Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-747/2020 13.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxx 1930-cu il tətixdə Qəbələ rayon Küsnət kəndində atam X5 və anam X2 olmaqla doğulmağı faktnı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi xx xxxxxxx 1930-cu il tarixində Qəbələ rayonu Küsnət kəndində anadan olmuşdur. Atası X5 və anası X2 olmuşdur. Ev şəraitində doğulmuş və doğuş ixtisaslı həkim tərəfindən keçirilmədiyindən bu barədə həkim arayışı alınmamışdır. Hazırda mənim doğumundan 90 il ötmüşdür. Atası və anası çoxdan ölmüşlər. Onun doğum haqqında şəhadətnaməsinin mövcut olması barədə Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs xx xxxx 2020 ci-il tarixli 05/Q-148/13 saylı məktubundan görünür ki, Maraqlı şəxs arxivində doğum haqqında akt qeydləri yoxlanılmış, lakin onun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin Maraqlı şəxsndən ona məhkəmənin qətnaməsi olmadan doğumunun qeydə alınması mümkün olmadığını bildirmişlər. Ona doğum haqqında şəhadətnamə evin sənədləşməsi üçün lazımdır. Hazırda onun doğum haqqında şəhadətnaməsi olmadığından, müvafiq sənədin alınması mümkün deyildir. Onun doğum faktı, ərizəyə əlavə olunmuş şəxsiyyət vəsiqəsində öz əksini tapır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etmir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsi Nümayəndə izahatını, şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Şahid X3 ifadə verərək göstərdi ki, o, ərizəçinin qonşusudur. Onunla neçə illərdir qonşuluq münasibətlərində olublar. Ərizəçi ad gününü hər il 14 oktyabrda qeyd ediblər. Şahid X4 mahkəmə iclasında ifadə verərək göstərdi ki, o, ərizəçinin qonşusudur. Ərizəçi xx xxxxxxx 1930-cu il tarixdə Qəbələ rayonu, Küsnət kəndində anadan olmuşdur. Anası X2, atası X5 olmuşdur. Hər iki vəfat edib. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-148/13 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, “Avtomatlaşdırılmış qeydiyyat və informasiya sistemində” və arxiv məlumatlarında “Ərizəçi”-nın doğum haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Qəbələ RPŞ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1930-cu il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. İşdə olan Qəbələ rayon İ.Ə.D üzrə nümayəndəliyi tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli 1084 №-li arayışdan görünür ki, Ərizəçi həqiqətən ünvan 1 saylı ünvanda yaşayır. İşdə olan Qutaşen rayon VVAQ tərəfindən verilmiş xx xxxxxx 1968-ci il tarixli AZ- ******* nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki , Nümayəndə xx.xx.1968-ci il tarixdə Qutqaşen rayonunda anadan olmuşdur və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabınd 22 nömrəli akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, anası X1r. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi xx xxxxxxx 1930-cu il tarixdə Qəbələ rayonu, Küsnət kəndində anadan olmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxxx 1930-cu il tarixdə Qəbələ rayonu, Küsnət kəndində doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə “ata” qrafasında “X5”, “ana” qrafasında “X2” yazılaraq, doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.2, 307.2.3, 311 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxxx 1930-cu il tarixdə Qəbələ rayon, Küsnət kəndində doğulması, atasının X5, anasının X2 olması hüquqi fakt müəyyən edilsin və müvafiq doğum akt qeydi aparılaraq doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-747/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-747/2020
13.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver