Məhkəmə qərarları › İş №2(025)-708/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-708/2021

24.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-708/2021 24.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı və cavabdeh Qəbələ Regional X7nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Qəbələ X1rşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Qəbələ X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 və Bərpası Müəssisəsinin 14 avqust 2017-ci il tarixli 30/k saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 05 iyun 2017-ci il tarixdə X12 və Bərpası Müəssisəsinin 55/k nömrəli əmrinə əsasən X12 və X3 meşəbəyiliyinin la saylı dolayına 3 (üç) ay sınaq müddətinə meşə gözətçisi işinə təyin olunmuşdur. Həmin əmrlə dolayın təhvil-qəbul işlərinin aparılması üçün yaradılmış komissiyaya 10 (on) gün vaxt verilmişdir. Lakin müəyyən səbəblərdən 1a saylı dolay ona təhvil verilməmişdir. Belə ki, həmin vaxtlarda Nazirlik tərəfindən çox sayda yoxlamalar keçirilmiş, bir müddət sonra müəssisənin direktoru işdən azad edilmişdir. Yeni təyin olunmuş direktor onun işdən azad olunmağı barədə əmr imzalamışdır. Lakin həmin əmr ona təqdim edilməmişdir. Bir müddətdən sonra X12 və Bərpası Müəssisəsi mənə qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(054)-418/2018 nömrəli qətnaməsi ilə X12 və Bərpası Müəssisəsinin ona qarşı maddi ziyan tələbinə dair iddiası rədd edilmişdir. Oğuz Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(054)-418/2018 nömrəli qətnaməsindən iş üzrə iddiaçı X12 və Bərpası Müəssisəsi apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(107)- 104/2019 qətnaməsi ilə iş üzrə iddiaçı X12 və Bərpası Müəssisəsinin apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(054)-418/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu yaxınlarda işə düzəlmək üçün müraciət edəndə ona məlum olmuşdur ki, X12 və Bərpası Müəssisəsi hələ sınaq müddəti başa çatmamış, 14 avqust 2017-ci il tarixli 30/k saylı əmrlə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad etmişdir. Hesab edir ki, mübahisələndirilən əmr qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Azərbaycan Respublikası Ekologiya və X4 13 iyun 2018-ci il tarixli əmri ilə X12 və Bərpası Müəssisəsi və X9 və Bərpası Müəssisəsi birləşdirilmiş və Qəbələ Regional X7 yaradılmışdır. X5 X7 X12 və Bərpası Müəssisəsinin hüquq varisi kimi tanınmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl o, cavabdehdən həmin əmrin və digər sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərini almışdır. Ona təqdim olunmuş əmrdən çıxarışdan da göründüyü kimi, X12 və Bərpası Müəssisəsinin direktoru heç bir qanuni əsas olmadan həmin əmri imzalamışdır. Həmin əmr imzalanarkən onunla bağlanmış əmək müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək müqaviləsinə xitam verilməsi qaydaları haqqındakı maddələrinin tələbləri pozulmuşdur. Həmin əmri qanunsuz və əsassız hesab edir, ona görə də ləğv olunması xahişi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Qəbələ Regional X7nin nümayəndəsi X10 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçının iddiası tamamilə əsassızdır. İddiaçı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 05 iyun 2017-ci ildə işə qəbul edilərək, Oğuz meşəbəyliyinin 1a saylı dolayının meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Onunla 3 ay sınaq müddəti müəyyən edilməklə əmək müqaviləsi bağlanmışdır. Meşələrin İnkişaf Departamentinin 04.07.2017-ci il tarixli 330\ü saylı əmrinə əsasən Oğuz meşəbəylinin 1a saylı meşə dolayında aparılan yoxlama zamanı 2326.61 manat məbləğində, 263.74 kub.metr həcmində özbaşına qırıntıya yol verildiyi aşkar edilmişdir. Bu səbəbdən Oğuz meşəbəyliyinin 1a saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 14 avqust 2017-ci il tarixdən xitam verilmişdir. Son haqqhesab 05 iyun 2017-ci il tarixdən hesablanmışdır. Məhkəmədən iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan X12 və Bərpası Müəssisəsinin direktor əvəzi Bayram Umarovun 05.06.2017-ci il tarixli 55/k saylı Əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən Oğuz meşəbəyliyinin 1 saylı meşə dolayısına 3 ay sınaq müddətinə meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. 05.06.2017-ci il tarixdə tərəflər (X12 və Bərpası Müəssisəsinin direktor əvəzi və iddiaçı) arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Oğuz meşəbəyliyinin 1a saylı meşə dolayısına meşə gözətçisi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə 05 iyun 2017-ci tarixdən 05 sentyabr 2017-ci il tarixədək bağlanmışdır. İşdə olan X12 və Bərpası Müəssisəsinin direktor səlahiyyətlərini icra edən Əlövsət Nazarovun 14.08.2017-ci il tarixli 30/k saylı Əmri ilə Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Buna əsas olaraq Oğuz meşəbəylinin 1a saylı meşə dolayında aparılan yoxlama zamanı 2326.61 manat məbləğində, 263.74 kub.metr həcmində özbaşına qırıntıya yol verildiyi aşkar edilməsi nəticəsində Həmkarlar ittifaqı Komitəsi tərəfindən tərtib edilmiş 04.08.2017-ci il tarixli 07 saylı protokol, həmçinin Ekologya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişaf Departamentinin 04 avqust 2017-ci il tarixli 410/ü saylı əmrinin 6.2-ci bəndi göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 05 iyun 2017-ci il tarixli 55\k saylı əmr ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən Oğuz meşəbəyliyinin 1 saylı meşə dolayısına 3 ay sınaq müddətinə meşə gözətçisi vəzifəsinə təyin edilmiş, həmin tarixdə müəssisə direktoru və iddiaçı arasında sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Müəssisə direktorunun 14.08.2017-ci il tarixli 30\k saylı Əmri ilə Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Buna əsas olaraq Oğuz meşəbəylinin 1a saylı meşə dolayında aparılan yoxlama zamanı 2326.61 manat məbləğində, 263.74 kub.metr həcmində özbaşına qırıntıya yol verildiyi aşkar edilməsi nəticəsində Həmkarlar ittifaqı Komitəsinin 04.08.2017-ci il tarixli 07 saylı protokol göstərilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz. Bundan başqa iddiaçı 14.08.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, iddia müddətini ötürərək, yalnız 21.04.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə 21.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, həmçinin iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh Qəbələ X1rşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar