Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-704/2020 20.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və iddiaçının vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlərCavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ Rayon Polis Şöbəsinin ŞV və Q bölməsinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlərCavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü çəxs Qəbələ Rayon Polis Şöbəsinin ŞV və Q bölməsinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsaq qızı mənə məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və 0,022 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən 0,022 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini 2019cu il tarixdə Qəbələ Regional "ASAN xidmət" Mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş alqısatqı müqaviləsinə əsasən X2 alaraq, adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarış almışdır. Çıxarış Daşınmaz əmlakın dövlət reystrində 40 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydə alınmışdır. Qeyd edilən daşınmaz əmlakı X3 alqı-satqı müqaviləsi ilə əldə edərkən həmin evdə cavabdehlər X5, Cavabdeh1 və X6 qeydiyyatda olmuşlar və adları çəkilən şəxslər hal-hazıra kimi mülkiyyətçisi olduğu ünvan 2 ünvanda yerləşən mənzildə qeydiyyatdadırlar. Cavabdehlər həmin ünvanda formal olaraq qeydiyyatda olsalar da, bu ünvanda yaşamırlar. Dəfələrlə cavabdehlərə müraciət edib mənzildən könüllü olaraq çıxmağı təklif etmiş, lakin onlar hər dəfə müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaqdan boyun qaçırmışlar. Məcbur olub Qəbələ rayon Polis Şöbəsinə cavabdehlərin mülkiyyətində olan ünvan 2 ünvandan qeydiyyatdan çıxarılmaları barədə xx.xx.2020-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. Qəbələ rayon PŞ-nin xx.xx.2020-ci il tarixli məktubu ilə verilmiş rəsmi cavabda göstərilmişdir ki, AR-nin vətəndaşı olan şəxs könüllü olaraq yaşayış yeri üzrə qeydiyyatını dəyişmirsə, polis şöbəsi tərəfindən həmin vətəndaş yalnız məhkəmə qətnaməsi əsasında hər hansı bir ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilər. Sonda məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdehlərin onun mülkiyyətində olan H.Aslanov küçəsi 82 ünvanda qeydiyyatda qalmaları mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətməklə bir sıra kommunal xərclərin hesablanmasında problemlər yaradır. Qeyd edilən səbəblərə görə cavabdehlərin onun mülkiyyətində olan ünvandan qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X4 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qəbələ Rayon Polis Şöbəsinin ŞV və Q bölməsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə k, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın (qeydiyyat nömrəsi – **********, reyestr nömrəsi – **********48=10301) surətindən görünür ki, ünvan 3 ünvanında 0.022 ha torpaq sahəsində yerləşən 51.1 kv.m fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AN-İ №0812042 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən məlum olur ki, Satıcı X5 tərəfindən ünvan 3 ünvanında 0.022 ha torpaq sahəsində yerləşən 51.1 kv.m fərdi yaşayış ev alıcı İddiaçı satılmışdır. İş materiallarında olan ASAN1 tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Qəbələ şəhəri Vəndam qəsəbəsində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ-nin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tələb olunur, əks halda bu qeyri mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibbətdə vicdanlı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestirli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, ünvan 3 ünvanında 0.022 ha torpaq sahəsində yerləşən 51.1 kv.m fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin mənzili o, xx.xx.2019-cuil tarixdə X3 alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdehlər Cavabdeh2 və ZaxarovaNişanə Şamilqızı ünvan 3 ünvanında 0.022 ha torpaq sahəsində yerləşən 51.1 kv.m fərdi yaşayış eviüzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, lakin buna əməl etməyərək uzun müddətdir ki, qeydiyyatdan çıxmamışlar. Onların mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının əmlak hüququnu pozduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçı özünə məxsus əmlakı qanuni şəkildə əldə etsə də, mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdehlər tərəfindən maneələr yaradılmış, bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəbələ şəhəri, H.Aslanov küçəsi 82 saylı fərdi yaşayış evinə və 0.022 ha torpaq sahəsinə olan istifadə hüququna xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəbələ şəhəri, H.Aslanov küçəsi 82 saylı fərdi yaşayış evinə və 0.022 ha torpaq sahəsinə olan istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-704/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-704/2020
20.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver