Məhkəmə qərarları › İş №2(025)-594/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-594/2022

25.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-594/2022 25.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və torpaq sahəsində olan maneənin aradan qaldırılaraq açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və torpaq sahəsində olan maneənin aradan qaldırılaraq açılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh1iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və torpaq sahəsində olan maneənin aradan qaldırılaraq açılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X10 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və torpaq sahəsində olan maneənin aradan qaldırılaraq açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Qəbələ rayonu, Nic qəsəbəsi ərazisindəki 0.47 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X7 qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehərin qanunsuz olaraq bağladığı torpaq sahəsinin ətrafında olan taxta dirəkdən və tikanlı dəmir məftildən ibarət hasarın onların hesabına sökülərək açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 27 iyul 2022-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, cavabdeh X7 cavabdehlərin siyahısından çıxarılmasını, mütəxəssis rəyinin alınmasına görə ödədiyi 95 (doxsan beş) manat məbləğində xidmət haqqının cavabdehlərdən tutulması, beləliklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Qəbələ rayonu, Nic qəsəbəsi ərazisindəki 0.47 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehərin qanunsuz olaraq bağladığı torpaq sahəsinin ətrafında olan taxta dirəkdən və tikanlı dəmir məftildən ibarət hasarın onların hesabına sökülərək açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və 95 (doxsan beş) manat mütəxəssis rəyinin alınmasına görə ödənilən xidmət haqqının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona İddiaçı və digər ailə üzvlərinin həyat yoldaşı X2 və oğlu X6 Qəbələ rayonu, Nic kənd ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı ilə fərdi yaşayış evi tikmək məqsədilə 0.47 ha torpaq sahəsinə görə onlara JN-279F nömrəli xx.xx.2004-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. xx.xx.2021-ci il tarixində isə həmin Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona və ailə üzvləri həyat yoldaşı X2 və oğlu X6 Qəbələ rayonu, Nic qəsəbəsi ərazisindəki xüsusi mülkiyyətlərindəki 0.47 ha torpaq sahəsinə görə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi ********** olan Çıxarış və A652814 nömrəli Torpaq sahəsinin plan və ölçüsü əldə olunmuşdur. 2004-cü il tarixində torpaq islahatı zamanı ona və digər ailə üzvlərinə verilmiş torpaq sahəsində təxminən 3-4 illik fındıq bağı olmuşdur ki, həmin bağ da cavadeh Nəsrullah tərəfindən əkilmişdir. İslahat zamanı ona və ailə üzvlərinə verilən Torpaq sahəsi cavadehlər Nəsrullah Qabilov və onun digər ailə üzvləri Cavabdeh2, Cavabdeh3 istifadəsində olduğundan, mübahisəli olmuş, ona görə də müvəqqəti olaraq cavadeh Nəsrullahın böyük qardaşı Fərəcullah onları razılaşdırmış və cavabdehə məxsus kənd təsərrüfatlı təyinatlı 0.50 ha torpaq sahəsində olan fındıq meyvəsini o yığaraq istifadə etmişdir. Lakin 2017-ci il tarixindən münasibətləri pozulduğundan və istifadə etdiyi torpaq sahəsinin ona məxsus olmadığını, nə vaxtsa qaytarıb ala biləcəyini bildiyindən onun özünə qaytarmışdır və ona torpaq islahatı zamanı verilmiş təxminən 0.40 ha çox onun və ailə üzvlərinin istifadəsində olan torpaq sahəmi ondan tələb etməyimə baxmayaraq heç bir razılıq əldə olunmamışdır. Torpaq sahəsinin ətrafı taxta dirək və tikanlı dəmir məftillərlə cavabdehlər tərəfindən bağlaılmışdır. Həmçinin, ona və ailə üzvlərinə verilən 0.47 ha torpaq sahəsinin kiçik bir təxminən 0.05 ha hissəsi isə İlqar Qəribovun istifadəsindədir. Cavabdehlər xüsusi mülkiyyət əsasında ona və ailə üzlərinə məxsus torpaq sahəsini öz torpağı hesab edərək, istifadə edirlər və həmin əraziyə onu buraxmırlar. O, bu barədə qəsəbə Bələdiyyəsinə müraciət etsə də, onlar tərəfindən mübahisənin həlli mümkün olmamışdır. Daha sonra 4-5 ay bundan əvvəl Qəbələ RPŞ-nə şikayət ərizəsi yazaraq mübahisəni həll etmələrini xahiş etsə də, məhkəməyə müraciət olunması təklif olunmuşdur. Cavabdehlərə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş rəylərilə tanış olmuşdur. Həmin rəylərdə də cavabdehlərin onlaraa məxsus torpaq sahəsini faktiki olaraq istifadə etməsi və ona maneəçilik törətməsi müəyyən edilmişdir. Beləliklə, məhkəməyə təqdim etdikləri iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, ölkədə torpaq islahatı keçirilməmişdən əvvəl ona kolxoz tərəfindən fındıq əkmək üçün bağ yeri ayrılmışdır. O isə həmin ərazidə xeyli sayda fındıq ağacları əkərək yetirmişdir. Torpaq islahatından sonra isə onun fındıq əkdiyi ərazi iddiaçıya və onun ailə üzvlərinə verilmişdir. Həmin vaxt bağda olan fındıq ağacları balaca olmuş və iddiaçı ondan bağ sahəsini tələb etsə ağacları ordan çıxararaq başqa yerdə əkərmiş. Lakin indi fındıq ağacları böyümüş və iddiaçı ondan həmin bağ sahəsini tələb edir. Məhkəmədən göstərilən halların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh2 həmçinin 50 5855823 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçınınvə Cavabdeh1 izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,47 ha həyətyanı torpaq sahəsi İddiaçı, X1 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, A 652814 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 28 iyun 2022-ci il tarixli, **********23 nömrəli mütəxəssis rəyində göstərilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı, X1 və X4 ümumi birgə mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. (həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş A 652814 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» nəzərə alınmaqla). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı, X1 və X4 ümumi birgə mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsi tamamilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunur. Cavabdeh X11 tərəfindən sözügedən torpaq sahəsi zəbt edilməmişdir. İddiaçıya və Cavabdeh1 məxsus torpaq sahələrinin kənarları ümumi bərkidilmiş ərazidir. Cavabdeh1 tərəfindən torpaq sahəsinin bir tərəfi kol çəpərlə, digər tərəfləri isə metal tor hasarla bərkidilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5425 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasənQəbələ rayonu Nic qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı, X1 və X4 ümumi birgə mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. (həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş A 652814 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» nəzərə alınmaqla).Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı, X1 və X4 ümumi birgə mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsi tamamilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olunur. Cavabdeh X11 tərəfindən sözügedən torpaq sahəsi zəbt edilməmişdir. İddiaçıya və Cavabdeh1 məxsus torpaq sahələrinin kənarları ümumi bərkidilmiş ərazidir. Cavabdeh1 tərəfindən torpaq sahəsinin bir tərəfi kol çəpərlə, digər tərəfləri isə metal tor hasarla bərkidilmişdir. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Nic qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli, 236, 237 və 238 nömrəli arayışlardan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olmaqla Qəbələ rayonu Nic qəsəbəsində yaşayırlar. İşdə olan “Giriş-çıxış və qeydiiyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi “Şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olmaqla Qəbələ rayonu Nic qəsəbəsində yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»aəsasən Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,47 ha həyətyanı torpaq sahəsi İddiaçı, X1 və X4 ümumi birə mülkiyyətinə verilmişdir. Lakin iddiaçı və onun ailə üzvlərimülkiyyətlərinə verilmiş torpaq sahəsinin istifadəsinə cavabdehlər tərəfindən maneəçilik törədilməsi nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmirlər.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 28 iyun 2022-ci il tarixli, **********23 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5425 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində Qəbələ rayonu Nic qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı, X1 və X4 ümumi birgə mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinin tamamilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə olduğu, Cavabdeh1 tərəfindən torpaq sahəsinin bir tərəfi kol çəpərlə, digər tərəfləri isə metal tor hasarla bərkidilməsi göstərilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş mütəxəssis rəyini və ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, sənədləşdirilməsinə və istifadəsinə törədilən maenələrə son qoyulması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Həmin maddədən göründüyü kimi iddiaçının cavabdehin torpaq sahəsinin sənədləşdirilməsinə və istifadəsinə törədilən maenələrə son qoyulmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahələrinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış», mütəxəssis rəyi və ekspert rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi və mülkiyyətində olan torpaq sahəsi0,47 hektar təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən İddiaçı, X1 və X4 Qəbələ rayonu, Nic qəsəbəsində ümumi birgə mülkiyyətinə verilmiş 0,47 ha həyətyanı torpaq sahəsi bütövlükdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadəsində olduğundan, Cavabdeh1 tərəfindən torpaq sahəsinin bir tərəfi kol çəpərlə, digər tərəfləri isə metal tor hasarla bərkidildiyindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəsi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.1-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr mövcud olduğundan iddia tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə və ailə üzvlərinə məxsus olmasına baxmayaraq, həmin torpaq sahəsinin istifadəsinə cavabdehlər tərəfindən maneələr törədilir ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehlərin qanunsuz olaraq bağladığı torpaq sahəsinin ətrafında olan taxta dirəkdən və tikanlı dəmir məftildən ibarət hasarın onların hesabına sökülərək açılmasınıtələb etmişdir. İşdə olan mütəxəssis və ekspert rəylərindəndən də göründüyü kimi, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir tərəfi kol çəpərlə, digər tərəfləri isə metal tor hasarla bərkidilmişdir.Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətlərində olan 0,47 ha torpaq sahəsinin ətrafında olan taxta dirəkdən və tikanlı dəmir məftildən ibarət hasar cavabdehlərinhesabına sökülərək açılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsində neçə illlər əziyyət çəkərək bağ salmışdır. Cavabdehə izah edilməlidir ki, gələcəkdə iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində, faktiki isə onun istifadəsində olmuş torpaq sahəsinə çəkilmiş xərclərlə bağlı və ya əldən çıxmış fayda ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 220.5-ci mаddəsinə görə qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Mülki işin materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən məhkəməyə 28 iyun 2022-ci il tarixli, **********23 nömrəli mütəxxəssis rəyi verilmişdir. Həmçinin, işin materiallarından görünür ki, İddiaçı həmin rəyin verilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına 95 manat ödəniş etmişdir. Həmçinin iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119 və 220-ci maddələrinin əlaqəli şəkildə tələbindən göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən məhkəmə xərclərini ödənilmiş tələblərə mütənasib olaraq bölüşdürməlidir və hazırkı iş üzrə iddia tələbi tam təmin edildiyindən iddiaçının ödədiyi xərclər tam həcmdə cavabdehlərdən alınmalıdır. Buna görə dəİddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və aparılmış mütəxəssis tədqiqatının dəyəri - 95 (doxsan beş) manat məbləğində pul cavabdehlərdən tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə və ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeyri-qanuni sahibliyindən alınaraq İddiaçı geri qaytarılmalı və sözügedən torpaq sahəsinin ətrafında olan taxta dirəkdən və tikanlı dəmir məftildən ibarət hasar cavabdehlərinhesabına sökülərək açılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeyri-qanuni sahibliyindən alınaraq İddiaçı geri qaytarılsın və sözügedən torpaq sahəsinin ətrafında olan taxta dirəkdən və tikanlı dəmir məftildən ibarət hasar cavabdehlərinhesabına sökülərək açılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Aparılmış mütəxəssis tədqiqatının dəyəri - 95 (doxsan beş) manat məbləğində pul cavabdehlərdən tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar