Məhkəmə qərarları › İş №2(025)-632/2020

Qəbələ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(025)-632/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-632/2020 13.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “borcun tutulması “ tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli E/0452 nöməli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 16100 (on altı min bir yüz ) manat və 60393,60 (altmış min üç yüz doxsan üç manat altmış qəpik) manat cərimə borc olmaqla, cəmi 75500,60 (yetmiş beş min beş yüz manat altmış qəpik) manat, habelə ödənilmiş 30,40 manat dövlət rüsumu məbləğinin iddiaçı «xxxxxxxxxxx» MMC–nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli E/0452 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləyə əsasən, Cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivi, 25 saylı küçə, 12 saylı yaşayış binasında ümumi sahəsi 55.92 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 41.940 (qırx bir min doqquz qırx) manat olan 8 saylı mənzil hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 (bir yüz iyirmi) ay müddətinə cavabdehə satılmışdır. Belə ki, xx.xx.2014-cü il tarixli E/0452 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləsinin 1.1, 1.2, 2.1-ci bəndlərinə müvafiq olaraq Cavabdeh (xxxxx) razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. X5 1.4-ci bəndinə görə, “xxxxx” aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0.1% miqdarında cərimə ödəyir. Müqavilə üzrə daşınmaz əmlakın 41.940 manat təşkil etdiyinə görə xx.xx.2015-ci il tarixdə ödənilməyən günlərə görə əmlak dəyərinin 0.1% miqdarında hesablanmış cərimə məbləği 60393,60 (altmış min üç yüz doxsan üç) manat təşkil edir. Beləliklə, Cavabdeh xx.xx.2014-cü il tarixli E/0452 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 16.107 (on altı min bir yüz yeddi) manat və 60393,60 (altmış min üç yüz doxsan üç) manat cərimə borcu yaranmışdır. Həmin müqaviləyə Satıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda “xxxxxxxxxxx” MMC bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır. Həmin müqaviləyə Satıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda «xxxxxxxxxxx» MMC bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır. Torpaq sahəsinin və fərdi yaşayış evinin alqısatqısı haqqında müqaviləyə Əlavənin 1.2-ci bəndinə görə, “xxxxx” müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı “Satıcı”ya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətinə yalnız həmin əmlak satıldıqdan sonra qaytarılır. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC nümayəndəsi X6 iddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, E/0452 №-li “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında” müqavilədən görünür ki, «Satıcı» «xxxxxxxxxxx» MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus AAAF-PARK» yaşayış massivindəki 25 saylı küçəsində inşa edilən (inşa edilmiş) 12 saylı, 12 mərtəbəli yaşayış binasında ümumi sahəsi 55,92 kv.metr olan 1 otaqdan ibarət 8 saylı mənzili «xxxxx» Cavabdeh satmağı, «xxxxx» isə bu müqavi ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən «Satıcı» mənzili tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, «xxxxx» isə vahid əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində və ya 120 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 41.940 manat təşkil edir. Müqavilənin 2.2ci bəndinə əsasən «xxxxx» bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləği bu Müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödədikdə həmin məbləği bir aylıq ödəniş miqdarında ödəyir. İlkin ödəniş (birinci aylıq məbləğ) bu Müqavilə imzalandıqdan sonra 5 gün ərzində ödənilməlidir və Müqavilənin qiymətinə hesablanır. İş materiallarında olan “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında” Müqaviləyə Əlavənin 1.2-ci bəndinə əsasən «xxxxx» müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların (torpaq sahəsinin, fərdi yaşayış evinin və mənzillərin) alqı-satqısı müqaviləsini ləğv edilməsini tələb edərək əmlakı «Satıcı»ya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətinə yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarır. Müqaviləyə Əlavənin 1.3-cü bəndinə əsasən «xxxxx» daşınmaz əşyaların (torpaq sahəsinin, fərdi yaşayış evinin və mənzillərin) əsaslı səbəb olmadan geri qaytarılması ilə «Satıcı»ya müraciət etdikdə, qeydi-şərtsiz qaytarılan əmlakın 15 faizi miqdarında cərimə ödəyir. Müqaviləyə Əlavənin 1.4-cü bəndinə əsasən «xxxxx» aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0,1 faizi miqdarında cərimə ödəyir. İş materiallarında olan «xxxxxxxxxxx» MMC tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli 4094 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli E/0452 nömrəli “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqında” müqavilə üzrə Cavabdeh 16100 (on altı min bir yüz ) manat əsas borc və müavilənin 4.3-cü bəndinə müvafiq qaydada hər gün üçün muqavilə dəyərinin 0.1% həcmində hesablanmış 60393,60 (altmış min üç yüz doxsan üç manat altmış qəpik) manat cərimə borc olmaqla cəmi 75500,60 (yetmiş beş min beş yüz manat altmış qəpik) manat təşkil edir. İş materiallarında olan «xxxxxxxxxxx» MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh X2 xx.xx.2014-cü il tarixli E/0452 nöməli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 16100 (on altı min bir yüz ) manat və 60393,60 (altmış min üç yüz doxsan üç manat altmış qəpik) manat cərimə borcu məbləğində öhdəliyini 7 (yeddi) gün müddətində ödənilməsini təmin etməyi tələb olunmuşdur. Əks təqdirdə, onunla bağlanmış xx.xx.2014-cü il tarixli E/0452 nöməli müqavilə «xxxxx» tərəfindən öhdəliklərin icra olunmaması səbəbindən müqavilə MMC tərəfindən ləğv ediləcək Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivi, 25 saylı küçə, 12 saylı yaşayış binasında ümumi sahəsi 55.92 kv.metr olan 1 otaqdan ibarət, 8 saylı mənzili cəmiyyətə verilməsini tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Nazirliyinin 2 saylı X1 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2017-cı il tarixdə verilmiş, **********378800 nömrəli kommersiya qrumunun «bir pəncərə» prinsipi ilə qeydiyyata alınmış «Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, «xxxxxxxxxxx» MMC xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmaqla hüquqi ünvanı ünvan 1 ünvanında yerləşir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən xx.xx.2014-cu il tarixdə verilmiş, AZE seriyalı, 14624480 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci ildə Qəbələ rayon Hacallı kəndində doğulmuş və Qəbələ rayon Hacallı kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, E/0452 №-li “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında” müqaviləsinə əsasən «xxxxxxxxxxx» MMC Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivi, 25 saylı küçə, 12 saylı yaşayış binasında ümumi sahəsi 55.92 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 41.940 (qırx bir min doqquz qırx) manat olan 8 saylı mənzil hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 (bir yüz iyirmi) ay müddətinə cavabdehə satılmışdır. Cavabdeh T.Yaraliyev (xxxxx) razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı Cavabdeh 16.107,00 manat məbləğində əsas borcunun və 60.393,60 manat məbləğində dəbbə pulunun, yarandığını iddia edir və bu məbləğin ondan tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın xxxxxya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda xxxxx ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış xxxxx onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Məhkəmə, bu sahəni tənzimləyən normaları, habelə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, hesab edir ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» X3 ilə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, E/0452 №-li “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında” müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu, yəni 16.107 manat borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, xx.xx.2014-cü il tarixli, E/0452 №-li “Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında” müqaviləyə Əlavənin 1.4-cü bəndinə əsasən «xxxxx» aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0,1 faizi miqdarında cərimə ödəmək tərəfin məsuliyyəti olmasına dair cavabdehin könüllü iradə ifadəsi olaraq iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə öz əksini tapmışdır. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 60393,60 manat məbləğində dəbbənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, həmin məbləğ cavabdehdən «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 16100 manat əsas və 60393,60 manat cərimə borcu olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə əsas borc üzrə 16100 manat və cərimə borcu üzrə 60393,60 manat borcun tutulmasını əsaslı hesab edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 241.5-ci maddəsinə əsasən iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddiaçının izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli E/0452 nöməli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 16100 (on altı min bir yüz ) manat və 60393,60 (altmış min üç yüz doxsan üç manat altmış qəpik) manat cərimə borc olmaqla 75500,60 (yetmiş beş min beş yüz manat altmış qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli E/0452 nöməli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 16100 (on altı min bir yüz ) manat və 60393,60 (altmış min üç yüz doxsan üç manat altmış qəpik) manat cərimə borc olmaqla 75500,60 (yetmiş beş min beş yüz manat altmış qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar