Məhkəmə qərarları › İş №2(025)-64/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-64/2025

15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-64/2025 15.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Cavabdehnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə faktı) Qəbələ Rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Ərizəçi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə verərək 03 fevral 1950-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Zirik kəndində anadan olub X3 və X4 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, o, 03 fevral 1950-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunun Zirik kəndində anadan olub X3 və X4 törəmişdir. Barəsində doğum akt qeydi aparılmadığından doğum haqqında şəhadətnamə ala bilməmişdir. Şəxsiyyətini təsdiq edən sənədi olmadığından ona təyin olunan pensiyanın ödənişi dayandırılmışdır. Ona görə də, doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İşdə olan Qəbələ rayon Dövlət arxivindən verilmiş kolxozçu ailəsinin Ev kitabından çıxarışa əsasən Pravda kolxozunun üzvü X7 ailə üzvləri, X3 və Ərizəçi ilə birlikdə 1967-ci ildə tikilmiş Qutqaşen rayonu Zirik kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. İşdə olan AZ-T 020214 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1950-ci ildə anadan olmuş X2 ilə xx.xx.1950-ci ildə anadan olmuş Ərizəçi nikahı 11 oktyabr 1968-ci il tarixdə 14 nömrə ilə qeydə alımışdır. Nikahdan sonra arvada Nəzirova soyadı verilmişdir. İşdə olan AR ƏN Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-12- 109/2024 saylı məlumata əsasən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında Ərizəçi doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qəbələ RİHB-nin Zirik kənd İƏD üzrə İN tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 5-59-22/2-91-2024 saylı arayışda göstərilmişdir ki, Vaizi X1 rayon Zirik kəndində qeydiyyatdadır və Qəbələ rayonu Zirik kəndində yaşayır. İşdə olan AR DMX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 26/15A saylı arayışa əsasən AR Prezidentinin 26 yanvar 2024-cü il tarixli 4276 nömrəli Sərəncamı ilə 3 fevral 1950-ci ildə AR-nın Qəbələ rayonunda anadan olmuş Ərizəçi AR-nın vətəndaşlığına qəbul olunmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə hesab edir ki, X3 və X4 törəmiş xx.xx.1950-ci il təvəllüdlü Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer – Qəbələ (Qutqaşen) rayonu, Zirik kəndi; doğum tarixi- xx.xx.1950-ci il; anası X7; atası X3 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar