Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-633/2022 21.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh və maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dairmülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh və maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh və maraqlı şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və fərdi yaşayış evinin boşaldılaraq banka təhvil verilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 21 iyul 2020ci il tarixli AN-İ N- ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsinin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx"İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında 21 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə Bakı şəhəri 9 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evinin 12100 (on iki min yüz) manata və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsinin 10000 (on min) manata, ümumilikdə 22100 (iyirmi iki min yüz) manata nisyə alqı-satqı qaydasında Cavabdeh satılması nəzərdə tutulmuşdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsinə münasibətdə ilkin olaraq 5500 (beş min beş yüz) manat məbləğində vəsaiti satıcının İddiaçı ASC-nin hesabına ödəyir, qalan 4500 (dörd min beş yüz) manatı isə 21 sentyabr 2024-cü il tarixinədək, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə münasibətdə isə ilkin olaraq 6600 (altı min altı yüz) manat məbləğində vəsaiti satıcının-İddiaçı ASC-nin hesabına ödəyir, qalan 5500 (beş min beş yüz) manatı isə 21 sentyabr 2024-cü il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Cəmi 12100 (on iki min yüz) manat Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənildikdən sonra ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və Qəbələ rayonu, Daşlıca kəbdi ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Qalan 10000 (on min) manat məbləğində pulu hər ay 200 manat olmaqla xx.xx.2024 tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamışdır, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi ödənişlər edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx"İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında 21 iyul 2020ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Həmçinin həmin müqavilənin digər şərtinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Mübahisənin məhkəmədənkənar qaydada həll olunması üçün yazılı xəbərdarlıq məktubu 17 dekabr 2021-ci il tarixdə Cavabdeh göndərilmişdir. Lakin buna baxmayaraq Cavabdeh tərəfindən müqavilənin 5-ci bəndi icra olunmamış, müqavilənin icrası ilə bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə lazımi ödəniş edilməmiş, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsi boşaldılaraq Banka təhvil verilməmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsi boşaldılaraq Baka təhvil verilməmlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndəiddiada ərizəsində qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək məhkəmədə verdiyi izahatında göstərmişdir ki, maddi imkanı aşağı olduğundan və bir müddət xəstəliyindən banka olan borcunu ödəyə bilməmişdir. Bu yaxınlarda bankla razılıq edərək qalan borcunu ödəmək niyyətindədir. Qeyd olunanları nəzərə almaqla məhkəmədən ədalətli və qanuni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisində 1S-3350 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 21iyul 2020-ci il tarixli müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti adından ShurGaia Nikoloz ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182,72 kv/m, yaşayış sahəsi 90.8 kv/m, yardımçı sahəsi 91.92 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,44 ha torpaq sahəsini tam mülkiyyət hüququ üzrə alıcı Cavabdeh mülkiyyətinə vermişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən alıcı Cavabdeh ilkin olaraq 5500 manat 00 qəpik (beş min beş yüz manat sıfır qəpik) məbləği satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 4500 manat 00 qəpik (dörd min beş yüz manat sıfır qəpik) məbləği isə xx/xx/2024 tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin müqaviləyə əsasən alıcı Cavabdeh ilkin olaraq 6600 manat 00 qəpik (altı min altı yüz manat sıfır qəpik) məbləği satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 5500 manat 00 qəpik (beş min beş yüz manat sıfır qəpik) məbləği isə xx/xx/2024 tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Cəmi 110000.00 (on bir manat 00 qəpik) manat Cavabdeh tərəfindən hal-hazırda İddiaçı ASC ödənilir. Qalan 10000.00 (on min manat 00 qəpik) manat hər ay 200.00 (iki yüz manat 00 qəpik) manat ödəmək şərti ilə xx/xx/2024-cü ilədək İddiaçı ASC-nə Cavabdeh ödəməyi öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC-nin 17dekabr 2021-ci il tarixdə Cavabdehna ünvanlanmış bildirişdə qeyd edilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın nisyə alğı-satqı müqaviləsinin şərtlərinin pozulmasını nəzərə alaraq xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 10 (on) gün müddətində müqavilə üzrə qalıq borcu ödəməyi, əks halda ünvan 1i ünvanda yerləşən fərdi yaşayış evini boşaldaraq Banka təhvil verməyi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, borclu Cavabdehxx.xx.1975-ci ildə Qəbələ rayonu Daşca kəndində doğulmuşdur və Qəbələ rayonu, Daşca kəndində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lızamınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi 12100 (on iki min yüz) manata və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsi 10000 (on min) manata, ümumilikdə 22100 (iyirmi iki min yüz) manata nisyə alqı-satqı qaydasında Cavabdeh satılmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.44 ha olan torpaq sahəsinə münasibətdə ilkin olaraq 5500 (beş min beş yüz) manat məbləğində vəsaiti satıcının İddiaçı ASC-nin hesabına ödəmiş, qalan 4500 (dörd min beş yüz) manatı isə 21 sentyabr 2024-cü il tarixinədək, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardımçı sahəsi 91.92 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə münasibətdə isə ilkin olaraq 6600 (altı min altı yüz) manat məbləğində vəsaiti satıcının -İddiaçı ASC-nin hesabına ödərmiş, qalan 5500 (beş min beş yüz) manatı isə 21 sentyabr 2024-cü il tarixinədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür.Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və əmlakın qiymətinə görə ödəməli olduğu 10.000 manatı ödəməmişdir. İşin bu halını tərəflərin özləri də mülki işin məhkəmə araşdırılması zamanı etiraf etmişlər. Ödəməli olduğu pulun ödənilməməsinin səbəbini, ödənişlərin dayandırılmasını o, maddi imkanın olmaması ilə əsaslandırmışdır. Mülki işin məhkəmə araşdırılması vaxtı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada və vaxtında ödəmədiyindən sonuncu tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Yəni, İddiaçı ASC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İşin qeyd olunan hallarını və qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış 21 iyul 2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsində nəzərdə tutulmuş şərtlər sərçivəsində əməl etmədiyinə görə iddia tələbi tələbi təmin edilməli, adı çəkilən müqavilə ləğv olunmalı və qeyri-yaşayış sahələri cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 21 iyul 2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardım çı sahəsi 91,92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,44 ha olan torpaq sahəsi Cavabdehtərəfindən boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (əvvəlki adı "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh arasında bağlanmış və Bakı şəhəri 9 saylı Notariat Ofisində notarial qaydada təsdiq edilmiş 21 iyul 2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 182.72 kv.m, yaşayış sahəsi 90.8 kv.m, yardım çı sahəsi 91,92 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,44 ha olan torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-633/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-633/2022
21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver