Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-60/2023 14.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Ramiz oğluna və Cavabdeh1 qarşı «azyaşlı uşaq ilə evə köçürülmə» tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzil üzrə mübahisələr, mənzilə köçürülmə tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 Ramiz oğlunun, Cavabdeh1 və Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlərCavabdeh2 Ramiz oğluna və Cavabdeh1 qarşı «azyaşlı uşaq ilə evə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Ramiz oğluna və Cavabdeh1 qarşı «azyaşlı uşaq ilə evə köçürülmə» tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun ilə Cavabdeh1 birgə yaşayış dövründə, cavabdeh olan qaynı Cavabdeh2 Ramiz oğlunun adına qeydə alınmış torpaq sahəsində yerləşən, uşaqları ilə qeydiyyatda olduqları evə azyaşlı uşaqları ilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki,onun ilə Cavabdeh1 xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək, el adəti üzrə toy edərək ailə qurmuşlar. Onların birgə yaşayışlarından iki uşaqları, yəni xx.xx.2008-ci il tarixli X8 və xx.xx.2009-cu il tarixli X9 doğulmuşlar. Cavabdeh onun xalası oğlu olmuşdur. Onlar bir-birlərini sevərək ailə qurmuşlar. Onun ilə cavabdeh daim mehriban davranmış və bir-birlərinə hörmətlə yanaşmışlar. Heç bir vaxt aralarında dava-dalaş olmamışdır. O, ailə quran zaman ona məxsus olan bütün cehiz əşyaları cavabdehlərin ataları tərəfindən alınmış, cavabdeh olan qaynı Cavabdeh2 Ramiz oğlunun adına olan torpaq sahəsində yerləşən qaynatasının evinə bəzədilmişdir. 9 ay orada yaşamışlar. Sonradan həmin torpaq sahəsində öz vəsaitləri hesabına ev tikilmiş və əşyaları həmin evə yerləşdirilmişdir. Həyat yoldaşı Cavabdeh1 işini Bakı şəhərində qurduğundan onlar Bakı şəhərində kirayədə qalmağa məcbur olmuşlar. Lakin tez-tez Qəbələdəki evə gəlib gedirmişlər, daim evdən istifadə etmişlər. Cavabdeh tərəf bir gəlin kimi həmin evə onu qeydiyyata da salmışdır. O da, uşaqları da bu evdə bu gün də qeydiyyatda qalırlar. 2019-cu ilin son aylarında əməliyyat olmuşdur. xx.xx.2019-cu ildə qaynı Cavabdeh2 toyu olmalı imiş Əməliyyatdan yeni çıxmağına baxmayaraq, toyda qulluq etmək və əl-ayaq vermək üçün ailəlikcə Qəbələdəki evlərinəə gəlmişlər. Toy qurtardıqdan bir neçə gün sonra Cavabdeh1 evdə görməmiş, ona zəng vurub, əlaqə saxlamış, Bakıya nə vaxt qayıdacaqlarını soruşmuşdur. Cavabdeh1 ona bildirmiş ki, artıq Bakıdadır. Ondan “bəs biz” deyə soruşmuş, o da siz elə orda qalın demişdir. Həmin günə kimi onların çox yaxşı münasibətləri olmuşdur. Valideynlərinin də qayğısına qalmış, quuluqlarında durmuşdur. Cavabdeh1 Bakıya getdikdən sonra uşaqlarına və ona baxmamış, heç bir yardım etməmişdir. Valideynlərinin evinə göndərmişlər və uşaqları ilə orda qalmalı olmuşdur. Məcbur olub 2022-ci ilin avqust ayında aliment tələbi ilə əvvəl mediyasiya təşkilatına, sonradan isə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəflə münasibətləri pisləşəndən sonra ona və azyaşlı uşaqlarına anası baxır. Bütün maddi tələbatlarını xəstə anası qarşılamışdır. O, bundan xəcalət çəkir. Anası xəstə olduğundan uşaqlarının səs-küyünü qəbul edə bilmir. Ona həkimlər rahat yaşama şəraiti olmasını tövsiyyə ediblər. Məhkəmə aliment tələbinə dair işə baxmış, iddianı qismən təmin etmişdir. Belə olan halda uşaqlarının maddi tələbatlarını özü ödəyə bilər. Buna görə də o, Cavabdeh1la birgə nikah dövründə tikdirdikləri evə köçüb, uşaqları ilə birlikdə yaşamaq istəyir. Hər iki uşağı orada məktəbə gedir. Cavabdehlər isə buna könüllü razı olmurlar. Əksinə əşyalarını çıxarmağını, evi boşaltmağını ondan tələb edirlər. Onlar boşanmamışlar, ailələrinin bərpası hələ mümkündür. Digər tərəfdən də uşaqları dərsləri ilə sakit və rahat şəraitdə çalışmaq istəyirlər. Hər iki uşağı istedadlı və savadlı uşaqlardır. O və uşaqları ortalıqda qalmışlar, evləri olduğu halda cavabdehlər onları evə buraxmırlar. Cavabdehlər mediyasiya təşkilatında hazırki tələbi ilə razılaşmadıqlarından, ona izah olunmuş ki, bu barədə məhkəməyə müraciət etsin. Cavabdehlərin hərəkətləri üzündən evinə daxil olub yaşaya bilmir, bu səbəbdən mediyasiya təşkilatına və məhkəməyə müraciət etməyi ilə bağlı ödədiyi dövlət rüsumunun da qarşı tərəfdən alınıb, onun xeyrinə ödənilməsini istəyir. İddiaya Etiraz: xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 Ramiz oğlu və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişlər ki, iddianı qəbul etmirlər, ona görə ki, Qəbələ rayonunun Bunud kəndində yerləşən və iddiaçının köçürülməsini iddia etdiyi ev və həmin evin yerləşdiyi torpaq sahəsi ona, yəni Cavabdeh2 Ramiz oğluna məxsusdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rreyestri publik hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 05 noyabr 2022-ci il tarixli, ********** saylı arayışı ilə təsdiq olunur ki, Cavabdeh1 adına daşınmaz əmlak aşkar edilməmişdir. İkinci, iddiaçının onunla, yəni Cavabdeh2 Ramiz oğlu ilə heç bir ailə bağlılığı yoxdur. O, sadəcə olaraq Cavabdeh1la evlənmiş və cehiz əşyalarını onun evinə yığmışdır və onun xəbəri olmadan evinə qeydiyyata düşmüşdür. Onlar faktiki olaraq ayrılmışlar və Cavabdeh1 aralarında olan nikahın pozulması üçün yaxın günlərdə iddia qaldıracaqdır. İddiaçının iddia ərizəsində göstərdiklərinin heç biri həqiqətə uyğun deyildir. İddiaçını onun evinə köçürülməsini tələb etdiyi ev onun mülkiyyətindədir və onun oraya köçürülməsi mülkiyyət hüququnun kobud şəkildə pozulması deməkdir. Həmçinin, iddiaçı iddia ərizəsində uşaqla birlikdə evə köçürülməsini tələb edir. Lakin qeyd edirəm ki, uşaqlar ataları ilə birlikdə onun valideynlərinin yanında yaşayır. İddiaçı məhkəməni aldadaraq uşaqlar onda olmaya-olmaya uşaqların saxlanılması üçün aliment tələb etmiş və Qəbələ Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(025)-1153/2022 saylı qətnaməsi ilə iddiaçının iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Yuxarıda qeyd etdiyi kimi iddiaçının mülkiyyətçi olaraq onunla, yəni Cavabdeh2 Ramiz oğlu ilə heç bir ailə bağlılığı yoxdur. Həmçinin torpaq sahəsini 2002-2003-cü ildə almışlar və 2013-cü ildə rəsmiləşdirmişlər. O, ustadır və evin bütün usta işlərini özü görmüşdür. Hamı da bunu bilir ki, bütün usta işlərini o görmüşdür. Həyətdə 3 ev var, torpaq sahəsi səhv etmirsə, 0,72 ha təşkil edir. Evlərin birində atasıgil, birində o yaşayır. Digər ev yaşayış üçün tam hazır deyil. Qardaşı özü də Bakıda yaşayır, orda işləyir. Qeydiyyatları da Bakı şəhərindədir. Bir il Qəbələyə gəlmişlər, onda öz evində müvəqqəti yaşamaq üçün onlara icazə vermişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçıiddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Həmçinin izahatında əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 ilə evlənən zaman onun atası və anasının yaşadığı ev köçmüş, sonradan mübahisəli ev Cavabdeh1 tərəfindən tikilmiş və əşyaları ilə birlikdə oraya köçmüşlər. Üç ildən artıq müddətdir ki, anasıgildə yaşayır. O, iddia ərizəsində uşaqlarının dsa onunla yaşadığını qeyd etsə də bildirir ki, uşaqları atalarının, ya da ki, baba-nənəsinin yanında yaşayırlar. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, onlar 2007-ci ildə ailə həyatı qurmuşlar. Ailə qurandan 2-3 ay sonra Bakıya getmişlər. O, asmabronixt xəstəliyindən əziyyət çəkir. Qəbələ rayonunun havası ona düşmür. Qəbələdə 2-3 gündən artıq dayana bilmir. Ona görə də onun Qəbələdə evi yoxdur. Hal-hazırda da Bakı şəhərində Məhəmmədi qəsəbəsində kirayədə qalır. Ailədaxili problem səbəbindən də ayrılmışlar. Böyük övladı anadan olandan ona anası baxmışdır. Kiçik övladları isə onlar ayrılandan bəri anasının yanında qalır. Uşaqlar hər ikisi Bunud kəndində məktəbə gedirlər. Onun adına Qəbələ rayonu Bunud kəndində ev olmamasını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Ramiz oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki,Qəbələ rayonunun Bunud kəndində yerləşən və iddiaçının köçürülməsini iddia etdiyi ev və həmin evin yerləşdiyi torpaq sahəsi ona, yəni Cavabdeh2 Ramiz oğluna məxsusdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rreyestri publik hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 05 noyabr 2022-ci il tarixli, ********** saylı arayışı ilə təsdiq olunur ki, Cavabdeh1 adına daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçının onunla, yəni Cavabdeh2 Ramiz oğlu ilə heç bir ailə bağlılığı yoxdur. O, sadəcə olaraq Cavabdeh1la evlənmiş və cehiz əşyalarını onun evinə yığmışdır və onun xəbəri olmadan evinə qeydiyyata düşmüşdür. Onlar faktiki olaraq ayrılmışlar və Cavabdeh1 aralarında olan nikahın pozulması üçün yaxın günlərdə iddia qaldıracaqdır. İddiaçının iddia ərizəsində göstərdiklərinin heç biri həqiqətə uyğun deyildir. İddiaçını onun evinə köçürülməsini tələb etdiyi ev onun mülkiyyətindədir və onun oraya köçürülməsi mülkiyyət hüququnun kobud şəkildə pozulması deməkdir. İddiaçının mülkiyyətçi olaraq onunla, yəni Cavabdeh2 Ramiz oğlu ilə heç bir ailə bağlılığı yoxdur. Həmçinin torpaq sahəsini 2002-2003-cü ildə almışlar və 2013-cü ildə rəsmiləşdirmişlər. O, özü ustadır və evin bütün usta işlərini özü görmüşdür. Hamı da bunu bilir ki, bütün usta işlərini o görmüşdür. Həyətdə 3 ev var. Evlərin birində atasıgil, birində o yaşayır. Digər ev yaşayış üçün tam hazır deyil. Qardaşı özü də Bakıda yaşayır, orda işləyir. Qeydiyyatları da Bakı şəhərindədir. Bir il Qəbələyə gəldilər, onda öz evində müvəqqəti yaşamaq üçün onlara icazə vermişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında qanuni nümayəndələrinin (atası və anası) iştirakı ilə dindirilən 26 sentyabr 2008-ci il təvəllüdlü X8 izahatında göstərmişdir ki, 14 yaşı var və 8-ci sinifdə oxuyur. Hal-hazırda ata nənəsi ilə yaşayır. Balacı vaxt ana nənəsi ilə qalmış, indi də arada gedib orada qalmaqdadır. Daimi yaşayış yeri atasının anasının yanıdır. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında qanuni nümayəndələrinin (atası və anası) iştirakı ilə dindirilən 31dekabr 2009-cu il təvəllüdlü X9 izahatında göstərmişdir ki, 12 yaşı vardır. Əvvəllər təxminən 2-3 Bakıda yaşamışlar. Hal-hazırda isə ata nənəsigildə qardaşı ilə birlikdə yaşayır. Əvvəllər ana nənəsigildə qalsa da, hal-hazırda ata nənəsigildə daimi yaşayır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işdə olan sənədlər: Belə ki, işdə olan Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 19 iyul 2022-ci il tarixdə verilmiş 05/Q-91/69 saylı nikah haqqında arayışdan görünür ki, İddiaçı 26 noyabr 2017-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Səlimov, arvada Səlimova soyadı verilmişdir. İşdə olan Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 19 iyul 2022-ci il tarixdə verilmiş Doğum haqqında arayışdan görünür ki, X9 31 dekabr 2009-cu ildə Qəbələ şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 03 nömrə ilə doğum qeydi aparılmışdır. Anası İddiaçı, atası Cavabdeh1dur. İşdə olan Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 19 iyul 2022-ci il tarixdə verilmiş Doğum haqqında arayışdan görünür ki, X8 26 sentyabr 2008-ci ildə Qəbələ şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 03 nömrə ilə doğum qeydi aparılmışdır. Anası İddiaçı, atası Cavabdeh1dur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, 1854/202/9 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ rayonu inzibati ərazi vahidi üzrə onun adına Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən mülkiyyətində olan qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********89 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayonu Bunud kəndindəCavabdeh2 Ramiz oğlunun 0.72 ha yaşayış mənətəqələrinin torpaqları daşınmaz əmlakın dövlət reyestrində 68 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Bunud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli, 238 nömrəli arayışdan görünür ki, Qəbələ rayonu Bunud kənd İnzibati Ərazi Dairəsi üzrə 2 nömrəli X16 kitabı 137-ci təsərrüfatda 62 kv.m sahədə olan xüsusi mülkiyyətlər və istifadəsində olan tikililər, eləcə də torpaq sahəsi ona məxsusdur. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ Rayon Təhsil Şöbəsi Fövzü Həmidov adına Bunud kənd tam orta məktəbi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli, 154 nömrəli arayışdan görünür ki, X1 F.Həmidov adına tam orta məktəbin Vİİ sinfində oxuyur. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ Rayon Təhsil Şöbəsi Fövzü Həmidov adına Bunud kənd tam orta məktəbi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli, 154 nömrəli arayışdan görünür ki, X2 F.Həmidov adına tam orta məktəbin Vİİİ sinfində oxuyur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Bunud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli, 199 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Bunud kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan “Mediasiya prosesinə xitam verilməsi Barədə” 13 iyul 2022-ci il tarixli, MŞİH- 19410 nömrəli protokoldan görünür ki, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyinə görə mediasiya prosesinə xitam verilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Qəbələ rayonunda fəaliyyət göstərən mediator X5 müraciət edilmişdir. Müvafiq olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.6-cı maddəsinə uyğun olaraq “Mediasiya prosesinə xitam verilməsi Barədə” protokol verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və tərəflərin iddiaya olan əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia ərizəsi üzrə mübahisənin məğzini İddiaçı övladları ilə birlikdə mübahisəli mənzilə köçürülməsi üçün əsasların mövcud olub-olmaması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında nikah Qəbələ rayon Bunud kənd İnzibati Ərazi Dairəsi tərəfindən 26 noyabr2007-ci il tarixdə 16 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından 26 sentyabr 2008-ci il təvəllüdlü X8 və 31 dekabr 2009-cu il təvəllüdlü X9 doğulmuşdur. Tərəflər arasındakı münasibətlər sonradan pozulmuş və nəticədə İddiaçı 2019-cu ildə valideynlərinin yanına getmiş və onların yaşadıqları evdə yaşamağa başlamışdır. Bundan sonra İddiaçı Cavabdeh1 qarşı «aliment» tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlə birgə nikahlarından doğulmuş uşaqları ilə birlikdə köçməsini tələb etdiyi fərdi yaşayış evi Cavabdeh2 Ramiz oğlunun mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********89 olan) «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən verilmiş 0,72 ha həyətyanı təyinatlı torpaq sahəsində inşa edilmişdir. İddiaçının cavabdehlə bir müddət həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşamasını cavabdeh tərəfdə qəbul etməkdədir. Lakin Cavabdeh1 həmin evin ona yox, qardaşı Cavabdeh2 Ramiz oğluna məxsus olduğunu bildirmişdir. Eyni zamanda məhkəmə iclasında Cavabdeh2 Ramiz oğlu evin onun tərəfindən tikildiyini və qardaşının müvəqqəti olaraq orada yaşamasına icazə verdiyini bildirmişdir. Bu halı məhkəmə iclasında ifadə verən şahidlər də təsdiq etmişlər. İddiaçı cavabdehlə evlənərkən, hal-hazırda köçməsini tələb etdiyi fərdi yaşayış evinə deyil, cavabdehlərin valideynlərinin yaşadığı evə gəlin köçmüşdür və bir müddət həmin evdə yaşamışdır. O, cavabdehlərin evinə gəlin köçərkən Cavabdeh1 ailə üzvləri tərəfindən yeni ailə üzvü kimi qəbul olunmuş, iddiaçı bu evdə digər ailə üzvləri ilə birgə yaşamış və ümumi təsərrüfatın aparılmasında (idarə olunmasında) iştirak etmişdir. Lakin sonradan, Cavabdeh1 qardaşı Cavabdeh1 məxsus evdə yaşamağa başlamışlar. Ailə münasibətləri pozulan iddiaçı mübahisəli evi tərk edib atası evinə getmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi Cavabdeh1 qardaşı, digər Cavabdeh2 Ramiz oğluna məxsus olmuşdur. İddiaçı həmin evə gəlin köçməmiş, birinci olaraq Cavabdeh1 valideynləri ilə birgə yaşamışdır. Lakin sonradan Cavabdeh1 qardaşı, digər cavabdeh Ramal Səlim iddiaçı və Cavabdeh1 müvəqqəti olaraq həmin fərdi yaşayış evində yaşamasına icazə vermişdir. İddiaçı Cavabdeh2 məxsus evdə yaşamağa başlayanda sonuncunun həmin evə gözlənilən mülkiyət hüquqları vardı. Məhkəmə hesab edir ki, hazırkı tələbə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları tətbiq edilməklə Cavabdeh2 Ramiz oğlunun mülkiyyət hüquqları qorunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaç ıİddiaçı mübahisəli yaşayış sahəsinin hazırkı sahibi olan Cavabdeh2 Ramiz oğlunun qeyd olunan ailə üzvləri sırasına daxil edilmədiyi və onların istifadə hüququnun tanınması üçün “mülkiyyətçi” ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Cavabdeh2 Ramiz qızının mübahisəli evə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onun mübahisəli evə köçürülməsi tələbləri əsassızdır. Beləki, onun əvvəl cavabdehlə mübahisəli yaşayış evində yaşaması, eləcədə qeyd olunan evdə qeydiyyatda olması hazırkı mübahisəyə təsir edən amillərdən deyil. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Sonuncuya dair məhkəmə qeyd edir ki, əşyalara dair əmlak hüquqlarının yaranması, qeydiyyatı və s. məsələlər Mülki Məcəllə ilə tənzimlənir və həmin Məcəllənin tələblərinə görə iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda şərh olunan müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Ramiz oğluna və Cavabdeh1 qarşı «azyaşlı uşaq ilə evə köçürülmə» tələbinə dair iddiası əsassızdır və buna görə də təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non negantiincumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Övladı ilə birlikdə məcburi köçürülməyini iddia edən İddiaçı iddia ərizəsində mübahisələndirilən fərdi yaşayış evinin cavabdeh, həyat yoldaşı Cavabdeh1 tərəfindən tikildiyini qeyd etsə də, iddiaçının fikirlərinə tənqidi yanaşan məhkəmə qeyd edir ki, o, tələbinin əsaslandığı hallara dair heç bir sübutu onda olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı hazırda övladı ilə birlikdə köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin cavabdehlə birgə nikah dövründə tikilərək həmin fərdi yaşayış evinin cavabdehin mülkiyyəti olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Həmçinin məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçının onunla birlikdə köçürülməsini tələb etdiyi uşaqları 26 sentyabr 2008-ci il təvəllüdlü X8 və 31 dekabr 2009-cu il təvəllüdlü X9 faktiki olaraq cavabdehlərlə birlikdə qalmaqdadır. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, köçürülməsini tələb etdiyi evin Cavabdeh1 tərəfindən tikilərək,sonuncunun mülkiyyətində olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı Cavabdeh2 Ramiz oğlunun Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Bunud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışla müəyyən olunmuşdur ki, iddiaçının uşaqları ilə birlikdə köçürülməsini tələb etdiyi ev Cavabdeh1 tərəfindən deyil, digər Cavabdeh2 Ramiz oğlu tərəfindən tikilmiş və müvəqqəti istifadə üçün iddiaçı və Cavabdeh1 verilmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 Ramiz oğluna və Cavabdeh1 qarşı «azyaşlı uşaq ilə evə köçürülmə» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbə rtutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Ramiz oğluna və Cavabdeh1 qarşı «azyaşlı uşaq ilə evə köçürülmə» tələbinə dair iddia tələbi təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-60/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-60/2023
14.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver