Məhkəmə qərarları › İş №2(025)-6/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-6/2023

22.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-6/2023 22.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə qarşı "torpaq sahəsindən qeyri-qanuni istifadənin qadağan olunması, zəbt olunmuş yolun açılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması, zəbt olunmuş yolun açılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb isəli surməyən üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin sədri Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə qarşı "torpaq sahəsindən qeyri-qanuni istifadənin qadağan olunması, zəbt olunmuş yolun açılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "torpaq sahəsindən qeyri-qanuni istifadənin qadağan olunması, zəbt olunmuş yolun açılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,

1. Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1997-ci il 25 saylı qərarı ilə ona və ailə üzvülərinə verilən 0,18 ha pay torpaq sahəsinə aid Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-231A, KOD-40614018 saylı Şəhadətnamə və JN-0161, KOD-40614018 Dövlət Aktı ilə mənə və ailə üzvülərinə məxsus olan torpaq sahəsinin 0,13 ha sahəsini zəbt edərək, qeyriqanuni istifadə edən Cavabdeh1 həmin torpaq sahəsindən qeyri-qanuni istifadəsinin qadağan olunması və həmin şəxsə ona məxsus toıpaq sahəsinin istifadə olunmasına maneə yaradılmasına qadağan olunması, 2. Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1997-ci il 25 saylı qərarı ilə ona və ailə üzvülərinə verilən 0,18 ha pay torpaq sahəsinə aid Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-231A, KOD-40614018 saylı Şəhadətnamə və JN-0161, KOD-40614018 Dövlət Aktı ilə ona və ailə üzvülərinə məxsus olan 0,13 ha sahəsinə Cavabdeh2 Qəhrəman qızı tərəfindən bağlanmış yolun açılması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.1997-ci il 25 saylı qərarı ilə ona və ailə üzvülərinə verilən 0,18 ha pay torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsi Azərbaycan Respublikası (AR) Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə: JN-231A, KOD-40614018 və Dövlət Aktı:JN-0161, KOD- 40614018 ilə öz təsdiqini tapır. Həmin torpaq sahəsinin 0,13 ha sahəsi Cavabdeh1 zəbt etdiyi “fındıq bağının ərazisində yerləşir. Həmin sahəyə yol isə cavabdeh X1 qardaşı arvadı Cavabdeh2 Qəhrəman qızı tərəfindən zəbt edilmişdir. Ona və ailə üzvülərinə məxsus torpaq sahəsinin tanınması və zəbt edilmiş yol sahəsinin açılması ilə əlaqədar Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli 13 saylı cavab göndərilmişdir. Cavabda 0,18 ha pay torpaq sahəsinin harada yerləşdiyinin müəyyən edilməsi üçün aidiyyatı üzrə ünvan kadastri idarəsinə və məhkəməyə müraciət etmək məsləhət bilinmişdir (cavabın əsli ərizəyə əlavə edilmişdir). Göstərilən səbəbdən, hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı iddianın həcminin artırılması ilə bağlı məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbini artıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəhrəman qızının ona qarşı təxribat və təhqir tərkibli hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnəmə qəbul edilməsi, iş üzrə məhkəmə qərarı ilə, ona məxsus torpaq sahəsində, Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri publik hüquqi şəxsin xidmət əməkdaşları tərəfindən keçirilmiş torpaq sahəsinin ölçü işlərinin aparılması və müvafiq rəyin məhkəməyə təqdim edilməsi üçün, Daşınmaz Əmlakın Dövlət Kadstr və Reyestri publik hüquqi şəxsinin hesabına ödədiyi 95 (doxsan beş) manat rüsumun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəhrəman qızından müştərək qaydada tutularaq, ona verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəhrəman qızının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə hər bir cavabdehdən 3000 (üç min) manat məbləğdə və həmin hərəkətlərin müstəqil nəticəsi olaraq, ona dəymiş mənəvi ziyana görə hər bir cavabdehdən 3000 (üç min) manat məbləğdə təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. 05 may 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsi iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək təqdim etdiyi yazılı vəsatətə uyğun izahat verərək bildirdi ki, torpaq sahəsi üzrə çöl ölçmə işlərindən aydın oldu ki, Müsəllimin özünün zəbt etdiyi torpaq sahəsi öz ailə üzvlərindən artıqdır. Hətda bu adam torpaq islahatı zamanı hansı yollarla da olsa evinin arxa tərəfində torpağı ölçüdən gizlədərək yəni 20 m, uzunu 56 m olmaqla torpaq sahəsi gizlədib. Bu da orta hesabla 20x56=0.10 ha torpaq sahəsi edir. Ekspertiza təyin olunarkən onların irəli sürdüyü məsələyə toxunulmamışdır. Belə ki, onlar təklif etmiş ki, İddiaçı başqa ərazidən torpaq sahəsi düşüb-düşmədiyi müəyyən olunsun. Mütəxəssilər özləri də deyirlər ki, Müsəllimin özünün torpaq sahəsi də ölçülüb işə əlavə olunmalıdır. Müsəllimin əksər sənədləri saxtadır. JN-231N saylı dövlət aktında Müsəllim öz oğlunu qız kimi qeyd etdirmişdir. Sonda isə Cavabdeh1 iş üzrə müvafiq ekspertizanın keçirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb isəli surməyən üçüncü şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin sədri Nümayəndə izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi Qəbələ Rayon Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsidir və ümumi istifadədə olan yol yeri kimi nəzərdə tutulmuşdır. Qəbələ Rayon Mıxlıqovaq kənd sakini Cavabdeh2 həyətinə gedən su arxı ilə bağlı bələdiyyəyə müraciət etmişdir. Sözü gedən əraziyə baxış keçirmiş, tərəflərlə marifləndirici söhbət aparmış, izah etmişdir ki, su ilə bağlı problemləri Qəbələ Su İdarəsinə müraciət edə bilərlər. Bildirir ki, su arxına su gəlir, Seyranın evin qabağı ilə su gedir. Hesab edir ki, Qəbələ Rayon Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətində olan gediş-gəliş yolu cavabdehlər tərəfindən açılmalı və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin Yerquruluşu şöbəsinin müdiri X2 izahatında bildirdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 14 oktyabr 2022-ci il tarixli, **********18 saylı mütəxəssis rəyi verilmiş və həmin rəy ilə 1. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-231A nömrəli (kod:4********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,08 ha torpaq sahəsi mübahisə predmeti olmadığına görə ölçülmədi. JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair ” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsinin hüdudları müəyyən edilmişdir. 2. JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair ” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsi Cavabdeh1 istifadəsindədir. 3. Sözügedən 0,13 hektar torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir. 4. Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu layihəsində iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur. Həmin yol yeri Cavabdeh2 Qəhrəman qızının istifadəsindədir. 5. İddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətinə aid, ümumi istifadədə (gediş-gəliş yerləri) olan ərazidir

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.).

Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən  Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.  Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.  Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.  Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-231A saylı, kod 40614018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.08 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0161 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.03 ha torpaq sahəsi verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb edilmiş və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-231A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.08 ha torpaq ssahəsinin və JN-0161 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş 1.03 ha torpaq sahəsinin hüdudları müəyyən edilsin.

2. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-231A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0.08 ha torpaq ssahəsi və JN-0161 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş 1.03 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuşdurmu? Olunmuşdursa hansı həcmdə? (kordinatları müəyyən edilsin)

3. Əgər iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmuşdursa zəbt olunmuş sahədə hər hansı tikili var mı?

4. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi Cavabdeh2 tərəfindən bağlanmışdırmı?

5. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 14 oktyabr 2022-ci il tarixli, **********18 saylı mütəxəssis rəyi ilə müəyyən edilir ki;

1. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-231A nömrəli (kod:4********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,08 ha torpaq sahəsi mübahisə predmeti olmadığına görə ölçülmədi. JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair ” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsinin hüdudları müəyyən edilmişdir.

2. JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair ” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsi Cavabdeh1 istifadəsindədir.

3. Sözügedən 0,13 hektar torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir.

4. Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu layihəsində iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur. Həmin yol yeri Cavabdeh2 Qəhrəman qızının istifadəsindədir.

5. İddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətinə aid, ümumi istifadədə (gediş-gəliş yerləri) olan ərazidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8113 saylı ekspertiza rəyi ilə müəyyən edilir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir

1. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə JN-231A nömrəli (kod:4********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 0,08 ha torpaq sahəsi mübahisə predmeti olmadığına görə ölçülmədi. JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair ” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsinin hüdudları müəyyən edilmişdir.

2. JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair ” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsi Cavabdeh1 istifadəsindədir.

3. Sözügedən 0,13 hektar torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir.

4. Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu layihəsində iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdur. Həmin yol yeri Cavabdeh2 Qəhrəman qızının istifadəsindədir.

5. İddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətinə aid, ümumi istifadədə (gediş-gəliş yerləri) olan ərazidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-231A saylı, kod 40614018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.08 ha torpaq sahəsi və JN-0161 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 22 noyabr 1997-ci il tarixli, 25 saylı qərarına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1.03 ha torpaq sahəsi verilmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızna, maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xitməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ Rayon Mıxlıqovaq qızına qarşı "torpaq sahəsindən qeyri-qanuni istifadənin qadağan olunması, zəbt olunmuş yolun açılması" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, JN- 231A, KOD-40614018 saylı Şəhadətnamə və JN-0161, KOD-40614018 Dövlət Aktı ilə ona və ailə üzvülərinə məxsus olan torpaq sahəsinin 0,13 ha sahəsini zəbt edərək, qeyri-qanuni istifadə edən Cavabdeh1 həmin torpaq sahəsindən qeyri-qanuni istifadəsinin qadağan olunması və həmin şəxsə ona məxsus toıpaq sahəsinin istifadə olunmasına maneə yaradılmasına qadağan olunması və JN- 231A, KOD-40614018 saylı Şəhadətnamə və JN-0161, KOD-40614018 Dövlət Aktı ilə ona və ailə üzvülərinə məxsus olan 0,13 ha sahəsinə Cavabdeh2 Qəhrəman qızı tərəfindən bağlanmış yolun açılmasını tələb edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən mübahisəli ərazi daxilində yerləşən torpaq sahələrinin onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olduğunu göstərib, iddiaçıya məxsus torpaq sahəsinə gedən yol yerini zəbt etmədiyini bildirmiş, maraqlı şəxs Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin sədri Nümayəndə mübahisəli torpaq sahəsi Qəbələ Rayon Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətinə məxsus olan gediş-gəliş yolu cavabdehlər tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan JN- 231A saylı, kod 40614018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 0.08 ha torpaq sahəsi və JN-0161 saylı, kod 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 1.03 ha torpaq sahəsi sahəsinə gediş-gəliş yolunun cavabdeh tərəfindən açılması və torpaq sahəsindən qeyri-qanuni istifadənin qadağan olunması tələbi ilə məhkəməyə müraciət etsə də, torpaq sahəsi üzrə məhkəmə tərəfindən müvafiq araşdırma aparılarkən JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsi Cavabdeh1 istifadəsində olduğunu, Qəbələ rayonu Mıxlıqovaq kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu layihəsində iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulduğunu, həmin yol yeri Cavabdeh2 Qəhrəman qızının istifadəsində olduğunu, iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazi Qəbələ rayon Mıxlıqovaq bələdiyyəsinin mülkiyyətinə aid, ümumi istifadədə (gediş-gəliş yerləri) olan ərazi olması müəyyən edilmişdir. Bundan başqa, iddiaçı məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə "cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəhrəman qızının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə hər bir cavabdehdən 3000 (üç min) manat məbləğdə və həmin hərəkətlərin müstəqil nəticəsi olaraq, ona dəymiş mənəvi ziyana görə hər bir cavabdehdən 3000 (üç min) manat məbləğdə təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini” xahiş etsə də, tələblərini həmin hissədə əsaslandıra bilməmiş və iddianın əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Mütəxəssis rəyin verilməsi üçün 95 (doxsan beş) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsinin iddiaçının istifadəsinə Cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulmalı, İddiaçı yol yeri kimi istifadə etmək istədiyi Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətinə aid ərazi Cavabdeh2 tərəfindən açılmalı, odənilmiş dövlət rüsumu 100 (bir yüz) manat və mütəxəssis rəyin verilməsi üçün 95 (doxsan beş) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:

İddia qismən təmin edilsin. JN-0161 nömrəli (kod:********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,03 ha torpaq sahəsinin 161D cizgisində olan 0,13 hektar hissəsinin iddiaçının istifadəsinə Cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulsun. İddiaçı yol yeri kimi istifadə etmək istədiyi Qəbələ rayon Mıxlıqovaq Bələdiyyəsinin mülkiyyətinə aid ərazi Cavabdeh2 tərəfindən açılsın. Ödənilmiş dövlət rüsumu 100 (bir yüz) manat və mütəxəssis rəyin verilməsi üçün 95 (doxsan beş) manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar