Məhkəmə qərarları › İş №2(025)-637/2020

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-637/2020

17.09.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-637/2020 17.09.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, X2katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Tikanlı Bələdiyyəsinin sədri X3 iştiraklarıilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Yusı̇bov Məmmed Gülənməd oğluna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələlərı̇ Dövlət Komı̇təsı̇nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazi İdarəsı̇nə və Qəbələ rayon Tikanlı Bələdiyyəsinə qarşı “yolun açılması və maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Yusı̇bov Məmmed Gülənməd oğluna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmlak Məsələlərı̇ Dövlət Komı̇təsı̇nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazi İdarəsı̇nə və Qəbələ rayon Tikanlı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-113A, kod 40615018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında xüsusi mülkiyyətlərinə verilmiş 0.07 ha və 0.76 ha həyətyanı torpaq sahələrinə olan gediş-gəliş yolunun cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmış ağac dirəklərin və taxta hasarın sökülərək-açılması, torpaq sahəsinin cavabdehin öz hesabına əvvəlki vəziyyətə qaytarılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, onlara-İddiaçı1 və İddiaçı2, onun ailə üzvləri X9, X10, X6, X5 Qəbələ rayonu X4 qərarı ilə Qəbələ rayonu, Tikanlı kəndi ərazisindən 0.07 ha və 0.76 ha torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahələrinə görə JN-113A, kod 40615018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi ********** olan Çıxarış, Torpaq sahəsinin plan və ölçüsü əldə olunmuşdur. Onlara məxsus torpaq sahələrinə (torpaq sahələri əvvəl onların istifadəsinə və sonradan xüsusi mülkiyyətlərinə verildiyi vaxtdan) təxminən 40 il olar ki, nəqliyyat vasitələrinin gediş-gəlişi üçün nəzərdə tutulmuş 6 metr enlikdə yol mövcud olmuşdur ki, həmin ümumi gediş-gəliş yolu da 2 ildən artıqdır ki Cavabdeh tərəfindən qanunsuz zəbt edilərək ağac dirəklər basdırılaraq taxta hasar ilə bağlanılmış, həmin hissədə dəmir barmaqlıqdan ibarət qapı da qoymuşdur. Hal-hazırda xüsusi mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə nəqliyyat vasitəsilə, nə də digər şəkildə sərbəst olaraq gediş- gəliş mümkün deyildir. Onlar dəfələrlə qanunsuz əməllərinə son qoyulmasını, ümümi istifadədə olan gediş-gəliş yolunun açılmasını nəzərinə çatdırsalar da, özü tərəfindən tezliklə gediş-gəliş yolunun açılaraq əvvəlki vəziyyətə gətiriləcəyini söyləmiş, lakin verdiyi sözə əməl etməmiş, onlar tərəfdən görülən tədbirlərin nəticəsi olmamışdır. Bu barədə Qəbələ Polis Şöbəsinə, kənd bələdiyyəsinə, Rayon İcra Hakimiyyətinə və s. müvafiq idarələrə müraciət olunmuş, onlar tərəfindən verilən cavablarda müraciətin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X14 rəsmi qaydada ərizə ilə müraciət etməyinə baxmayaraq xx xxxxxx 2020-ci il tarixli **********71 saylı məktub ilə aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövşiyyə olunmuşdur. Ona görə də onlar Cavabdeh tərəfindən qanunsuz bağlanılmış gediş-gəliş yolunun əvvəlki vəziyyətə qaytarılaraq açılması üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, verilmiş ekspertiza rəyi ilə qismən razı olduğunu bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, verilmiş ekspertiza rəyi ilə qismən razı olduğunu bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ rayon Tikanlı Bələdiyyəsinin sədri X7 iddianı qəbul edərək məhkəməyə ərizə təqdim etdi və bildirdi ki, verilmiş ekspertiza rəyi ilə razıdır. Odur ki, mübahisəli ərazidə Qəbələ rayon Tikanlı Bələdiyyəsinin sərəncamında olan torpaq sahəsinə dair maneələrin aradan qaldırılması, yəni iddiaçılarının yol yeri kimi istifadə etmək istədikləri torpaq sahəsinin açılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Yusı̇bov Məmmed Gülənməd oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələlərı̇ Dövlət Komı̇təsı̇nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı̇ Xı̇dmətı̇nin 9 saylı Qəbələ Ərazi İdarəsı̇nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı2 Qəbələ rayonu, Tikanlı kəndində yerləşən 0.76 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi üzərində olan xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 180 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində ********** № ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş JN-113A (Kod: 40615018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in xx xxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən, İddiaçı1 mülkiyyətinə Qəbələ rayonu, Tikanlı kəndində 0,07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-637/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazidə yol yeri nəzərdə tutulmuşdurmu və həmin ərazi cavabdeh tərəfindən bağlanmışdırmı? - Xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla iddiaçıların yol yeri kimi istifadə etmək istədiyi ərazi kimin mülkiyyətidir? Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 272 saylı ekspert rəyindən görünür ki, ərzinin ümumi xəritəsi və hüquqmüəyyənedici sənədlər nəzərə alınmaqla iddiaçının yol yeri kimi istifadə etmək istədiyi ərazidə yo yeri nəzərdə tutulmamışdır. Həmin eni 4.68 metr, uzunluğu 74.2 metr olan sahəsi 294.9 kv.metr təşkil edən ərazi bələdiyyə mülkiyyətidir və yol yeri kimi bələdiyyədən müvafiq qaydalar çərçivəsində alına bilər. Bu mübahisləndirilən yol ərazisinin iddiaçıya məxsus 0.07 ha torpaq sahəsindən çıxışı istiqaməti cavabdeh X8 tərəfindən bağlanmışdır və istifadəsinə maneəçilik törədilir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunanJN-113A saylı, kod 40615018 olan «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyəəsasən verilmiş torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən verilmiş torpaq sahəsiiddiaçılarının mülkiyyətindədir. İddiaçılarının yol kimi istifadə etdikləri torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, bələdiyyənin ehtiyat fondu torpaqlarına aiddir. Cavabdeh qeyd olunan ərazini zəbt etmişdir və iddiaçılara həmin torpaq sahəsindən öz mülkiyyətində olan torpaq sahəsinə gedib-gəlməsinə maneə yaradır. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılarının, həmçinin maraqlı şəxs olan Bələdiyyənin mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçılar özlərinə məxsus torpaq sahələrini qanuni şəkildə əldə etsələr də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçılarının mülkiyyət hüquqları pozulmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-113A (Kod: 40615018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyə əsasən Qəbələ rayonu, Tikanlı kəndində İddiaçı1 mülkiyyətinə verilmiş 0.07 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu, Tikanlı kəndində İddiaçı2 mülkiyyətinə verilmiş 0.76 ha torpaq sahələrinə gedən yol yeri (ekspert rəyinə uyğun olaraq) cavabdeh Yusı̇bov Məmmed Gülənməd oğlu tərəfindən açılmalı, yolun bağlanmasında istifadə edilmiş taxta hasar və ağac dirəkləri cavabdehin hesabına sökülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdeh Yusı̇bov Məmmed Gülənməd oğlundan tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1 təqdim etdiyi hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin iddianın "torpaq sahəsinin cavabdehin öz hesabına əvvəlki vəziyyətə qaytarılması" hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçılar iddianı bu hissədə, yəni torpaq sahəsinin əvvəlki vəziyyəti nə cür və hansı formada olduğunu əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. JN-113A (Kod: 40615018) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnaməyə əsasən Qəbələ rayonu, Tikanlı kəndində İddiaçı1mülkiyyətinə verilmiş 0.07 ha və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən Qəbələ rayonu, Tikanlı kəndindəİddiaçı2 mülkiyyətinə verilmiş 0.76 ha torpaq sahələrinə gedən yol yeri (ekspert rəyinə uyğun olaraq) cavabdeh Yusı̇bov Məmmed Gülənməd oğlu tərəfindən açılsın və yolun bağlanmasında istifadə edilmiş taxta hasar və ağac dirəkləri cavabdehin hesabına sökülsün. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdeh Yusı̇bov Məmmed Gülənməd oğlundan tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar