Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-752/2022 04.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzil mübahisələri, mənzilə köçürmə) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və fərdi yaşayış evinə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ şəhəri, İ.B.Qutqaşınli küçəsi, ev 3-də olan 0.07 ha torpaq sahəsindəki, zirzəmisi olan 1 mərtəbədən, 3 otaqdan ibarət fərdi yaşayış evinə onun istifadə hüququ müəyyən olunaraq, onu və uşaqları 04 iyul 2006-ci il təvəllüdlü X12, 05 mart 2010-cu il təvəllüdlü X17 və 18 may 2016-cı il təvəllüdlü X18 qeyd olunan fərdi yaşayış evinə köçürülməyinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onun əsaslandırılmışdır ki, o, mərhum həyat yoldaşı X13 ilə 2005-ci il tarixdə el adəti üzrə toyu olmuş, ailə qurmuşdur, nikahını xx.xx.2005-ci il tarixində Qəbələ rayonu VVADQ şöbəsində 147 nömrə ilə rəsmiləşdirmişik və birgə nikahdan 3 övladı anadan olmuşdur: 1. 04 iyul 2006-ci il təvəllüdlü X19, 2. 05 mart 2010-cu il təvəllüdlü X22, 3. 18 may 2016-cı il təvəllüdlü X23 anadan olmuşdur. Uşaqlar hal-hazırda məktəbidirlər 10-cu, 6-cı və məktəbəqədər hazırlıqda oxuyurlar. Həyat yoldaşı X13 xx.xx.2018-ci il tarixində avtoqəza nəticəsində başın bərk əzilməsindən vəfat etmişdir. O, 2005-ci ildə gəlin köçdüyü zaman Qəbələ şəhəri, İ.B.Qutqaşınli küçəsi, ev 3-də olan 1 mərtəbədən, 3 otaqdan ibarət fərdi yaşayış evi xx.xx.2006-cı il tarixində vəfat etmiş qaynatası X2 adına olmuşdur. O, həmin evə gəlin köçdükdən sonra mülkiyyətçinin razılığı ilə mənzil qeydiyyatına düşmüşdür, sonradan övadları anadan olmuş və onlar da onun və mərhum həyat yoldaşının qeydiyyatda olduğu mənzil üzrə yaşayış və qeydiyyat ünvanı kimi qeydə alınmışlar. Həmçinin, qaynatası və həyat yoldaşı vəfat edən gündən sonra xx.xx.2021-ci il tarixədək fərdi yaşayış evində o, övladları və iddia tələbi üzrə cavabdeh şəxs qaynanası ilə birlikdə yaşamışlar. Qeyd olunan gündə qaynanası ilə münaqişəsi olmuş və o səhəri günü övladları ilə birlikdə valideynlərinin evinə getmişdir, bir müddət orada yaşadıqdan sonra uşaqları ilə birlikdə yaşadığı evə gələrək yaşamaq istəsə də cavabdeh şəxs onu və uşaqlarını evə buraxmamış, kirayə evdə yaşamaq məcburiyyətində qalmışdır. Hal-hazırda cehiz əşyaları da həmin yaşayış evində qalmışdır, eyni zamanda onun və övladının qeydiyyatı da ünvan 1 ünvanıdır. Onun özünə məxsus mənzili, fərdi yaşayış evi və ya hər hansı daşınmaz əmlakı yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia ərizəsində qeyd olunanlarla razılaşmır. X6 vəfat edəndən sonra İddiaçı hər il yayda oğlunun adgününə yaxın çıxıb gedirdi. 2021-ci ildə də ona heç bir xəbər vermədən may ayında çıxıb getmişdir. Sonradan o bildi ki, iddiaçı xalasigilə gedib. Orda olduqları müddətdə də zəng edib maraqlanmır, onu nəvələri ilə danışdırmırdı. Bir müddət sonra isə heçnə olmayıbmış kimi ona məlumat vermədən evinə həyətinə girməyə çalışdı. Bunu gördükdə o qapını içəridən bağladı və onu evə qoymadı. Ondan sonra bir də gəlmədi, kirayə tutaraq yaşadı. Birlikdə yaşadıqları vaxtda ona qarşı hörmətsizlik edb, onu saymayıb, nəvələri ilə normal ünsiyyətdə olmasına imkan vermməmişdir. İddiaçı ilə bir evdə yaşamaq istəmir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatını, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin və ya qəyyumlarının yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 13.4. maddəsinə görə, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Elektron hökümət portalı tərəfindən hazırlanan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. iş materiallarında olan ASAN-Qəbələ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE № 11489399 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X22 xx.xx.2010-cu il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZE № 10594907 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Teymur qızı xx.xx.2006-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ASAN-Qəbələ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZE № 18450828 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 07 fevral 2022-ci il tarixdə verilmiş 05/Q-11/69 saylı arayışdan görünür ki, X24 və X13 arasında Qəbələ Rayon Qeydiyyat Şöbəsində 30 sentyabr 2005-ci il tarixdə nikah bağlanmış və bu barədə 147 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sora ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. Nikaha T.S.Musayevin ölməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 04 fevral 2022-ci il tarixdə verilmiş 05/Q-07/69 saylı arayışdan görünür ki, X13 15 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 07 fevral 2022-ci il tarixdə verilmiş 05/Q-09/69 saylı arayışdan görünür ki, X23 xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Anası İddiaçı, atası X10r. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 07 fevral 2022-ci il tarixdə verilmiş 05/Q-08/69 saylı arayışdan görünür ki, X22 xx.xx.2010-cu il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. Anası İddiaçı, atası X10r. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 07 fevral 2022-ci il tarixdə verilmiş 05/Q-10/69 saylı arayışdan görünür ki, Cavabdeh Teymur qızı xx.xx.2006-cı il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. Anası İddiaçı, atası X10r. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 16 fevral 2022-ci il tarixdə verilmiş 05/Q-18/69 saylı arayışdan görünür ki, X7 07 avqust 2006-cı il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 04 fevral 2022-ci il tarixli **********34 saylı məktubundan görünür ki, X2 adına Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 3 ünvanında yerləşən fərdi yaşayış evinə aid tərtib edilmiş 1979-cu il tarixli texniki pasport və 5 nəfər ilə birlikdə 0.07 ha həyətyanı torpaq sahəsinə aid JN 921F kod 40601004 olan şəhadətnamə vardır. İşdə olan JN-921F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 28 fevral 2001-ci il tarixli 03 nömrəli qərarına əsasən, X1 və ailə üzvlərinin X4, X8, X3 və X5 ümumi birgə mülkiyyətinə 0.07 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Beləliklə, işin mübahisəsiz hallarındın müəyyən edilir ki, İddiaçı mərhum X13 ilə xx.xx.2005-ci il tarixdə Qəbələ Rayon Qeydiyyat Şöbəsində nikah bağlayaraq ailə qurmuşdur və iddiaçı mübahisəli fərdi yaşayış evinə - Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 3 ünvanında 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evinə gəlin köçmüşdür. Orada birlikdə yaşamaqla tərəflərin birgə nikahından üç övladı - 04 iyul 2006-cı il təvəlllüdlü Cavabdeh Teymur qızı, 05 mart 2010-cu il təvəllüdlü X22 və 18 may 2016-cı il təvəllüdlü X23 anadan olmuşdur. X13 15 noyabr 2018-ci ildə vəfat etmişdir. Nikaha T.S.Musayevin ölməsi ilə bağlı xitam verilmişdir. Cavabdeh 2021-ci ilin may ayından aralarında yaranmış münasibətlər nəticəsində onu evdən çıxarmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsi yalnız cavabdehə deyil, bir neçə şəxsin, o cümlədən iddiaçının mərhum əri X9 ümumbirgə mülkiyyətindədir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi iddiaçı ailə qurduqdan sonra da bir müddət mübahisəli evdə yaşamış, orada yaşayan digər şəxslərlə birlikdə yaşayıb ümumi təsərrüfat aparmışdır. Göründüyü kimi iddiaçının evdən çıxıb getməsi də heç də könüllü deyil, cavabdehlə münasibətləri pozulması səbəbindəndir. Aralarında yaranmış narazılığa görə iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə kirayədə yaşayır. İddiaçının hazırki yaşayış yeri iradəsindən asılı olmayan səbəbdən başqa ünvandır. Cavabdeh tərəf iddiaçını evə buraxmadığından o hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İş materiallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə qeydiyyatda olmaqla yaşamış iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Mülki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə münasibətdə “ailə üzvü” statusuna malik olan şəxslərdəndir. Məhkəmə hesab edir ki, mübahisəli ev həmin dövrdə mülkiyyətdə olmadığına görə tərəflər arasındakı mübahisəyə onlar arasında mübahisə edilən hüquq münasibəti yaranan zaman qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin normalarını tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbləri qaydasında mübahisəli yaşayış sahəsindən istifadə etmək, yaşamaq hüququ əldə etmişdir. Belə ki, həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Belə olan halda məhkəmə tərəflər arasındakı münasibətlərlə bağlı müəyyən olunmuş işin faktiki hallarına qiymət verməklə qeyd edir ki, iddiaçı ilə onun yetkinlik yaşına çatmayan övladları qüvvədən düşmüş Mənzil Məcəlləsinin tələbləri qaydasında Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 3 ünvanında 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evindən istifadə və yaşamaq hüququna malik şəxslər kimi qəbul edilməlidirlər. Bu zaman məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçı tərəfin həmin ünvanda qeydiyyatda olub-olmaması və ya hansı tarixdən etibarən mübahisəli ünvanda qeydiyyatda olması önəmli məsələ deyil. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması Konstitusiyanın 43cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcud olmuş, iddia üzrə cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin sənədləşməsinin düzgün olmamasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, iddia üzrə cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi yaşayış sahəsində uzun müddət fasiləsiz yaşayıb, lakin hazırda cavabdehin müdaxiləsi nəticəsində yaşamaqdan məhrum olub. 3-cü hala gəldikdə isə məhkəmə bildirir ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 3 ünvanında 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evinə istifadə hüququ tanınsın və o, yetkinlik yaşına çatmayan uşaqları (04 iyul 2006-cı il təvəlllüdlü Cavabdeh Teymur qızı, 05 mart 2010-cu il təvəllüdlü X22 və 18 may 2016-cı il təvəllüdlü X23) ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, ev 3 ünvanında 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evinə istifadə hüququ tanınsın və o, yetkinlik yaşına çatmayan uşaqları (04 iyul 2006-cı il təvəlllüdlü Cavabdeh Teymur qızı, 05 mart 2010-cu il təvəllüdlü X22 və 18 may 2016-cı il təvəllüdlü X23) ilə birlikdə həmin fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-752/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-752/2022
04.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver