Məhkəmə qərarları › İş №2(025)-7/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-7/2024

17.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-7/2024 17.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı " torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri, torpaq sahəsinin boşaldılması) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi İşin halları İddiaçı Cavabdeh1 qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tam xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, Qəbələ şəhəri, Bakıxanov küçəsi 1B ünvanında yerləşən sahəsi 0,42 ha təşkil edən torpaq sahəsində, Cavabdeh1 tərəfindən icazəsiz inşa edilmiş tikililərin onun hesabına sökülərək təmizlənməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi və bəhs edilən torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindəngeri alınaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qəbələ şəhəri, Bakıxanov küçəsi 1B ünvanında yerləşən sahəsi 0,42 ha təşkil edən torpaq sahəsi mülkiyyət hüququ üzrə ona məxsusdur. Belə ki, bəhs edilən torpaq sahəsi Qəbələ Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və müvafiq Çıxarış verilmiş, bundan sonra 27 avqust 2021-ci il tarixli AN-İ №0968825 saylı Alqı-satqı müqaviləsi ilə Qəbələ Bələdiyyəsi tərəfindən ona satılmışdır. Alqı-satqı müqaviləsi Qəbələ Regional “ASAN Xidmət” mərkəzində notarial ofıusin notariusu Saday Osmanlı tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-871 nömrə ilə qeyd edilmişdir. Alqı-satqı müqaviləsi əsasında əldə etdiyi hüquqlar daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və bu barədə ona ********** qeydiyyat nömrəli Çıxarış və “Torpaq sahəsini planı və ölçüsü” sənədi verilmişdir. Alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılan zaman, iddia tələbləri üzrə cavabdeh X5 tərəfindən bəhs edilən torpaq sahəsi zəbt edilmiş, ərazidə qanunsuz tikinti işləri başlanılmışdır. Bunu eşidən kimi əraziyə getdi və Nurlandan bunu nə üçün etdiyini soruşdu. Cavabdeh onun qardaşının oğludur. Torpaq sahəsinin alqı-satqı yolu ilə alınması prosedurunun getdiyindən xəbərdar idi. Nurlandan hərəkətlərinin səbəbini soruşduqda, hədəqorxu gələrək, burada ev tikəcəyini, heç kimin ona mane ola bilməyəcəyini bildirdi və hətta ona mane olmağa cəhd edərsə, onu öldürəcəyi ilə hədələdi. Belə olan halda, qanunvericiliyə uyğun şəkidə ilk olaraq, ərizə ilə Qəbələ Rayon Polis Şöbəsinə müraciət etdi. 11 oktyabr 2021-ci il tarixli ərizəyə cavab olaraq, xx.xx.2021-ci il tarixli, 16/144-31364A-122 nömrəli cavab məktubu aldı. Qəbələ rayon Polis Şöbəsinin rəis müavini Aləddin Nuhovun imzası ilə göndərilmiş məktubda, müraciətdə qeyd edilən xüsusatların mülki xarakterli olduğu üçün aidiyyatı üzrə mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olundu. Belə olan halda, məhkəməyə müraciət etmək qərarına gəldi. Bunun üçün ilk növbədə sübutların əldə edilməzi zəruriyyəti var idi. Cavabdeh tərəfindən zəbt edilərək tikinti işləri aparılan torpaq sahəsinin məhz ona məxsus olan torpaq sahəsi olduğunun sənədlərdə müəyyən edilməsi üçün “X10 və Ekspertiza Mərkəzi” MMC-yə müraciət etdilər. Oradan alınan mütəxəssis rəyinə əsasən, onun mülkiyyətində olan 0,042 ha torpaq sahəsində tikinti işlərinin aparılmış olması və həmin tikinti işlərinin aparılması nəticəsindəı inşa edilmiş tikilinin tamlıqda onun mülkiyyətində olan toıpaq sahəsinə düşdüyü müəyyən edilmişdir. Bundan əlayə, həmin Mütəxəssis Rəyinə mübahisəli yerin ortofoto görüntüsü də əlavə edilmişdir ki, həmin görüntüdə torpaq sahəsinin parametrləri göstərilməklə, inşa edilmiş tikilinin torpaq sahəsinin məhz hansı hissəsinə düşdüyü əks edilmişdir. Mülkiyyətində olan toıpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada icazəsiz olaraq tikinti işlərinin aparılması qanunsuzdur. Bu hal onun mülkiyyət hüquqlarını pozur və bu əsaslarla məhkəmə qaydasında cavabdeh tərəfindən onun mülkiyyətində olan mübahisəli torpaq sahəsinin boşaldılması və orada icazəsiz inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazinin təmizlənməsi qərara alınmalıdır. 23 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının müraciəti əsasında Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 mülki iş üzrə cavabdeh qismində cəlb olunmuşdurlar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən mübahisənin ona heç bir aidiyyəti yoxdur. Belə ki, qeyd olunan tikili ona məxsus deyil və onun tərəfindən tikilməmişdir. Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 kasıb və imkansız ailə olduğu üçün onlara digər qohumları kimi maddi köməklik göstərmişdir. Ona qarşı qaldırılan iddia tamamilə əsassızdır, ümumiyyətlə, o, bu iddiaya cavab verən şəxs deyil. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd olananlar tamamilə əsassızdır. İddiaçının boşaldılmasını iddia etdiyi ərazi onların yaşayış məskənidir. Torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənədləri mövcuddur. Bələdiyyə tərəfindən onların xəbəri olmadan torpaq sahəsi İddiaçı satılmışdır. Bu səbəbdən onlar Qəbələ Rayon Məhkəməsinə “Qəbələ regional “ASAN xidmət” mərkəzindəki notariat ofisində Qəbələ rayonu Qəbələ bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN - İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ei il tarixində İddiaçı adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab olunmasına dair” iddia ərizəsi ilə müraciət etmişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının boşaldılmasını tələb etdiyi ərazi onların yaşayış məskənidir. Torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənədləri mövcuddur. Həmin torpaq sahəsindən çıxarılacaqları təqdirdə onların başqa yaşayış yeri yoxdur. Bələdiyyə onların xəbəri olmadan torpaq sahəsini İddiaçı satmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia ərizəsində qeyd olananlar tamamilə əsassızdır. Mübahisəli torpaq sahəsi onların yaşayış ərazisidir. İddiaçı həmin sahədən istifadə edilməsində onlara maneə olur. Torpaq sahəsinə mülkiyyət hüququna dair sənədləri JN-1265F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamə vardır. Mübahisəli torpaq sahəsindən başqa onların başqa yaşayış yeri yoxdur. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının boşaldılmasını iddia etdiyi ərazi onların yaşayış məskənidir. Mübahisəli torpaq sahəsinin onlara məxsus olması barədə müvafiq sənədləri vardır. Bələdiyyə tərəfindən onların xəbəri olmadan torpaq sahəsi İddiaçı satılmışdır. Bu səbəbdən onlar Qəbələ Rayon Məhkəməsinə müvafiq iddia ərizəsi ilə müraciət etmişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********77; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2021 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, Bakıxanov küçəsi 1B ünvanında yerləşən 0.0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından müəyyən olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixdə, A 644916 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» tərtib edilmişdir. İş materiallarında olan 27 avqust 2021-ci il tarixdə 4Ə-871 reystr nömrəsi ilə qeydə alınmış və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu S.Osmanlı tərəfindən təsdiq edilmiş «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin surətindən görünür ki, Qəbələ Rayon Qəbələ Bələdiyyəsinin sədri X4 şəhəri, Bakıxanov küçəsi 1B ünvanında yerləşən xx.xx.2021-ci il tarixli **********WV33408 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında verilmiş 0.042 hektar torpaq sahəsini İddiaçı 2942.80 (iki min doqquz yüz qırx iki manat səksən qəpik) manata satmışdır. İş materiallarında olan X10 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 73 nömrəli mütəxəssis rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** saylı xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən ünvan 2 ünvanında Xalidə Abdurəhmanovanın mükiyyətində olan 0,0420 ha torpaq sahəsinin hüdüdları daxilində ölçüləri 8,5 metrin 8,5 metrə olmaqla 72,25 kv.metr bir mərtəbəli yaşayış evi inşa edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 16/144-31364A-122 saylı məktuba əsasən, İddiaçı xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan JN-1265F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13in 11 may 2022-ci il tarixli, **********89 saylı mütəxəssis rəyindən görünür ki, işin araşdırılması məqsədi ilə DƏDKR X13 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri 17 mart 2022-ci il tarixdə Qəbələ rayonu, Bakıxanov küçəsi 1B küçəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqımda daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi-**********77; qeydiyyat nömrəsi-**********; qeydiyyat tarixi -20.09,2021} çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 3 ünvanında yerləşən 0.0420 ha torpaq sahəsinin və JN 1265F (Kod:********) nömrəli "Torpağın mülkiyyətəverilməsinə dair” Şəhadətnaməyə əsasən X1. X3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ şəhərində yerləşən 0,07 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Sözügedən torpaq sahələri üst-üstə düşmür (yerqunıluşu planı 1/2,3). Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-ntn Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi- **********77; qeydiyyat nömrəsi-19210112'27; qeydiyyat tarixi -xx.xx.2021) Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 4 ünvanında yerləşən 0.042 ha torpaq sahəsi tam olaraq cavabdehfər tərəfindən istifadə olunur. Sözügedən 0,042 ha torpaq sahəsində cavabdehlər tərəfindən bir ədəd fərdi yaşayış evi tikilmişdir. (yerquruluşu planı 4). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Espertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6197 ekpert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 5 ünvanında yerləşən 0,0420 ha torpaq sahəsinin və JN-1265F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və X2 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ şəhərində yerləşən 0.07 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Sözügedən torpaq sahələri üst-üstə düşmür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş ünvan 5 ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi tam olaraq cavabdehlər tərəfindən istifadə olunur. Sözügedən 0,042 ha torpaq sahəsində cavabdehlər tərəfindən bir ədəd fərdi yaşayış evi tikilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********77; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – xx.xx.2021 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsi 1B ünvanında yerləşən 0.0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsindən iddiaçı lazımi qaydada istifadə edə bilmədiyinə görə cavabdehlərə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, tam xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, Qəbələ şəhəri, Bakıxanov küçəsi 1B ünvanında yerləşən sahəsi 0,42 ha təşkil edən torpaq sahəsində, Cavabdeh1 tərəfindən icazəsiz inşa edilmiş tikililərin onun hesabına sökülərək təmizlənməsini, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsini və bəhs edilən torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq qaytarılmasını tələb etmişdir. Cavabdehlər isə iddianı qəbul etməyərək, mübahisəli torpaq sahəsinin onların mülkiyyətində olmasını bildirmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsinin tam olaraq cavabdehlərin istifadəsində olması və həmin torpaq sahəsində cavabdehlər tərəfindən bir ədəd fərdi yaşayış evin tikilməsi mütəxəssis rəyi və məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi qismən təmin edilməli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.042 ha torpaq sahəsində tikilmiş bir ədəd fərdi yaşayış evi Cavabdeh1 hesabına sökülməli və həmin torpaq sahəsi cavabdehlərdən alınaraq İddiaçı qaytarılmalıdır. Bundan başqa, məhkəmə iddianın “torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və torpağın əvvəlki vəziyyəti barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 0.042 ha torpaq sahəsində tikilmiş bir ədəd fərdi yaşayış evi Cavabdeh1 hesabına sökülsün və həmin torpaq sahəsi cavabdehlərdən alınaraq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar