Məhkəmə qərarları › İş №2(025)-626/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-626/2021

11.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-626/2021 11.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (həyat yoldaşı) X3, cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-nin X4 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-nin X4 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, AR ƏMDKY DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr römrəsi **********31 olan, Seriya MA, ******* №-li Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olması barədə 29.01.2011-ci il tarixdə ********** sayla qeydiyyata alınmış, Qəbələ rayonu Həmzəlli kəndi ərazisində yerləşən 1,9171 torpaq sahəsi üzərində müvafiq icazə olmadan, qanunazidd qaydada, özbaşına quraşdırılmış cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi və qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və xüsusi mülkiyyəti olan torpaq sahəsindən icazəsi olmadan istifadə etdiyi hər ay üçün 150 (yüz əlli) manat məbləğdə, ümumilikdə son üç il, yəni son 36 ay üçün cəmi 5.400 (beş min dörd yüz) manat məbləğ pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (AR ƏMDKY DƏDRX) Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********31 olan, Seriya MA, ******* №-li Çıxarışa əsasən Qəbələ rayonu, Həmzəlli kəndi ərazisində yerləşən 1,9171 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə ona məxsusdur və 29.01.2011-ci il tarixli, ********** sayla qeydiyyata alınmışdır. Xüsusi mülkiyyəti olan 1,9171 hektar torpaq sahəsinin üzərində heç bir şifahi-yazılı icazə-razılığ olmadan cavabdehlər tərəfindən iki ədəd dəmir-beton elektrik xətti dayağı və dayaqlararası elektrik naqilləri quraşdırılaraq yüksəkgərginlikli elektrik enerjisi keçirilməklə Cavabdeh1 tərəfindən öz şəxsi məqsədləri üçün istifadə edilir. Qəbələ rayon məhkəməsinə təqdim edilməsi üçün X4 Təhcizatı və Satışı İdarəsinin vermiş olduğu 0005 saylı, 16.10.2020ci il tarixli arayışında bildirmişdir ki, 35/10 KV-luq Nic hava xəttinin Cavabdeh1 məxsus Fındıq zavodunu qidalandıran budaqlamanın iki dayağı və dayaqlararası naqili reyestr nömrəsi **********31 olan, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən və ona, İddiaçı məxsus olan 1,9171 (hektarla) torpaq sahəsindən keçir. Daha sonra arayışda göstərilmişdir ki, Cavabdeh1 məxsus Fındıq zavodunu qidalandıran elektrik xəttinin budaqlanması X9 Sahəsinin balansında deyil, yəni bununla müəyyən olunur ki, həmin dayaqlar və elektrik xətti onlardan istifadə edən Cavabdeh1 məxsusdur. Ona məxsus olan iki ədəd elektrik xətti dayağının və dayaqlararası elektrik naqillərinin sökülərək xüsusi mülkiyyəti olan torpaq sahəsini boşaltmasına dair Cavabdeh1 yazılı pretenziya ilə müraciət etmiş olsa da, onun tərəfindən heç bir tədbir görülməmişdir. Faktla əlaqədar Qəbələ rayon prokurorluğuna müraciət etmiş və prokurorluğun 108ş-3-4-20 saylı 07.09.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, onlara məxsus torpaq sahəsinin üzərindən qanunsuz keçirilən yüksəkgərginli elektrik xəttinə dair şikayəti araşdırılması üçün Qəbələ REŞ-ə göndərilmişdir və əlavə olaraq mülki icraat qaydasında iddia ilə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. Həmçinin, Cavabdeh1 xüsusi mülkiyyəti olan torpaq sahəsinin üzərində iki ədəd yüksəkgərginli elektrik xətti dəmirbeton dayaqları quraşdıraraq onların vasitəsi ilə həmin torpaq sahəsinin üzərindən yüksəkgərginli elektrik naqillərini özünə məxsus fındıq zavoduna apararaq şəxsi məqsədləri üçün istifadə etməklə onu faktiki olaraq öz əmlakından sərbəst istifadə etməkdən mərhum etmişdir. Belə ki, o, həmin torpaq sahəsini satışa çıxarsa da, alıcılar gəlib sahənin ortasında quraşdırılmış dəmir-beton dayaqları və onların üzəri ilə keçirilən yüksəkgərginli elektrik xəttini gördükdə, gələcəkdə münaqişə ilə üzləşməmək səbəbinə torpaq sahəsini almaqdan imtina etmişlər. Cavabdeh1 özbaşınnalığa son qoymağı, yəni qanunsuz və icazəsiz olaraq quraşdırmış olduğu dayaqları və elektrik xəttini sökməyi bildirmiş olsalar da, onların qanuni tələblərini yerinə yetirməmişdir və öz əməllərini davam etdirir. Cavabdeh1 xüsusi mülkiyyətindən özbaşına olaraq istifadə etməklə, yəni ona məxsus olan torpaq sahəsinin üzərindən özbaşına olaraq quraşdırdığı iki ədəd elektrik dayaqları və onların üzəri ilə keçirdiyi elektrik enerisi ilə özünə məxsus fındıq zavodunu işlətmiş və müəyyən maddi gəlirlər əldə etmişdir. Onun bu hərəkətləri uzun illər, yəni üç ildən artıq bir zamanı əhatə edir. Dəfələrlə xəbərdar etməyinə baxmayaraq sahədən özünə məxsus elektrik avadanlığını çıxarıb aparmadığı üçün, ona məxsus əmlakdan-mülkiyyətdən istifadə etməklə gəlir-qazanc əldə etdiyinə görə və xüsusi mülkiyyəti olan torpaq sahəsindən icazəsi olmadan istifadə etdiyi hər ay üçün 150 (yüz əlli) manat məbləğdə, ümumilikdə son üç il, yəni son 36 ay üçün cəmi 5.400 (beş min dörd yüz) manat məbləğ pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (həyat yoldaşı) X8 qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Eyni zamanda göstərdi ki, “xxxx” ASC X4 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən verilmiş mütəxəssis rəyi ilə razı deyildir. Belə ki, o, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının iddiaçının hesabına çıxarılması ilə razılaşmır. O, hesab edir ki, iddia ərizəsində göstərildiyi kimi həmin elektrik dirəkləri cavabdehlərin hesabına çıxarılmalıdır. Həmçinin Cavabdeh1 onlara məxsus əmlakdan istifadə etməklə gəlir-qazanc əldə etdiyinə görə və xüsusi mülkiyyəti olan torpaq sahəsindən icazəsi olmadan istifadə etdiyi hər ay üçün 150 (yüz əlli) manat məbləğdə, ümumilikdə son üç il, yəni son 36 ay üçün cəmi 5.400 (beş min dörd yüz) manat məbləğ pul vəsaiti tutularaq onlara ödənilməlidir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda göstərmişdir ki, iddiaçı qeyd edir ki, guya onların torpağı üzərində o, işıq dirəyi salmışdır və özünə işıq aparır. Lakin iddiaçı başa düşmür ki, məhz bu torpaq sahəsi onların adına keçməmişdən qabaq bu işıq dirəkləri orda olmuşdur. Belə ki, təqdim etdiyi texniki şərtdən də göründüyü kimi işıq dirəkləri orda 2000-ci ilə qədər salınmışdır. Torpaq isə onların adına dirəklər ora qoyulandan 15 il sonra alınmışdır. Daha doğrusu burda iddiaçı tərəfin yalan danışdığı və torpaq sahəsini özü almadığı etiraf edilir. Həmin torpaq sahəsini o almışdır və öz puluna iddiaçının adına keçirtmişdir. İddiaçı və ailəsi heç bilməmişdir ki, onların burda torpağı var. İndi isə yalandan iddia edirlər ki, bu torpağı almışlar və o özünə sonra oradan qanunsuz işıq dirəkləri aparmışdır. Tədqim etdiyi sənədlər bunların tam əksini göstərir və işıq dirəklərinin torpaq sahəsi onların adına keçməzdən illər əvvəl orda olması sübuta yetirilir. Əgər iddiaçının dediyi kimidirsə və torpağı özləri alıblarsa və torpaq sahəsində onlar işıq dirəklərinin olduğunu görürdülər. Belə çıxır ki, illərdir bu dirəkləri görmürdülər, indi görürlər. Həmçinin iddiaçı elektrik dirəklərinin ordan çıxarılmasını tələb edirsə, həmin xərcləri iddiaçı qarşılamalı və eyni zamanda elektrik dirəklərinin hansı yerdə quraşdırılması barədə ərazi təqdim etməlidir. İddiaçının ondan tələb etdiyi pul tələbi ilə bağlı Qəbələ Rayon Məhkəməsində baxılan digər iş üzrə qiymət verilmiş və Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə də qüvvədə qalmışdır. Bu səbəbdən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə iclasında cavabdeh xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda göstərmişdir ki, iddiaçının iddiasında qeyd etdiyi Cavabdeh1 məxsus fındıq zavodu “xxxx” ASC-nin enerji satış bazasında Cavabdeh1 adına olmaqla **********63270 (**********8) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (fındıq zavodu) 35/10 kV-luq Qəbələ yarımstansiyasından çıxan 35 kV-luq Nic hava xəttinin 35 kV-luq fındıq zavod budaqlanması gərginlik altındadır və işlək vəziyyətdədir. Xəttin qida mənbəyi 35/10 kV-luq Qəbələ yarımstansiyasıdır. Xətt 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Elektroenergetika və Elektrikləşmə “xxxx” Səhmdar Cəmiyyəti “Dövlətenerjinəzarət” İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən istismara buraxılmışdır. Həmçinin Cavabdeh1 məxsus fındıq zavodunu qidalandıran 35 kV-luq budaqlanma X9 Sahəsinin balansında deyil. Həmin xətt və dayaqlar Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin balansındandır. Xətt və dayaqlar “xxxx”xxxx“xxxx ASC-nə qarşı qaldırılması əsasızdır. Bundan əlavə Qəbələ rayon məhkəməsinin 26.05.2021-ci il tarixli 2(025)-626/2021 saylı qərardadı “xxxx” ASC-nin Şimal-Qərb RETSİ-nə daxil olmuş və qərardadda qoyulmuş suallar tərəflərindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində yelrəşən, mühafizə zonası zəbt edilmiş 35 kV-luq hava xəttinin trassası dəyişdirilə bilər. Belə ki, ilk növbədə həmin ərazinin ətrafında yerləşən və xəttin trassasının dəyişdirilməsi üçün şəraiti olan torpaq sahələri kimə məxsusdursa həmin şəxs və ya aidiyyatı orqan tərəfindən boş sahə ayrılmalıdır. Bundan sonra isə xəttinin trassasının dəyişdirilməsi üçün müvafiq layihə-smeta sənədləri hazırlanmalı və hazırlanmış layihə-smeta əsasında podratçı təşkilatla bağlanmış müqavilə əsasında “Elektrik qurğularının quraşdırılması Qaydalar”-na əməl etməklə xəttin trassası dəyişdirilə bilər. Həmçinin bu xərclər iddiaçı tərəfindən qarşılanmalıdır. Həmçinin mütəxəssis rəyi verilməsi üçün əraziyə baxış keçirilmiş, baxış zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi X8 da iştirak etmiş, lakin sonuncu aktı imzalamaqdan imtina etmişdir. 26 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında “xxxx” ASC-nin Şimal-Qərb RETSİ-nin baş mühəndisi X7 şahid qismində ifadə verərək bildirmişdir ki, qeyd edilən xətt 2001-ci il tarixdə bütün normativ aktlara və təhlükəsizlik qaydalarına uyğun olaraq çəkilmiş, həmin xəttə müqavilə əsasında xidmət göstərilmişdir. Hazırda həmin xəttin keçdiyi ərazidə olan torpaq sahəsinin mülkiyyətçisi xəttin onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını tələb edir. Qüvvədə olan qaydalara görə belə halda sifarişçi ərizə ilə müraciət etməli və müvafiq ödəniş müqabilində həmin xəttin köçürülməsi ilə bağlı görüləcək işlərin smetası hazırlanmalı və xəttin köçürülməsi həyata keçirilməlidir. Məhkəmə iş üzrə tərəflərinvə şahidin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsindən İddiaçı verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 08.08.2019-cu il, reystr nömrəsi **********31 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»ın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ona Qəbələ rayonu Həmzəli kəndində onun mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaqlarından tam mülkiyyət olaraq 1,9171 ha torpaq sahəsi verilmişdir. İşdə olan İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 08.08.2019-cu il tarixdə tərtib edilmiş A 416722 nömrəli torpaq sahəsinin planı və ölçüsündə Qəbələ rayonu Həmzəli kəndində onun mülkiyyətində yerləşən torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları, 1:10000 miqyasında planı (cizgisi) əksini tapmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Cavabdeh1 verilmiş qeydiyyat nömrəsi 190703354, qeydiyyat tarixi 10.07.2007-ci il, reystr nömrəsi **********84-06301 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Mirzəbəyli kəndində Cavabdeh1 mülkiyyətinə 463.9 kv.m sahədə olmaqla xüsusi mülkiyyət və 0.035 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan “xxxx” ASC X4 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən verilmiş 16 oktyabr 2020-ci il tarixli, 0005 nömrəli arayışda göstərilmişdir ki, 35/10 kV-luq Qəbələ yarımstansiyasından çıxan 35 kV-luq Nic hava xəttinin Cavabdeh1 məxsus Fındıq zavodunun qidalandıran budaqlamanın 2 dayağı və dayaqlararası naqili vətəndaşın Reyestr nömrəsi **********31 olan, Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 1.9171 (hektarla) pay torpaq sahəsindən keçir. Fındıq zavodunu qidalandıran 35 kV-luq budaqlanma X1 balansına deyil. İşdə olan İddiaçı elektron müraciətinə “xxxx” ASC tərəfindən verilmiş elektron cavab məktubunda göstərilmişdir ki, İddiaçı “xxxx” ASC-yə elektron poçt vasitəsilə ünvanlanmış 24.02.2021-ci il tarixli, EM**********WEEk saylı müraciət aidiyyəti üzrə Şimal-Qərb RETSİ-yə göndərilmiş və mütəxəssislər tərəfindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuş ki, müraciətdə sözügedən dayaqlar 35/10 kV-luq “Qəbələ” Y/st-dan çıxan 35 kV-luq “Nic” hava xəttinin Cavabdeh1 məxsus Fındıq təmizləmə zavodunu qidalandıran budaqlanmasının dayaqlarıdır. Həmin budaqlanma X1 balansında deyil. Bu səbəbdən də bu məsələ ilə bağlı Cavabdeh1 müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon prokurorluğu tərəfindən Qəbələ rayon Mirzəbəyli kənd sakini X6 ünvanlanmış 07 sentyabr 2020-ci il tarixli, 108ş-3-4-20 nömrəli məktubda göstərilmişdir ki, Qəbələ rayon Mirzəbəyli kənd ərazisində yerləşən fındıq bağının qardaşınız Cavabdeh1 tərəfindən zəbt edilərək oradan mənfəət götürməsi, həmin torpaq sahəsinin üzərindən keçən yüksək gərginlikli elektrik xətdində qanunsuz olaraq qoşulması və sair barədə Qəbələ rayon prokurorluğuna daxil olmuş eyni məzmunlu təkrar müraciətinizə baxılmışdır. Qeyd olunan ərazi üzərindən keçən yüksək gərginlikli elektrik xətdinə qanunsuz olaraq qoşulub elektirik enerjisindən istifadə edilməsi ilə əlaqədar ərizədə göstərilən xüsusatların araşdırılması üçün aidiyyəti üzrə 03.07.2020-ci il tarixli məktubla “xxxx” ASC-nin Qəbələ REŞ-nə göndərilmişdir. Şikayətdə göstərilən digər xüsusatlar mülki mübahisə predmeti olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən Cavabdeh1 ünvanlanmış Pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, xüsusi mülkiyyət üzərində tərəfindən özbaşına olaraq quraşdırılmış dəmir-beton dayaqların və elektrik xəttinin 3 (üç) gün müddətində söküb apararaq torpaq sahəsini boşaltmaq barədə xəbərdar edilmiş və icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması nəzərinə çatdırılmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli 2(025)-855/2020 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh X8 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsinin qismən təmin edilməsi,ilkin iddia üzrə cavabdeh X3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Cavabdeh1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması və onun tərəfindən törədilən maneələrə son qoyulması,ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı X3 Cavabdeh1 qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qismən edilməsi, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.01.2021-ci il tarixli 2(107)-289/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 və cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası “xxxx” X13 Cəmiyyəti Enerjinin İstehsalı və X5 Şəbəkəsi tərəfindən Qəbələ rayonu Mirzəbəyli kəndi “Pərvanə” müəssisəsinin direktoru Cavabdeh1 ünvanlanmış 12 oktyabr 2001-ci il tarixli 186 nömrəli məktubda göstərilmişdir ki, “Pərvanə” kiçik müəssisəsinin yeni texnologiyaya keçməsi ilə əlaqədar müəssisəyə Nic 35/10 kv-luq y/stansiyadan gedən 35 kv-luq budaqlanma götürəcək 35/0,4 kv-luq y/stansiya tikmək üçün aşağıdakı şərtlər daxilində icazə verilmişdir: 1. Kiçik müəssisəyə xidmət edən KTP-160 kv A 10/04 kv-luq y/stansiyası yerində TM 35/0,4 kv-160 kv A transformatoru quraşdırmalı. 2. Transformatordan xəttə tərəf 35 kv-luq PSN-35 tipli qoruyucu qruppası xəttə tərəf 35 kv-luq xətt ayırıcısı quraşdırmalı. 3. Yeni budaqlanmanın ara məsafəsi 60 metr olmaq şərtilə 4,25 m dəmir beton söykənəcək bağlayaraq 11 metrlik hopdurulmuş ağac dirəkdən istifadə etməli. 4. Xətti AS-50 markalı məftillə çəkməli. 5. Dirəklərdə məftilləri asmaq üçün PS-70 tipli izolyatordan istifadə etməli. 6. 35/0,4 kv-luq y/stansiyasının ətrafını hasara almalı və lazımı plakatlaşdırılmalı. 7. Y/stansiyanın idarə etmək üçün, açıq-bağlamaq üçün məsul şəxs təyin edilməli. 8. Y/stansiyanın çıxışında 0,4 kv-luq tərəfdə sərf olunan enerjinin uçotunu aparmaq üçün sayğac quraşdırmalı. 9. Yeni çəkiləcək 35 K/V-luq xəttin uzunluğu 650 metr olmalıdır. 10. Əlavə güc artımı olmayacaq. İşdə olan 02 mart 2021-ci il tarixli 004491/20 nömrəli “Xidmət göstərilməsi haqqında” Müqavilədən görünür ki, bir tərəfdən Cavabdeh1, digər tərəfdən “xxxx” ASC adından “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin direktoru Fərid Əmirov arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” Qəbələ rayonu, Mirzəbəyli kəndində sifarişçiyə məxsus qeyri yaşayış obyektinin elektrik şəbəkəsinin avadanlıqlarında texniki xidmətlərin göstərilməsi və avadanlıqların quraşdırılması üçün tapşırır, “İcraçı” isə 1.2 bəndində göstərilən işlərin görülməsini və avadanlıqların quraşdırılmasını öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən Xəttin operativ açılması və qoşulması 1 ədəd, 250 kVA transformatorun sınağı (yağla birlikdə) – 1 ədəd. Müqavilənin 1.3-cü bəndinə əsasən Göstərilən Xidmətlərin həcmi “Tərəflər”in imzaladığı texniki baxış aktı ilə müəyyənləşdirilir. “Sifarişçi” “İcraçı”ya razılaşdırılmış xidmət haqqını ödəməyi, “İcraçı” isə “Sifarişçi” ilə razılaşdırmış şərtlərlə xidmətləri göstərməyi öhdəsinə götürür. Məhkəmənin 26 may 2021-ci il tarixli 2(025)-626/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-nin X4 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair mülki iş üzrə texniki köməklik göstərmək üçün mütəxəssis cəlb olunması qərara alınmış və mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi **********31; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 08.08.2019) Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Qəbələ rayonu Həmzəlli kəndində yerləşən 1,9171 ha torpaq sahəsində yerləşən cavabdehlər tərəfindən quraşdırılmış elektrik naqillərinin və 2 (iki) ədəd elektrik dayaqlarının həmin ərazidən çıxarılıb başqa ərazidə quraşdırılması mümkündür mü? Əgər naqillərinin və 2 (iki) ədəd elektrik dayaqlarının başqa ərazidə quraşdırılması mümkündürsə, bu hansı yolla və hansı üsullara mümkündür? Naqillərinin və 2 (iki) ədəd elektrik dayaqlarının başqa ərazidə quraşdırılması mümkündürsə bu təhlükəsizlik qaydalarına uyğundur mu? “xxxx” ASC X4 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən məhkəmənin 26 may 2021-ci il tarixli 2(025)-626/2021 nömrəli mütəxəssis cəlb olunması barədə qərardadına cavab olaraq 10 iyun 2021-ci il tarixli, 1/13-1668 nömrəli cavab məktubunda (mütəxəssis rəyində) göstərmişdir ki, Qəbələ rayon məhkəməsinin 26.05.2021-ci il tarixli 2(025)-626/2021 saylı qərardadı “xxxx” ASC-nin Şimal-Qərb RETSİ-nə daxil olmuş və qərardadda qoyulmuş suallar tərəflərindən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində yelrəşən, mühafizə zonası zəbt edilmiş 35 kVluq hava xəttinin trassası dəyişdirilə bilər. Belə ki, ilk növbədə həmin ərazinin ətrafında yerləşən və xəttin trassasının dəyişdirilməsi üçün şəraiti olan torpaq sahələri kimə məxsusdursa həmin şəxs və ya aidiyyatı orqan tərəfindən boş sahə ayrılmalıdır. Bundan sonra isə xəttin trassasının dəyişdirilməsi üçün müvafiq layihə-smeta sənədləri hazırlanmalı və hazırlanmış layihə-smeta əsasında podratçı təşkilatla bağlanmış müqavilə əsasında “Elektrik qurğularının quraşdırılması Qaydalar”-na əməl etməklə xəttin trassası dəyişdirilə bilər. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 saylı, 02.02.2005-ci il tarixli qərarı ilə təsdiqlənmiş “xxxx”nın 5.1 bəndinə əsasən X2 ilə abonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhəddi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ inztizama riayət edilməsinə görə məsuliyyət daşıyır. Həmçinin, bu qaydalara əsasən balans mənsubiyyəti sərhədindən sonrakı hissədə baş verən məsələlərə görə X2 məsuliyyət daşımır. Məhkəmə ilk növbədə iddiaçının "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. 169.3-cü maddəsinə əsasən yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın. 169.4-cü maddəsinə əsasən əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylıProtokolun 1-ci maddəsinəəsasən, hərbirfiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 08.08.2019-cu il, reystr nömrəsi **********31 olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakan Dövlət reyestrindən çıxarış»a əsasən onun Qəbələ rayonu Həmzəli kəndində yerləşən 1,9171 ha kənd təsərrüfatı təyinanatlı torpaq sahəsinin üzərində müvafiq icazə olmadan, qanunazidd qaydada, özbaşına quraşdırılmış cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi və qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılmasını tələb edir. Lakin cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh1 məxsus fındıq zavodunu qidalandıran 35 kV-luq budaqlanmanın X9 Sahəsinin balansında olmadığını, həmin xətt və dayaqların Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin balansında olduğunu, xətt və dayaqların “xxxx”xxxx“xxxx” ASC-nə qarşı qaldırılmasının əsassız olduğunu qeyd etmişdir. Cavabdeh1 isə göstərmişdir ki, təqdim etdiyi texniki şərtdən də göründüyü kimi işıq dirəkləri orda 2000-ci ilə qədər salınmış, torpaq isə onların adına dirəklər ora qoyulandan 15 il sonra alınmışdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının iddiasında qeyd etdiyi Cavabdeh1 məxsus fındıq zavodu “xxxx” ASC-nin enerji satış bazasında Cavabdeh1 adına olmaqla **********63270 (**********8) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (fındıq zavodu) 35/10 kV-luq Qəbələ yarımstansiyasından çıxan 35 kV-luq Nic hava xəttinin 35 kV-luq fındıq zavod budaqlanması gərginlik altındadır və işlək vəziyyətdədir. Xəttin qida mənbəyi 35/10 kV-luq Qəbələ yarımstansiyasıdır. Xətt 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Elektroenergetika və Elektrikləşmə “xxxx” Səhmdar Cəmiyyəti “Dövlətenerjinəzarət” İdarəsi tərəfindən tərtib edilmiş akta əsasən istismara buraxılmışdır. Həmçinin Cavabdeh1 məxsus fındıq zavodunu qidalandıran 35 kV-luq budaqlanma X9 Sahəsinin balansında deyil. Həmin xətt və dayaqlar Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsinin balansındandır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 saylı, 02.02.2005-ci il tarixli qərarı ilə təsdiqlənmiş “xxxx”nın 5.1 bəndinə əsasən X2 ilə abonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhəddi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhərdi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ inztizama riayət edilməsinə görə məsuliyyət daşıyır. Həmçinin, bu qaydalara əsasən balans mənsubiyyəti sərhədindən sonrakı hissədə baş verən məsələlərə görə X2 məsuliyyət daşımır. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının çıxarılmasını tələb etdiyi elektrik naqilləri və 2 (iki) ədəd elektrik dayaqları X9 Sahəsinin balansında deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 saylı, 02.02.2005-ci il tarixli qərarı ilə təsdiqlənmiş “xxxx”nın 9.1-ci bəndinə əsasən elektrik naqilləri və 2 (iki) ədəd elektrik dayaqlarının çıxarılması “xxxx” ASC-dən tələb edilə bilməz. Bundan əlavə “xxxx” ASC X4 Təchizatı və Satışı İdarəsi X1 10 iyun 2021-ci il tarixli, 1/13-1668 nömrəli mütəxəssis rəyindən də görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən, mühafizə zonası zəbt edilmiş 35 kV-luq hava xəttinin trassası dəyişdirilə bilər. Belə ki, ilk növbədə həmin ərazinin ətrafında yerləşən və xəttin trassasının dəyişdirilməsi üçün şəraiti olan torpaq sahələri kimə məxsusdursa həmin şəxs və ya aidiyyatı orqan tərəfindən boş sahə ayrılmalıdır. Bundan sonra isə xəttin trassasının dəyişdirilməsi üçün müvafiq layihə-smeta sənədləri hazırlanmalı və hazırlanmış layihə-smeta əsasında podratçı təşkilatla bağlanmış müqavilə əsasında “Elektrik qurğularının quraşdırılması Qaydalar”-na əməl etməklə xəttin trassası dəyişdirilə bilər. Beləliklə, xxxx” ASC X4 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən, mühafizə zonası zəbt edilmiş 35 kV-luq hava xəttinin trassasını dəyişdirə bilər. Bunun üçün ilk növbədə həmin ərazinin ətrafında yerləşən və xəttin trassasının dəyişdirilməsi üçün şəraiti olan torpaq sahələri kimə məxsusdursa həmin şəxs və ya aidiyyatı orqan tərəfindən boş sahə ayrılmalıdır. Daha sonra isə xəttin trassasının dəyişdirilməsi üçün müvafiq layihə-smeta sənədləri hazırlanmalı və hazırlanmış layihə-smeta əsasında podratçı təşkilatla bağlanmış müqavilə əsasında “Elektrik qurğularının quraşdırılması Qaydalar”-na əməl etməklə xəttin trassası dəyişdirilə bilər. Lakin məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (həyat yoldaşı) X8 ərizə ilə müraciət etmədən, müvafiq ödəniş etmədən və smeta hazırlanmadan cavabdehlər tərəfindən elektrik naqillərinin kəsilməsi və qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində elektrik naqillərinin kəsilməsinin, quraşdırılmış iki ədəd elektrik dayaqlarının məhz cavabdehlərin hesabına çıxarılması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən, mühafizə zonası zəbt edilmiş 35 kV-luq hava xəttinin trassası dəyişdirilə bilər. Bunun üçün ilk növbədə həmin ərazinin ətrafında yerləşən və xəttin trassasının dəyişdirilməsi üçün şəraiti olan torpaq sahələri kimə məxsusdursa həmin şəxs və ya aidiyyatı orqan tərəfindən boş sahə ayrılmalıdır. Bundan sonra isə xəttinin trassasının dəyişdirilməsi üçün müvafiq layihəsmeta sənədləri hazırlanmalı və hazırlanmış layihə-smeta əsasında podratçı təşkilatla bağlanmış müqavilə əsasında “Elektrik qurğularının quraşdırılması Qaydalar”-na əməl etməklə xəttin trassası dəyişdirilə bilər. Lakin iddiaçının etibarnamə üzrə nümayəndəsi isə mütəxəssis rəyi ilə razı olmamış, mütəxəssis rəyindən göstərilən əsaslarla iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən elektrik naqillərinin kəsilməsi və quraşdırılmış iki ədəd elektrik dayaqlarının çıxarılması ilə razı olmadığını bildirmişdir. Bunun əksini sübut edən hallar barədə isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir.Belə ki, məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində elektrik naqillərinin kəsilməsinin, quraşdırılmış iki ədəd elektrik dayaqlarının məhz cavabdehlərin hesabına çıxarılmasının hüquqi əsasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı eyni zamanda xüsusi mülkiyyəti olan torpaq sahəsindən icazəsi olmadan istifadə etdiyi hər ay üçün 150 (yüz əlli) manat məbləğdə, ümumilikdə son üç il, yəni son 36 ay üçün cəmi 5.400 (beş min dörd yüz) manat məbləğ pul vəsaitinin Cavabdeh1 tutularaq ona ödənilməsini istəmişdir. Cavabdeh xüsusi mülkiyyəti olan torpaq sahəsindən Cavabdeh1 icazəsi olmadan istifadə etdiyi hər ay üçün 150 (yüz əlli) manat məbləğdə, ümumilikdə son üç il, yəni son 36 ay üçün cəmi 5.400 (beş min dörd yüz) manat məbləğ pul vəsaitinin necə hesablanmasına dair heç bir mötəbər sütubu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdehlər tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-nin X4 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-nin X4 Təchizatı və Satışı İdarəsinə qarşı "xüsusi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz ötürülən elektrik enerjisinin dayandırılması, elektrik naqillərinin kəsilməsi, qanunsuz quraşdırılmış iki ədəd elektrik dayaqlarının cavabdehlərin hesabına çıxarılıb aparılmaqla torpaq sahəsinin boşaldılması və pul” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar