Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-712/2020 24.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X3 Şuşa rayon Şöbəsinə qarşı “əmək stajının olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X3 Şuşa rayon Şöbəsinə qarşı «əmək stajının olması faktının müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1972-1977-ci il və 1980-1990-cı ilin aprel ayınadək Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu (sürücü) işləməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 1955-ci ildə Şuşa rayonun Xanallar kəndində doğulmuş və 1992-ci ilədək orada yaşamışdır. 1972-1977 və 1980-1990-cı ilin aprel ayınadək Şuşa “Sovet Azərbaycanı” kolxozunda kolxozçu (sürücü) işləmişdir. 1990-cı ilin aprel ayından 1991-ci ilin oktyabr ayınadək özü müdafıə könüllülər dəstəsinə qoşularaq müxtəlif döyüşlərdə iştirak etmişdir. Dəstə dağıldığından o, yenidən kolxoza işinə qayıtdı. 1993-cü ildə erməni təcavüzü nəticəsində Şuşa rayonu işğal olunduğundan o, məcburi köçkün kimi Yevlax rayonuna məskunlaşdı. Sonra isə 1998-ci ilin son aylarında ünvan 1 mənzil 12 ünvanında yaşamağa başladı. Məcburi köçkünlüyü ilə əlaqədar özündən asılı olmayan səbəbdən iş yerindən məhrum olmuşdur. Ona aid olan, 1972-1977 və 1980-1990-cı illərə aid əmək fəaliyyətinə dair sənədləri erməni silahlı dəstələrinin rayona təcavüzü nəticəsində qaçqın düşdüyündən itib batmışdır. Ailəsinə məxsus olan digər sənədləri çox çətinliklə, qaçqın olmağını nəzərə alaraq onlara Səlahiyyətli Orqanlar sənədlərini düzəldilməsində köməklik göstərmişlər. Bu gün o, yuxarıda qeyd etdiyi dövrə aid iş stajı sənədlərini bərpa edə bilmir. Qeyd olunan dövrə aid iş stajı sənədlərini DSMF Yevlax rayon şöbəsinə təqdim edə bilmədiyi üçün ona pensiya təyin olunmasından imtina olunmuşdur. Halbuki, həmin illərə dair iş stajı sənədləri olub və hazırda məlum səbəblərə görə məhv edilib. Qeyd olunan faktı təsdiq edə biləcək şahidləri də vardır. Əmək kitabçasının bərpası adi qaydada mümkün deyildir. Ona görə də Şuşa rayonunun “Sovet Azərbaycanı kolxozunda kolxozçu işləməyi faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Göstərilənləri nəzərə alaraq onun 1972-1977-ci il və 1980-1990-cı ilin aprel ayınadək Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu (sürücü) işləməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət X3 Şuşa rayon Şöbəsinə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, 1971-ci ildən 1992-ci ilə kimi Şuşa şəhərində müxtəlif vəzifələrdə işləmişdir. Ərizəçi ilə əvvəlcədən də tanışlıqları var idi, Şuşa şəhərində birlikdə işləyiblər. Ərizəçi 1972-ci ildən “Sovet Azərbaycan” kolxozunda sürücü işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, Ərizəçi ilə qonşu olublar, Şuşa şəhərində də müharibə dövründə və ondan əvvəl birlikdə işləyiblər. O, 1971ci ildən Şuşada qeyd olunan kolxozda Məhəmmədlə birlikdə işləmişdir. Həmin dövrdə Ərizəçi da 1972-ci ildən 1977-ci ilə kimi və 1980-ci ildən 1990-cı ilin aprel ayına kimi Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu-sürücü işləmişdir. 1977-ci il tarixdən 1980-ci il tarixə kimi isə Məhəmməd hərbi xidmətdə olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Dövlət X6 Şuşa rayon Şöbəsi tərəfindən verilmiş 83/**********44 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Dövlət X3 Şuşa rayon şöbəsinə ərizəçi tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, şahid ifadələri əsasında Ərizəçi əmək stajının bərpası müvafiq qanunvericiliyə əsasən şöbənin səlahiyyətində deyildir. Bu barədə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən verilmiş 55 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Dövlət Arxivinin Yevlax filialına ərizəçi tərəfindən təqdim edilən sorğuya cavab olaraq bildirilmişdir ki, Şuşa rayonu, Sovet Azərbaycanı kolxozunun əmək haqqı sənədləri Yevlax Dövlət Arxivinə natamam verildiyi üçün Ərizəçi qazandığı əmək haqqını tam şəkildə müəyyən etmək qanunvericiliklə mümkün olmamışdır. İşdə olan, ИТ-İ № ******* saylı xx xxxxxx 1980-ci il tarixli Əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda çilingər təyin edilmiş, xx.xx.1980-ci ildə isə “Sovet Azərbaycan” kolxozunun direktoru M.Eyvazovun 452 saylı əmrinə əsasən həmin kolxozda QAZ-69 markalı maşına sürücü təyin edilmişdir. İşdə olan Səyyar ASAN 10 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE№ ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Qəbələ rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 2680 saylı arayışdan görünür ki Ərizəçi həqiqətən məcburi köçkün olmaqla, ünvan 4 mənzil 12 ünvanında qeydiyyatdadır və yaşayır. «X2» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yangın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi 1972-ci ildən 1977-ci ilə kimi və 1980-ci ildən 1990-cı ilin aprel ayına kimi Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu-sürücü kimi işləmişdir. 1991-ci il tarixdə yaşayış yerini məcburi tərk edərkən ailəsi ilə birlikdə Yevlax rayonunda daha sonra isə Qəbələ rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Məhkəmə hesab edir ki, Ərizəçi 1972-ci ildən 1977-ci ilə kimi və 1980-ci ildən 1990-cı ilin aprel ayına kimi Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu-sürücü kimi olan iş stajı ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 1972-ci ildən 1977-ci ilə kimi və 1980-ci ildən 1990-cı ilin aprel ayına kimi Şuşa rayonunda “Sovet Azərbaycan” kolxozunda kolxozçu-sürücü kimi işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-712/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-712/2020
24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver