Məhkəmə qərarları › İş №2(025)-607/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-607/2020

14.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-607/2020 14.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Qəbələ rayon Polis şöbəsinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs Qəbələ rayon Polis şöbəsinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən 194.8 kv metr fərdi yaşayış evindən və 0,06 ha torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən 1990-cı il tarixdə adına mülkiyyət hüququnu təsdiq edən 31.01.2015-ci il tarixli, ******* saylı Çıxarış almışdır. Qeyd edilən mənzildə Cavabdeh necə və nə şəkildə qeydiyyata düşməsini bilməmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Cavabdeh həmin evdə formal olaraq qeydiyyatda olmaqla sözügedən evdə ümumiyyətlə yaşamamışdır. O, cavabdehə dəfələrlə müraciət edib mənzilindən könüllü olaraq çıxmağı təklif etmiş, lakin o, hər dəfə müxtəlif bəhanələr gətirərək qeydiyyatdan çıxmaqdan boyun qaçırmışdır. Cavabdehin mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun adına olan daşınmaz əmlakı sərbəst idarə etməklə maneçilik törədir. Digər bir tərəfdən mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur, ona görə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, üçüncü şəxs səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 25.02.2010-cu il tarixli, seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1975-ci ildə Qəbələ rayonu Soltan Nuxa kəndində anadan olmuş Əzizov x6 şəhəri, Nizami küçəsi, ev 16 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 26.04.2011-ci il tarixli, seriya AZE № 08314857 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 11.09.1975-ci ildə Qəbələ rayonu Soltan Nuxa kəndində anadan olmuş x1 şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 15 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş 27.01.2015-ci il tarixli, seriya AZE № 15998633 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 19.08.1997-ci ildə Qəbələ şəhərində anadan olmuş x2 şəhəri, Nizami küçəsi, ev 10 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, İddiaçı 07 fevral 2006-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan digər şəxs xx.xx.1975-ci il təvəllüdlü Cavabdehdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 9-da mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində 31.01.2015-ci ildə qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı x15 tərəfindən 31.01.2015-ci il tarixdə iddiaçıya 406-1/5036 inventar nömrəli «Fərdi yaşayış evinin texniki pasportu» tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər x12 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2020-ci il tarixli, 722 nömrəli arayışdan görünür ki, Əzizov x6 şəhəri Nizami küçəsi 36 saylı ünvanda yaşayır və ailə tərkibi həyat yoldaşı 1975-ci il təvəllüdlü x3, oğlanları 1997-ci il təvəllüdlü x4 və 2002-ci il təvəllüdlü x5 ibarətdir. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsindən İddiaçı ünvanlanmış 24 mart 2020-ci il tarixli, 14/144-67488-1220 nömrəli məktubdan görünür ki, Qəbələ RPŞ tərəfindən qeydiyyatdan çıxarılma ilə bağlı qanunda nəzərdə tutulan hallar mövcud olmadığından İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan sorğuya cavab olaraq Qəbələ rayon Polis şöbəsi tərəfindən verilmiş və Cavabdeh məxsus “fərdi uçot kartoçkası”ndan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alqı-satqı müqaviləsinə əsasən 1990-cı il tarixdə adına mülkiyyət hüququnu təsdiq edən 31.01.2015-ci il tarixli, ******* saylı çıxarış əsasında almışdır. Cavabdeh isə həmin evdə formal olaraq qeydiyyatda olmaqla sözügedən evdə ümumiyyətlə yaşamamışdır. İddiaçı cavabdehə dəfələrlə müraciət edib mənzilindən könüllü olaraq çıxmağı təklif etmiş, lakin o, hər dəfə müxtəlif bəhanələr gətirərək qeydiyyatdan çıxmaqdan boyun qaçırmışdır. Cavabdehin mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun adına olan daşınmaz əmlakı sərbəst idarə etməklə maneçilik törədir. Digər bir tərəfdən mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur, ona görə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışla mülkiyyətinə verilmiş fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 9 ünvanında olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Yəni, iddiaçının mülkiyyət hüququ ilə ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ünvan 10 ünvanında yerləşir. Lakin iddiaçı cavabdehin ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini xahiş edir. Eyni zamanda iş materiallarında olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olduğu, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 9-da ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanının eyni ünvan olması müəyyən edilməmişdir. Eyni zamanda Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər x12 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2020-ci il tarixli, 722 nömrəli arayışdan da görünür ki, Əzizov x6 şəhəri Nizami küçəsi 36 saylı ünvanda yaşayır və ailə tərkibi həyat yoldaşı 1975-ci il təvəllüdlü x3, oğlanları 1997-ci il təvəllüdlü x4 və 2002-ci il təvəllüdlü x5 ibarətdir. Bununla belə onun ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətindən də görünür ki, onlar da mülkiyyətlərində olan ünvanda deyil, başqa ünvanlarda qeydiyyatdadırlar. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, İddiaçı məhkəmə iclasında Cavabdeh onun hansı hüququnu pozmasını sübuta yetirə bilməmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışlar. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı Məmmədov İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışla mülkiyyətinə verilmiş fərdi yaşayış evindən və torpaq sahəsindən cavabdehin istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Lakin məhkəmə zamanı müəyyən olundu ki, iddiaçının mülkiyyət hüququ ilə ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ünvan 10 ünvanında yerləşir. Lakin iddiaçı cavabdehin ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsini xahiş edir. Beləliklə iddiaçı, cavabadehin qeydiyyatda olduğu ünvan 1 ünvanının ona aidiyyatı və onun mülkiyyətində olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh və üçüncü şəxs Qəbələ rayon Polis şöbəsinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Qəbələ rayon Polis şöbəsinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar