərəcə) vəzifəsinə keçirilməsi barədə 19 fevral 2021-ci il tarixli, 121-K nömrəli əmri ləğv edilsin və o, əvvəlki vəzifəsinə bərpa olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar