Məhkəmə qərarları › İş №2(025)-7/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-7/2021

02.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-7/2021 02.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, İddiaçı2, iddiaçıların nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “torpaq sahəsinin qaytarılması və maneələrin aradan qaldırılması“ tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2006-cı il tarixli 25 saylı qərarı ilə ailə üzvlərinin istifadəsinə verilmiş 1.64 hektar torpaq sahəsinin DƏDRXnin 9 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən çöl ölçü və müayinə işləri aparılmasına ünvan 1ində yaşayan və qeydiyyatda olan Cavabdeh oglu tərəfindən edilən maneələrin aradan qaldırılması, torpaq sahəsinin onların sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2006-cı il tarixli 25 saylı qərarı ilə onların ailə üzvlərinə 1.64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin DƏDR-də qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış almaq istəyirlər. Bunula əlaqədar DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin mütəxəsisləri ərazidə texniki inventarlaşdırma işləri üçün əraziyə getmiş məlum olmuşdur ki torpaq sahəsi başqa vətəndaşın istifadəsindədir. Bu Torpaq sahəsi Qəbələ Rayon AİK məlum qərarı ilə onlara verilmişdir və AR DT və XK tərefindən onlara JN-2xx xxx 40614018 saylı şəhadətnamə verilmişdir. AR Torpaq islahatı Haqqında Qanunun 12-ci maddəsinə əsasən onlar torpaq payı almaq hüququ olan subyektlər olmuşlar. Ona görə də maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, verilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, ekspertiza rəyi ilə razı deyil. İddia tamamilə əsassızdır. Onun tərəfindən iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmayıb. Həmin torpaq sahəsini 2008-ci ildə iddiaçılar pul qarşılığında ona satmışlar. Həmin torpaq sahəsini bağ halına salıb. Ağaclar əkib. Torpaq sahəsinə görə o iddiaçılara 300 manat vermiş və qeyri-rəsmi şəkildə onlar razılaşmışlar ki, həmin sahə ilə bağlı sənədləşmə işlərində köməklik göstərəcək. İddiaçılar sonradan daha çox pul istədilər. İddiaçılara 1000 manat pul təklif etmiş, lakin bununla razılaşmamışlar. Odur ki, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş JN-285 nömrəli (kod:40614018) «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in xx xxxxxx 2006-cı il tarixli 25 nömrəli qərarına əsasən ünvan 1i ünvanında yerləşən 1,64 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X5, X8, X11, İddiaçı2, İddiaçı3, X1, X2 və Nümayəndə ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Mıxlıqovaq kənd İ.Ə.N tərəfindən xx xxxx 2003-cü il tarixdə verilmiş AZ-İ № 049282 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxx 2003-cü il tarixdə Qəbələ rayon Mıxlıqovaq kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Mıxlıqovaq kənd İ.Ə.N tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ № 029942 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxx 2007-ci il tarixdə Qəbələ rayon Mıxlıqovaq kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-249/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.

1. JN-285 nömrəli (kod: 40614018) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ünvan 1ində X5, X8, X11, İddiaçı2, İddiaçı3, X1, X2 və Nümayəndə mülkiyyətində olan 1,64 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Zəbt edilmişdirsə, həmin zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi və ya tor, ağac, dəmir və s. hasarları çəkilmişdirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/430 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, JN-285 nömrəli (kod: 40614018) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ünvan 1ində X5, X8, X11, İddiaçı2, İddiaçı3, X1, X2 və Nümayəndə mülkiyyətinə verilmiş torpaq sahəsinin 285B olanşetində göstərilmiş 0.47 ha hissəsi elektron məlumat bazasında olmadığı üçün Cavabdeh tərəfindən istifadə olunmasını təyin etmək mümkün deyil. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-249/2020 saylı qərardadı ilə iddiaçıların nümayəndəsi Nümayəndə vəsatəti əsasında təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.

1. JN-285 nömrəli (kod: 40614018) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ünvan 1ində X5, X8, X11, İddiaçı2, İddiaçı3, X1, X2 və Nümayəndə mülkiyyətində olan 1,64 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Zəbt edilmişdirsə, həmin zəbt edilmiş torpaq sahəsində cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilmişdirmi və ya tor, ağac, dəmir və s. hasarları çəkilmişdirmi? Azərbaycan Respublikası “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 559 saylı ekspert rəyindən görünür ki, JN-285 nömrəli (kod: 40614018) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ünvan 1ində X5, X8, X11, İddiaçı2, İddiaçı3, X1, X3 və Nümayəndə mülkiyyətində olan 1.64 ha torpaq sahəsinin 285B planşetində olan 0.47 ha hissəsi hüquqmüəyyənedici sənədlərə, ərazinin X4 əsasən Cavabdeh tərəfindən metal torla hasarlanmış torpaq sahəsi daxilində olması müəyyənləşdirilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan JN-285 nömrəli (kod: 40614018) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən verilmiş torpaq sahəsi iddiaçılarının birgə mülkiyyətindədir. Cavabdeh qeyd olunan 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.47 ha hissəsini qanunsuz şəkildə zəbt edərək iddiaçıların həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaradır. İddiaçılar torpaq sahəsindən istifadəyə törədilən maneələrin aradan qaytarılmasını tələb edir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılarının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçılar özlərinə məxsus torpaq sahələrini qanuni şəkildə əldə etsələr də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmış, bununla da iddiaçılarının mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçılar Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2006-cı il tarixli 25 saylı qərarı ilə JN-285 nömrəli (kod: 40614018) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən onların mülkiyyətinə verilmiş 1.64 hektar torpaq sahəsinin bütövlükdə Cavabdeh oglu tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneə törədildiyini iddia etsələr də bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdirlər. Məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin bir hissəsinin - 0.47 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN-285 nömrəli (kod: 40614018) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ünvan 1ində X5, X8, X11, İddiaçı2, İddiaçı3, X1, X2 və Nümayəndə ümumi birgə mülkiyyətinə verilmiş 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.47 ha hissəsinə Cavabdeh tərəfindən istifadəyə törədilən maneələrə son qoyularaq torpaq sahəsi iddiaçılara qaytarılmalı, , ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “X7” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin iddianın "torpaq sahəsinin cavabdehin öz hesabına əvvəlki vəziyyətə qaytarılması" hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçılar iddianı bu hissədə, yəni torpaq sahəsinin əvvəlki vəziyyəti nə cür və hansı formada olduğunu əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət e t d i:

İddia qismən təmin edilsin. JN-285 nömrəli (kod: 40614018) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ünvan 1ində X5, X8, X11, İddiaçı2, İddiaçı3, X1, X2 və Nümayəndə ümumi birgə mülkiyyətinə verilmiş 1.64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.47 ha hissəsinə Cavabdeh tərəfindən istifadəyə törədilən maneələrə son qoyularaq torpaq sahəsi iddiaçılara qaytarılsın. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat Cavabdeh tutularaq “X7” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar