Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-608/2020 25.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gedən yolun açılması” tələbinə dair ilkin iddia ərizəsi üzrə, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşlıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon X5 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı və JN-1750F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onların mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsinə gedən və Cavabdeh tərəfindən tutulmuş yol yerinin açılmasına və törədilən menelərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedən yol yerinin açılması və törədilən maneələrə son qoyulması tələbinə dair ilkin iddiasının rədd edilməsi, onun mülkiyyətində olan JN-1749F saylı Şəhadətnamədə göstərilən torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş hissəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu X5 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə iddiaçının ailə üzvlərinə 0.07 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə gedən yol yerini Cavabdeh zəbt etmiş, həmin torpaq sahəsinə gedən yolun açılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq o, yol yerinin açmayacağını birdaha bildirmişdir. Həmin torpaq sahəsinə gedən yol yeri sənədlərdə və bələdiyyənin xəritəsində də var. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli oldu. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onun əmisi qızıdır və uzun illər bundan əvvəl onun mərhum anası mülkiyyətlərində olan torpaq sahəsindən onlara gediş-gəliş üçün icazə vermişdir. Lakin sonradan cavabdeh bundan sui-istifadə etdiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin piyada yolunun bağlanmasını xahiş etmişdir. İddia tələbi təmin olunmuş və icra olunmuşdur. Bundan sonra qohumluq münasibətləri əsasında gediş-gəliş yolu yenidən açılmışdır. Hal-hazırda da həmin yol yeri açıqdır və cavabdeh tərəfindən istifadə edilir. Məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh ona bu barədə heç bir məlumat verməmişdir. Cavabdeh İlkin iddia ərizəsində guya mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətində olduğunu və onun tərəfindən zəbt edildiyini qeyd etsə də bu həqiqətə uyğun deyil. Əslində qeyd edilən torpaq sahəsi onun müikiyyətindədir və JN-1749F saylı Şəhadətnamədə göstərilən koordinatlara uyğundur. Cavabdeh mübahisələndirilən yol yerindən başqa onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin bir hissəsini də zəbt etmişdir. Ona görə də həmin yol yeri və cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi ona qaytarılmalıdır. Cavabdehin digər küçəyə yol yeri var və hal-hazırda istifadə edir. Cavabdehin yazdığı iddia ərizəsindən də göründüyü kimi iddia əsaslandırılmamış, məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir, bu səbəbdən də o, hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddia ərizəsini qəbul etməyərək qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə mübahisənin tam və ədalətli həlli, habelə xüsusi bilik tələb olunan sualları izah etmək üçün iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərək, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh tərəfindən bağlanılmışdırmı?
2. Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir?
3. JN-1749F nömrəli (kod: 40601004) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Qəbələ rayonunda Cavabdeh, X1 və X3 ümumi birgə mülkiyyətində olan 0,07 ha torpaq sahəsi ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən zəbt olunmuşdurmu?
4. Zəbt müəyyən edildiyi təqdirdə, həmin sahənin ölçüsü nə qədərdi?
5. Zəbt edilmişdirsə həmin torpaq sahəsində ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi? Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 250 saylı rəydən görünür ki, İddiaçı və Cavabdeh iştirakı ilə ekspertiza baxışına göstərilən həyətyanı torpaq sahələrini və mübahisəli ərazinin lazımi kordinatları müəyyən olunmuşdur. Ərazinin ümumi xəritəsinə (islahat xəritə məlumatları) görə mübahisələndirilən gediş-gəliş yolu Cavabdeh mülkiyyətində olan JN-1749F nömrəli Şəhadətnamə ilə rəsmiləşən 0,07 ha torpaq sahəsiin daxilindədir. Bu gediş-gəliş yolundan iddiaçının istifadə etməsinə vaxtilə Cavabdeh tərəfindən qohum olduqlarına görə özü icazə vermişdir. Lakin sonradan yol bağlanılmış və hal hazırda faktiki olaraq yol istifadə vəziyyətindədir. Mübahisəli gediş-gəliş yolu iddiaçının JN-1750F saylı şəhadətnaməsində və eləcə də ərazinin ümumi xəritəsində (islahat xəritə materiallarından) qeyd olunmamışdır. Bundan başqa iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin mübahisəli ərazisində heç bir sərhəd (çəpər, hasar) olmadığına görə torpaq zəbtetmə halı aşkar olunmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, işdə olan JN-1749F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0,07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan JN-1750F (Kod: 40601004) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X7 və X4 ümumi birgə mülkiyyətinə 0,07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, X7 xx.xx.1993-cü ildə X9 ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Baxışov, arvada Baxışova soyadı verilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə ilkin iddia üzrə iddiaçının “torpaq sahəsinə gedən yolun açılması” tələbini aşağıda qeyd olunanlar nəzərə alınmaqla əsassız hesab edir: Belə ki,Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 156.1-ci maddəsinə görə bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı Qəbələ rayon X5 xx xxxxxx 2001-ci il tarixli, 03 saylı qərarı və JN-1750F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onların mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsinə gedən və Cavabdeh tərəfindən tutulmuş yol yerinin açılmasına və törədilən menelərə son qoyulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən həmin torpaq sahəsi gedən yol yeri zəbt edilməmişdir. Cavabdehin istifadə etdiyi mübahisəli gediş-gəliş yolu iddiaçının JN-1750F saylı şəhadətnaməsində və eləcə də ərazinin ümumi xəritəsində (islahat xəritə materiallarından) qeyd olunmamışdır. Beləliklə, iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübutlar təqdim etməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan JN-1749F saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi İddiaçı tərəfindən zəbt edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gedən yolun açılması” tələbinə dair ilkin iddiası təmin edilməməlidir, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşlıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ilkin iddia və qarşılıqlı iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar ilkin iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 300 manatın yarısı İddiaçı, digər yarısı isə Cavabdehtutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 təqdim etdiyi hesaba köçürülsün. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
İlkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə gedən yolun açılması” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşlıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manatın yarısı İddiaçı, digər yarısı isə Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 təqdim etdiyi hesaba köçürülsün. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Elman İsayev