Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-634/2022 18.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yolun açılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yolun açılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-050G və JN-457F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr üzrə verilmiş 0.35 ha və 0.38 ha torpaq sahəsinə gediş-gəliş üçün yolun açılmasına törədilən maneələrə son qoyulması barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı kimi İddiaçı1 göstərilsə də, JN-050G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə digər payçılarla birlikdə X1 adı qeyd edilmiş və həmin adın İddiaçı1 ilə eyni şəxs olması iş materialları ilə sübuta yetirilmir. Həmçinin iddia ərizəsində iddiaçı kimi İddiaçı2 göstərilsə də, JN-457F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə digər payçılarla birlikdə İddiaçı2 Əhmədiyyə oğlunun adı qeyd edilmiş və həmin adın İddiaçı2 ilə eyni şəxs olması iş materialları ilə sübuta yetirilmir İddiaçılar sözügedən torpaq sahələrinə gediş-gəliş üçün yolun açılmasına törədilən maneələrə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ilk növbədə JN-050G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin iddiaçı X2 məxsus olmasını və həmçinin JN-457F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin həmçinin İddiaçı2 məxsus olmasını sübuta yetirməli, daha sonra hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmalıdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçılar JN-050G nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin həmçinin iddiaçı X2 məxsus olmasını və həmçinin JN-457F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin həmçinin İddiaçı2 məxsus olmasının müəyyən olunmasına dair hər hansı sənəd əlavə etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə görə isə iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin, X5 Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı2 tərəfindən cəmi 101 manat məbləğində pul ödənilmiş, həmin puldan məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş pul 100 manat məbləğində olmuşdur. Göstərilənlərə əsasən, hesab edirəm ki, İddiaçı2 tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və maraqlı şəxs Qəbələ Rayon Aydınqışlaq Bələdiyyəsinə qarşı “yolun açılmasına törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək olar. İddiaçı2 tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X3 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı2 geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-634/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-634/2022
18.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver