Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-658/2021 05.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İddiaçı, cavabdeh Qəbələ rayonu Zarağan kənd 1saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) X2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi X9 və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Qəbələ rayonu Zarağan kənd 1 saylı tam orta məktəbi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi Ərazi X3rşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qəbələ rayonu Zarağan kənd 1 saylı tam orta məktəbi, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi Ərazi X3rşı «əmrin ləğv edilməsi və işə bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Zarağan kənd 1 saylı tam orta məktəbin direktoru tərəfindən işdən azad edilməsi haqqında 29 mart 2021-ci il tarixli 17 saylı əmrin ləğv edilməsi və əvvəlki riyaziyyat-informatika müəllimi işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Qəbələ rayonu Zarağan kənd 1 saylı tam orta məktəbin direktorunun 15 sentyabr 2015-ci il tarixli 59 saylı əmri ilə Qəbələ rayonu Zarağan kənd 1 saylı tam orta məktəbinə riyaziyyat-informatika müəllimi təyin edilmişdir. 07 iyun 2016-cı ildə və 01 fevral 2018-ci illərdə körpə övladı olduğu üçün məktəb direktorunun əmri ilə analıq məzuniyyətdə olmuşdur. 2018-ci ildə məktəb direktoru ona müəllimlərin işə qəbul imtahanında iştirak etməli olduğunu demişdir. İmtahana hazırlaşaraq 2019-cu ildə imtahanda iştirak etmiş və imtahandan 42 bal toplamışdır. 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən Qəbələ rayonu üzrə müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi 36 bal müəyyən edilmişdir. O isə keçid balından da artıq bal toplamışdır. Buna baxmayaraq məktəbin direktoru 2020-ci ildə yenidən müəllimlərin işə qəbul imtahanında iştirak etməli olduğunu demişdir. 2020-ci ildə yenidən imtahanda iştirak etmiş və 40 bal toplamışdır. 2020-ci ildə də Təhsil Nazirliyi tərəfindən Qəbələ rayonu üzrə müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi 36 bal müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq məktəbin direktoru 24 mart 2021-ci il tarixdə onun qismən ödənişli analıq məzuniyyəti başa çatan kimi onu qanunsuz olaraq işdən azad etmişdir. O, 24 mart 2021-ci il tarixinə kimi qismən ödənişli analıq məzuniyyətində olduğu müddətdə hər ay qismən ödənişli məzuniyyətini almışdır. Yəni qanuni şəkildə işləmişdir və məzuniyyətdə olmuşdur. 2015-ci ildə Zarağan kənd 1 saylı tam orta məktəbinə riyaziyyatinformatika müəllimi təyin edildikdən sonra dərs dediyi müddətdə dərsləri öz adında olmuş, analıq məzuniyyətində olduğu müddətdə isə dərslərini müvəqqəti əvəz etmək üçün başqa müəllimə vermişlər. Belə ki, 24 mart 2021-ci il analıq məzuniyyətin bitən tarixə qədər onun tarifləşmə cədvəlində öz dərsləri olmuşdur. Bütün bunlara baxmayaraq işə buraxılmamış və işdən azad edilmişdir. Bundan başqa işdən azad edilərkən ona heç bir xəbərdarlıq edilməmiş və direktor 29 mart 2021-ci il tarixli 17 saylı əmrini onunla əsaslandırmışdır ki, o, daimi əsaslarla işləyən müəllim olmamışdır. Bütün bunlardan göründüyü kimi cavabdeh Zarağan kənd 1 saylı tam orta məktəbin direktorunun onun barəsində işdən çıxarılma əmri tam qanunsuz və əsassızdır. Bu səbəbdən hesab edir ki, hüquqları kobud şəkildə pozulmuşdur və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki işin 26.04.2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Qəbələ rayon Təhsil şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşama Mərkəzi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məhkəmə iclasında İddiaçı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh Qəbələ rayonu Zarağan kənd 1 saylı tam orta məktəbin direktorunun 15 sentyabr 2015-ci il tarixli 59 saylı əmri ilə Qəbələ rayonu Zarağan kənd 1 saylı tam orta məktəbinə riyaziyyat-informatika müəllimi təyin edilmişdir. 01 fevral 2018-ci illərdə körpə övladı olduğu üçün məktəb direktorunun əmri ilə analıq məzuniyyətdə olmuşdur. 2018-ci ildə məktəb direktoru ona müəllimlərin işə qəbul imtahanında iştirak etməli olduğunu demişdir. İmtahana hazırlaşaraq 2019-cu ildə imtahanda 42 bal toplamış, 2020-ci ildə yenidən müəllimlərin işə qəbul imtahanında iştirak etmiş və 40 bal toplamışdır. 2020-ci ildə də Təhsil Nazirliyi tərəfindən Qəbələ rayonu üzrə müəllimlərin daimi əsaslarla işə qəbul edilməsi 36 bal müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq məktəbin direktoru onu qanunsuz olaraq işdən azad etmişdir. O, işdən azad edilərkən ona heç bir xəbərdarlıq edilməmiş və direktor 29 mart 2021-ci il tarixli 17 saylı əmrini onunla əsaslandırmışdır ki, o, daimi əsaslarla işləyən müəllim olmamışdır. Həmçinin hal-hazırda onunla Qəbələ rayon Zarağan kənd 1 saylı Tam orta məktəb rəhbərliyi arasında bağlanmış əmək müqaviləsi E-gov.az portalında mövcuddur və qüvvədədir, yəni o, hal-hazırda işləyən şəxs hesab edilir. Ona görə də iddia tələbinin təmin olunmasını və işə bərpa edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Qəbələ rayonu Zarağan kənd 1 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) X7 məhkəmə iclasında iddianı qismən etiraf edərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 14.09.2015-ci il tarixdə 59 saylı əmrlə ixtisası üzrə Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəbinə riyaziyyat müəllimi təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. İddiaçı 07 iyun 2016-ci ildə 90 nömrəli əmrlə 07 iyun 2016-ci ildən 10 oktyabr 2016-ci il tarixə kimi analıq məzuniyyətinə buraxılmış və 01 dekabr 2016-ci ildə 122 nömrəli əmrlə isə 01 dekabr 2016-ci ildən 15 sentyabr 2019-cu il tarixə qədər uşağa qulluqa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı 01 fevral 2018-ci ildə 28 nömrəli əmrlə 01 fevral 2018-ci ildən 06 iyun 2018-ci il tarixə kimi bületənə əsasən analıq məzuniyyətinə, 01 iyun 2018-ci ildə 39 nömrəli əmrlə 07 iyun 2018-ci ildən 15 sentyabr 2020-ci il tarixə qədər uşaqa qulluğa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. 14.09.2020-ci il tarixdə 65 nömrəli əmrlə məzuniyyət müddəti uşağın üç yaş tamam olana qədər, yəni 24.03.2021-ci il tarixə qədər uzaldılmışdır. İddiaçı diaqnostiq qiymətləndirilmədə iştirak etməmişdir. Lakin 2019 və 2020-ci ildə MİQ-də iştirak etmiş və keçid balını toplamışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 29 mart 2021-ci ildə 17 saylı əmrlə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb AR Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən sonra işə qəbul edilmiş müəllimləri daimi əsaslarla işləyən müəllim qəbul etməməsi olmuşdur. Həmçinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemə işlənməməsindən xəbəri vardır. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. 26 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Qəbələ rayon Təhsil şöbəsinin nümayəndəsi X16 məhkəmə iclasında iddianı qismən etiraf edərək verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 14.09.2015-ci il tarixdə 59 saylı əmrlə ixtisası üzrə Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəbə ehtiyaca görə fərdi təhsildən 6 saat verilməklə müəllim təyin olunmuşdur. 29 mart 2021-ci ildə 17 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı müəllimlərin diaqnostiq qiymətləndirməsində iştirak etməmişdir. Buna baxmayaraq 2019 və 2020-ci ildə MİQ-də iştirak etmiş və keçid balını toplamışdır. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. 26 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesabşama Mərkəzinin nümayəndəsi X12 iddianı qismən etiraf edərək verdiyi izahatında göstərmişdir ki, Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı 14 sentyabr 2015-ci ildə 59 saylı əmrlə məktəbə ixtisası üzrə (riyaziyyat və informatika) Qəbələ şəhər Zarağan 1 saylı tam orta məktəbinə müəllim təyin olunmuş və 6 (altı) saat dərs verilmişdir. Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı 07 iyun 2016-ci ildə 90 nömrəli əmrlə 07 iyun 2016-ci ildən 10 oktyabr 2016-ci il tarixə kimi 509668 nömrəli bülletənə əsasən analıq məzuniyyətinə buraxılmışdır və 7 saat tarifləşmə cədvəlində verilmiş dərs yükü məktəbin müəllimi X10 həvalə edilmişdir. 01 dekabr 2016-ci ildə 122 nömrəli əmrlə 01 dekabr 2016-ci ildən 15 sentyabr 2019cu il tarixə qədər uşağa qulluqa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. 15.09.2017-ci ildə 08 nömrəli əmrlə Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı analıq məzuniyyətində olduğu üçün tarifləşmə cədvəlində verilmiş 9 dərs yükünün tədrisi müvəqqəti olaraq məktəbin müəllimi X4 ( 5 saat) və X1 (4 saat) verilmişdir. Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı 01 fevral 2018-ci ildə 28 nömrəli əmrlə 01 fevral 2018-ci ildən 06 iyun 2018-ci il tarixə kimi 742108 nömrəli bületənə əsasən analıq məzuniyyətinə buraxılmış və 9 saat tarifləşmə cədvəlində verilmiş dərs yükü məktəbin müəllimi X11 (5 saat) və X5 (4 saat) həvalə edilmişdir. 01 iyun 2018-ci ildə 39 nömrəli əmrlə 07 iyun 2018-ci ildən 15 sentyabr 2020-ci il tarixə qədər uşağa qulluğa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. 14.09.2020-ci il tarixdə 65 nömrəli əmrlə məzuniyyət müddəti uşağın üç yaş tamam olana qədər, yəni 24.03.2021-ci il tarixə qədər uzaldılmışdır. 6 saat tarifləşmə cədvəlində verilmiş dərs yükü məktəbin müəllimi X10 həvalə edilmişdir. 29.03.2021-ci ildə 17 saylı əmrlə Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı analıq məzuniyyəti başa çatdığı üçün işdən azad edilmiş və son hesab ödənilmişdir. Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı analıq məzuniyyəti başa çatdığı üçün işdən azad edilmiş və son hesab ödənilmişdir. Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı diaqnostiq qiymətləndirmədə iştirak etməmiş və 2019 və 2020-ci ildə MİQ-də iştirak etmiş və keçid balını toplamışdır. İş üzrə qərar çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin izahatlarını və çıxışlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli, 15.09.2015-ci ildə tərtib edilmiş əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, o, 14 sentyabr 2015-ci il tarixli, 59 nömrəli əmrlə Qəbələ rayonu Zarağan1 saylı tam orta məktəbdə ixtisası üzrə riyaziyyatinformatika müəllim təyin olunmuş, 29.03.2021-ci il tarixli əmrlə məktəbin riyaziyyat-informatika müəllimi olaraq ödənişli analıq məzuniyyəti bitdiyi üçün işdə hesab edilməklə və həmin tarixdən də AR Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən sonra işə qəbul edilmiş müəllimləri daimi əsaslarla işləyən müəllim qəbul etməməməsinə görə əmək fəaliyyətinə xitam verilmişdir. İş materiallarında olan işəgötürən məktəbin direktoru X7 ilə İddiaçı arasında 15.09.2015ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən müəyyən olunur ki, iddiaçı 15.09.2015-ci il tarixdən müddətsiz Zarağan 1 saylı tam orta məktəbində müəllim işinə qəbul edilmişdir. İş materiallarında olan 21.05.2015-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən müəyyən edilir ki, İddiaçı ilə Qəbələ rayonu Zarağan kənd 1 saylı tam orta məktəbi arasında 15.09.2015-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq o, riyaziyyat müəllimi təyin edilmişdir. Bildirişdə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 155 manat göstərilmişdir. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəb direktorunun 14.09.2015-ci il tarixli, 59 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ehtiyaca görə fərdi təhsildən 6 saat verməklə riyaziyyat-informatika müəllimi təyin olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəb direktorunun 07.06.2016-ci il tarixli, 90 nömrəli əmrinin surətindən görünür ki, məktəbin riyaziyyat müəllimi İddiaçı 07.06.2016-ci il tarixdən 10.10.2016-ci il tarixədək analıq məzuniyyətinə (əsas SN00004№509668 seriyalı bülleten) buraxılmışdır. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəb direktorunun 01.12.2016-ci il tarixli, 122 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 01.12.2016-ci il tarixdən 15.09.2019-cu il tarixədək güzəştli analıq məzuniyyətinə (əsas: müəllimin ərizəsi) buraxılmışdır. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəb direktorunun 01.06.2018-ci il tarixli, 2 nömrəli əmrinin surətindən görünür ki, məktəbin riyaziyyat müəllimi İddiaçı ərizəsinə əsasən 07.06.2018-ci il tarixdən 15.09.2021-ci il tarixə kimi uzaldılaraq, qismən əmək haqqı ödənilməklə güzəştli analıq məzuniyyətinə (əsas: müəllimin ərizəsi) buraxılmışdır. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəb direktorunun 09.09.2019-cü il tarixli, 133 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 16.09.2019-cu il tarixdən 24.03.2021-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətinə (əsas: müəllimin ərizəsi) buraxılmışdır. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd1 saylı tam orta məktəb direktorunun 29.03.2021-ci il tarixli, 17 nömrəli əmrinin surətindən görünür ki, məktəbin riyaziyyat-informatika müəllimi İddiaçı 2012-ci ildən sonra işə qəbul edilmiş müəllim olduğuna görə və 24 mart 2021-ci il tarixdə qismən ödənişli analıq məzuniyyəti başa çatdığı üçün və AR Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən sonra işə qəbul edilmiş müəllimlərin daimi əsaslarla işləyən müəllim qəbul etməməsi səbəbindən işinə xitam verilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməmiş, lakin 2019 və 2020-ci ildə MİQ-də iştirak etmiş və keçid balını toplamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Qəbələ rayonu üzrə aparıcı məsləhətçisi X6 məhkəməyə təqdim etdiyi məlumatda göstərilmişdir ki, Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı 14 sentyabr 2015-ci ildə 59 saylı əmrlə məktəbə ixtisası üzrə (riyaziyyat və informatika) Qəbələ şəhər Zarağan 1 saylı tam orta məktəbinə müəllim təyin olunmuş və 6 (altı) saat dərs verilmişdir. Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı 07 iyun 2016-ci ildə 90 nömrəli əmrlə 07 iyun 2016-ci ildən 10 oktyabr 2016-ci il tarixə kimi 509668 nömrəli bülletənə əsasən analıq məzuniyyətinə buraxılmışdır və 7 saat tarifləşmə cədvəlində verilmiş dərs yükü məktəbin müəllimi X10 həvalə edilmişdir. 01 dekabr 2016-ci ildə 122 nömrəli əmrlə 01 dekabr 2016-ci ildən 15 sentyabr 2019cu il tarixə qədər uşağa qulluğa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. 15.09.2017-ci ildə 08 nömrəli əmrlə Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı analıq məzuniyyətində olduğu üçün tarifləşmə cədvəlində verilmiş 9 dərs yükünün tədrisi müvəqqəti olaraq məktəbin müəllimi X4 (5 saat) və X1 (4 saat) verilmişdir. Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı 01 fevral 2018-ci ildə 28 nömrəli əmrlə 01 fevral 2018-ci ildən 06 iyun 2018-ci il tarixə kimi 742108 nömrəli bületənə əsasən analıq məzuniyyətinə buraxılmış və 9 saat tarifləşmə cədvəlində verilmiş dərs yükü məktəbin müəllimi X11 ( 5 saat) və X5 ( 4 saat) həvalə edilmişdir. 01 iyun 2018-ci ildə 39 nömrəli əmrlə 07 iyun 2018-ci ildən 15 sentyabr 2020-ci il tarixə qədər uşaqa qulluğa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. 14.09.2020-ci il tarixdə 65 nömrəli əmrlə məzuniyyət müddəti uşağın üç yaş tamam olana qədər, yəni 24.03.2021-ci il tarixə qədər uzaldılmışdır. 6 saat tarifləşmə cədvəlində verilmiş dərs yükü məktəbin müəllimi X10 həvalə edilmişdir. 29.03.2021-ci ildə 17 saylı əmrlə Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı analıq məzuniyyəti başa çatdığı üçün işdən azad edilmiş və son hesab ödənilmişdir. Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı analıq məzuniyyəti başa çatdığı üçün işdən azad edilmiş və son hesab ödənilmişdir. Hüseyncanlı (Qəribova) Qumru Məzahir qızı diaqnostiq qiymətləndirmədə iştirak etməmiş və 2019 və 2020-ci ildə MİQ-də iştirak etmiş və keçid balını toplamışdır. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri, o cümlədən müddəti müəyyən edilməklə və ya müddət müəyyən edilmədən müddətsiz olması əmək münasibətinə girən tərəflərin iradəsi əsasında razılaşdırılmaqla müəyyən edilir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7-ci maddəsinin ikinci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 68-ci maddəsində əmək müqaviləsinin xitam verilməsinin əsasları kimi-tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar sadalanmışdır. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Əmək Qanunvericiliyinin tələblərinə görə işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir, əmək müqaviləsinə xitam verilən işçiyə qanunda nəzərdə tutulduğu qaydada son haqq-hesab ödənilir. İşin halları ilə müəyyən olunur ki, İddiaçı 14 sentyabr 2015-ci il tarixli, 59 nömrəli əmrlə Qəbələ rayon Zarağan kənd1 saylı tam orta məktəbdə ixtisası üzrə (riyaziyyat və informatika) müəllimi təyin olunmuş və ona 6 (altı) saat dərs verilmişdir. Məktəb direktoru X7 ilə İddiaçı arasında 15.09.2015-ci il tarixdə 15.09.2015-ci il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmışdır. 21.10.2015-ci il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»ndə ona müəyyən olunmuş aylıq əmək haqqının məbləği 155 manat göstərilmişdir. İddiaçı 07 iyun 2016-ci ildə 90 nömrəli əmrlə 07 iyun 2016-ci ildən 10 oktyabr 2016-ci il tarixə kimi 509668 nömrəli bülletənə əsasən analıq məzuniyyətinə buraxılmışdır. 01 dekabr 2016-ci ildə 122 nömrəli əmrlə 01 dekabr 2016-ci ildən 15 sentyabr 2019-cu il tarixə qədər uşağa qulluqa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. İddiaçı 01 fevral 2018-ci ildə 28 nömrəli əmrlə 01 fevral 2018-ci ildən 06 iyun 2018-ci il tarixə kimi 742108 nömrəli bületənə əsasən analıq məzuniyyətinə buraxılmışdır. 01 iyun 2018-ci ildə 39 nömrəli əmrlə 07 iyun 2018-ci ildən 15 sentyabr 2020-ci il tarixə qədər uşaqa qulluğa görə güzəştli analıq məzuniyyətinə buraxılmışdır. 14.09.2020-ci il tarixdə 65 nömrəli əmrlə məzuniyyət müddəti uşağın üç yaş tamam olana qədər, yəni 24.03.2021-ci il tarixə qədər uzaldılmışdır. 29.03.2021-ci ildə 17 saylı əmrlə İddiaçı analıq məzuniyyəti başa çatdığı üçün işdən azad edilmişdir. İddiaçı diaqnostiq qiymətləndirmədə iştirak etməmiş və 2019 və 2020-ci ildə MİQ-də iştirak etmiş və keçid balını toplamışdır. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəb direktorunun 29 mart 2021-ci ildə 17 saylı əmri və əmək müqaviləsinə xitam verilməsi barədə məlumat rayon təhsil şöbəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yaratdığı elektron sistemə daxil edilməmişdir. İşin bu halını məhkəmə iclasında cavabdeh Qəbələ rayonu Zarağan kənd 1 saylı tam orta məktəbinin nümayəndəsi (direktoru) X7 verdiyi izahatında etiraf etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin bilavasitə vəzifəsidir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı elektron məlumat bazasından çıxarışa əsasən iddiaçının hazırda Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəbdə müəllim işləməsi, əmək haqqının 172 manat olması məlum olur. Bu fakt cavabdeh və üçüncü şəxslərin nümayəndələri tərəfindən də məhkəmə iclasında etiraf olunmuşdur. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalıdır. İşəgötürən əmək qanunvericiliyinin yuxarıda sadalanan hüquq normalarının tələblərini də pozaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul etmişdir. Bu zaman iddiaçıya işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) təqdim edilməmişdir. Bundan başqa, məktəb direktoru Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərini pozaraq tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansısa maddəsinə istinad etməmiş, aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmrdə sadəcə olaraq göstərilmişdir ki, AR Təhsil Nazirliyi tərəfindən 2012-ci ildən sonra işə qəbul edilmiş müəllimləri daimi əsaslarla işləyən müəllim qəbul etməməməsinə görə İddiaçı əmək fəaliyyətinə xitam verilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsi ilə əmək müqaviləsinin müddətsiz bağlanması əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək qanunvericiliyi müddətli əmək müqaviləsinin bağlanması imkanını da nəzərdə tutur. Bununla bərabər, qanunvericilikdə işə qəbul zamanı işəgötürənin müddətli əmək müqaviləsi bağlamaq hüququndan sui-istifadəsinin qarşısını almağa yönəlmiş qadağa da nəzərdə tutulur. Qeyd edilən normanın tələbinə görə əgər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəllidirsə, onda əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı 14 sentyabr 2015-ci il tarixdən 29mart 2021-ci il tarixə qədər həmin məktəbdə fasiləsiz olaraq riyaziyyat müəllimi kimi işləmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən də, göründüyü kimi eyni iş üzrə əmək münasibəti 5 ildən artıq müddətə davam edərsə əmək müqaviləsi müddətsiz hesab edilir. Bu səbəbdən göstərilən hallar işəgötürən tərəfindən nəzərə alınmamış, nəticədə əmək müqaviləsinə yuxarıda göstərilən qanunvericilik normaları pozularaq xitam verilmişdir. Yuxarıda qeyd olunan xüsusatlara qiymət verən məhkəmə hesab edir ki, İddiaçı 14 sentyabr 2015-ci il tarixdən, 29 mart 2021-ci il tarixədək məktəblə onun arasında bağlanmış əmək müqaviləsi əsasında fasiləsiz pedoqoji əmək fəaliyyəti göstərməsi nəzərə alınmaqla, iddiaçının işdən azad edilməsi barədə əmr verilərkən Əmək Məcəlləsinin tələbləri pozulduğundan, həmin əmrin verilməsinin əsası kimi istinad edilən sənədlərə düzgün hüquqi qiymət verilmədiyindən, eyni zamanda qeyd olunan əmr əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində onun işdən çıxarılması nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının alınması barədə iddiada heç bir tələb qoymamışdır. Buna görə qeyd olunan məsələyə məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə ehtiyac olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəbin İddiaçı işdən azad olunması barədə 29 mart 2021-ci il tarixli, 17 nömrəli əmri ləğv edilməli və o, Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəbində əvvəlki vəzifəsinə bərpa olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəbin İddiaçı işdən azad olunması barədə 29 mart 2021-ci il tarixli, 17 nömrəli əmri ləğv edilsin. İddiaçı Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəbində əvvəlki vəzifəsinə bərpa olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-658/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-658/2021
05.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver