Məhkəmə qərarları › İş №2(025)-692/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-692/2020

15.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-692/2020 15.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Vəliyeva (Səlimova) Nahidə Seyfəddin qızının maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialına qarşı “qohumluq münasibətlərinin müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Vəliyeva (Səlimova) Nahidə Seyfəddin qızı maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialına qarşı “qohumluq münasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizəi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi2 məhkəməyə ərizə təqdim edərək, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının nümayəndələri məhkəməyə gəlmədiklərinə görə onların işin mahiyyəti üzrə həll olunmasını tələb edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, ərizəçi iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və maraqlı şəxslər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Ərizəçilər Ərizəçi2 və Vəliyeva (Səlimova) Nahidə Seyfəddin qızının maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialına qarşı “qohumluq münasibətlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəi və ona əlavə edilmiş sənədlər ərizəçilər Ərizəçi2 və Vəliyeva (Səlimova) Nahidə Seyfəddin qızına qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar